Məhkəmə qərarları › İş №1(060)-510/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-510/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-510/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 18 dekabr 2023-cü il tarixindən təhqirə, böhtana susub dövlətə sığınmışdır. 18 dekabr 2023-cü ildə saat 20:00-da Sumqayıt şəhəri 3-cü Polis Bölməsinin əməkdaşı tərəfindən kirayə verdiyi evində baş vermiş oğurluq hadisəsi ilə bağlı bölməyə çağırılmışdır. Bölmədə ondan kirayəçi ilə aralarında kirayə müqaviləsinin olub-olmaması soruşulmuşdur. Evin kirayə verilməsi barədə müqavilənin bağlanmasının vacib olduğunu bilmədiyi üçün müqavilənin olmadığını bildirmişdir. Evdə oğurluq hadisəsi zamanı hansısa xəsarətin və nəyinsə oğurlanıb-oğurlanmamsını soruşmuşdur. Polis bölməsində onun oğurluq hadisəsi ilə bağlı hər hansı şəkildə əlaqəsinin olması barədə irad nə polis əməkdaşları, nə də Həbibova Rəqsanə tərəfindən bildirilməmişdir. Polis əməkdaşları hər hansı bir hadisənin olmadığını, sadəcə olaraq kirayəçi “Tik-Tok” fenomeni Həbibova Rəqsanə əsəbi olduğu üçün DİN-in 102 xiidmətinə zəng edib yalan məlumat vermişdir. Kirayə verən zaman bu haqda onun məlumatı olmamışdır. O, Həbibova Rəqsanəyə sabah müqavilə bağlamaq üçün notariusa getməyi demiş, bundan sonra onlar evə getmişdir. Ev hal-hazırda Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olan oğlu əsgər Mirzəyev Muradın adına olduğu üçün müqavilə bağlaya bilməyəcəyini Həbibova Rəqsanəyə bildirmiş və buna görə də evdən çıxmağı xahiş etmişdir. Bundan sonra onun və ailəsinin təhqirlər, böhtanlar, ləyaqətin sosial şəbəkələrdə kütləvi şəkildə ləkələnməsi halları ilə dolu dözülməz qara günləri başlamışdır. 19 dekabr 2023-cü il tarixində Rəqsanə Həbibova ona telefon və vatsap vasitəsilə zəng edərək təhqir etmiş, evdən çıxmayacağını, ona şər və böhtan atacağını dedikdə o, DİN-in 102 xidmətinə zəng edib bu haqqda məlumat vermişdir. Rəqsanə Həbibova 16 yanvar 2024-ci il tarixində guya evdə oğurluq hadisəsində onun da iştrakının olması barəsində polisə şikayət etmişdir. O, dəfələrlə Sumqayıt şəhər 3-cü Polis bölməsinə çağırılmış, izahatı alınaraq təhqiqat aparılmışdır. Rəqsanə Həbibova evdən çıxması müqabilində ondan əsassız olaraq böhtan, şər, hədə-qorxu yolu ilə 2000 manat məbləğində pul istəyir. Bu işlə əlaqədar Sumqayıt ŞPİ-nin Təhqiat Şöbəsində tədqiqatçı Zaur Cəfərov və istintaq şöbəsinin müstəntiqi Mustafa Mustafazadə əsl Azərbaycan polisinə layiq, qanunun aliliyini rəhbər tutaraq, vətəndaşının hüququnun keşiyində duraraq tədqiqat aparmış, tədqiqat zamanı Daxili İşlər Nazirliyinin iki əməkdaşının iştirakı ilə Rəqsanə Həbibova ilə onun üzləşməsi aparılmışdır. Tədqiqat aparılmasının nəticəsində Həbibova Rəqsanənin dedikləri yalan şər və böhtan olduğu üzə çıxmışdır. Bütün bu dövr ərzində 5 aydır hədə-qorxu, şər və böhtan atmaqla kirayə haqqını ödəməməklə onun evində qalır. Bütün bu proseslərə nəzər saldıqda Rəqsanə Həbibovanın məqsədi hədəqorxu, şər-böhtan atmaqla illərlə onun evində kirayə haqqı ödəmədən qalmaqdır. Bütün bunları nəzərə alaraq Rəqsanə Həbibovanın evindən çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 06 may 2024-cü il tarixində Rəqsanə Həbibova “Tik-Tok” sosial şəbəkəsində çıxış edərək onun adını, soyadını və oğlu X4 məxsus olan ev ünvanını göstərməklə, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyir, şərəf və ləyaqətini qəsdən alçaldır, onu oğurluqda və rüşvətxorluqda ittiham edir. Göründüyü kimi X3 “Tik-Tok” internet platformasında həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan sözlər sərf edərək, yalan məlumatlar yayaraq ona böhtan atmışdır. 2024-ci ilin may ayının 6-sı internet platformasında yerləşən “Tik- Tok”-da yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla böhtan atdığı, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı üçün - xx.xx.1975-ci ildə Sabirabad rayonu, Narlıq kəndində doğulmuş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətinin məzmununa uyğun çıxış edərək icraata götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin məzmununa baxdıqda müəyyən edilir ki, şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin böhtan xarakterli məlumatları “Tik-Tok” sosial şəbəkəsində yaydığını göstərmişdir. Şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin qeydiyyat yeri kimi ünvan 1 ünvanı, yaşayış yeri kimi isə ünvan 2ərilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışa əsasən isə X1 qeydiyyat yeri (yaşayış yeri) ünvan 1 ünvanıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 yaşayış yeri ünvan 1 ünvanı hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Beləliklə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yerinin Sabirabad rayonu ərazisi olması səbəbindən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə baxılması üçün aidiyyati üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 298-300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar