Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-511/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SMP-518, 3 saylı yataqxanada qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Quliye Tural Qarabala oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,290 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 19.32 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Skazka” restoranının yaxınlığında küçədə saxlanılaraq, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,290 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Xeyli vaxtdır ki, narkotik vasitələrdən istifadə edir. 2025-ci ilin mart ayının axırlarında Bakı şəhəri Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata bir büküm kokos-yəni heroin almışdır. Həmin gün axşam saatlarında Tağıyev qəsəbəsində Skazka restoranının yaxınlığında polis əməkdaşları tərəfindən tutulmuşdur. Özü könüllü aldığı bir büküm kokosu çıxarıb təqdim etmişdir. Ona qarşı heç bir fiziki-psixi təzyiq olmamışdır. Törətdiyi cinayət əməlindən peşimandır. Çox vaxt keçdiyindən hər şeyi dəqiq xatırlamır. İstintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildən artıqdır ki, narkotik vasitə alüdəçisidir, narkotik vasitə olan kakosu çəkməklə daxilə qəbul edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi tələbatını ödəyir. xx.xx.2025-ci il tarixdə saat 19.32 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən “Skazka” restoranının yaxınlığında küçədə tək piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində saxlamış olduğu bir ədəd ağ rəngli kağız bükülüdə olan, qəhvəyi rəngli və spesifik iyə malik olan narkotik maddə heroinə bənzər maddəni özü təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüşdür. Həmin kütlə onun iştirakı ilə götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Daha sonra o, sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutla birlikdə Sumqayıt şəhər polis idarəsinin ikinci polis bölməsinə gətirilmişdir. O, bölməyə gəldikdən sonra inzibati otaqların birində videoçəkiliş aparılmaqla hüquq və vəzifələri, bu barədə bildiriş təqdim olunmuş, eyni zamanda hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. O, müdafiəçiyə etirazının olmadığını, hüquq və vəzifələrinin tam aydın olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi, qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı bildirmişdir ki, möhürlənmiş zərfdəki narkotik vasitəyə bənzər kütlə özünə məxsusdur, həmin kütləni şəxsi istifadəsi üçün Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 20 manata almışdır. Bundan sonra həmin kütləyə baxış keçirilmiş, elektron tərəziyə qoyularaq çəkisinin 0,51 qram olması müəyyən edilmişdir, həmin kütlə yenidən qablaşdırılmış, möhürlənmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Sahil oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19.32 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Skazka” restoranının yaxınlığında küçədə saxlanmış, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutla birlikdə Sumqayıt şəhər polis idarəsinin ikinci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs bölməyə gəldikdən sonra inzibati otaqların birində videoçəkiliş aparılmaqla hüquq və vəzifələri bildirilmiş, bu barədə bildiriş təqdim olunmuş, eyni zamanda hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuş, Təqsirləndirilən şəxs müdafiəçiyə etirazının omadığını, hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi, qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan möhürlənmiş zərfdəki narkotik vasitəyə bənzər kütlə onun özünə məxsusdur, həmin kütləni şəxsi istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı bir şəxsdən 20 manata almışdır. Bundan sonra həmin kütləyə baxış keçirilmiş, sonra isə elektron tərəziyə qoyularaq çəkisinin 0,51 qram olması müəyyən edilmiş, həmin kütlə yenidən qablaşdırılmış, möhürlənmiş və sonra isə videoçəkiliş dayandırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid1 Sahil oğlunun ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işinin 19-cu vərəqəsində olan 30 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 59-61-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16\2- 20\152V2025 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,290 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan AR SN Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasını xx.xx.2025-ci il tarixli 1815 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Cəbrayıl rayon MX-da (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 221.1, 69.4-cü maddələri ilə 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 221.1, 67.1-ci maddələri ilə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR MM-in xx.xx.2016-cı il tarixli “Amnistiya” haqqında qərarının 1.1 bəndinə əsasən çəkilməmiş cəzasından azad edilmişdir. Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə 02 il 04 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 67.1, 69.3-cü maddələri ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Salyan rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş olan hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilib. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilib. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025ci il tarixdə saat 19.32 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Skazka” restoranının yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutla birlikdə Sumqayıt şəhər polis idarəsinin ikinci polis bölməsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs bölməyə gəldikdən sonra inzibati otaqların birində videoçəkiliş aparılmaqla hüquq və vəzifələri bildirilmiş, bu barədə bildiriş təqdim olunmuş, eyni zamanda hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuş, Təqsirləndirilən şəxs müdafiəçiyə etirazının omadığını, hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi, qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, möhürlənmiş zərfdəki narkotik vasitəyə bənzər kütlə onun özünə məxsusdur, həmin kütləni şəxsi istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı bir şəxsdən 20 manata almışdır. Bundan sonra həmin kütləyə baxış keçirilmiş, sonra isə elektron tərəziyə qoyularaq çəkisinin 0,51 qram olması müəyyən edilmiş, həmin kütlə yenidən qablaşdırılmış, möhürlənmiş və sonra isə videoçəkiliş dayandırılmışdır. Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Cinayət işinin materiallarında olan DVD diskə baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19.32 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Skazka” restoranının yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutla birlikdə Sumqayıt şəhər polis idarəsinin ikinci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs bölməyə gəldikdən sonra inzibati otaqların birində videoçəkiliş aparılmaqla hüquq və vəzifələri bildirilmiş, bu barədə bildiriş təqdim olunmuş, eyni zamanda hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuş, Təqsirləndirilən şəxs müdafiəçiyə etirazının omadığını, hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi, qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan möhürlənmiş zərfdəki narkotik vasitəyə bənzər kütlə onun özünə məxsusdur, həmin kütləni şəxsi istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı bir şəxsdən 20 manata almışdır. Bundan sonra həmin kütləyə polislər tərəfindən baxış keçirilmiş, sonra isə elektron tərəziyə qoyularaq çəkisinin 0,51 qram olması müəyyən edilmiş, həmin kütlə yenidən qablaşdırılmış, möhürlənmiş və sonra isə videoçəkiliş dayandırılmışdır. Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Cinaət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,290 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,240 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,240 qram narkotik vasitə olan heroin və üstü yoxlanılan zaman çəkilmiş içərisində videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusioə təhlükəli resivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 30 mart 2025-ci il tarixdən 01 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 06 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1815 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,240 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə diggər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2025-ci il tarixdən 01 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,240 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-511/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-511/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver