Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-513/2024 05.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yat-5, Qarayev küçəsi ev 10, mənzil 13-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 07 mart 2024-cü il tarixdə saat 17:20-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Las Veqas” çay evinin yaxınlığında Sumqayıt ŞPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki ağ rəngli cins şalvarının arxa bel nahiyəsində saxladığı 01 (bir) ədəd sellofanda təmiz çəkisi 245,0 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07 mart 2024-cü il tarixdə axşama tərəf yəni, saat 17-18 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Las Veqas” çay evinin yaxınlığında olarkən ona iki nəfər mülkü geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Özlərini təqdim edib polis əməkdaşları oluduqlarını bildirib, onu narkotik maddələrinin üzərində gəzdirməklə istifadəsi ilə məşğul olmaqda şübhəli kimi Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis idarəsinə gəldikdən sonra xidməti otaqlarının birində ona vəkil təqdim edilmiş, videoçəklişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşları təklifindən sonra əynindəki ağ rəngli cins şalvarın arxa bel nahiyəsində saxladığı, içərisində narkotik vasitə olan sellofan torbanı çıxarıb təqdim etmiş və sellofan torbadakı marixuana olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində olarkən adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə səksən manat pul verərək, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq fikri olmamışdır. Marixannanın çəkişi təxminən 250 qram olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, İsmayıl adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində İsmayıl adlı şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Las Veqas” çay evinin yaxınlığında 07 mart 2024-cü il tarixdə saat təxminən 17-18 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, hüquq və qanuni mənafelərinin müdafiəsi üçün vəkil dəvət edilib onların iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs videoçəklmişlə səxsi axtarış aparılacağı i bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək əynindəki ağ rəngli cins şalvarın arxa bel nahiyəsində saxladığı, üzəri yapışqan lentlə sarınmış bir ədəd sellofan torbanı çıxararaq xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş sellofan torbanın içərisinə baxış keçirildikdə, həmin torbanın içərisindən yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmiş, ondan aşkar edilmiş sellofan torbadadı bitki tərkibli kütlənin nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində saxladığını soruşduqda, o həmin kütlənin narkotik vasitə olan və nəşə adlnadırılan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin gün Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində əvvəllər tanımadığı, təsadüfən tanış olduğu, adını, soy adını, ata adını və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən 80 manata şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş içərisində yaşıl rəngli, bitki tərkibli kütlə olan sellofan torba elektron tərəzidə çəkildikdə ümumi çəksinin təxminənən 250 qram olması müəyyən edilmişdir. Sonra narkotik vasitə ekspertiza üçün qablaşdırılıb rəsmiləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili, polis kiçik leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “Las Vegas” çay evinin yaxınlığında xx.xx.2024-cü il tarixdə, saat 17:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan ağ rəngli cins şalvarının arxa bel nahiyyəsində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və sol yan cibində olan işlədiyi sexin açarını təqdim etdi. Daha sonra həmin büküm tərəfimdən açılan zaman içərisində yaşıl rəngli ot kütləsi olan maddənin olduğu müəyyən edildi. Sorğu zamanı o aşkar olunan maddənin "nəşə” olduğunu, həmin maddəni bugün günorta saatlarında Kotec qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman çəkisinin isə 254.72 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nın 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/389 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs imza...” yazılmış skoçla bağlanmış sellofanda təmiz çəkisi 245,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətə (kannabis) bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 244,95 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd sellofandakı narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, 01 (bir) ədəd sellofandakı təmiz çəkisi 245,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın, tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 244,95 qram çəkisinin qalması nəzərə alınaraq həmin narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 736 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yat-5, Q.Qarayev küçəsi, mənzil 13 ünvanında yaşayır və qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Xıdırov İbrahim və xx.xx.2015-ci il təvəllüdlü Xıdırova Xədicə adlı övladları vardır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 1953 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1704 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-231/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, video görüntü olan diskə baxış keçirilərkən video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilməsi barədə məlumat verdiyi, sonra isə xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili polis kapitanı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİnin NMB-nin əməliyyat müvvəkkili, polis kiçik leytenantı Şahid2 olduğunu bildirdikləri, daha sonra baş təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxsində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 olduğunu bildirdiyi, bundan sonra baş təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olduğu, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəsxə qanunsuz olaraq narkotik və psixotrop tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanması barədə təkrar məlumat verərək, üzərinə şəxsi axtarış keçiriləcəyini təkrar bildirdiyi, həmin şəxsə üzərində qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsini təklif etdiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra xidməti otaqdakı masaya yaxmlşadığı, daha sonra əynindəki ağ rəngli cins şalvarının arxa bel nahiyəsində saxladığı bir ədəd üzəri yapışqan lentlə sarınmış sellofan torbanı çıxararaq xidməti otaqdakı masanın üzərinə qoyduğu, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həmin şəxsin əynindəki ağ rəngli cins şalvarın sol yan cibindən bir ədəd açarın aşkar edildiyi, həmin şəxsin üzərindən digər əşya və ya pridmetin aşkar edilmədiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş sellofan torbanın içərisinə baxış keçirildikdə həmin sellofan torbanın içərisindən yaşıl rəngli, bitki tərkibli kütlənin aşkar edildiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümdəki bitki tərkibli kütlənin nəşə adlandırılan və narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin gün şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində tanımadığı şəxsə səksən manat pul verərək aldığını və üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş sellofan torbanın elektron tərəzidə çəkildiyi, həmin sellofan torbanın ümumi çəkisinin 254,72 qram təşkil etməsinin müəyyən edildiyi, bundan sonra isə qablaşdırıldığı, qablaşdırmanm üzərinin möhürləndiyi, qablaşdırmanın üzərində qeydlər aparıldığı, daha sonra qablaşdırmanın üzərinin ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən, daha sonra özünü təqdim edərək müdafiəçi olduğunu bildirən şəxs tərəfindən imzalandığı, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aşkar edilmiş sellofan torbadakı kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına təqdim edilcəyi izah edilərək götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükülüdəki kütlənin nə olduğunu, özünə məxsus olub olmadığını, nə məqsədlə üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan və nəşə adlandırılan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini, narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyi, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqbinin başlanılması rədd edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə 01 (bir) ədəd “MOV002” adlı, 240106 kb həcmində, 06 dəqiqə 43 saniyyə davam edən, rəngli formatda və otaq şəraitdə çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, tədqiqata təqdim edilmiş, bir ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 245,0 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra, 244,95 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 244,95 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, şəxs oğurluq cinayəti törətməsinə görə məhkum edilmiş, məhkumluğunun yeni ödənilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizalar nəticəsində qalıq qalmış 244,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-513/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 991/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizalar nəticəsində qalıq qalmış 244,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-513/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-513/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver