Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-513/2021 08.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci ildə Rusiya Federasiyası Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Babək rayonu, Məzrə kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 2-ci mikrorayon ev 42/44 mənzil 35-də yaşayan, barəsində “polis nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 48,423 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 28 may 2021-ci il tarixdə saat 00:50 radələrində Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən “Çörək zavodunun” yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən sol əlində saxladığı bir ədəd polietilen torbada 48,423 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 27 may 2021-ci il tarixdə saat təxminən 11 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı adını və soyadını bilmədiyi şəxsə 100 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd üzərində “Qayalı” yazısı olan sellofan torbada narkotik vasitə olan marixuana almış və özündə saxlamış, 28 may 2021-ci il tarixdə saat 00:50-də tanışı tanışı Valehlə birlikdə Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən “Çörək Zavodunun” yaxınlığı ilə piyada keçib gedərkən, onlara iki nəfər mülki geyimli, bir nəfər isə polis formasında olan şəxslərin yaxınlaşıb onları saxladığını, onlara ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli olduqlarını deyib, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PBnə getməli olduqlarını bildirmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedərkən yolda polis əməkdaşlarına üzərimdə şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan marixuana olduğunu bildirmiş, polis bölməsinə gəldikdən sonra xidməti otaqların birində orda vəkili ona təqdim edilmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmiş, bundan sonra vəkilin iştirakı ilə, üzərinə şəxsi axtarış keçirələciyi də bildirilmiş, üzərimə şəxsi axtarış keçirilməsinə etirazının olub olmaması soruşulmuş, etiraızının olmağını bildirdikdən sonra polis əməkdaşlarının təklifi ilə sol əlində saxladığı üzərində “Qayalı” yazısı olan sellofan torbada saxladığı, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsə 100 manat pul verərək, şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan marixuananı təqdim etmiş, daha sonra təqdim etdiyi narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq fikri olmamış, şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir.Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 2014-cü ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2019-cu ildən xidmət aparmağa başlamış, sonuncu dəfə 28 may 2021-ci il tarixdə saat 01 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin məlumat portalı üzrə operatoru, polis serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti ərazisində baş verəcək oğurluq hadisələrinin qarşını almaq məqsədilə xidmətdə olarkən, saat 00:50-də Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən “Çörək zavodunun” yaxınlığında iki nəfər şəxsin onları gördükdən sonra özlərini şübhəli apardıqlarını görüb, bundan sonra dərhal həmin şəxslərə yaxınlaşaraq onları saxlamışlar, daha sonra həmin şəxslərə özlərini təqdim edib, saxlanılmış şəxslərin özlərini şübhəli aparmalarının səbəbini aydınlaşdırmaq istədikdə, həmin şəxslər ilk olaraq qeyri səmimi cavablar vermiş, sonra isə həmin şəxslərdən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin şəxsləri ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər, bölmədə olarkən saxladıqları şəxslərdən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən və üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olduğunu bildirən şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs, onun yanında olan şəxsin isə Bakı şəhər sakini Şahid4 olduğu müəyyən olunmuş, daha sonra polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqlardan birində onun, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin məlumat portalı üzrə operatoru, polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis mayoru X1 və oraya saxlanılmış şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığı izah edilməklə, həmçinin video kamerdanda istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs sol əlində saxladığı bir ədəd ağ rəngli sellofan bükümü təqdim etmiş, həmin bükümün içərisinə baxış keçirildikdə, ordan başqa bir sellofan büküm, həmin bükümün içərisindən isə yaşıl rəngli, bitki tərkibli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisindəki yaşıl rəngli, bitki tərkibli kütlənin nə olması ilə bağlı sual verildikdə, o yaşıl rəngli, bitki tərkibli kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 27.05.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən 100 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, üzərində başqa digər qanunla saxlanılması və daşınması qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmiş, daha sonra sellofan bükümdəki, yaşıl rəngli bitki tərkibli kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin sellofanla birlikdə ümumi çəkisi müəyyən edildikdən sonra qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmış və üzərində iştirakçılar tərəfindən imzalar olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində protokolu imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, 28 may 2021-ci il tarixdə saat 01 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin məlumat portalı üzrə operatoru, polis serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid1 ilə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti ərazisində baş verəcək oğurluq hadisələrinin qarşını almaq məqsədilə xidmətdə olarkən, saat 00:50-də Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən “Çörək zavodunun” yaxınlığında iki nəfər şəxsin onları gördükdən sonra özlərini şübhəli apardıqlarını görüb, bundan sonra dərhal həmin şəxslərə yaxınlaşaraq onları saxlamışlar, daha sonra həmin şəxslərə özlərini təqdim edib, saxlanılmış şəxslərin özlərini şübhəli aparmalarının səbəbini aydınlaşdırmaq istədikdə, həmin şəxslər ilk olaraq qeyri səmimi cavablar vermiş, sonra isə həmin şəxslərdən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin şəxsləri ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər, bölmədə olarkən saxladıqları şəxslərdən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən və üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olduğunu bildirən şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs, onun yanında olan şəxsin isə Bakı şəhər sakini Şahid4 olduğu müəyyən olunmuş, daha sonra polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqlardan birində onun, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin məlumat portalı üzrə operatoru, polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis mayoru X1 və oraya saxlanılmış şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığı izah edilməklə, həmçinin video kamerdanda istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs sol əlində saxladığı bir ədəd ağ rəngli sellofan bükümü təqdim etmiş, həmin bükümün içərisinə baxış keçirildikdə, ordan başqa bir sellofan büküm, həmin bükümün içərisindən isə yaşıl rəngli, bitki tərkibli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisindəki yaşıl rəngli, bitki tərkibli kütlənin nə olması ilə bağlı sual verildikdə, o yaşıl rəngli, bitki tərkibli kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 27.05.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən 100 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, üzərində başqa digər qanunla saxlanılması və daşınması qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmiş, daha sonra sellofan bükümdəki, yaşıl rəngli bitki tərkibli kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin sellofanla birlikdə ümumi çəkisi müəyyən edildikdən sonra qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmış və üzərində iştirakçılar tərəfindən imzalar olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində protokolu imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və ifadəsi elan olunmuş X1 ifadələrindən görünür ki, həmin şəxslər də Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, onunla dostluq etmiş, sonuncu dəfə 27 may 2021-ci il tarixdə dostu Validlə görüşmək üçün Sumqayıt şəhərinə gəlmiş, Validlə görüşdükdən sonra birlikdə söhbət edib, vaxt keçirmişlər, sonradan Bakı şəhərinə qayıtmalı olduğundan Valid onu Sumqayıt şəhəri ərazisində yerləşən Avtovağzaldan Bakı şəhərinə yola salacağında israr etmiş, bundan sonra evdən çıxıb küçə ilə piyada gedərkən Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən “Çörək Zavodunun” yaxınlığında onlara iki nəfər mülki geyimli, bir nəfər isə polis əməkdaşının gündəlik geyim formasında olan şəxslər yaxınlaşıb onları saxlamışlar, onlara ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli olduqlarını izah edib, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməli olduqlarını bildirdikdə, etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə razılıq vermişlər, polis bölməsinə gedərkən yolda Valid polis əməkdaşlarına üzərində şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan marixuana olduğunu bildirmiş, polis bölməsinə gəldikdən sonra polis bölməsinin xidməti otaqlarının birinə daxil olmuşlar, orda Validin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Validə təqdim edilmiş, ona həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmiş, bundan sonra vəkilin iştirakı ilə, həmçinin video kameranın yaddaşına qeyd edib video çəkliş aparılmaqla Validin üzərinə şəxsi axtarış keçirələciyidə bildirilmiş, Validdən üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub olmaması soruşulmuş, Valid etirazının oldmağını bildirdikdən sonra polis əməkdaşlarının təklifi ilə sol əlində saxladığı sellofan torbanı təqdim etmiş, bundan sonra Validin təqdim etdiyi sellofan torba açıldıqda torbanın içərisindən yaşıl rəngli, bitki tərkibli kütlə aşkar olunmuş, polis əməkdaşları Validdən həmin kütlənin nə olduğunu, hardan və kimdən aldığını, nə məqsədlə üzrində gəzdirdiyi soruşulduqda, o həmin yaşıl rəngli, bitki tərkibli kütlənin narkotik vasitə olan marixuana olduğunu, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, daha sonra Validin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş yaşıl rəngli, bitki tərkibli kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi müəyyən edildikdən sonra isə Validin üzərinə şəxsi axtarış aparılarkən aşakar edilmiş narkotik vasitəyə bənzər yaşıl rəngli, bitki tərkibli kütlə qablaşdırılaraq götürülmüşdür. Özü narkotik tərkibli maddələr qəbul etməmiş, dostu Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsindən, üzərində gəzdirməsindən və qəbul etməsindən məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə–bioloji ekspertizasının 28 may 2021-ci il tarixli 7/501 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs......... Təqsirləndirilən şəxs” yazılar olan zərfdəki 01 (bir) ədəd polietilen torbanın içərisində təmiz çəkisi – 48,423 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Qeyd: Marixuananın təmiz çəkisi – 48,423 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq-48,403 qram). Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının 12.06.2021-ci il tarixli 1873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan istintaqı zamanı Azərbayjan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə məlum olmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs......... Təqsirləndirilən şəxs” yazılar olan zərfdəki 01 (bir) ədəd polietilen torbanın içərisində narkotik vasitə olan marixuananın təmiz çəkisi 48,423 qram, tədqiqata 0,02 qram sərf edildikdən sonra 48,403 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 48,403 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş üzərində “Verbatim” və sair markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd “00108” adlı, 28.05.2021-ci il tarixdə çəkilmiş, 311364 kb həcmində, 03 dəqiqə 30 saniyyə davam edən, rəngli formatda, otaq və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən baxış keçirilmiş və maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan 28 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixində saat 00:50-də Sumqayıt şəhərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapimtanı Ramin Əhmədov tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polsin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 6 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmayıb. Cinayət işinin materiallaında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2059 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.08.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1; 180.2.2; 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən ona təyin edilmiş cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 22.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal törətdiyi əməldən səmimi peşman olması, məhkumluğunun olmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28-29 may 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 29 may 2021-ci il tarixində isə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək tutulma müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 48,403 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli (iş № 1(060)-513/2021) qərarını icra edərək, 09 iyul 2021-ci il tarixli 736 saylı orderə əsasən vəkil vəkili Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı, ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 48,403 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-513/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-513/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver