Məhkəmə qərarları › İş №1(060)-514/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-514/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-514/2020 17.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri, N.Nərimanov küçəsi, ev 13-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 04:00 radələrində kirayədə yaşadığı Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, fərdi evin həyətində həmin evin digər mənzilində kirayədə yaşayan Zərərçəkmiş şəxs nə səbəbə köynək geyinmədən həyətə çıxdığı ilə bağlı irad bildirdikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı əlində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin yuxarı sol yan səthinə bir dəfə zərbə vuraraq ona döş qəfəsinin 1 ədəd deşilmiş kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə arvadı X1 ilə birlikdə kirayədə yaşayır, Zərərçəkmiş şəxs onun yaşadığı evin digər otağında kirayədə yaşayır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 04:00 radələrində o, işdən evə gələrkən Sumqayıt şəhərindəki xatırlamadığı kafelərin birində pivə içmişdir. O, yaşadığı evin həyətinə keçdikdə görmüşdür ki, Zərərçəkmiş şəxs evin həyətində əl-üzünü yuyur. O, həmin vaxtı əyninə heç bir köynək geyinməmişdir. O, İlqardan nə səbəbə yaşadıqları evin həyətində köynək geyinmədən gəzdiyini soruşmuş, ona bildirmişdir ki, yaşadığı evdə qadın yaşayır, köynəksiz gəzmək ayıbdır. İlqar ona evin həyətində köynəksiz gəzməyin ayıb olmadığını bildirmişdir. Həmin vaxtı o, İlqarın bu sözündən əsəbləşərək onu nalayiq sözlərlə təhqir etmiş, sonra şalvarının sağ cibində olan məişət işləri üçün istifadə etdiyi bıçağı çıxararaq həmin bıçaqla İlqarın döş qəfəsinin yuxarı sol yan tərəfinə bir dəfə zərbə vurmuşdur. Az sonra yaşadığı evin sahibi Eldarın oğlu Əziz oraya gəlmiş, onu danlayaraq yaşadığı otağa aparmışdır. Həmin bıçağı məişət işlərində istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş, bıçaqdan meyvə, çörək doğramaq, salat hazırlamaq və digər məişət məqsədi ilə istifadə etmişdir, münaqişə zamanı orada heç kəsin olmaməş, Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra oraya yaşadıqları evin sahibinin oğlu Əzizin gəlmiş, münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir, əvvəllər Zərərçəkmiş şəxsla aralarında heç bir ədavət və ya münaqişə olmaməşdır. Zərərçəkmiş şəxsdən törətdiyi əmələ görə üzr istəmiş, onunla barışmışdır. Bunların nəzərə alınıb CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, əməlindən peşmandır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, fərdi evdə tək kirayədə yaşayır, Təqsirləndirilən şəxs da həmin evin başqa otağında kirayənişin yaşayır, Arifi yaşadığı müddətdə tanımışdır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 04:00 radələrində əl-üzünü yumaq üçün yaşadığı evin həyətinə çıxmış, həyətdə heç kəs olmadığı üçün əyninə köynək geyinməmişdir. O, həyətdə əl-üzünü yuyarkən Təqsirləndirilən şəxs küçədən evin həyətinə daxil olmuş, ona nə səbəbə yaşadıqları evin həyətində köynək geyinmədən gəzdiyini soruşmuş, bildirmişdir ki, yaşadıqları evdə qadın yaşayır, köynəksiz gəzmək ayıbdır. Bundan sonra Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. O görmüşdür ki, Arif sərxoş vəziyyətdədir. Ona görə də, onu sakitləşdirərək yaşadığı otağa yola salmış, özü də yaşadığı otağa gəlmişdir. Təxminən 5 dəqiqə sonra Arif onun yaşadığı otağın qapısını döyərək çölə çağırmış, çölə çıxdıqdan sonra Arif yenidən onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Arifi nə qədər sakitləşdrimək istəsə də sakitləşməmiş, üzərində olan bıçağı çıxararaq həmin bıçaqla onun döş qəfəsinin yuxarı sol yan tərəfinə bir dəfə zərbə vurmuşdur. Az sonra yaşadığı evin sahibi Eldarın oğlu Əziz oraya gəlmiş, Arifi sakitləşdirərək danlamış, sonra onu yaşadığı otağa aparmışdır. Əziz X6 xidmətinə zəng vurmuş, X6 maşını gəlib onu X6 Xəstəxanasına aparmış, xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Münaqişə vaxtı Təqsirləndirilən şəxs vurmamış, onu söyməmişdir. Münaqişənin təxminən 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş zərərçəkmiş şəxs X2 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs ilə barışmışdır. Şikayəti və tələbi yoxdur. Ərizəsinin nəzərə alınıb cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 810 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin 01 ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il ytarixdə yarana bilrdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuç sağlamlığa Yüngül zərərvrumaya aiddir. Xəsarətlərin xarakterinlərinə və lokalizasiyalarına əsasaən demək olar ki, həmin xəsarətləırin vət.X5 oölunun özü-özünə yetirməsi həmçinin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırcıdır. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/1158 №-li rəyindən görünür ki, Təqdqiqiata təqdim edilmiş 01 ədəd bıçaq zavods üsüulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd köynəyin sol yan hissəsində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmaya xarakterikdir. Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, hadisə vaxtı Zərərçəkmiş şəxs vurduğu bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək maddi sübut kimi tanınaraq Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan arayışlardan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə psixo-nevroloji və narkoloji kabinetlərdə dispanser müşahidəsində və qeydiyyatda durmamışdır. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin məhkəmə tibbi ekspertiza rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 218,46 (iki yüz on səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs vurduğu bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş istifadəyə yararsız bir ədəd qısaqol köynək məhv edilməlidir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Sumqayıt Şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Şirinov tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 istintaqda 06 saat iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 7 (yeddi) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 36 (otuz altı) manat, Müdafiəçi2 42 (qırx iki) manat, cəmi 78 (yetmiş səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığı üçün o Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 218,46 (iki yüz on səkkiz manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs vurduğu bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş istifadəyə yararsız bir ədəd qısaqol köynək məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində, vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 42 (qırx iki) manat məbləğində, cəmi 78 (yetmiş səkkiz) manat pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar