Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-513/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, təzə Kotec qəsəbəsi, məhəllə 14, ev 137-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,773 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 mart 2023-cü il tarixində, saat 11:00-da Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Sumqayıt Narkoloji Dispanserin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisindən 0,773 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrin və psixatrop maddələrin istifadəsi ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Sumqayıt Narkoloji Dispanserin qarşısında mülki geyimdə olan polis əməkdaşları onu narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirirək onu aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, PB-nə getməkdən imtina etməmişdir. PB-nə gətirildikdən sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, isə buna etiraz etməmişdir. PB-də xidməti otaqların birində ona vəkil təqdim edilmiş, sonra isə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübutun olub-olmadığı sual olunan zaman özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddənin "Kakos" olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə olan gümüşü rəngli siqaret kağızı bükümü tərəziyə qoyulub çəkilmiş, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılmışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi özünün təsdiqedici ifadələri ilə yanaşı, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 14, ev 137-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid2, PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəblidən və KTB-nin kriminalistinspektoru Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 10:35 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Sumqayıt Narkoloji Dispanserin qarşısında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən Sumqayıt Narkoloji Dispanserin yanına gəlmişlər. Saat 11.00-da Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlayıb və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlamada şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmimişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra hüquqlarını müdafiə edən Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili X2 təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı predmet və ya əşya varsa qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin bükümün içərəsində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, Abşeron rayonu, Novxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul ödəməklə şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,92 qram olması müəyyən olunmuş və protokol tərtib olunması üçün həmin kütlələr tərəflərindən götürülmüş, aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmiş, sonra videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Sumqayıt Narkoloji Dispanserinin qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, videogörüntünün ilk saniyəsində polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 4-cü PBnin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli özünü təqdim edir. Sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsə özünü təqdim etməsini bildirir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra tədbirdə iştirak etmiş əməkdaşlardan özlərini təqdim etmələrini xahiş edir və onlar özlərini təqdim edərək, 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, kiçik inspektoru polis serjantı Şahid2 olduqlarını bildirdilər. Sonra təhqiqatçı tərəfindən bir daha tutulmanın əsasını izah edərək saxlanılan şəxsə özünün siyahıdan seçdiyi Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili Günel Səfərli təqdim edidi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı predmet və ya əşya varsa qoyması xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində qəhvəyi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etdi. Həmin bükümün içərəsində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” yəni narkotik vasitə olan «heroin» olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, Abşeron rayonu, Novxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək həmin büküm elektron tərəzidə çəkildi və çəkisinin 0,92 qram olması müəyyən olundu və protokol tərtib olunması üçün həmin kütlə götürüldü, aşkar olunmuş kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Sonra videoçəkiliş dayandırıldı. Məhkəmə iclasında diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1789 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №128” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi maddə kütləsi” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,773 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 399 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş maddələrində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,773 qram olmuş heroin, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,723 qram çəkidə narkotik vasitə heroin sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2 və 93.1.4-cü maddəsilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 05 ilə endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən CM-nin 12-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MKTİB-nin fərdi sektor üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1928 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,773 qram olmuş heroin, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,723 qram çəkidə narkotik vasitə heroin sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkna tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-4331/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,773 qram narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,723 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə tutularaq saxlanmış və xx.xx.2023-cü il il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 31 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,723 qram narkotik vasitə heroinlər məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-513/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-513/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver