Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-514/2021 07.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 18, mənzil 6-da yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş, təmiz çəkisi 0,175 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 08 aprel 2021-ci il tarixdə, saat 04:20-də Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən Nəsimi parkının yaxınlığında, Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisələrinin törədilməsində şübhəli olduğu üçün, Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətirilmiş və bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş, təmiz çəkisi 0,175 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 18, mənzil 6-da ailəsi ilə birlikdə yaşayır, hal-hazırda işləmir, əvvəllər məhkum olunmamış, heç bir fiziki və əqli qüsuru yoxdur. Təxminən 1 ildən artıq bir müddətdir ki, psixotrop maddə olan metamfetamin istifadə edirmiş.Tutulmamışdan bir neçə gün əvvəl yadında olmayan mobil telefon nömrəsi ilə «online» vasitəsi ilə bir büküm psixotrop maddə olan metamfetamin sifariş etmiş, həmin nömrədən ona göndərilən kart nömrəsinə 10 (on) manat pul ödəyərək Saray qəsəbəsində göstərilən yerdən tanımadığı şəxsin qoyduğu bir ədəd qara rəngli siqaret bükümündəki psixotrop maddə olan metamfetamini gedib götürmüş, əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibinə qoymuşdur ki, istəyən zaman istifadə etsin. O, 08 aprel 2021-ci il tarixdə, saat 04:20 radələrində 13.09.2012-ci il təvəllüdlü oğlu Rəsulov Hafizin ***-***-**-** mobil telefon nömrəsinə kontur yükləmək üçün Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən Nəsimi parkının yaxınlığına çıxmış, həmin vaxt ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu saxlayaraq özünü təqdim etməsini istəmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra polis əməkdaşları ona həmin ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli olduğu üçün onu saxladıqlarını bildirmişlər və ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİnin 4-cü PB-nə gedən zaman onlara üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, bölmənin xidməti otaqlarının birində ona özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı hüquq və vəzifələrimi izah edəndən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyinə etirazı olub-olmadığını soruşmuş, o da buna etiraz etmədiyini bildirmişdir. Ona vəkil təqdim olunmuş və üzərində qeyri-qanuni əşyaların olduğu halda təqdim olunması təklif olunmuşdur. O da məcbur olub əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd qara rəngli siqaret kağız bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açıb, içərisində ağ rəngli maddə aşkar etmişlər və ondan həmin ağ rəngli kristallik maddənin nə olduğunu, haradan, kimdən, neçəyə və hansı məqsədlə aldığını soruşmuşlar, o da polis əməkdaşlarına həmin qara rəngli siqaret kağızına bükülmüş maddənin psixotrop maddə olan «şüşə», yəni metamfetamin olduğunu, bir neçə gün əvvəl «online» vasitəsi ilə 10 (on) manat pul köçürərək Saray qəsəbəsinə getmiş, orada tanımadığı şəxsin qoyduğu yerdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmişlər və üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra, polis əməkdaşları onun əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən aşkar olunmuş maddənin çəkisini müəyyən etmək məqsədi ilə onu elektron tərəzinin üzərinə qoyaraq çəkmişlər və həmin maddəni ekspertizaya göndərmək üçün başqa bir sarı rəngli kağız zərfin içərisinə qoyaraq qablaşdırmışlar və möhürləmişrlər.Əvvəllər məhkum olunmamışdır.Törətdiyi əməldən səmimi peşmandır. Bu səbəbdən də barəsində daha yüngül cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru vəzifəsində xidmət edir. 08 aprel 2021-ci il tarixdə, gecə saat 04 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid2 və Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə son zamanlar Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluqlarla bağlı Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən Nəsimi parkının yaxınlığında olan zaman orada piyada hərəkətdə olan şəxs şübhəli bilindiyi üçün onlar tərəfindən saxlanılmış və özlərini ona təqdim edərək polis əməkdaşları olduğlarını bildirmişlər, sonra onu Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparmışlar. Polis Bölməsində onlar tərəfindən həmin şəxsin şəxsiyyətinin Təqsirləndirilən şəxs olması, həmçinin ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ı müəyyən edilmişdir. Həmin vaxt Şahid3 oğurluq cinayəti törədib-törətməməsi, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmaması barədə soruşularkən sonuncu etiraf edərək bildirmişdir ki, üzərində şəxsi istifadəsi üçün saxladığı “şüşə” kimi deyilən psixotrop maddə metamfetamin olmuşdur. Buna görə də, Polis Bölməsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Elnur Qocayev tərəfindən qeydə alınan videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşları və vəkil Yaşar Xankişiyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində qeyd olunan bölmənin təhqiqatçısı tərəfindən şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılmazdan qabaq ona üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin bükümə baxış zamanı psixotrop maddə metamfetamin olması müəyyən edilərək götürülmüşdür. Sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Onunla aparılan şifahi sorğu zamanı bildirilmişdir ki, üzərində aşkar edilərək götürülmüş kütlə “şüşə” kimi deyilən bir bükümdə ağ rəngli maddə olan psixotrop maddə metamfetamindir, həmin kütləni saxlandığı gündən bir neçə gün əvvəl tanımadığı şəxsdən «online» vasitəsi ilə əldə etmişdir. Daha sonra aşkar edilərək götürülmüş bir bükümdə kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə onlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxladığını və onun satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Şahid1 tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış 08 sentyabr 2021-ci il tarixli teleqramdan görünür ki, o, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir və istintaqa Təqsirləndirilən şəxs barəsindəki cinayət işi ilə bağlı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, Sumqayıt ŞPİnin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 08 aprel 2021-ci il tarixdə, gecə saat 04 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə son zamanlar Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluqlarla bağlı Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən Nəsimi parkının yaxınlığında olan zaman orada piyada hərəkətdə olan şəxs şübhəli bilindiyi üçün onlar tərəfindən saxlanılmış və özlərini ona təqdim edərək polis əməkdaşları olduğlarını bildirmişlər, sonra onu Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparmışlar. Polis Bölməsində onlar tərəfindən həmin şəxsin şəxsiyyətinin Təqsirləndirilən şəxs olması, həmçinin ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ı müəyyən edilmişdir. Həmin vaxt Şahid3 oğurluq cinayəti törədib-törətməməsi, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmaması barədə soruşularkən sonuncu etiraf edərək bildirmişdir ki, üzərində şəxsi istifadəsi üçün saxladığı “şüşə” kimi deyilən psixotrop maddə metamfetamin olmuşdur. Buna görə də, Polis Bölməsində xidməti otaqda Sumqayıt ŞPİnin KTB-nin inspektor-kriminalisti Elnur Qocayev tərəfindən qeydə alınan videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşları və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində qeyd olunan bölmənin təhqiqatçısı tərəfindən şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılmazdan qabaq ona üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin bükümə baxış zamanı psixotrop maddə metamfetamin olması müəyyən edilərək götürülmüşdür. Sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Onunla aparılan şifahi sorğu zamanı bildirilmişdir ki, üzərində aşkar edilərək götürülmüş kütlə “şüşə” kimi deyilən bir bükümdə ağ rəngli maddə olan psixotrop maddə metamfetamindir, həmin kütləni saxlandığı gündən bir neçə gün əvvəl tanımadığı şəxsdən «online» vasitəsi ilə əldə etmişdir. Daha sonra aşkar edilərək götürülmüş bir bükümdə kütlə elektron tərəzidə çəkilərək zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə onlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, o da Şahid1 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2021-ci il tarixli, 6/1385 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,175 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan iş üzrrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2021-ci il tarixli, 1177 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 08 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinın inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək təxmini çəkisinin 0,25 qram olması müəyyən edilmiş, həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01(bir) bükümdə, təmiz çəkisi 0,175 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01(bir) bükümdə, təmiz çəkisi 0,175 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinin qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixində saat 04:20-də Sumqayıt şəhəri 2-ci məhəllə Nəsimi parkının yanında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis polkovnikleytenantı Rafiq Quliyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polsin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 6 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmayıb. Cinayət işinin materiallaında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2210 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ildən dispanserdə narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Təbibin Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, o, psixiatrik kabinetə müraciət etməyib və onun ambulator kartası yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 06 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 27.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal əvvəllər ümumiyyətlə məhkumluğunun olmaması, törətdiyi əməldən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08-09 aprel 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 09 aprel 2021-ci il tarixində isə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək tutulma müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,175 qram çəkidə psixotrop vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli (iş № 1(060)-514/2021) qərarını icra edərək, 09 iyul 2021-ci il tarixli 719 saylı orderə əsasən vəkil vəkili X2 onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili X3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı, ünvan 4 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,175 qram çəkidə psixotrop vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxsdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-514/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-514/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver