Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-514/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs5 və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs1 və onun vəkili (nümayəndəsi) Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 9- cu mikrorayon, ev 7/25, mənzil 10-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 24, mənzil 80-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya Azərbaycan Respublikası Mənzil X4 (MİDA) tərəfindən güzəştli mənzil sistemi lahiyəsi çərçivəsində Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində inşa ediləcək çoxmənzilli binadan güzəştli şərtlərlə mənzil satılmasında və həmin mənzilin “Çıxarış” sənədinin düzəldilməsində köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə 18 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda 18000 (on səkkiz min) manat, 01 noyabr 2020-ci il tarixdə eyni ilə həmin ünvanda 500(beş yüz) manat, ümumilikdə isə 18500 (on səkkiz min beş yüz) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya Azərbaycan Respublikası Mənzil X4 (MİDA) tərəfindən güzəştli mənzil sistemi lahiyəsi çərçivəsində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində inşa ediləcək çoxmənzilli binadan güzəştli şərtlərlə mənzil satılmasında və həmin mənzilin “Çıxarış” sənədinin düzəldilməsində köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə xx.xx.2020-ci il tarixdə, Bilal Poladlmm yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində fərdi evdə 8000(səkkiz min) manat, 01 noyabr 2020-ci il tarixdə, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisi bağlı avtomobil dayanacağının yaxınlığında 500(beş yüz) manat, ümumilkdə isə 8500(səkkiz min beş yüz) manat, pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində «Mida» şirkəti tərəfindən inşa edilərək istifadəyə verilmiş binadan qardaşı Şahid3 adına iki otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair vəd verib aldadaraq vahid qəsdlə 2020-ci ilin dekabr ayının təxminən ortalarında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 21/27 saylı yaşayış binasının qarşısında 19.000 manat, 2020-ci ilin dekabr ayının axırlarında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 21/27 saylı yaşayış binasının qarşısında qardaşı Şahid3 vasitəsi ilə 4000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 23.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində «Mida» şirkəti tərəfindən inşa edilərək istifadəyə verilmiş binadan bir otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair vəd verib aldadaraq xx.xx.2021- ci il tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ev 7/25 mənzil 10-da 8500 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 mal-qara ticarətinə qoşub gəlir əldə edəcəklərinə dair vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 6-cı mirorayon ərazisində, 4 saylı beş mərtəbəli evin arxasında vahid qəsdlə Zərərçəkmiş şəxs5 13.000 manat, Zərərçəkmiş şəxs6 10.000 manat və Zərərçəkmiş şəxs7 10.000 manat pulunu ələ keçirərək sonunculara xeyli miqdarda ziyan vurmaqla, dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan qohumu, yəni həyat yoldaşı Nərgizin bibisi oğlu Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə qonaq getmiş, orada Əsgərin özünə şəxsi mənzil almaq istədiyini və satışda olan mənzillərlə maraqlandığını bildikdə o güzəştli sosial mənzil lahiyəsi çərçivəsində, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisndə inşa edilən evlərdən kreditlə mənzil alacağını, bu işdə ona MİDA-da yüksək vəzifədə çalışan “Namiq” adlı tanışının köməklik edəcəyini bildirmişdir. Bu zaman Əsgər güzəştli sosial mənzil lahiyəsi çərçivəsində mənzil almaqda ona da, köməklik edə biləcəyini soruşduqda, o köməklik edə biləcəyini bildirmişdir. Əsgərdən neçə otaqlı mənzil almaq istədiyini soruşduqda Əsgər 2 otaqlı mənzil almaq istədiyini demiş, o 2 otaqlı mənzil üçün 18000(on səkkiz min) manat ilkin ödəniş ödəməli olduğunu bildirdikdə, Əsgər razılaşaraq, 18000 manat ilkin ödənişi ödəyəcəyini bildirmiş və pulu sabah gəlib evdən götürməsini xahiş etmişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə, saat saat 15:30 radələrində Əsgərin yaşadığı Sumqayıt şəhərində yerləşən mənzilə gedib, Əsgərin həyat yoldaşı Hicranın, qaynı Bilal və qaynanası Mətanətin yanında 18000(on səkkiz min) manat pulu Əsgərin alacağı güzəştli sosial mənzilin ilkin ödəniş kimi Əsgərdən almışdır. Əsgər mənzilin onun həyat yoldaşı Hicranın adına rəsmiləşməsini istəmiş, o Hicranın adını mənzil növbəsinə yazdıracağını və mənzillə bağlı qısa müddət ərzində asan xidmətdən onunla əlaqə saxlanılacağını bildirmişdir. Həmin vaxt Əsgərin qaynı Bilal da, 1 otaqlı güzəştli sosial mənzil almaq istədiyini bildirib, bu işdə ona da, köməklik etməsini istəmişdir. O köməklik edə biləcəyini, 1 otaqlı mənzil üçün 8000(səkkiz min) manat ilkin ödəniş ödəməli olduğunu Bilala bildirmiş və çıxıb getmişdir. Təxminən 2 gün sonra Bilalın anası Mətanət mənə zəng edərək, Bilalın alacağı güzəştli sosial mənzilə görə 8000 manat ilkin ödənişi götürməsi üçün evlərinə çağırmış, o günorta saatlarında Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisinə Bilalgilin yaşadığı ünvana getmişdir. Bilalın anası Mətanət, evdə Əsgər və Bilalın həyat yoldaşının yanında 8000 manat pulu ona vermiş, o pulu götürüb, qısa müddət ərzində Bilalın “mənzil işini” həll edəcəyini bildirmişdir. Təxminən 10 gündən sonra Əsgərə və eləcə də, Bilala zəng edərək alacaqları güzəştli sosial mənzilin “Çıxarış” sənədləri üçün 500(beş yüz) manat ödəməli olduqlarını bildirmişdir. Əsgər 500 manat pulu onun yaşadığı evdən gedib götürməsini istəmiş, o təxminən 1 saat sonra Əsgərin yaşadığı evə gedib 500 manat pulu götürmüşdür. Elə həmin gün də, Sumqayıt şəhəri 12-ci mk\r ərazisində “bağlı avtomobil dayanacağının” yanında Bilalla görüşüb ondan da, 500 manat pulu almışdır. Təxminən 2 ay müddət keçdikdən sonra Əsgər və Bilal onunla tez-tez əlaqə saxlayaraq işin nə yerdə qaldığını, güzəştli sosial mənzil almalarının niyə bu qədər uzandığını soruşmağa başlamışlar. O Əsgəri və Bilalı aldadaraq qısa müddətə mənzil işinin həll olunacağını, onların “öz mənzillərinə” köçəcəklərini bildirmişdir. Hətta çox təkit etdikləri üçün onları inandırmaq məqsədi ilə, hər ikisini Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində güzəştli sosial mənzil lahiyəsi çərçivəsində inşa edilən evlərdən birinə aparıb, mənzillərin proyektlərini göstərmiş və onların da alacaqları mənzillərin həmin proyektlərdə olacağını bildirmişdir. Əsgəri inandırmaq üçün elə həmin gün onun istəyi ilə özünə məxsus 050 *** ** ** telefon nömrəsindən adını bilmədiyi, əvvəllər tanıdığı qadın Əsgərin 077 575 76-26 telefon nömrəsinə zəng etdirərək, özünü Asan xidmətin əməkdaşı Hüseynova Xəyalə kimi təqdim edib, Əsgərin həyat yoldaşı Şahid1 güzəştli sosial mənzil lahiyəsi çərçivəsində müraciəti ilə bağlı zəng etdiyini, müraciətlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Hicranın Asan xidmətə yaxınlaşmalı olmasını bildirmişdir. Təxminən 10 gün sonra Əsgərin yaşadığı evə gedərək, Covid-19 virusu ilə bağlı karantin rejim qaydalarına uyğun olaraq güzəştli sosial mənzil növbəsində olan şəxslərə müqavilələrin fərdi qaydada imzalatdırıldığını bildirmiş və özü ilə apardığı, yazılı kağızlar müqavilə sənədləri kimi təqdim edərək, Hicrana və Bilala imzalatdırıb 1-2 gündən sonra mənzillərini təhvil alacaqlarını bildirmiş və onları aldatmağa davam etmişdir. Təxminən 2021-ci ilin fevral ayının əvvəlləri onun istəyi ilə tanıdığı ancaq adını bilmədiyi özünü Hüseynova Xəyalə kimi təqdim edən həmin qadın yenidən Əsgərə zəng edərək yaxın vaxtlarda Asan xidmətə dəvət olunacaqlarını bildirmişdir. Həmin ərəfələrdə Əsgər və Bilal Sumqayıt şəhər Asan xidmətinə gedib güzəştli sosial mənzil almaq üçün adlarının mənzil növbəsinə yazılıbyazılmadığmı soruşarkən, onlar adlarının mənzil növbəsində olmadıqlarını öyrəndikdə onların aldadınqlarını başa düşmüşlər. Bundan başqa xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yaşayan yaxın qohumu Şahid1nm yaşadığı evdə Zərərçəkmiş şəxs3 ilə görüşüb söhbət edən zaman ona «MİDA» şirkəti tərəfindən tikilməkdə olan sosial binada 01 otaqlı mənzil almasına köməklik edəcəyinə söz vermiş, bunun üçün ona sənədləşdirmə işlərinə görə 8500 manat pul verməsini demişdir. Bu zaman Zərərçəkmiş şəxs3 onunla razılaşmış və səhəri gün qohumu Şahid1 evində ondan 8500 manat pulu almışdır. O, Zərərçəkmiş şəxs3 ev almaq məqsədi ilə köməklik etmək istəyən zaman həmin binada ancaq hərbiçilərə verildiyi məlum olmuşdur. O, G.Əliyvadan aldığı 8500 manat pul öz şəxsi ehtiyacalarına xərcləmiş, həmin vaxtdan bu günədək Zərərçəkmiş şəxs3 bildirmişdir ki, ondan aldığı məbləği tam olaraq qaytaracaq. Bundan başqa, Zərərçəkmiş şəxs5 3-4 ildir ki, onu maşın ustası, digər usta Əvəzin vasitəsi ilə tanımışdır. 2021-ci ilin sentyabr ayında ona pul lazım olduğu üçün Xaqanidən borc pul istəmiş və o, ona son 2-3 ay ərzində 1800 manat, 5000 manat, 7000 manat, 10.000 manat, 8100 manat pulları verib və bu pulların hamısını Xaqaniyə qaytarmışdır. Sonradan 3 dəfəyə Xaqani ona 33000 manat borca pul vermiş, lakin bügünə kimi həmin pulu qaytara bilməmişdir. Sonuncu dəfə ona pulu Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində həyətdə vermiş, o Xaqanidən heç vaxt onunla birlikdə iş görmək üçün pul almamış, Xaqanidən həmişə pul alanda borc kimi alımış, Xaqanidən pul alanda və ona pul verəndə heç vaxt yanında başqa adam olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 2019-cu ildən baldızı Şahid6 vasitəsi ilə tanımışdır. Belə ki, Sənan baldızı Nigarın orta məktəbdə sinif yoldaşı olmuşdur. Sənan adlı şəxslə ilk tanışlıqları həmin müddətdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən özünə məxsus olan mənzili həmin şəxsə satmaqla yaranmışdır. 2020-ci ilin dekabr ayında Sənanla telefonla danışaraq onun ona 1 il əvvəl satmış olduğu mənzilin əvəzində verdiyi «Mersedes Vito» markalı avtomaşınla bağlı bir neçə sual vermək üçün əlaqə saxladığı zaman o qardaşı üçün mənzil almaq istədiyini, lakin kifayət qədər pul olmadığını demişdir. O da qardaşı üçün sosial mənzil almağa kömək edə biləcəyini demiş, ona bu barədə bir neçə sual verib ondan mənzilin dəyərini soruşmuş, 2 otaq üçün 19.000 manat ödəməli olduğunu dedikdə onunla razılaşmışdır. 2020-ci ilin dekabr ayında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Sənan və onun tanışı Fikrət adlı şəxslə görüşmüş, Sənan ona 19.000 manat pul vermişdir. Pul verdikdən bir neçə müddət sonra Sənan onun iştirakı ilə valideyinləri ilə birlikdə Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən sosial mənzilə baxmışlar. Orada Sənan 3 otaq mənzil almaq istədiyini demiş və ondan maraqlanmış, ona 3 otaqlı mənzil ala bilmək üçün əlavə 4000 manat ödəməli olduğunu dedikdə onunla razılaşmış və bir neçə gün sonra Sumqayıt şəhəri, 2-ci mikrorayon Sənanı qardaşı Ruslan və tanışı Fikrətlə görüşmüş, orada Ruslan ona 4000 manat pul vermiş, onlara 2022-ci ilin fevral ayına kimi sosial mənzil alınacağına vəd vermiş, Zərərçəkmiş şəxs4 sosial mənzil almaq üçün ümumilikdə 23.000 manat alsa da, sosial mənzil almaq mümükün olmamışdır. Nərgiz Süleymanova və Şahid6 bu işdə heç bir əlbirliyi, iştirakı olmamış, onlar onun sözümə görə, ona inanaraq güzəştli qaydada sosial mənzil verilməsi işi ilə məşğul olmağısını bilmişlər, o onları da aldatmışdır. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 18 oktyabr 2020-ci il tarixdə anası Mətanətlə birlikdə bacısı Hicrangilin evində ünvan 3 ünvanında olarkən, Hicranın həyat yoldaşı Əsgərin qohumu Yaqub adlı şəxs də, onlara gəlmişdir. Yaqubla Əsgər güzəştli sosial mənzil almaq mövzusunda söhbətə başlamışlar. Yaqub güzəştli sosial mənzil lahiyəsi çərçivəsində özünə mənzil aldığını deyərək, Əsgərə də, güzəştli sosial mənzil almaqda köməklik edə biləcəyini bildirmişdir. Əsgər güzəştli sosial mənzil almaq üçün hansı şərtlər olduğunu və nə qədər vəsait tələb olunduğunu soruşduqda, Yaqub 2 otaqlı ev üçün 18000(on səkkiz min) manat ilkin ödəniş və 500(beş yüz) manat mənzilin “Çıxarış”ı üçün ödəmək lazım olduğunu bildirmişdir. Əsgər öncədən də, razılaşdıqları kimi onların yanında 18000(on səkkiz min) manat pulu, güzəştli sosial mənzil almaq məqsədi ilə, ilkin ödəniş kimi Yaquba vermişdir. Hətta Yaqub ona da, güzəştli sosial mənzil almağa köməklik edə biləcəyini təklif etmişdir. Yaqubun həyat yoldaşı Nərgiz, bacısı Hicrana zəng edərək, güzəştli sosial mənzil lahiyəsi çərçivəsində mənzillərin satılıb qurtarmaq üzrə olduğunu, ona mənzil almaq üçün tələsmələrini və ilkin ödənişi tezləşdirmələrini bildirdikdən sonra xx.xx.2020-ci il tarixdə anası Mətanət Yaquba zəng edərək güzəştli sosial mənzil almaq istədiklərini bildirib evinə çağırmış və həyat yoldaşı Elnarənin yanında, güzəştli sosial mənzil lahiyəsi çərçivəsində ona 1 otaqlı mənzil almaq üçün ilkin ödəniş kimi Yaquba 8000(səkkiz min) manat pul vermişdir. Təxminən 10 gündən sonra Yaqub ona zəng edərək, alacağı güzəştli sosial mənzilin “Çıxarış” sənədinə görə 500(beş yüz) manat ödəməli olduğunu bildirmişdir. O Sumqayıt şəhəri 12-ci mk\r ərazisində bağlı avtomobil dayanacağının yaxınlığında Yaqubla görüşüb, alacağı güzəştli sosial mənzilin “Çıxarış” sənədinə görə 500(beş yüz) manat pulu Yaquba vermişdir. Ancaq təxminən 2 ay müddət keçməsinə baxmayaraq güzəştli sosial mənzil alması uzandığı üçün dekabr ayının ortaları Yaquba zəng edərək, işin nə yerdə qaldığını soruşduqda Yaqub, Covid- 19 virusu ilə bağlı karantin rejim qaydalarına uyğun olaraq güzəştli sosial mənzil növbəsində olan şəxslərə müqavilələr fərdi qaydada imzalatdırıldığım bildirib, sənədləri imzalamaq üçün onu Yaqubun qaynatası Almayisin evinə çağırmışdır. O Almayisin evində Yaqubun gətirdiyi “sənədləri” imzalamış və Yaqub 1-2 gündən sonra mənzili təhvil alacaqlarını bildirmişdir. Ancaq 1 ay müddət keçsə də, onun güzəştli sosial mənzil məsələsi ilə bağlı heç bir xəbər çıxmamışdır. Yaquba zəng edərək işin nə yerdə olduğunu, niyə bu qədər uzandığını soruşduqda, Yaqub güzəştli sosial mənzil lahiyəsi çərçivəsində 1 otaqlı mənzil almaq üçün ilkin ödəniş kimi ödədiyi 8000(səkkiz min) manat pul MİDA-da çalışan Namiq adlı şəxsə verdiyini qısa müddətdə iş öz həllini tapacağını bildirmişdir. O Namiq adlı şəxslə görüşmək istədiyini bildirdikdə, Yaqub onu Namiqlə görüşdürəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında tanımadığı şəxs onun (055) ***-**-** mobil telefon nömrəmə zəng edərək, özünü MİDA-nm əməkdaşı Namiq kimi təqdim edib, onunla görüşəcəyini, qısa müddətə mənzilini təhvil alacağını bildirmiş, ancaq Namiq adlı şəxs onunla görüşməmişdir. O dəfələrlə Yaqubla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda Yaqub hər dəfə bir bəhanə ilə onu aldadaraq, qısa müddət ərzində mənzilini təhvil alacağını demişdir. Belə olan halda, Yaqubun güzəştli sosial mənzil lahiyəsi çərçivəsində ona mənzil almaqda köməklik edəcəyi adı ilə onu aldadaraq və etibarından su- istifadə edərək 8500(səkkiz min beş yüz) manat pulunu ələ keçirib dələduzluq etdiyini başa düşmüş və Yaqubla əlaqə saxlayıb pulunu qaytarmasını tələb etmişdir. Yaqub bu dəfə, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində güzəştli sosial mənzil lahiyəsi çərçivəsində inşa edilən evlərin ofisinə getməsini, orada öz adının mənzil növbəsində olduğunu görəcəyini bildirmişdir. O həmin ofisə getmiş və adının heç bir mənzil növbəsində olmadığını aşkar etmişdir. Yaqubun onun aldatmasında əmin olmuş və Yaqubla əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirmişdir. Yaqub onunla görüşəcəyini desə də, hər dəfə bir bahanə gətirib onunla görüşdən yayınmışdır. Sonradan Yaqub ümumiyyətlə onun telefon zənglərinə cavab verməməyə başlamışdır. Yaqub onun kürəkəni Əsgəri də, eyni qaydada aldadaraq 18500 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 17 oktyabr 2020-ci il tarixdə qohumu Yaqub, yəni dayısı X1 həyat yoldaşı ona zəng edərək, güzəştli sosial mənzil lahiyəsi çərçivəsində özünə mənzil aldığını bildirərək, ona da güzəştli sosial ev almaqda köməklik edə biləcəyini təklif etmiş və bu mövzuda söhbət etmək üçün yaşadığı evin qarşısına gələcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Yaqub öz həyat yoldaşı Nərgizlə birlikdə yaşadığı binanın qarşısına, yəni, Sumqayıt şəhəri, 9-cu mk\r, ev 23a\8-in qarşısına gəlmiş, Yaqub güzəştli sosial mənzil lahiyəsi çərçivəsində həyat yoldaşı Nərgizin adına kreditlə mənzil aldığını, ona da həmin lahiyə çərçivəsində kreditlə mənzil almaqda köməkilik edə biləcəyini bildirmiş, ancaq o İsmayıllı rayonuna qeydiyyatda olduğuna görə mənzili Sumqayıt qeydiyyatında olan həyat yoldaşı Hicranın adına alacağını bildirmişdir. Hətta Nərgiz aldıqları sosial evin sənədlərini və kredit şərtləri olan sənədləri ona göstərmiş, həmçinin Nərgiz öz bacısı Nigara da, güzəştli sosial mənzil almaqda köməklik etdiklərini bildirmişdir. Güzəştli sosial mənzil almaq üçün kimin onlara köməklik etdiyini soruşduqda, Yaqub Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) çalışan “Namiq” adlı qohumunun ona köməklik etdiyini, Namiqin vasitəsi ilə bir çox şəxsə gözəştli sosial mənzil aldığını bildirmişdir. O güzəştli sosial mənzil almaq üçün hansı şərtlər olduğunu və nə qədər vəsait tələb olunduğunu soruşmuşdur. Yaqub bildirmişdir ki, 2 otaqlı ev üçün 18000(on səkkiz min) manat ilkin ödəniş və 500(beş yüz) manat mənzilin “Çıxarış”ı üçün ödəmək lazımdır. O ailə üzvləri ilə məsləhətləşdikdən sonra səhəri gün, Yaqubun qaynatası olan dayısı Almayisə zəng edərək Yaqubun güzəştli sosial mənzil almaq üçün ona köməklik təklif etdiyini, ilkin ödəniş kimi ondan 18000 manat istədiyini bildirib, bu məsələ də, Yaquba inanıb-inanmadığını soruşduqda Almayis narahat olmamasını, Yaquba inanmasını bildirmiş və Yaqub onu aldadaraq pulunu mənimsəyərsə öz evini satıb onun pulunu qaytaracağını demişdir. Almayisın onu əmin etməsindən sonra Yaquba inamı artmış və güzəştli sosial mənzil almaq məqsədi ilə ona 18000 manat ilkin ödəniş etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə Yaqub ona zəng edərək, mənzillərin satılıb qurtaracağını, qərarını tezləşdirməsini bildirmişdir. Həmçinin Yaqubun həyat yoldaşı Nərgiz də, həyat yoldaşı Hicrana zəng edərək, ilkin ödənişi ödəməyi tezləşdirməsini, əks təqdirdə mənzillərin hamısının satılıb qurtaracağını demişdir. O, güzəştli sosial mənzil almaq istədiyini və 18000 manat ilkin ödənişi ödəyəcəyini Yaquba bildirdikdən sonra, xx.xx.2020-ci il tarixdə, saat 15:30 radələrində Yaqub yaşadığı mənzilə gəlmiş və o həyat yoldaşı Hicranın, qaynı Bilalın və qaynanası Mətanətin yanında 18000(on səkkiz min) manat pulu, güzəştli sosial mənzil almaq məqsədi ilə ilkin ödəniş kimi Yaquba vermişdir. Yaqub qaynı Bilal üçün də 1 otaqlı güzəştli sosial mənzil almağa köməklik edə biləcəyini təklif etmişdir. Qaynanası Mətanət bu barədə düşünəcəklərini və güzəştli sosial mənzil almaq qərarına gəlsələr Yaquba zəng edəcəklərini bildirmiş, sonra Yaqub çıxıb getmişdir. Təxminən üç gündən sonra Yaqubun həyat yoldaşı Nərgiz, həyat yoldaşı Hicrana zəng edərək, güzəştli sosial mənzil lahiyəsi çərçivəsində mənzillərin satılıb qurtarmaq üzrə olduğunu, Bilal üçün mənzil almaq istəyirlərsə tələsmələrini və ilkin ödənişi tezləşdirmələrini bildirmişdir. Təxminən 2-3 gündən sonra Yaqub Bilalın yaşadığı evə gedərək Bilala güzəştli sosial mənzil dizəltmək adı ilə Bilalın anası Mətanətdən ilkin ödəniş kimi 8000(səkkiz min) manat pul almışdır. Təxminən 10 gündən sonra saat 18:00 radələrində Yaqub ona zəng edərək, alacağı güzəştli sosial mənzilin “Çıxarış” sənədinə görə 500(beş yüz) manat ödəməli olduğunu bildirmişdir. O, pulu yaşadığı evdən gəlib götürməsini istəmişdir. Təxminən 1 saat sonra Yaqub həyat yoldaşı Nərgizlə birlikdə yaşadığı ünvana gəlmiş və 500 manat pulu ona vermişdir. Yaqub və Nərgiz narahat olmamağını qısa müddət ərzində mənzilini alacağını, müqavilə imzalamaq üçün həyat yoldaşı Hicranın asan xidmətə çağrılacağını bildirmişlər, ancaq təxminən 2 ay müddət keçməsinə baxmayaraq güzəştli sosial mənzil almağı uzandığı üçün Yaquba zəng edərək, işin nə yerdə qaldığını soruşmuşdur. Yaqub alacağı evi ona göstərməyi təklif etmiş, o, həyat yoldaşı Hicran, Yaqub və onun həyat yoldaşı Nərgizlə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində güzəştli sosial mənzil lahiyəsi çərçivəsində inşa edilən evlərdən birinə getmişlər. Yaqub 3-cü mərtəbədə yerləşən 2 otaqlı mənzili göstərərək, həmin mənzilin onun alacağı mənzil olduğunu, 1 otaqlı mənzilin isə Bilalın alacağı mənzil olduğunu bildirmişdir. Evə qayıtdıqdan bir neçə dəqiqə sonra 050 428 0181 telefon nömrəsindən tanımadığı şəxs onun 077 575 76-26 telefon nömrəsinə zəng edərək, Asan xidmətin əməkdaşı Hüseynova Xəyalə olduğunu, həyat yoldaşı Şahid1 güzəştli sosial mənzil lahiyəsi çərçivəsində müraciəti ilə bağlı zəng etdiyini bildirib, müraciətlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Asan xidmətə yaxınlaşmasını xahiş etmiş, ancaq səhəri gün həmin şəxs təkrar ona zəng edərək, Asan xidmətə xx.xx.2021-ci il tarixdə yox, xx.xx.2021-ci il tarixdə yaxınlaşmasını bildirmişdir. Təxminən 10 gün sonra Yaqub yaşadığı evə gələrək, Covid-19 virusu ilə bağlı karantin rejim qaydalarına uyğun olaraq güzəştli sosial mənzil növbəsində olan şəxslərə müqavilələr fərdi qaydada imzalatdırıldığını bildirmişdir. Həyat yoldaşı Yaqubun gətirdiyi “sənədləri” imzalanıb və Yaqub 1-2 gündən sonra mənzili təhvil alacaqlarını bildirmiş, ancaq 1 ay müddət keçsə də, onun güzəştli sosial mənzil məsələsi ilə bağlı heç bir xəbər çıxmamışdır. O, dəfələrlə Yaqubla əlaqə saxlayıb güzəştli sosial mənzil almaq məsələsinin niyə bu qədər çox yubandığını soruşduqda, Yaqub hər dəfə bir bəhanə ilə onu aldadıb yaxın vaxtlarda mənzilini təhvil alacağını demişdir. Təxminən 2021ci ilin fevral ayının əvvəlləri özünü Asan xidmətin əməkdaşı Hüseynova Xəyalə kimi təqdim edən şəxs ona zəng edərək, həyat yoldaşı ilə birlikdə Sumqayıt asan xidmətə yaxınlaşmalarını istəmişdir. Onlar asan xidmətə gedib, güzəştli sosial mənzil almaqla bağlı çağrıldıqlarını bildirdikdə, asan xidmətdə MİDA-nın əməkdaşı həyat yoldaşı Şahid1 adının mənzil növbəsində olmadığını bildirmişdir. Sonra özünü Asan xidmətin əməkdaşı Hüseynova Xəyalə kimi təqdim edən şəxsin telefon nömrəsinə zəng etdikdə həmin şəxs öncə telefona cavab versə də, sonradan telefonu söndürmüş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Yaqub onu aldadaraq və etibarından sui-istifadə edərək 18500 (on səkkiz min beş yüz) manat pulunu alıb ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayında tanışı Şahid1 ilə aralarında olan söhbət əsnasında o ona demişdir ki, yaxın qohumu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində «Mida» şirkəti tərəfindən tikilib istifadəyə verilmiş sosial binada ev alınmasında köməklik göstərir, həmçinin onun özünün 18.000 manat, anasının isə 8500 manat pulu Təqsirləndirilən şəxs sosial binada ev almaq üçün verdiklərini, onun da 8500 manat pulu verməli olduğunu bildirmişdir. O, da bundan sonra xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən «Yapı Kredi» bankından 9600 manat pul kredit götürərək bir otaqlı mənzil almaq qərarına gəlmişdir. Həmin pulun 500 manatını övladının təhsil haqqını ödəmiş, sonra həmin gün, yəni xx.xx.2021-ci il tarixdə axşam saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda kirayə yaşayan Şahid1 yaşadığı evə gedib, orada özünün, onun əri Zərərçəkmiş şəxs1 yanında 8500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Yaqubu həmin vaxt ilk dəfə idi ki, görmüşdür. O əvvəllər onu tanımamış, heç bir əlaqəsi olmamışdır. Həmin vaxt Yaqub ona demişdir ki, xx.xx.2021- ci il tarixədək sosial binada mənzil bölgüsü olacaq, ona vəd etdiyi bir otaqlı mənzilini alıb ona verəcəkdir. Onlar bir-birlərinin mobil telefon nömrələrini götürmüşlər, o ona istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs səs-soraq çıxmadığını görüb onun istifadəsində olan ona verdiyi hər iki mobil telefonlarına zəng edərək sosial binada mənzil bölgüsünün olub-olmadığını soruşmuş, bu zaman Yaqub ona səbirli olmasını tezliklə mənzil bölgüsünün olacağını bildirmişdir. Bundan sonra o sosial şəbəkədə xəbərləri oxuyarkən görmüşdür ki, Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində tikilib istifadəyə verilmiş sosial binada evlərin bölgüsü olmuşdur. Bu zaman o başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldadıb ona qarşı dələduzluq etmişdir. 2021-ci ilin avqust ayının 21-dən bu günədək hər gün o Yaquba zəng edərək pulunu geri istədikdə o müxtəlif bəhanələr gətirərək bu günədək pulunu geri qaytarmamışdır. O da məcbur olub Təqsirləndirilən şəxs dələduzluq hərəkətlərindən Sumqayıt şəhər prokurorluğuna müraciət etmişdir. O Təqsirləndirilən şəxs ümumilikdə 8500 manat pulu onun üçün «Mida» şirkəti tərəfindən tikilib istifadəyə verilmiş sosial binada ev almaq məqsədi ilə vermişdir. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır. Belə ki, Yaqub onun çalışdığı Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən “Grand avto serviz” avtomobil təmiri sexinin müştərisi olmuş və onun avtomobilinin təmir işlərini etmiş, aralarında münasibət yaranmışdır. Bildiyinə görə Yaqub parfumeriya, avtomobil və malqara ticarəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə Yaqub onun usta işlədiyi, Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən “Grand avto servis” avtomobil təmiri sexinə gedərək, bir qədər söhbət etdikdən sonra mal-qara ticarətində onunla şərik olmasını təklif etmiş və nəticədə xeyli pul qazanacağını bildirmişdir. O Yaqubdan hansı şərtlərlə şərik olacaqlarını, necə ticarət edəcəklərini soruşduqda, Yaqub onun heç bir iş görməyəcəyini, ticarəti özü həyata keçirəcəyini, mal-qara almaq üçün ona müəyyən məbləğdə pul verəcəyini bildirmiş, qazancının hansı məbləğdə olacağını və necə hesablanacağını soruşduqda, Yaqub bildirmişdir ki, ticarət üçün ona verəcəyi hər 1000 (min) manata görə ona 300 (üç yüz) manat əlavə pul verəcək, yəni ondan 1000 manat alıb 1300 (min üç yüz) manat qaytaracaq, o Yaquba inanmış və onun təklifini qəbul etmişdir. Razılaşdıqları kimi xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində 4 saylı beş mərtəbəli evin arxasında qardaşı Elnurla birlikdə Yaqubla görüşüb ona 5000 (beş min) manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, 2-ci mirorayon ərazisində Yaqubla görüşmüş və Yaqub məndən aldığı 5000(beş min) manatın müqabilində ona 6000(altı min) qaytararaq, bu dəfə əldə olunan qazancdan ona hər 1000(min) manata görə 200(iki yüz) manat verə bildiyini demiş və birgə ticarətlərinin davam edəcəyini bildirmişdir. O, Yaqubla olan iş birliyi barədə qardaşı Zərərçəkmiş şəxs6 və dostu Zərərçəkmiş şəxs7 bildirmişdir. Elnur və Kamal da Yaqubla “mal-qara” ticarətinə qoşulmaq istədiklərini bildirib hər biri ayrı-ayrılıqda ona 10000(on min) manat ümumilkdə 20000 (iyirmi) manat pul vermişlər. O, Elnur və Kamaldan aldığı 20000 manat pulu və özünə məxsus 13000(on üç min) manat pulu, ümumilkdə 33000(otuz üç min) manat pulu xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində, Sumqayıt şəhəri, 6-cı mirorayon ərazisində, 4 saylı beş mərtəbəli evin arxasında, Kamal və Elnurun yanında Yaquba vermişdir. Yaqubla onun arasında olan razılaşmaya görə Yaqub ona verdiyi 33000 manat pulla edəcəyi mal-qara ticarətindən əldə olunan gəlirdən ona 8000(səkkiz min) manat verməli olmuşdur. Həmin 8000 manat puldan da o 2500 manatı qardaşı Elnura və 2500 manatı da Zərərçəkmiş şəxs7, qalan 3000 manatı isə özünə götürməli olmuş, yəni xx.xx.2021-ci il tarixdə Yaqub ona ümumilkdə 41000(qırx bir min) manat pul qaytarmalı olmuş, ancaq xx.xx.2021-ci il tarixdə o Yaqubla əlaqə saxladıqda Yaqub axşam saatlarında onunla görüşüb ondan aldığı 33000 manatı və onun payına düşən 8000 manat qazancı, yəni ümumilkdə 41000(qırx bir min) manat pul ona verəcəyini bildirsə də, həmin gün Yaqub onunla görüşməmişdir. Bundan sonra o hər gün Yaqubla əlaqə saxladıqda Yaqub mal-qara satdığı müştərinin ondan aldığı mal-qaranın pulunu ödəmədiyi üçün onun pulunu verə bilmədiyini, ancaq qısa müddət ərzində sözügedən müştəridən, satdığı mal-qaranın pulunu alacağını və onun da pulunu, yəni ümumilkidə 41000 manatı verəcəyini demişdir. Yaqub bu günə kimi onun pulunu qaytarmamışdır. Hər dəfə Yaqubdan pulunu tələb etdikdə isə, Yaqub mal-qara satdığı həmin müştəridən, satdığı mal-qaranın pulunu ala bilmədiyini, bu səbəbdən də, ondan aldığı pulu ümumilikdə 33000 manatı və eləcə də, onun payına düşən 8000 manat qazancı ona vermək imkanı olmadığını bildirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs onu aldadaraq onun 13000 manat pulunu, qardaşı Elnurun 10.000 manat, dostu Kamalın da 10.000 manat pullarını ələ keçirib onlara qarşı dələduzluq etmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs 3-4 il olar tanıyır, Yaqub ticarətlə məşğul olur, ətir alveri, maşın alveri və mal-qara alveri ilə məşğuldur. 2021-ci ilin təxminən noyabr ayında Yaqub qardaşı Xaqaniyə mal-qara alverində yaxşı pul olduğunu və yaxşı pul qazanacaqlarını demiş, Xaqani də ona inanıb onun bu təklifini qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən 4 saylı binanın arxasında Xaqani ilk dəfə olaraq Yaquba 5000 manat pul vermiş, həmin vaxt Yaqub tək gəlmiş, Xaqaninin yanında isə o və dostu Zərərçəkmiş şəxs7 olmuşdur. xx.xx.2021-ci il tarixdə Yaqub Xaqaninin verdiyi pulun üzərində 1000 manat xeyrilə birlikdə ümumilikdə 6000 manat pulu Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində ona vermiş sonra Xaqani bu barədə ona və dostu Kamala da demişdir. O və Kamal da Yaquba mal-qara alveri işi görmək üçün hərəsi 10000 manat pul düzəldib ümumilikdə 20.000 manat pulu və qardaşı Xaqani də 13000 manat pul düzəldib üst-üstə qoyub ümumilikdə 33000 manat pulu xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən 4 saylı binanın arxasında Xaqani onun və Kamalın yanında Yaquba vermişdir. Yaqubun verdiyi vədə görə Yaqub ona verdikləri 33000 manat pulu xx.xx.2021-ci il tarixdə 41.000 manat kimi Xaqaniyə qaytaracaqdı. Lakin xx.xx.2021-ci il tarixdə Xaqani Yaquba zəng etdikdə o Xaqaniyə «səbirli ol axşam saat 5-də alınacaq» sözünü demişdir. Lakin Yaqub onları aldadaraq pullarını ələ keçirdib heç bir iş görməmişdir. Beləliklə də, Yaqubun bu dələduzluq hərəkətləri nəticəsində ona 10.000 manat ziyan vurulmuşdur. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs5 onun dostudur. Təqsirləndirilən şəxs ilə onu Xaqani tanış etmiş, Yaqubu Xaqaniyə görə tanımış, Yaqub ticarətlə məşğul olmuşdur. 2021-ci ilin təxminən noyabr ayında Yaqub dostu Xaqaniyə mal-qara alverində yaxşı pul olduğunu və yaxşı pul qazanacaqlarını demiş, Xaqani də ona inanıb onun bu təklifini qəbul etmişdir. 2021-ci ilin noyabr ayının əvvələrində günorta saatlarında Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən 4 saylı binanın arxasında Xaqani ilk dəfə olaraq Yaquba 5000 manat pul vermiş, həmin vaxt Yaqub tək gəlmiş, Xaqaninin yanında isə o və qardaşı Elnur olmuşdur. Həmin gündən təxminən 4-5 gün sonra Yaqub Xaqaninin verdiyi pulun üzərində 1000 manat xeyrilə birlikdə ümumilikdə 6000 manat pulu Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində ona vermiş sonra Xaqani bu barədə ona və qardaşı Elnura demişdir. O da Yaqubla mal-qara işi görmək üçün 10000 manat pul düzəldib Xaqaniyə vermiş, Xaqani də 13.000 manat pul düzəldib onun 10.000 manat, qardaşı Elnurun 10.000 manat pul olmaqla ümumilikdə 33.000 manat pulu xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən 4 sayh binanın arxasında onun və Elnurun yanında aparıb Yaquba vermişdir. Yaqubun verdiyi vədə görə Yaqub ona verdiyi hər 5000 manata 1000 manat pul qaytarmalıydı. Lakin xx.xx.2021-ci il tarixdə Xaqani Yaquba zəng etdikdə o Xaqaniyə «səbirli ol axşam saat 5-də alınacaq» demişdir. Lakin Yaqub onları aldadaraq heç bir iş göroməmiş və onların pullarını ələ keçirtmiş, beləliklə də Yaqubun bu dələduzluğu nəticəsində ona 10.000 manat məbləğində ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs7 xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 10000 manat məbləğində ziyanın ödənilmədiyi halda ona qanun üzrə ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sinif yoldaşı Nigar vasitəsi ilə tanımışdır. Belə ki, ailədə üç qardaş olduqları üçün Nigar onların ev almaq istədiklərini bildirmiş, buna görə də 2019-cu ilin mart ayının tərxminən ortalarında sinif yoldaşı Nigar hazırda xatırlamadığı mobil telefon nömrəsindən ona zəng edərək qohumu olan Yaqubun özünə məxsus olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK şirkətinin tikdiyi yeni hündürmərtəbəli binadakı mənzili satdığını bildirmiş, həmin müddətdə o 2019-cu ilin mart ayının təxminən ortalarında Yaqubla Sumqayıt şəhəri, Köhnə Avtovağzalla üzbə-üz olan «Bakcell» mağazasının yanında görüşmüş, onu ilk dəfə elə orada görmüş, əvvəllər onu görməmiş, tanımamış, aralarında olan razılaşmaya görə o idarə etdiyi «Mersedes Vito» markalı avtomobili və üstündə 11.000 manat pulu Yaquba vermiş və o ona Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK şirkətinin tikdiyi yeni hündürmərtəbəli binadan 02 otaqlı mənzili satmışdır. 2020-ci ilin dekabr ayının təxminən ortalarında Nigar ona zəng edərək Yaqub adlı qohumunun sosial mənzil almaq üçün köməklik edə biləcəyini demiş, o da həmin müddətdə mənzil almaq istədiyi üçün Nigara Yaqubla danışmaq istədiyini demişdir. Bundan sonra da Yaqub ona hazırda xatırlamadığın nömrədən zəng etmiş, o mənzili özü üçün deyil qardaşı Şahid3 üçün almaq istədiyini demiş, həmin müddətdə də qardaşı ailə qurduğu üçün Yaqub onun gənc ailə kimi sosial mənzil ala biləcəyini demişdir. Buna görə də bütün sənədləşmənin aparılaraq 2 otaqlı mənzili qardaşının adma sənədləşdiriləcəyini, həmin mənzili almaq üçün də 19.000 manat pul ödəməli olduğunu demişdir. O da ondan sənədləşmənin qanuni şəkildə olacağını soruşub, heç bir problemin olmayacağını bütün sənədləşmənin qanunvericilik çərçivəsində olacağını, «Asan» Xidmət mərkəzində qeydiyyatdan keçiriləcəyini, imzaların atılacağını bildirmiş, o da buna görə razılaşmışdır. 2020-ci ilin dekabr ayının təxminən ortalarında sinif yoldaşı Şahid4lə ilə birlikdə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 21/27 saylı yaşayış binasının qarşısında Yaqubla görüşmüş, Yaqub onun idarə etdiyi «Kia Sornento» markalı avtomaşına əyləşmiş, o 19.000 manatı orada avtomaşının içərisində Yaquba vermiş və sinif yoldaşı Fikrətdə bunun şahidi olmuşdur. Həmin vaxt da puldan əlavə orada qardaşı Şahid3 şəxsiyyət vəsiqəsinin surətini də ona vermişdir. Orada söhbət zamanı Yaqub bir neçə gün sonra alacaqları mənzili də görə biləcəklərini demişdir. Daha sonra onlar sağollaşmışlar və o çıxıb getmişdir. Bir neçə gün sonra, yəni 2020-ci ilin dekabr ayının axırlarında səhər saatlarında Yaqub ona zəng edərək alacaqları mənzilə baxmaq üçün Sumqayıt şəhəri 41-ci məhələyə dəvət etmişdir. O atası X3, anası X5 ilə birlikdə Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində tikilmiş olan sosial mənzillərin yerləşdiyi ünvana getmişlər, Yaqub orada mühafizəçi Sənan adlı tanışına zəng etmiş və o onları içəri buraxmış, onlar 5-ci mərtəbəyə qalxmışlar. Yaqub alacaqları 2 otaqlı mənzili onlara göstərmiş, həmin mənzilə baxmışlar, daha sonra həmin mərtəbədə olan 3 otaqlı mənzilə də baxmışlar. Orada Yaqubdan 3 otaq ala biləcəklərini soruşmuş, o da maraqlanacağını bildirmişdir. Mənzilə baxdıqdan sonra oradan çıxıb yaşadığı ünvana qayıtmışlar. Həmin gün axşam saatlarında Yaqub ona zəng edərək 3 otaqlı məndili ala biləcəklərini demiş, lakin bunun üçün əlavə olaraq 4000 manat pul ödəməli olduğunu demiş, o da razılaşmışdır. Bir neçə gün sonra, yəni 2020-ci ilin dekabr ayının axırlarında qardaşı Şahid3 4000 manat pulu vermiş və Yaquba aparıb verməsini demiş, o da həmin gün sinif yoldaşı Fikrətlə birlikdə yenə də Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində binanın qarşısına gedərək orada Yaqubla görüşüb 4000 manat pulu Fikrətin iştirakı ilə ona vermişdir. Pulu verdikdən sonra da Yaqub «Asan» xidmətdən onlarla əlaqə saxlanılaraq sənədləşməni edəcəyini demişdir. Pulu Yaquba verdikdən sonra o 2021-ci ilin fevral ayının sonuna kimi 3 otaqlı mənzilin rəsmi olaraq qardaşı Şahid3 adma sənədləşdirəcəyi bildirmişdir. Lakin 2021-ci ilin fevral ayı olmuş, həmin vaxta qədər onlara Asan xidmətə dəvət olunacaqları barəsində bir neçə dəfə müxtəlif nömrələrdən zəng edilsə də nəticə olmamış, hansı nömrələrdən zəng edildiyini xatırlamamışdır. Yaqubla telefon əlaqəsi saxlayıb ondan işin nə yerdə olduğunu soruşmuş, o da müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirmişdir. O dəfələrlə Yaquba zəng edib pulu tələb etmiş, bu zaman da Nigar ona zəng etmişdir. Nigar ona Yaquba zəng etməməyini özünün onunla danışacağını demişdir. Bir neçə müddət sonra yenidən Nigarla danışdığı zaman o Yaqubun onun mənzil məsələsini həll etmək istədiyini, buna görə də telefonlarına cavab vermədiyini demişdir. O da ona artıq mənzil istəmədiyini, Yaqubun ona verdiyi pulu geri qaytarmasını demiş, həmin müddətdə Yaqubla danışdığı zaman, bildirmişdir ki, ona verdiyi hazırda özündədir. O da gün ərzində görüşərək pulunu verəcəyini desə də, sonradan telefon zənglərinə cavab verməmişdir. 2021-ci ilin avqust ayında sosial mənzillər rəsmi qaydada satılmışdır. O da bundan sonra Yaqubla telefon əlaqəsi saxlayıb ona mənillərin satıldığını, alacaqları mənzildən nə xəbər olmasını soruşmuş, o da mənzili alan şəxslərdən bir neçəsinin mənzildən imtina edəcəyini 23000 manart pulu da həmin şəxslərə rəsmiləşdirmə olmamış verəcəyini, həmin mənzilin də qardaşı Şahid3 adma sənədləşdirəcəyini demişdir. O da ona ilkin danışıqlarının belə olmadığını demiş, Yaqub da müxtəlif bəhanələr gətirmiş, yenə bir müddət keçmiş, o Yaqubla əlaqə saxlasa bu dəfə Yaqub onun telefonuna cavab verməmişdir. Həmin vaxtdan bir neçə dəfə Yaqubla əlaqə saxlamış, o da ondan aldığı pulu kiməsə verdiyini, ondan ala bilmədiyini, pulu verdiyi şəxsin torpağını satıb geri qaytaracağını demişdir. Hətta ona verdiyi pulun müqabilində torpaq da verə biləcəyini demiş, o da razılaşmamış, ondan pulunu istəmişdir. Daha sonra anası ilə birlikdə Nigarın yaşadığı ünvana getmiş, orada Nigar onun atası anası və bacısı ilə danışaraq Yaqubun ona verdiyi pulu hissə-hissə da qaytarmasına razı olduğunu, təki pulu qaytarmasını demiş, onlar da Yaqubun onları müxtəlif bəhanələr gətirib yola verdiklərini demişlər. O da Nigara 3 ay əvvəl Yaqubdan pulunu alacağımı lakin onun Yaquba zəng etməməsi barəsində ona zəng edib bildirdikdən sonuncu ilə danışmadığını buna görə də onun da bu işdə günahı olduğunu polisə şikayət edəcəyini demiş, 3 otaqlı sosial mənzili alaraq qardaşı Şahid3 adına rəsmi qaydada sənədləşdirilərək almaq üçün Təqsirləndirilən şəxs ümumilikdə 23.000 manat pul vermiş, lakin sonuncu onu aldadaraq vədinə əməl etməmiş, ona verdiyi məbləği də geri qaytarmayaraq ona 23.000 manat maddi ziyan vurmuşdur. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs1 qohumu Yaqub, yəni Əsgərin dayısı X1 arvadı əri Əsgərə zəng edərək, güzəştli sosial mənzil lahiyəsi çərçivəsində özünə mənzil aldığını bildirərək, Əsgərə də, güzəştli sosial ev almaqda köməklik edə biləcəyini təklif etmişdir. Hətta 17 oktyabr 2020-ci il tarixdə evdə olduqları zaman saat 19:30 radələrində Yaqub öz həyat yoldaşı Nərgizlə yaşadıqları evin-Sumqayıt şəhəri, 9-cu mk\r, ev 23a\8-ünvamnm qarşısına gələrək Əsgərlə həmin mövzuda söhbət etmiş, ancaq Əsgər İsmayıllı rayonuna qeydiyyatda olduğuna görə mənzili, Sumqayıt qeydiyyatında olduğu üçün onun adma alacağını bildirmişdir. Nərgiz özləri üçün aldıqları sosial mənzilin sənədlərini və kredit şərtləri olan sənədləri Əsgərə göstərmişdir. Əsgər güzəştli sosial mənzil almaq mövzusunda Yaqubla aralarında olan söhbəti, tələb olunan şərtləri ona danışdıqdan sonra onlar güzəştli sosial mənzil almaq qərarına gəlmişlər. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə Yaqub Əsgərə zəng edərək, mənzillərin satılıb qurtaracağını, qərarını tezləşdirməsini bildirmişdir. Həmçinin Yaqubun həyat yoldaşı Nərgiz də ona zəng edərək, ilkin ödənişi ödəməyi tezləşdirmələrini, əks təqdirdə mənzillərin hamısının satılıb qurtaracağını demişdir. Həyat yoldaşı güzəştli sosial mənzil almaq istədiklərini və Yaqubun tələbinə uyğun olaraq 18000 manat likin ödənişi ödəyəcəklərini Yaquba bildirdikdən sonra, xx.xx.2020-ci il tarixdə, saat 15:30 radələrində Yaqub yaşadıqları ünvan 3 ünvanına gəlmiş və Əsgər onun, qardaşı Bilalın və anası Mətanətin yanında 18000(on səkkiz min) manat pulu, güzəştli sosial mənzil almaq məqsədi ilə ilkin ödəniş kimi Yaquba vermişdir. Hətta Yaqub qardaşı Bilal üçün də, 1 otaqlı güzəştli sosial mənzil almağa köməklik edə biləcəyini təklif etmişdir. Anası Mətanət bu barədə düşünəcəklərini və güzəştli sosial mənzil almaq qərarına gəlsələr Yaquba zəng edəcəklərini bildirmişdir. Sonra Yaqub çıxıb getmiş, təxminən üç gündən sonra Yaqubun həyat yoldaşı Nərgiz ona zəng edərək, güzəştli sosial mənzil lahiyəsi çərçivəsində mənzillərin satılıb qurtarmaq üzrə olduğunu, Bilal üçün mənzil almaq istəyirlərsə Bilalın tələsməsini və ilkin ödənişi tezləşdirməsini bildirmişdir. Təxminən 2- 3 gündən sonra Yaqub Bilalın yaşadığı evə gedərək Bilala güzəştli sosial mənzil düzəltmək adı ilə anası Mətanətdən ilkin ödəniş kimi 8000(səkkiz min) manat pul almışdır. Təxminən 10 gündən sonra Nərgiz ona, Yaqub isə həyat yoldaşı Əsgərə zəng edərək, alacaqları güzəştli sosial mənzilin “Çıxarış” sənədinə görə 500(beş yüz) manat ödəməli olduqlarını bildirmişdi. Əsgər pulu yaşadıqları evdən gəlib götürməsini istədikdən sonra, xx.xx.2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində Yaqub həyat yoldaşı Nərgizlə birlikdə yaşadıqları ünvana gəlmiş və alacaqları güzəştli sosial mənzilin “Çıxarış” sənədinə görə Əsgər 500 manat pulu Yaquba vermişdir. Yaqub və Nərgiz narahat olmamasını qısa müddət ərzində mənzilini alacaqlarını, müqavilə imzalamaq üçün onun Asan xidmətə çağrılacağmı bildirmişlər. Ancaq təxminən 2 ay müddət keçməsinə baxmayaraq güzəştli sosial mənzil alması uzandığı üçün Əsgər Yaquba zəng edərək, işin nə yerdə qaldığını soruşduqda Yaqub alacaqları mənzili onlara göstərməyi təklif etmiş, bu səbəbdən də, o həyat yoldaşı Əsgər, Yaqub və Yaqubun həyat yoldaşı Nərgizlə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində güzəştli sosial mənzil lahiyəsi çərçivəsində inşa edilən evlərdən birinə getmişlər. Yaqub 3-cü mərtəbədə yerləşən 2 otaqlı mənzili göstərərək, həmin mənzilin onların alacaqları mənzil olduğunu, 1 otaqlı mənzilin isə Bilalın alacağı mənzil olduğunu bildirmişdir. Evə qayıtdıqdan bir neçə dəqiqə sonra 050 *** ** ** telefon nömrəsindən tanımadıqları şəxs Əsgərin 077 575 76-26 telefon nömrəmə zəng edərək, Asan xidmətin əməkdaşı Xəyalə Hüseynova olduğunu, onun güzəştli sosial mənzil lahiyəsi çərçivəsində müraciəti ilə bağlı zəng etdiyini bildirib, müraciətlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Asan xidmətə yaxınlaşmalarını xahiş etmiş, ancaq səhəri gün həmin şəxs təkrar Əsgərə zəng edərək, Asan xidmətə xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə yaxınlaşmasını bildirmişdir. Təxminən 10 gün sonra Yaqub yaşadıqları evə gələrək, Covid- 19 virusu ilə bağlı karantin rejim qaydalarına uyğun olaraq güzəştli sosial mənzil növbəsində olan şəxslərə müqavilələr fərdi qaydada imzalatdırıldığım bildirmişdir. O Yaqubun gətirdiyi “sənədləri” imzalamış və Yaqub 1- 2 gündən sonra mənzili təhvil alacaqlarını bildirmiş, ancaq 1 ay müddət keçsə də, onların güzəştli sosial mənzil almaq məsələ bağlı heç bir xəbər çıxmamışdır. Bu səbəbdən də həyat yoldaşı Əsgər dəfələrlə Yaqubla əlaqə saxlayıb güzəştli sosial mənzil almaq məsələsinin niyə bu qədər çox yubandığını soruşduqda, Yaqub hər dəfə bir bəhanə ilə Əsgəri aldadıb yaxın vaxtlarda mənzili təhvil alacaqlarını demişdir. Təxminən 2021 -ci ilin fevral ayının əvvəlləri özünü Asan xidmətin əməkdaşı Hüseynova Xəyalə kimi təqdim edən şəxs Əsgərə zəng edərək, həyat yoldaşı ilə, yəni onunla birlikdə Sumqayıt Asan xidmətinə yaxınlaşmalarını istəmiş. Əsgər və o Asan xidmətə gedib, güzəştli sosial mənzil almaqla bağlı çağrıldıqlarım bildirdikdə, asan xidmətdə MİDA-nın əməkdaşı onun adının mənzil növbəsində olmadığını bildirmişdir. Sonra özünü Asan xidmətin əməkdaşı Hüseynova Xəyalə kimi təqdim edən şəxsin telefon nömrəsinə zəng edildikdə həmin şəxs öncə telefona cavab versə də, sonradan telefonu söndürmüş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Belə olan halda onlar başa düşmüşlər ki, Yaqub Əsgəri aldadaraq və etibarından sui-istifadə edərək 18500(on səkkiz min beş yüz) manat pulu Əsgərdən alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Şahid1 əlavə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 bir ildir ki, tanıyır, onun tanışıdır. Belə ki, 2021-ci ilin yanvar ayında tanışı Zərərçəkmiş şəxs3 ilə aralarında olan söhbət əsnasında ona demişdir ki, yaxın qohumu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində «Mida» şirkəti tərəfindən tikilib istifadəyə verilmiş sosial binada ev alınmasında köməklik göstərir, həmçinin o özünün 18.000 manat, anasının isə 8500 manat pulu Təqsirləndirilən şəxs sosial binada ev almaq üçün verdiklərini, onun da 8500 manat pul verməli olacağını bildirmişdir. Gülnarə də onunla razılaşmışdır. Bildiyinə görə sonradan Gülnarə bu məsələyə görə Sumqayıt şəhərində yerləşən «Yapı Kredi» bankından 9600 manat pul kredit götmüş, xx.xx.2021-ci il tarixdə axşam saat 17 radələrində onun Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 23A/, mənzil 8-də kirayə yaşadığı evə gəlib orada əri Zərərçəkmiş şəxs1 və onun yanında 8500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Gülnarə Yaqubu həmin vaxt ilk dəfə idi ki, görmüş, o əvvəllər Yaqubu tanımamışdır. Həmin vaxt Yaqub Gülnarəyə demişdir ki, xx.xx.2021-ci il tarixədək sosial binada mənzil bölgüsü olacaq, ona vəd etdiyi bir otaqlı mənzilini ahb ona verəcəkdir. Onlar bir-birlərinin mobil telefon nömrələrini götürmüşlər. Sonradan Yaqub onları aldatdığı kimi Gülnarəni də aldadıb onun 8500 manat pulunu ələ keçirdib işini həll etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Almayıs qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri, Əsgər Qasımov isə bibisi oğludur. O bilmişdir ki, Zərərçəkmiş şəxs1 güzəştli sosial ev almaq istəyir. Onlar özləri də aldıqları üçün 2020- ci ilin oktyab ayının ortalarında o Əsgərə zəng edib əri Yaqubun bu işlə məşğul olduğunu, güzəştli sosial ev almaqda köməklik edə biləcəyini bildirmişdir. 17 oktyabr 2020-ci il tarixdə saat 19:30 radələrində isə o əri Yaqubla birlikdə Əsgərgilin yaşadıqları Sumqayıt şəhəri, 9cu mk\r, ev 23a\8 ünvanının qarşısına gələrək orada Əsgərlə həmin mövzuda söhbət etmişlər, ancaq Əsgər İsmayıllı rayonuna qeydiyyatda olduğuna görə mənzili Sumqayıt qeydiyyatında olduğu üçün arvadı Hicranın adma alacağını bildirmişdir. Əsgər güzəştli sosial mənzil almaq mövzusunda Yaqubla aralarında olan danışdıqdan sonra Əsgərgil də güzəştli sosial mənzil almaq qərarına gəlmişlər. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə Yaqub Əsgərə zəng edərək, mənzillərin satılıb qurtaracağını, qərarını tezləşdirməsini bildirmişdir. Həmçinin o da Yaqubun sözünə görə Hicrana zəng edərək, ilkin ödənişi ödəməyi tezləşdirmələrini, əks təqdirdə mənzillərin hamısının satılıb qurtaracağını demişdir. Əsgər güzəştli sosial mənzil almaq istədiyini və Yaqubun tələbinə uyğyn olaraq 18000 manat ilkin ödənişi ödəyəcəklərini Yaquba bildirdikdən sonra, xx.xx.2020-ci il tarixdə, saat 15:30 radələrində Yaqub onların yaşadıqları ünvan 3 ünvana gedib Əsgərdən 18000(on səkkiz min) manat pulu, güzəştli sosial mənzil almaq məqsədi ilə Əsgərdən almışdır. Hətta bildiyinə görə Yaqub Hicranın qardaşı Bilal üçün də 1 otaqlı güzəştli sosial mənzil almağa köməklik edə biləcəyini təklif etmişdir. Hicranın anası Mətanət bu barədə düşünəcəklərini və güzəştli sosial mənzil almaq qərarına gəlsələr Yaquba zəng edəcəklərini bildirmişlər. Təxminən üç gündən sonra o Yaqubun ona deməsindən sonra Hicrana güzəştli sosial mənzil lahiyəsi çərçivəsində mənzillərin satılıb qurtarmaq üzrə olduğunu, Bilal üçün mənzil almaq istəyirlərsə Bilalın tələsməsini və ilkin ödənişi tezləşdirməsini bildirmişdir. Təxminən 2-3 gündən sonra Yaqub Bilalın yaşadığı evə gedərək Bilala güzəştli sosial mənzil düzəltmək üçün Mətanətdən ilkin ödəniş kimi 8000(səkkiz min) manat pul almışdır. Təxminən 10 gündən sonra o Yaqubun deməsini ona bildirdikdən sonra Hicrana, Yaqub isə onun əri Əsgərə zəng edərək, alacaqları güzəştli sosial mənzilin “Çıxarış” sənədinə görə 500(beş yüz) manat ödəməli olduqlarını demişlər, Əsgər pulu yaşadıqları evdən gəlib götürmələrini istədikdən sonra, xx.xx.2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində o Yaqubla birlikdə Əsgərgilin yaşadıqları ünvana gedib alacaqları güzəştli sosial mənzilin “Çıxarış” sənədinə görə Əsgər onun yanında 500 manat pulu Yaquba vermişdir. Yaqub onlara narahat olmamalarını qısa müddət ərzində mənzillərini alacaqlarını, müqavilə imzalamaq üçün Hicranın asan xidmətə çağırılacağını bildirmişdir. Təxminən 2 ay sonra Əsgər Yaquba zəng edərək, işin nə yerdə qaldığını soruşduqda Yaqub alacaqları mənzili onlara göstərməyi təklif etmişdir. Bu səbəbdən də, Hicran əri Əsgər, o Yaqubla birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində güzəştli sosial mənzil lahiyəsi çərçivəsində inşa edilən evlərdən birinə getmişlər. Yaqub 3-cü mərtəbədə yerləşən 2 otaqlı mənzili göstərərək, həmin mənzilin onların alacaqları mənzil olduğunu, 1 otaqlı mənzilin isə Bilalın alacağı mənzil olduğunu bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, bu Yaqubun bir qurduğu oyun imiş, Yaqubun məqsədi onların ev məsələsini həll etmək deyil, onların verdiyi pulları ələ keçirtmək olmuşdur və Yaqub öz məqsədinə çatmışdır. Belə ki, o Yaquba inanaraq onun sözünə görə onlara zəng edib mənzil məsələlərinin Yaqubun həll edəcəyini bildirmiş, onun Yaqubun onların məsələsini həll etməyərək pullarını ələ keçirtmək fikrindən xəbəri olmamış, ona bu barədə heç bir söz deməmiş, belə hərəkət etməklə onu da aldatmışdır. Bu səbəbdən də Bilal və Əsgərgil Yaqubun bu hərəkətindən polisə şikayət etmişlər. Onun Yaqubun onları aldadıb pullarını ələ keçirtmək fikrinin olmasından əvvəlcədən heç xəbəri, məlumatı olmamış, o bu barədə ona heç nə deməmişdir. Əksinə Yaqub onu da inandırmışdır ki, onların mənzil məsələsini həll edəcək. Lakin Yaqub onu da aldatmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid6 Almayıs qızının elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun bacısının əridir, Zərərçəkmiş şəxs4 onun sinif yoldaşıdır. Təqsirləndirilən şəxs Sənanla özü tanış etmişdir. Belə ki, Sənan ailədə üç qardaş olduğu üçün o onların ev almaq istədiyini bildiyi üçün 2019-cu ilin mart ayının təxminən ortalarında Sənana zəng edərək qohumu olan Yaqubun özünə məxsus olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK şirkətinin tikdiyi yeni hündürmərtəbəli binadakı mənzili satdığını bildirmiş, həmin müddətdə bildiyinə görə Sənan 2019-cu ilin mari ayının təxminən ortalarında Yaqubla Sumqayıt şəhəri, Köhnə Avtovağzalla üzbə-üz olan «Bakcell» mağazasının yanında görüşmüş və aralarında olan razılaşmaya görə Sənan idarə etdiyi «Mersedes Vito» markalı avtomobili və üstündə 11.000 manat pulu Yaquba vermiş və o ona Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK şirkətinin tikdiyi yeni hündürmərtəbəli binadan 02 otaqlı mənzili satmışdır. 2020-ci ilin dekabr ayının təxminən ortalarında o Sənana zəng edərək Yaqubun sosial mənzil almaq üçün köməklik edə biləcəyini demişdir. Belə ki, Yaqub özü onu inandırmışdır ki, bu işlə məşğul olur. Sənan da həmin müddətdə mənzil almaq istədiyi üçün ona Yaqubla danışmaq istədiyini demişdir. Bundan sonra da bildiyinə görə Yaqub ona zəng etmiş, o da mənzili özü üçün deyil qardaşı Şahid3 üçün almaq istədiyini Yaquba demişdir. Yaqub Sənana qardaşı Ruslanın gənc ailə kimi sosial mənzil ala biləcəyini dediyinə görə bütün sənədləşmənin aparılaraq 2 otaqlı mənzili Sənanı qardaşı Ruslanın adma sənədləşdiriləcəyini, həmin mənzili almaq üçün də 19.000 manat pul ödəməli olduğunu demişdir. Sonradan bildiyinə görə 2020-ci ilin dekabr ayının təxminən ortalarında Sənan Yaqubla görüşərək həmin 19.000 manat pulu ona vermişdir. Hətta Yaqubun ona deməsinə görə onlara Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində tikilmiş olan sosial mənzillərin yerləşdiyi ünvanda 03 otaqh mənzil də göstərmişdir. Yaqub həmçinin əlavə olaraq Sənanda mənzilə görə 4000 manat pul da almışdır. Lakin sonradan Yaqub onların mənzil məsələsini həll edə bilməmiş, onlar da hər dəfə ona zəng etmişlər. O da Sənana Yaquba zəng etməməsini, özünün onunla danışacağını demişdir. Bir neçə müddət sonra onlar yenidən ona zəng etdikdə, o Yaqubun onların mənzil məsələsini həll etmək istədiyini, buna görə də telefonlara cavab vermədiyini demişdir. Bunu da onlara belə deməsini Yaqub xahiş etmişdir. Sənan da ona artıq mənzil istəmədiyini, Yaqubun ona verdiyi pulu geri qaytarmasını demişdir. Daha sonra Sənan anası ilə birlikdə onların yaşadıqları ünvana gəlmişlər, orada o, atası və anası, bacısı ilə danışaraq Yaqubun ondan aldığı pulu hissəhissə qaytarmasına razı olmuşlar. Lakin Yaqub pulu qaytara bilməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bu Yaqubun bir qurduğu oyun imiş, Yaqubun məqsədi Sənanı ev məsələsini həll etmək deyil, onun verdiyi pulu ələ keçirtmək olmuşdur və Yaqub öz məqsədinə çatmışdır. Belə ki, o Yaquba inanaraq onun sözünə görə sinif yoldaşı Sənan zəng edib mənzil məsələsinin Yaqubun həll edəcəyini bildirmiş, onun Yaqubun məsələsini həll etməyərək pulunu ələ keçirtmək fikrindən xəbəri olmamış, Yaqub bu barədə ona heç bir söz deməmişdir, belə hərəkət etməklə onu da aldatmışdır. Bu səbəbdən də Sənan Yaqubun bu hərəkətindən polisə şikayət etmişdir. X11 aldadıb pullarını ələ keçirtmək fikrinin olmasından əvvəlcədən heç xəbəri, məlumatı olmamışdır, o bu barədə ona heç nə deməmişdir. Əksinə Yaqub onu da inandırmışdır ki, Sənan mənzil məsələsini həll edəcək, lakin Yaqub onu da aldatmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanaraq istinatqı aparılmışdır. Həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs3, X8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilərək Təqsirləndirilən şəxs cinayət əməli CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə həmin maddələrlə ********* sayı nömrə altında cinayət işi üzrə istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in 350-5387C-5222 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən verilmiş 698 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, 1-ci məhəllə, fərdi evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid5 Almayıs qızı və Şahid6 Almayıs qızının əməlində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-3239 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmənin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş zərərçəkmiş Zərərçəkmiş şəxs7 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 10000 manat məbləğində ziyanın ödənilmədiyi halda ona qanun üzrə ən ağır cəzanın verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası ona görə təyin edilməlidir ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 514/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 843 saylı orderə əsasən vəkil Müdafiəçi2 Qalib oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi2 Qaliboğlu məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Qaliboğlunun göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-514/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-514/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver