Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-511/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 04.02.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,170 qram, 0,124 qram ümumi təmiz çəkisi 0,294 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 aprel 2021-ci il tarixdə saat 15:15-də Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən sonuncunun yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi, 407B saylı evin yaxınlığında saxlanılıb polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,170 qram, 0,124 qram ümumi təmiz çəkisi 0,294 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4kdə yaşayır, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 02.02.2021-ci il tarixdə cəzasını çəkib qurtarıb azadlığa çıxmışdır. Heç bir yerdə işləmir, fərdi işlə məşğul olur, o, bir neçə ildir ki, narkotik vasitə olan heroin istifadə edir. 22.04.2021-ci il tarixdə səhər saatlarında təxminən saat 09-10 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsində olmuşdur. O, həmin yerdə Yem dükanının yanında olarkən əvvəllər tanımadığı, təsadüfən tanış olduğu, adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxs söhbət əsnasında özündə narkotik vasitə olan heroin olduğunu demiş, həmçinin həmin şəxs onun da narkotik vasitə olan heroin qəbul etdiyini bilmişdir. Bundan sonra həmin şəxs ona heroin sata biləcəyini demiş, o, da üzərində 10 manat pul olduğunu demiş və həmin şəxslə razılaşıb 1 bükümü 5 manat olmaqla 2 büküm narkotik vasitə olan heroin alıb əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra o, Sumqayıt şəhərinə yaşadığı ünvana qayıtmışdır. Sonra o, həmin narkotik vasitəni istifadə etmək üçün evdən çölə çıxmışdır. Həmin gün təxminən saat 15:15 radələrində o, yaşadığı evin yaxınlığında olarkən ona 2 nəfər mülki geyimdə və 1 nəfər polis geyimində olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, onu polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə razılaşıb polis bölməsinə getmişdir. Polis bölməsində ona üzərində narkotik vasitə saxladığında şübhəli olunduğu üçün üzərində videoçəkilişlə şəxsi axtarış aparacağını bildirilmişdir. O, da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Ona dövlət hesabına müdafiəçi dəvət olunmuş, 1 saylı Sumqayıt vəkil Bürosunun vəkili X2 ona təqdim olunmuş, o, da həmin vəkilə etiraz etməmişdir. Daha sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Polis əməkdaşları ona üzərində qeyri-qanuni nə varsa, təqdim etməyi təklif etmişlər. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən səhər aldığı 2 ədəd gümüşü rəngli siqaret bükümündə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açıb baxdıqda içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu aşkar olunmuşdur. Həmin vaxt polis əməkdaşları həmin maddənin nə olduğunu, haradan əldə etdiyini soruşduqda, o, da polis əməkdaşlarına həmin maddənin narkotik vasitə olan heroin olduğunu, onu bu gün, yəni tutulduğu gün saat doqquz, onun yarısı Abşeron rayonu Saray qəsəbəsində yem dükanının yanında tanımadığı şəxsdən 1 bükümünü 5 manat olmaqla şəxsi istifadəsi üçün aldığını demişdir. Polis əməkdaşları ondan həmin bükümlərin nə üçün ayrı bükümlərdə olduğunu soruşmuşlar, o, da polis əməkdaşlarına heroini bu formada aldığını, ayrı ayrı istifadə etmək üçün belə üzərində saxladığını demişdir. Daha sonra üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, həmin bükümlərin ayrı-ayrılıqda çəkiləri 0,20 qram və 0,29 qram, ikisi birlikdə çəkiisi isə 0,48 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşları onun üzərini axtarmışlar, lakin onun üzərindən bir ədəd yeni qutusu açılmamış “Prima” markalı siqaret qutusundan başqa heçnə aşkar olunmamışdır. Siqaret qutusu da istintaq üçün əhəmiyyət kəsb etmədiyi üçün ona qaytarılmışdır. Üzərindən aşkar olunmuş 2 ədəd bükümlər ekspertizaya göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Daha sonra müvafiq sənədləşmə aparılmış və o, da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmin narkotik vasitəni almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir. O, saxlanılarkən, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Eyni zamanda ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heorin qəbul edir, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,170 qram, 0,124 qram ümumi təmiz çəkisi 0,294 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamış, o, həmin narkotiki tutulduğu gün adını və ünvanının tanımadığı şəxsdən Abşeron rayonu Saray qəsəbəsi yem dükanının yanından bir bükümünü 5 manat olmaqla ümumilikdə 10 manata almışdır. O, narkotik vasitə olan heroini aldığı şəxsi tanımır, həmin şəxsin əlaqə nömrəsi onda yoxdur, o, Abşeron rayonu Saray qəsəbəsi Yem dükanının yaxınlığında olarkən təsadüfən həmin şəxslə tanış olmuş və söhbət əsnasında onun heorin satdığını bilib ondan bir bükümünü 5 manata üzərindən aşkar olunan heroini almış, əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. O, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 22.04.2021-ci il tarixdə Sumqayıt şəhərində Sumqayıt şəhəri Corat qəsəbəsi, ev 407B-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra ondan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün təxminən saat 15:15 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olarkən Ramilə yaxınlaşaraq özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşıb polis bölməsinə gəlmişdir. Polis bölməsində ona üzərində narkotik vasitə saxladığından şübhəli olunduğu üçün üzərində videoçəkilişlə şəxsi axtarış aparacağı bildirilmişdir. O, da heç bir etiraz etməmişdir. Daha sonra Ramilə hüquq və vəzifələri izah edilmişdir. Ramilə dövlət hesabına müdafiəçi dəvət olunmuş, 1 saylı Suymqayıt vəkil Bürosunun vəkili X2 ona təqdim olunmuş, Ramil də həmin vəkilə etiraz etməmişdir. Daha sonra Ramilin üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Videoçəkiliş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti polis mayoru Elnur Qocayev tərəfindən aparılmışdır. Onlar Ramilə üzərində qeyri-qanuni nə varsa, təqdim etməyi təklif etmişlər, Ramil də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd gümüşü rəngli siqaret büküm təqdim etmişdir. Həmin bükümləri açıb baxdıqda içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu aşkar olunmuşdur. Ramildən həmin maddənin nə olduğunu, haradan əldə etdiyini soruşduqda, Ramil onlara həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni bu gün, yəni tutulduğu gün saat doqquz, onun yarısı Abşeron rayonu Saray qəsəbəsində yem dükanının yanında tanımadığı şəxsdən 1 bükümünü 5 manat olmaqla şəxsi istifadəsi üçün aldığını demişdir. Ramildən həmin bükümlərin nə üçün ayrı bükümlərdə olduğu soruşulmuş, Ramil də onlara heroini bu formada aldığını, ayrı ayrı istifadə etmək üçün belə üzərində saxladığını demişdir. Daha sonra onun üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, həmin bükümlərin ayrı-ayrılıqda çəkiləri 0,20 qram və 0,29 qram, ikisi birlikdə çəkiisi isə 0,48 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra onun üzəri axtarılmış, lakin onun üzərindən bir ədəd yeni qutusu açılmamış “Prima” markalı siqaret qutusundan başqa heçnə aşkar olunmamışdır. Siqaret qutusu da istintaq üçün əhəmiyyət kəsb etmədiyi üçün Ramilin özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş 2 ədəd bükümlər ekspertizaya göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuş, o, da digər iştirakçılar kimi həmin protokolu imza etmişdir. Təqsirləndirilən şəxs qarşı təziq göstərilməmiş, Ramil könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs konkret olaraq hər hasnı bir şəxsə narkotik vasitə satması barədə onda əməliyyat məlumatı olmamışdır. Şahid1 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 22 aprel 2021ci il tarixdə təqsirləndirilən şəxs Şahid2 Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23.04.2021-ci il tarixli, 6/1616 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş zərfdə 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,170 qram, 0,124 qram ümumi təmiz çəkisi 0,294 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (heroinin ümumi təmiz çəkisi-0,294 qram, tədqiqata sərf edildi- 0,08 qram, qalıq-0,214 qramdır). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ)daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 20.05.2021-ci il tarixli 1548 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi nəticəsində Asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər Nartkoloji Dispanseri tərəfindən verilmiş 01.06.2021-ci il tarixli 2215 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ilin may ayından həmin dispanserdə narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 22.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 24.04.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 22.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 22 aprel 2021-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əliliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,214 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli (iş № 1(060)-511/2021) qərarını icra edərək, 08 iyul 2021-ci il tarixli 704/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,214 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-511/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-511/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver