Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-510/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəməsində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Qubadlı rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu Muğanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5A/5, otaq 21-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə, saat 16:30 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu qəsdən döyməklə ona təpə-ənsə nahiyyənin dərialtı hematoması, sağ aşıqbaldır oynağı nahiyyənin hərəkət məhdudluğu ilə müşayiət olunmuş qançır-şişkinliyi, sağ dirsək və sağ daban nahiyyənin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər ailəli olmuşdur, ailəsindən ayrılmışdır, 2 azyaşlı oğlu vardır. xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində evində olan zaman həyətdə oynayan uşaqların səs-küyünü eşitmiş, həyətə baxanda görmüşdür ki, qonşusu Vüsalənin oğlu Asif onun böyük oğlu Tunara söyüşlər söyür, o bu hala pis olmuş, çünki Vüsalə və Asif əvvəllər də bir neçə dəfə oğlunu söymüşdürlər. O həyətə düşmüş və Asifə özünü ədəbli aparmasını və söyüşlər söyməməsini deyərək danlamış, həmin vaxt Vüsalə evinin balkonundan ünvanına küçə söyüşləri sğyərək onu təhqir etmiş, sonra da həyətə düşüb üzərinə gələrək onunla mübahisə etməyə başlamış və onu yenə də söyəndə o əsəbindən onun saçından tutub yerə yıxmış və əl ilə onun başına bir neçə zərbə vurmuş, sonra da evinə getmişdir. Ertəsi gün xx.xx.2022-ci il tarixdə bilmişdir ki, Vüsalə onun barəsində polisə şikayət etmişdir. O da Vüsalənin onu küçə söyüşləri ilə söyməsi barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs dəfələrlə onu təhqir etdiyinə görə o, özünü təqsirli hesab etmir. Anası xəstə olduğu üçün anasına baxır, 2 azyaşlı oğlu vardır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, evdar qadındır. xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində evin balkonunda olan zaman həyətdə qonşuları Rahibənin onun kiçik oğlu Asifi söyüb təhqir etdiyini görmüş, o Rahibəni çağırıb söymüş və həyətə düşərək uşağının nə günahi vardırsa bir valideyn kimi ona bildirməsini deyəndə Rahibə onu təhqir etmiş, aralarında mübahisə baş vermiş, Rahibə əli ilə onun başına və sifətinə zərbələr vurmuş, sonra da saçından tutub yerə yıxmış, yerə dəyməyi nəticəsində sağ dirsəyi və sağ ayağından xəsarət almışdır. O ağrıdan qışqırmış, sonra Rahibə çıxıb getmişdir. Həmin gün halsız olduğundan polisə şikayət etməmiş, ertəsi gün Rahibənin onu döyərək xəsarət yetirməsi barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmaq və təqsirləndirilən şəxsi bağışlamaq fikri yoxdur, təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 584 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: təpə-ənsə nahiyyənin dərialtı hematoması, sağ aşıq-baldır oynağı nahiyyənin hərəkət məhdudluğu ilə müşayiət olunmuş qançır-şişkinliyi, sağ dirsək və sağ daban nahiyyənin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmıışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan DİN-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 1752 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt 4 nömrəli şəhər xəstəxanasının xx.xx.2022-ci il tarixli 130 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinə müraciət etməmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı oğlu vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsə xəsarət yetirdiyini etiraf etmiş, özünü təqsirli bilməməsini isə zərərçəkmiş şəxsin onu daim təhqir etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Beləliklə, işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hadisələri təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir və 2 azyaşlı uşağı vardır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nı 59.1.1, 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələri təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №1(060)-510/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-510/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver