Məhkəmə qərarları › İş №1(060)-512/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-512/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-512/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,234 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 aprel 2021-ci il tarixdə saat 16:53-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı binanın qarşısında saxlanılaraq 1-ci PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd “Vest” markalı siqaret qutusunun içərisində olan ağ kağıza bükülmüş, təmiz çəkisi 0,234 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ilkin olaraq ifadə vermiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ittihamda qeyd edilən narkotik vasitənin ona aid olmadığını, onu polis əməkdaşlarının evindən apardıqlarını, evdən apararkən Elman və Fərid adlı polis əməkdaşlarının ona zor tətbiq etdiklərini, bu narkotik vasiətənin onun olmasını təkidlə bildirərək sənədlərə imza atdırdıqlarını, videoçəkilişin isə formal olaraq aparıldığını bildirdi. Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhəri, 10-cu mkr, ev 55, mənzil 48-də ailəsi ilə birlikdə yaşayır, 17.04.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində olduqda tanımadığı şəxsdən 10 manat verərək istifadəsi üçün 1 büküm narkotik vasitə olan heroin almış, həmin ağ kağıza bükülmüş heroini özünə məxsus “Vest” markalı siqaret qutusunun içərisinə qoymuş və siqaret qutusunu da əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyaraq arxayın vaxtda həmin narkotik vasitəni istifadə edəcəyini fikirləşmişdir. Daha sonra öz yaşadığı evə gəlmiş, ağrıları adətən axşam saatlarında olduğu üçün həmin narkotik vasitəni axşam saatlarında istifadə etməyi düşünmüşdür. 17.04.2021-ci il tarixdə saat 16:53 radələrində evdən çıxaraq yaşadığı 55 saylı binanın qarşısında gəzişərkən ona üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını deyərək onu saxlamışlar, bir nəfər polis formasında şəxs də yaxınlaşaraq ona özünü təqdim etməyini bildirmiş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu söyləmiş, polis əməkdaşı da ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, video çəkiliş ilə üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığını, 1-ci Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığını bildirmişdir və o da ona etiraz etmədiyini demişdir. Daha sonra o, onlarla birlikdə 1-ci Polis bölməsinə getmiş, orada xidməti otaqların birində video çəkiliş ilə ona vəkil İsməli Kazımov təqdim olunmuş, sonra təhqiqatçı onu hüquq və vəzifələriylə tanış edərək üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini demiş və o da etiraz etməmişdir. Ondan üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığı soruşulduqda, o, üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd “Vest” markalı siqaret qutusunu, gödəkçənin sol yan cibindən bir ədəd “Nokia” marklı mobil telefonu çıxardaraq vermiş, sonra onsuzda şəxsi axtarış zamanı siqaret qutusunun içərisində olan narkotik vasitənin bilinəcəyini fikirləşdiyi üçün siqaret qutusunun içərisində olan ağ kağıza bükülmüş narkotik vasitəni də çıxardıb təqdim etmişdir. Təhqiqatçı ondan həmin bükülünün nə olduğunu soruşduqda o, narkotik vasitə heroin olduğunu, özü istifadə etdiyini demiş, daha sonra ondan həmin narkotik vasitəni hardan, nə məqsədlə, neçiyə aldığını soruşduqda və o da ona bugün, yəni 17.04.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata aldığını demiş, vəkili ondan polis əməkdaşlarının onu tutaraq gətirdikləri zaman hər hansı qanunsuz hərəkət olub olmadığını soruşduqda o da hər hansı qanunsuz hərəkət olmadığını demiş, sonra təhqiqatçı orada üzərindən çıxan narkotik vasitəni tərəzidə çəkmiş, narkotik vasitə qablaşdırılaraq video çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasındakı sonrakı ifadəsində istintaqda verdiyi əvvəlki ifadəsini təsdiq etdiyini, məhkəmədə verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşıdığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyatçısı, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 17.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 55, mənzil 48-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özündən, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 16:53 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 55 saylı binanın qarşısına getmişlər, sonra Təqsirləndirilən şəxs gəldiyini görüb, həmin şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən tərəflərindən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını, ona görə də onlarla birlikdə 1-ci Polis Bölməsinə gəlməyini deyərək etirazının olub-olmadığını soruşmuşlar, Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirmiş. Ondan sonra əməkdaşlar onunla birlikdə 1-ci Polis Bölməsinə gəlmişlər, orada xidməti otaqların birində kriminalist Şahid4 kameranı işə salmış, baş təhqiqatçı Ruslan Vəliyev ona özünü təqdim etməyini, harada, hansı ünvanda yaşadığını soruşmuş, o da özünü təqdim edərək yaşadığı ünvanı söyləmişdir. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində saxlanıldığını deyərək onlara da özlərini təqdim etməklərini bildirmiş və onlar da özlərini təqdim etmişlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını vəkilin müdafiə edəcəyini deyərək vəkili ona təqdim etmiş, daha sonra təhiqatçı ona hüquq və vəzifələrini izah edərək ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını demişxdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən Vest markalı siqaret qutusunu çıxartmış və onun da içərisindən ağ kağıza bükülmüş 1 ədəd bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə bənzər maddə olmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan, nə vaxt aldığı soruşulduqda o, onun narkotik vasitə olan “heroin” olduğunu, 17.04.2021-ci il tarixdə Novxanı bağlarından tanımadığı bir nəfər şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs tutularkən ona hər hansı bir zor tətbiq olunmadığını, sonuncunun məhkəmədə verdiyi ifadənin özünümüdafiə xarakteri daşıdığını bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 17.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 55, mənzil 48-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özündən, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, əməliyyat müvəkkili Şahid1, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 16:53 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 55 saylı binanın qarşısına getmişlər, sonra Təqsirləndirilən şəxs gəldiyini görüb, həmin şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən tərəflərindən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını, ona görə də onlarla birlikdə 1-ci Polis Bölməsinə gəlməyini deyərək etirazının olub-olmadığını soruşmuşlar, Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirmiş. Ondan sonra əməkdaşlar onunla birlikdə 1-ci Polis Bölməsinə gəlmişlər, orada xidməti otaqların birində kriminalist Şahid4 kameranı işə salmış, baş təhqiqatçı Ruslan Vəliyev ona özünü təqdim etməyini, harada, hansı ünvanda yaşadığını soruşmuş, o da özünü təqdim edərək yaşadığı ünvanı söyləmişdir. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində saxlanıldığını deyərək onlara da özlərini təqdim etməklərini bildirmiş və onlar da özlərini təqdim etmişlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını vəkilin müdafiə edəcəyini deyərək vəkili ona təqdim etmiş, daha sonra təhiqatçı ona hüquq və vəzifələrini izah edərək ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını demişxdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən Vest markalı siqaret qutusunu çıxartmış və onun da içərisindən ağ kağıza bükülmüş 1 ədəd bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə bənzər maddə olmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan, nə vaxt aldığı soruşulduqda o, onun narkotik vasitə olan “heroin” olduğunu, 17.04.2021-ci il tarixdə Novxanı bağlarından tanımadığı bir nəfər şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Şahid2 ifadəsində Təqsirləndirilən şəxs tutularkən ona hər hansı bir zor tətbiq olunmadığını, sonuncunun məhkəmədə verdiyi ifadənin özünümüdafiə xarakteri daşıdığını bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 Telman oğlu ifadəsində göstərdi ki, 17.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 55, mənzil 48-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özündən, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, baş əməliyyat müvəkkili Şahid1, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 16:53 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 55 saylı binanın qarşısına getmişlər, sonra Təqsirləndirilən şəxs gəldiyini görüb, həmin şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən tərəflərindən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını, ona görə də onlarla birlikdə 1-ci Polis Bölməsinə gəlməyini deyərək etirazının olub-olmadığını soruşmuşlar, Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirmiş. Ondan sonra əməkdaşlar onunla birlikdə 1-ci Polis Bölməsinə gəlmişlər, orada xidməti otaqların birində kriminalist Şahid4 kameranı işə salmış, baş təhqiqatçı Ruslan Vəliyev ona özünü təqdim etməyini, harada, hansı ünvanda yaşadığını soruşmuş, o da özünü təqdim edərək yaşadığı ünvanı söyləmişdir. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində saxlanıldığını deyərək onlara da özlərini təqdim etməklərini bildirmiş və onlar da özlərini təqdim etmişlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını vəkilin müdafiə edəcəyini deyərək vəkili ona təqdim etmiş, daha sonra təhiqatçı ona hüquq və vəzifələrini izah edərək ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını demişxdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən Vest markalı siqaret qutusunu çıxartmış və onun da içərisindən ağ kağıza bükülmüş 1 ədəd bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə bənzər maddə olmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan, nə vaxt aldığı soruşulduqda o, onun narkotik vasitə olan “heroin” olduğunu, 17.04.2021-ci il tarixdə Novxanı bağlarından tanımadığı bir nəfər şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Şahid3 ifadəsində Təqsirləndirilən şəxs tutularkən ona hər hansı bir zor tətbiq olunmadığını, sonuncunun məhkəmədə verdiyi ifadənin özünümüdafiə xarakteri daşıdığını bildirdi. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18.04.2021-ci il tarixli, 6/1516 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazrlanmış narkotik vasitə heroindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 20.05.2021-ci il tarixli, 1546 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserin 15.06.2021-ci il tarixli 2275 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2003-cü ilin oktyabr ayından «narkomaniya» diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan 17.04.2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,46 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları Təqsirləndirilən şəxs 1-ci Polis Bölməsində xidməti otaqların birinə gətirirlər. Baş təhqiqatçı Ruslan Vəliyev özünü təqdim edərək ona da özünü təqdim etməyini, harada, hansı ünvanda yaşadığını soruşur. O da özünü təqdim edərək Sumqayıt şəhəri, 10-cu mkr, ev 55, mənzil 48-də yaşadığını deyir. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində saxlanıldığını deyərək polis əməkdaşlarına da özlərini təqdim etməklərini bildirir və onlar da özlərini təqdim edərək NMB-niin əməliyyat müvəkkili, pols baş leytenantı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 olduqlarını deyirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili İsməli Kazımovun müdafiə edəcəyini deyərək vəkili ona təqdim edərək ona hüquq və vəzifələrini izah edərək ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını deyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən Vest markalı siqaret qutusunu çıxartdır və onun da içərisindən ağ kağıza bükülmüş 1 ədəd bükümü, əynindəki gödəkçənin sol yan cibindən özünə məxsus “Nokia” markalı sadə mobil telefonu, sol iç cibindən köhnə SSSR tərəfindən verilmiş pasport və xarici pasportu təqdim edir. Büküm açıldıqda içərisində spesifik iyə malik olan, qəhvəyi rəngə bənzər maddə olıduğu görünür, Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan, nə vaxt aldığı soruşulduqda o, onun narkotik vasitə olan “heroin” olduğunu, 17.04.2021-ci il tarixdə Novxanı bağlarından tanımadığı bir nəfər şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını deyir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilir və çəkisinin 0,46 qram olduğu müəyyən edilir, sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı sonra ondan vəkilinə hər hansı sualının olub-olmadığını soruşur və o da hər hansı sualının olmadığını deyir. Təhqiqatçı sonda çəkilişin dayandırıldığını bildirir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,184 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlacına verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən və məhkəmə iclasında tədqiq olunan 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin, şahidlərin dindirmə protokolları, ekspert rəyləri və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin 05.08.2005-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 05.08.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1,93.1.4-cü maddəs ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10.05.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08.05.2007-ci il Azərbaycann xalqının Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında qərarı ilə cəzanın qalan hissəsindən azad edilib. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkumluğu olmayanşəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki,210730257 saylı cinayət işi 18 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan 17 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixində saat 16:53-də Sumqayıt şəhəri 10 cu mikrorayon ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat Sumqayıt şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ilə təmin edilmiş və sonuncu barəsində 03 ay müddətinə həbs qətimkan tidbiri seçilmişdir. 16 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmayıb. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2775 saylı,15 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2003-cü ilin oktyabr ayından Narkomaniya diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 24.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1) Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal, məhkumluğunun olmaması, törətdiyi əməldən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza aşağı həddə yaxın təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,184 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli (iş № 1(060)-512/2021) qərarını icra edərək, 09 iyul 2021-ci il tarixli 725 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,184 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar