Məhkəmə qərarları › İş №1(060)-511/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-511/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-511/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Göyçay rayonu, Çayarxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində, yaşadıqları ünvan 1-də şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı rəsmi nigahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs əl zərbələri ilə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid olan, sağ bazunun orta və aşağı 1/3-nin bayır səthini əhatə edən dərialtı hematoması, sol bazunun orta 1/3-nin ön səthinin qançırı xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun rəsmi nigahda olduğu həyat yoldaşıdır, onunla birlikdə ünvan 1-də yaşayır. Zərərçəkmiş şəxs ilə 7 ildir ki, ailə həyatı qurmuşdur, lakin 2016-cı ildə rəsmi nigah qeyd etdirmişlər. Onların birgə nigahlarından 2016-cı Damla Cəlilova adında qız, 2018-ci ildə Ramal Cəlilov adında oğlan olmaqla 2 övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuş, ara-sıra xırda məişət problemləri olsa da, ailə oolduqları üçün həmin problemləri böyütməmişlər, tez bir zamanda həll etməyə çalışmışlar. Əvvəllər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00 radələrində yaşadıqları ünvana bir qədər spirtli içki qəbul edərək gəlmişdir. Zərərçəkmiş şəxs onun sərxoş olduğunu hiss etsə də, bu barədə mübahisə yaratmaq istəməmişdir. Lakin o sərxoş olduğundan özündən asılı olmadan hərəkətləri ilə söz-söhbət yaratmağa başlamışdır. Zərərçəkmiş şəxs artıq onun bu hərəkətlərindən çox əsəbiləşmiş, övladlarının gözü qarşısında evə içkili gəlməyi barədə ona irad bildirmişdir. Bu zaman o Gülşənin iradlarına heç bir məhəl qoymamış, Zərərçəkmiş şəxs üzərinə hücum çəkmişdir. O ilk dəfə idi ki, belə hərəkət etmişdir. Zərərçəkmiş şəxs ondan uzaq durmağını tələb etmişdir. Lakin o Zərərçəkmiş şəxs sözlərini eşitməmiş, aralarında davam edən münaqişə əsnasında onun bədən nahiyələrinə əl zərbəsi ilə vuraraq Zərərçəkmiş şəxs döymüşdür. Zərərçəkmiş şəxs mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bu zaman o Zərərçəkmiş şəxs kənarlaşmış, ondan şikayətini geri götürməyini bildirmişdir. Zərərçəkmiş şəxs isə ona qarşı etdiyi hərəkətinə görə şikayətçi olacağını ona bildirmişdir. Az keçmiş yaşadıqları ünvana polis əməkdaşları gəlmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00 radələrində yaşadığı ünvanda olan zaman Cəlilova Taleh Oktay oğlu sərxoş vəziyyətdə evə gəlmişdir. O Talehin sərxoş olduğunu hiss etsə də, bu barədə mübahisə yaratmaq istəməmişdir. X4 Oktay oğlu hərəkətləri ilə söz-söhbət yaratmağa başlamışdır. O da artıq Talehin bu hərəkətlrəindın çox əsəbiləşmiş, övladlarının gözü qarşısıda evə içkili gəlməsi barədə Talehə irad bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun iradlarına heç bir məhəl qoymamış, onun üzərinə hücum çəkmişdir. Təqsirləndirilən şəxs ondan uzaq durmasını tələb etmişdir. Lakin Taleh onun sözlərini eşitməmiş, aralarında davm edən münaqişə əsnasında əl zərbələri ilə vuraraq onu döymüşdür. O mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı uşağı (xx.xx.2018-ci il təvəllüdlü X5 oğlu və xx.xx.2016-cı il təvəllüdlü X2) vardır. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 501 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sağ bazunun orta və aşağı 1/3-nin bayır səthini əhatə edən dərialtı hematoması, sol bazunun orta 1/3-nin ön səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, özü=özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 1409 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 4 nömrəli xəstəxananın 151 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-nin 3-13-12-1/2-C-673xx/xx/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 1 saylı “İnşaatçı” MKS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar