Məhkəmə qərarları › İş №1(060)-510/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-510/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-510/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 445-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,329 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, 07 may 2025-ci il tarixdə saat 14.57 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsi, ev 65-in qarşısında küçədə saxlanılaraq üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan iç cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,329 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Xeyli vaxtdır ki, narkotik vasitələrdən istifadə edir. 2025-ci ilin may ayının əvvəllərində Bakı şəhərində 20 yanvar ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata bir büküm pati almışdır. Sumqayıt şəhərində olarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Özü könüllü aldığı pati adlı maddəni çıxarıb təqdim etmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Çox vaxt keçdiyindən hər şeyi dəqiq xatırlamır. İstintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində yaşlı qoca anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, psixotrop maddədən çəkməklə istifadə edir. Psixotrop maddəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxsərdən alıb istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 14.57 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsində yerləşən 65 saylı evin qarşısında küçədə tək piyada hərəkətdə olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim etmişlər, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O, etiraz etməmiş. Sonra ona üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda o, əynində olan qara rəngli şalvarın sol yan iç cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə “patı” deyilən psixotrop maddə metamfetamindir. Həmin bir bükümdə olan kütləni bu gün səhər saatlarında Bakı şəhəri, 20 yanvar ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,49 qram olması müəyyən olunmuşdur. Sonra isə o, və üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş kütlə ilə bir yerdə müvafiq sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. İdarənin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən ona videoçəkiliş ilə hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra onun üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış kütlə videoçəkiliş altında təhqiqatçıya təqdim edilmişdir. Sorğu zamanı təqdim olunan möhürlənmiş bağlamadakı kütlənin onun üzərindən aşkar edildiyini, həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat-axarış tədbirləri həyata keçirmişlər. xx.xx.2025-ci il tarixdə saat 14.57 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsində yerləşən 65 saylı evin qarşısında küçədə Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan iç cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” deyilən psixotrop maddə metamfetamindir. Həmin bir bükümdə olan kütləni bu gün səhər saatlarında Bakı şəhəri, 20 yanvar ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,49 qram olması müəyyən olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs və üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş kütlə ilə bir yerdə müvafiq sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə. gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işinin 24-cü vərəqəsində olan 07 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-63-cu vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16\2- 20\294\2025 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “ Zərflər üçün № 124 ” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs \imza\ İştirakçılar Şahid2 \imza\; Şahid3 \imza\ Şahid1 \imza\ xx.xx.2025 ” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,329 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2799 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 69.3-cü maddələri ilə 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan göründüyü kimi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 445-də yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 14.57 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsində yerləşən 65 saylı evin qarşısında küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, ona yaxınlaşmış, özlərini təqdim etmişlər, həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan iç cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb onlara təqdim etmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” deyilən psixotrop maddə metamfetamindir. Həmin bir bükümdə olan kütləni bu gün səhər saatlarında Bakı şəhəri, 20 yanvar ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,49 qram olması müəyyən olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs və üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş kütlə ilə bir yerdə müvafiq sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X4 tərəfindən tərtib etdiyi xx.xx.2025-ci il tarixli şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, idarənin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş ilə hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış kütlə videoçəkiliş altında təhqiqatçıya təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlamadakı kütlənin onun üzərindən aşkar edildiyini, həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığı, müsbət halda təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz heç bir şey yoxdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən iş üçün əhəmiyyətli olan heç bir şey aşkar edilməmişdir. Sonra isə videoçəkiliş dayandırılmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol imzalanmışdır. Cinayət işinin materiallarında olan DVD diskə baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 445-də yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 14.57 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsində yerləşən 65 saylı evin qarşısında küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, ona yaxınlaşmış, özlərini təqdim etmişlər, həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan iç cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb onlara təqdim etmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” deyilən psixotrop maddə metamfetamindir. Həmin bir bükümdə olan kütləni bu gün səhər saatlarında Bakı şəhəri, 20 yanvar ərazisində olan zaman tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,49 qram olması müəyyən olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs və üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş kütlə ilə bir yerdə müvafiq sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. İdarənin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş ilə hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə cəzadan 26 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,279 qram psixotrop maddə olan metamfetamin və üstü yoxlanılan zaman çəkilmiş içərisində videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan mtetamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli resivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdən 09 may 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 06 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2799 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,279 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə diggər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. MTəqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,279 qram psixotrik maddə olan mtetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar