Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-512/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd şəffaf sellofan paketlərdə ümumi təmiz çəkisi 9,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19:35-də yaşadığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Kiçik Perekeşkül küçəsi 124/19 saylı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindəki 02 ədəd şəffaf sellofan paketlərdən birində təmiz çəkisi 4,399 qram, digər şəffaf sellofan paketdə 14 ədəd ayrı-ayrı bükümlərdə 0,407 qram, 0,352 qram, 0,340 qram, 0,322 qram, 0,382 qram, 0,287 qram, 0,331 qram, 0,303 qram, 0,355 qram, 0,305 qram, 0,342 qram, 0,344 qram, 0,350 qram, 0,372 qram olmaqla ümumi təmiz çəkisi 4,792 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən yəni Cinayət Məcəlləsinin 234.2-ci maddəsi deyil, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, 28 fevral 2023-cü il tarixdə yaşadığı mənzilə yaxın ərazidə idmanla məşğul olarkən kənarda əvvəlcədən tanımadığı bir nəfər şəxsin dayandığını və siqaret çəkdiyini görmüşdür. Həmin şəxsin siqaret bükümünə oxşar bükümdə istifadə etdiyi maddənin qoxusundan onun narkotik vasitə olduğunu bilmişdir. Sonra həmin şəxs ona yaxınlaşmış narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur. O isə həmin şəxsə narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmədiyini yalnız bir dəfə İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak edən zaman istifadə etdiyini bildirmişdir. Bunda sonra, tanımadığı həmin şəxs üzərində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni satdığını əgər istəyirsə ona sata biləcəyini söyləmişdir. O üzərində iki yüz manat pulunun olduğunu bildirdikdə həmin şəxs onunla razılaşmışdır. Bundan sonra o, narkotik vasitəni alaraq təxminən iki saatda idmanla məşğul olduqdan sonra evə doğru getməyə başlamış, yaşadığı mənzilə çatana yaxın iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını, onunla birlikdə polis idarəsinə getməli olduqlarını bildirmişlər. O, əməkdaşlara heç bir etiraz etməyək, onlarla birlikdə idarəyə getmiş, idarədə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman ittihamda qeyd olunan narkotik vasitələrdən üzərindən aşkar edilmişdir. O, yalnız İİ Qarabağ döyüşlərində iştirak edən zaman ilk dəfə, lakin bir dəfə narkotik vasitədən istifadə etmişdir. Saxlanılan zaman ona qarşı heç bir təzyiq olmamışdır. Heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sonuncu dəfə onun 14 büküm narkotik vasitəni almaqda məqsədi yalnız ondan istifadə etmək olmuşdur. O, həmin narkotik vasitələri xırda bükümlərə bölməmiş, hazır büküm şəklində almışdır. Əməlindən peşmandır, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verir. O, Vətən müharibəsi iştirakçısıdır, döyüşlər zamanı göstərdiyi şücaətə görə “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilmişdir. Hal-hazırda müalicə alaraq bərpa olunmuşdur, narkotik vasitədən istifadə etmir, lakin əvvəllər istifadə etdiyi üçün çox peşmandır və bir daha belə halları yol verməyəcəyinə söz verir. Bildirir ki, anası xəstəlikdə əziyyət çəkir və onun himayəsindədir. Qeyd olunanlara əsasən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 28 fevral 2023-cü il tarixdə saat təxminən 19:35 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Sumqayıt ŞPİ-nə dəvət edilmiş, hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilməklə, ona hüquq və vəzifələri izahı barədə bildiriş təqdim edilmişdir. Üzərində şəxsi axtarış keçirilmiş, Mirzə Abbasov əynində olan tünd yaşıl rəngli uzunqol gödəkcənin sol yan cibindən 2 ədəd mobil telefonu, sağ yan cibindən 1 ədəd paketdə və 1 paketin içərisindəki 14 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı və əynindəki göy rəngli şavarının sol yan cibindən 27 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin paketlərdəki narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni 20 gün öncə Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində yaşayan Elxan adlı şəxsdən 200 manata öz istifadəsi üçün aldığını, 2 aya yaxındır ki, narkotik maddə istifadəçisi olmasını bildirmişdir. Şəxsi axtarış zamanı üzərinə videoçəkiliş aparılarkən, eləcə də ilkin izahatı alınarkən narkotikin təsiri altında olduğundan, eyni zamanda tanımadığı şəxsin adını çəkəcəyi təqdirdə işinin yüngülləşəcəyini və polislərin ondan əl çəkəcəklərini düşünmüş və bu səbəbdən o, Elxan adlı şəxsdən marixuana aldığını bildirmişdir. Lakin əsl həqiqətdə o, Elxan adlı şəxsdən marixuana almamış, belə bir şəxsi tanımamış, həmin şəxsin adını özündən uydurmuş, o marixuananı tutulmamışdan 20 gün əvvəl Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində tanımadığı şəxsdən 200 manata öz şəxsi istifadəsi üçün almışdır. O narkotik maddələrin satışı ilə məşğul olmamış, 2 aya yaxındır ki, narkotik maddələrdən istifadə edir. Bu işlə məşğul olmasından heç kimin xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış keçirilmədən öncə onun üzərinə heç bir polis əməkdaşı yoxlanış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, AR DİN BNMİ-nin baş məliyyat müvəkkili olaraq çalışır, rütbəsi polis polkovnikleytenantıdır. Azərbaycan Respublikası DİN-in BNMİ-nə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 19:35-də BNMİ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. İlk əvvəl ona hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan paketi, sol yan cibində olan mobil telefonları və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 27 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 27 manat pul özünə qaytarılsa da, ona məxsus mobil telefonlar iş üzrə sübut əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəffaf sellofan paketlərə baxış keçirilən zaman birinci paketin, həmçinin 2-ci paketdəki 14 ədəd kağız bükümün içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə 13 qram olması püəyyən edilmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan “Elxan” adlı şəxsdən təxminən 20 gün əvvəl 200 manat pul müqabilində istifadə etmək məqsədilə alaraq üzərində saxladığını, 2 aya yaxındır narkotik maddə istifadə etdiyini, bu əməlindən heç kimin məlumatının olmadığını saxlanılan zaman və polis idarəsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilən AR DİN-in BNMİ-nin polis nəfəri, polis baş serjantı X3 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. İfadəsində bildirdi ki, şəxsi axtarış götürmə aparılarakən həmin prosesi məhz onun özü videoya çəkmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 28 fevral 2023-cü il tarixdə, saat 19:35 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); 02 mart 2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməli AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 58) 02 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 62-63) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 75-77); təqsirləndirilən şəxsin X2 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 78-79); “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 19:35-də BNMİnin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl ona Azərbaycan Respublikası CPM-nin 19-cıı maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən sitifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamana ona izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxm qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan paketi, sol yan cibindən içərisində ***-***-**-** saylı GSM nömrə olan Kgtel markalı, içərisində ***-***-**-** GSM nömrə olan “Samsung” markalı mobil telefonları və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 27 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 27 manat pul özünə qaytarılsa da, ona məxsus mobil telefonlar iş üzrə sübut əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəffaf sellofan paketlərə baxış keçirilən zaman birinci paketin, həmçinin 2-ci paketdəki 14 ədəd kağız bükümün içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə 13 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan “Elxan” adlı şəxsdən təxminən 20 gün əvvəl 200 manat pul müqabilində istifadə etmək məqsədilə alaraq üzərində saxladığını, 2 aya yaxındır narkotik maddə istifadə etdiyini, bu əməlindən heç kimin məlumatının olmadığını saxlanılan zaman və polis idarəsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir (i.v 28-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/313 nömrəli 01 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdəki biricini polietilen paketdə təmiz çəkisi-4.399 qram, ikini polietilən paketdə 14 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0.407 qram, 0.352 qram, 0.340 qram, 0.322 qram, 0.382 qram, 0.287 qram, 0.331 qram, 0.303 qram, 0.355 qram, 0.305 qram, .0342 qram, 0.344 qram, 0.350 qram, 0.372 qram, ümumi çəkisi-4.792 q bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannais) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-9.191 qramdır. Vət. Mirzə Abbasovun üzərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. ( i.v. 38-41). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1589 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 102-1003). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. 03 mart 2023-cü il tarixli “maddi sübut kimi tanıma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 8.891 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. (i.v. 83) “mobil telefona baxış keçirilməsi haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd qara rəngli “Kgtel” markalı mobil telefona baxış keçirilmiş, iş üçün sübut əhəmiyyətli telefon danışıqları, sms mübadiləsi, səs yazıları, foto-şəkillər, videogörüntülər müəyyən edilməmişdir. (i.v 96) “mobil telefona baxış keçirilməsi haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd qara rəngli “Samsung A51” markalı mobil telefona baxış keçirilmiş, iş üçün sübut əhəmiyyətli telefon danışıqları, sms mübadiləsi, səs yazıları, foto-şəkillər, videogörüntülər müəyyən edilməmişdir. (i.v 99) İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqinin tapşırığından görünür ki, Təqsirləndirilən şəxs marixuananı haradan və və hansı şəraitdə əldə etməsi, eləcə də onu kimlərə satıb-satmaması, bundan başqa əvvəllər satışı ilə məşğul olubolmaması, Təqsirləndirilən şəxs həyat tərzi, cinayət əlaqələri, bundan əvvəl hər hansı cinayətin törədilməsində iştirakının olub-olmaması, Təqsirləndirilən şəxs marixuananı əldə etdiyi şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmişdir. ( i.v. 85) Sumqayıt ŞPİ əməliyyat işləri üzrə rəis müavini vəzifəsini icra edən polis polkovnik-leytenantı Yelmar Mehtiyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 3-13- 58/2-15058/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı haradan və kimdən əldə etməsi, eləcə də marixuananı kimlərə satıb-satmaması, bundan başqa əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olubolmaması, həyat tərzi, cinayət əlaqələri əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin marixuananı satması və ya onda aşkar olunmuş marixuananı satmış şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində də heç bi müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v. 108) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v. 105); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 106). İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır, döyüşlər zamanı göstərdiyi şücaətə görə “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilmişdir. ( i.v. 73-74) “sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ni 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-bioloji ekspertizasının 7/313 nömrəli 01 mart 2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1589 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 8.891 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli “Kgtel” markalı mobil telefon və 01 ədəd qara rəngli “Samsung A51” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır (i.v. 109-113); “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, həqiqətən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır, amma bu satış məqsədi ilə edilməmişdir. Göstərilənlərlə bərabər, tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, ona irəli sürülmüş bu ittihamın əsasını yalnız onun üzərində aşkar edilmiş narkotik vasitənin bükümlərinin sayı təşkil edir, halbuki Mirzə Abbasov ifadəsində bildirmişdir ki, həmin narkotik vasitələri xırda bükümlərə o, bölməmiş, məhz yuxarıda qeyd edildiyi şəkildə almışdır. Narkotik vasitənin bükümlərinin sayının çoxluğu yalnız ehtimaldır, bunun da əsasında qanuni nəticəyə gəlmək olmur. Nəzərə alsaq ki, 2005-ci il 18 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilmısi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarında müəyyən edilmiş siyahın”-da göstərilənlərə görə marixuananın şəxsi istehlak miqdarı 5 qramdır, Mirzə Abbasovun üzərindən aşkar edilmiş marixuananın miqdarı şəxsi istehlak miqdarından cüzi şəkildə artıq olmaqla-ümumi çəkisi 9.191 qram təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilsə də, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin dəlillərini, işin hallarını nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını gücləndirəcək əlavə heç bir sübutu əldə etməmişdir. Məhkəmə hesab edir ki, narkotik vasitənin bükümlərinin sayı özü-özlüyündə ayrılıqda, digər hər hansı sübut olmadan Təqsirləndirilən şəxs məqsədinin məhz satış məqsədi olmasının həlledici meyarı kimi çıxış edə bilməz. Təqsirləndirilən şəxs məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut işdə yoxdur. Deyilənlərin təsdiqi kimi nəzərə almaq lazımdır ki, ibtidai istintaqı aparan orqan Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığı araşdırılmış və cavab verilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəmə istintaqında müəyyən edilmədi, o cümlədən ibtidai istintaq orqanı bu halı təsdiq edən sübut əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə ədalətsiz olmaqla yolverilməzdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şəxsi mülahizələrə, ehtimal və şübhələrə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətə cəlb edilməsini, Vətən müharibəsi iştirakçısı olmasını, döyüşlər zamanı göstərdiyi şücaətə görə “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilməsini, himayəsində xəstəlikdən əziyyət çəkən anasının olmasını, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkəmələr Azərbaycan Respublikası CMnin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırmalıdırlar. (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 4, § 4, 25 iyun 2003-cü il). Məhkəmə Təqsirləndirilən şəxs Vətən Müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi şücaətə, o cümlədən öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fənqləndiyinə görə ölkə rəhbərliyi tərəfindən mükafatlandırılmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır və onun peşmançılığının səmimi olması qənaətinə gəlir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Mirzə Abbasovun üzərindən aşkar edilmiş narkotik vasitənin növünü, miqdarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, işin hallarını nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 8.891 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmik iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt və Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 (yetmik iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 8.891 qram narkotik vasitə marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-512/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-512/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver