Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-514/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(060)-4751/2020 saylı qətnaməsinə əsasən 41000,00 manat məbləğində pul vəsaitini və 30,00 manat ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs1, bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4759/2020 saylı qətnaməsinə əsasən 40000,00 manat məbləğində pul vəsaitini və 30,00 manat ödənilmiş dövlət rüsumunu Zərərçəkmiş şəxs2 ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 3(080)-2813/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbləri icra etmədiyi üçün ona 14 noyabr 2022-ci və 23 avqust 2023cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o halhazırda heç bir yerdə işləmir və yaş həddinə görə dövlət tərəfindən verilən 240,00 manat məbləğində təqaüd alır. 2018-ci ilin aprel ayından 2020-ci ilin əvvəllərinədək avtomobil ehtiyat hissələri mağazasında avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. Həmin vaxtlar biznes fəaliyyətini genişləndirmək məqsədi ilə pula ehtiyacı yaranmış, buna görə də əvvəllər tanıdığı Sumqayıt şəhərində yaşayan Zərərçəkmiş şəxs1 faizə borca pul almaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 qeyd edilən vaxtlarda hissəhissə ümumilikdə 40000,00 ABŞ dolları məbləğində pulu iki il müddətinə faizlə qaytarmaq şərti ilə borca almışdır. O, Zərərçəkmiş şəxs1 borca aldığı pulun faizinə görə hər ay 7000,00 ABŞ dolları məbləğində pul ödəmişdir. Daha sonra həmin məbləği tam olaraq Zərərçəkmiş şəxs1 qaytarmaqdan ötrü 2019-cu ilin ortalarında özünə məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 62 saylı mənzili satmaq qərarına gəlmiş, həmin mənzili 42000,00 manata satmış, mənzilin pulundan 20000,00 ABŞ dolları məbləğini Zərərçəkmiş şəxs1 borclu olduğu məbləğdən bir qismini qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 inandığı və etibar etdiyi üçün ona verdiyi 20000,00 ABŞ dolları məbləğində pulu qeyri-rəsmi şəkildə ona vermişdir. Həmin vaxtdan az müddət keçməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 ona borca verdiyi məbləği tam olaraq ondan tələb etməyə başlamış, o isə sonuncudan borclu qaldığı məbləği qaytarmaqdan ötrü möhlət istəmişdir. Zərərçəkmiş şəxs1 isə möhlət verilməsi üçün notarial qaydada müqavilə bağlamağı ona təklif etmişdir. O, Zərərçəkmiş şəxs1 ilə razılaşaraq notariat kontorunda müvafiq sənədləri oxumadan öz imzası ilə təsdiqləmişdir. Onlar notariat kontorunda olan zaman Zərərçəkmiş şəxs1 kiçik qardaşı Zərərçəkmiş şəxs2 də orada olmuşdur. Həmin vaxtdan bir neçə ay keçdikdən sonra Vüqar və Zərərçəkmiş şəxs2 qardaşlarının onu aldadaraq notarial qaydada müvafiq sənədlərə imza atdıraraq guya onlardan ayrı-ayrılıqda borca pul almağı barədə aralarında borc müqaviləsi bağladıqlarını bilmişdir. Halbuki, o, Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və sonuncunu notariat ofisində görən zaman Zərərçəkmiş şəxs1 kiçik qardaşı olduğunu bilmişdir. 2020-ci ilin axırlarında Vüqar və Zərərçəkmiş şəxs2 qardaşları onun barəsində aidiyyəti üzrə məhkəməyə iddia ərizəsi müraciət etmişlər. Sumqayıt Şəhər Məhkəməsində işə baxılan zaman bütün olanları məhkəmə baxışında qeyd etməyinə baxmayaraq 41000,00 manat məbləğində pulun və 30,00 manat ödənilmiş dövlət rüsumunun ondan alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair, 40000,00 manat məbləğində pulun və 30,00 manat ödənilmiş dövlət rüsumunun ondan alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair qətnamələr çıxarılmışdır. Həmin qətnamələr üzrə aidiyyəti üzrə apellyasiya şikayətləri vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qeyd edilən qətnamələr qüvvəsində saxlanılmışdır. İş icrada olan zaman borcun ödənilməsindən yayınmamış, sadəcə maddi vəziyyəti imkan vermədiyi üçün bir dəfəyə ödəniş edə bilməmişdir. Ona görə də dəfələrlə tələbkarla müraciət edərək pensiyasından ödənişlər etmək istədiyini bildirmişdir. Lakin, tələbkarlar bununla razılaşmamışdır. Hazırda da borcun ödənilməsindən imtina etmir, sadəcə madi vəziyyəti buna imkan vermir. Özü yaşlı insan olmaqla ağır bronxial astma xəstəliyindən əziyət çəkir, gözünün biri isə demək olar ki, görmür. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2018-ci il tarixdən etibarən sonuncunun həmin ərəfələrdə yaşadığı Sumqayıt şəhərində xarici istehsal avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə aralarında yaranmış münasibət əsnasında sonuncunun oğlu Şahid3 ilə tanış olmuşdur. 2019-cu ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs gördüyü biznes fəaliyyəti ilə əlaqədar Gömrük Komitəsində avtomobillərə dair ehtiyat hissələrini qeydiyyatdan keçirməkdən ötrü dövlət rüsumunu ödəmiş, lakin malı gömrükdən çıxarmaqdan ötrü ondan 100000,00 manat məbləğində borca pul istəmişdir. O, isə Təqsirləndirilən şəxs istədiyi məbləğdə pulunun olmadığını bildirmiş, sonuncu isə ondan istədiyi məbləği tapmağı xahiş etmişdir. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs borca alacağı pula görə əldə etdiyi xeyirdən ona pay ayıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs və oğlu Şahid3 tanıdığı və onlara etibar etdiyi üçün ona yox deməmiş, qardaşı Zərərçəkmiş şəxs2 olanlar barədə məlumat vermiş, bu işə razılıq verməyi sonuncuya təklif etmişdir. Qardaşı Zərərçəkmiş şəxs2 ona yox deməmiş, ona 40000,00 manat məbləğində pulunun olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə onların ümumilikdə 84000,00 manat məbləğində pul borca verə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs həmin məbləğin ona borca verilməsini xahiş etmiş, onlar arasında aralarında 44.000,00 manat məbləğində pulun verilməsi barədə kredit müqaviləsi bağlamışlar. Aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən Təqsirləndirilən şəxs ondan borca aldığı 44.000,00 manat məbləğində pulu 25 dekabr 2019-cu il tarixədək ona qaytaracağını öz öhdəsinə götürmüşdür. Həmin gün Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhərində yerləşən 3 saylı Dövlət Notariat kontorunda qardaşı Zərərçəkmiş şəxs2 40000,00 manat məbləğində pulu borca almağı barədə sonuncu ilə aralarında kredit müqaviləsi bağlanılmışdır. Qardaşı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən sonuncu qardaşından borca aldığı 40000,00 manat məbləğində pulu 25 dekabr 2019-cu il tarixədək qaytaracağını öz öhdəsinə götürmüşdür. Aralarında bağlanmış kredit müqaviləsində qeyd edilən müddət başa çatdıqdan sonra o və qardaşı Təqsirləndirilən şəxs borca verdikləri məbləği geri tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs onlara borclu olduğu məbləği geri qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək onlara olan borcundan 3000, 00 manat məbləğində pulu qaytarmış, yerdə qalan məbləği qaytarmaqdan ötrü möhlət istəmişdir. Hər ikisi Təqsirləndirilən şəxs möhlət vermələrinə baxmayaraq sonuncu onlara borclu olduğu məbləği ödəməkdən yayınmağa başlamışdır. Bundan sonra, o, məcburiyyət qarşısında qalaraq 2020-ci ilin axırlarında Təqsirləndirilən şəxs barəsində aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən 41000,000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,00 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və məhkəmə qətnaməsi üzrə Təqsirləndirilən şəxs borclu olduğu məbləğdən ona ödəniş etmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cərimə edilmişdir. Göstərilən halları, yəni Təqsirləndirilən şəxs maddi vəziyyəti yaxşı olduğu halda qərəzli olaraq borcunu ödəmədiyi üçün onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs təxminən 2018-ci il tarixdən etibarən qardaşı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Hətta qardaşı ilə aralarında yaranmış münasibət əsnasında Təqsirləndirilən şəxs oğlu Şahid3 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs həmin ərəfələrdə yaşadığı Sumqayıt şəhərində xarici istehsal avtomobillərinin ehtiyat hissələrinin satışı ilə məşğul olmuş, 2019-cu ilin iyun ayının ortalarında gördüyü biznes fəaliyyəti ilə əlaqədar qardaşı Zərərçəkmiş şəxs1 100000,00 manat məbləğində borca pul istəmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs istədiyi məbləğdə pulunun olmadığını bildirmiş, sonra o, qardaşından istədiyi məbləği taparaq Təqsirləndirilən şəxs borca verməyi xahiş etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs qardaşına borca aldığı pula görə əldə etdiyi xeyirdən ona pay verəcəyini bildirmişdir. Qardaşı Təqsirləndirilən şəxs və oğlu Şahid3 tanıdığı üçün 40000,00 manat məbləğində pulunun olduğunu bildirmiş və onlar Təqsirləndirilən şəxs ümumilikdə 84000,00 manat məbləğində pullarının olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs isə həmin məbləği borca verilməsini onun qardaşından xahiş etmişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında 44000,00 manat məbləğində pulun verilməsi ilə barədə notarial müqavilə bağlanmışdır. Həmçinin o, Təqsirləndirilən şəxs ilə birlikdə qardaşının iştirakı ilə Sumqayıt şəhərində yerləşən 3 saylı Dövlət Notariat kontoruna getmiş, Təqsirləndirilən şəxs ilə onun arasında 40000,00 manat məbləğində pulun borc alması barədə aralarında kredit müqaviləsi bağlanılmışdır. Təqsirləndirilən şəxsla aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən Təqsirləndirilən şəxs borc aldığı 40000,00 manat məbləğində pulu 25 dekabr 2019-cu il tarixədək ona qaytaracağını öz öhdəsinə götürmüşdür. Aralarında bağlanmış kredit müqaviləsində qeyd edilən müddət başa çatdıqdan sonra o və qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdikləri məbləği tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs onlara borclu olduğu məbləği qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək qardaşına borclu olduğu məbləğdən 3000,00 manat pulu qaytarmış, qalan məbləği qaytarmaqdan ötrü onlardan möhlət istəmişdir. Onlar Təqsirləndirilən şəxs möhlət verməklərinə baxmayaraq sonuncu borclu olduğu məbləği onlara qaytarmamamış, buna görə də onlar məcburiyyət qarşısında qalaraq 2020-ci ilin axırlarında ayrı-ayrılıqda Təqsirləndirilən şəxs barəsində aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər.Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə əsasən 40000,00 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,00 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və məhkəmə qətnaməsi üzrə Təqsirləndirilən şəxs borclu olduğu məbləğdən ona ödəniş etmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cərimə edilmişdir. Göstərilən halları, yəni Təqsirləndirilən şəxs maddi vəziyyəti yaxşı olduğu halda qərəzli olaraq borcunu ödəmədiyi üçün onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4749/2020 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 40000,00 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(060)-4751/ 2020 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 41000,00 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri 05 yanvar 2021-ci və 30 avqust 2021-ci il tarixlərdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə də “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, bildiriş borcluya göndərilmiş, onun tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Sözügedən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borcluya məxsus tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakın, bank hesablarının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, alınmış cavablara əsasən onun mülkiyyətində daşınmaz əmlakın olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mülkiyyətində olan fərdi yaşayış evlərinin üzərinə həbs qoyulub açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə məhkəməyə müraciət olunmuş, məhkəmənin qərardadı ilə təqdimat təmin edilmişdir. Həmin qərardad icra olunması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmişdir. Həmin orqanın cavab məktubuna əsasən fərdi yaşayış evi və torpaq sahəsinin bankda ipoteka ilə yüklü edilməsi göstərilmişdir. Borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, həmçinin faktiki yaşayış yeri məlum olmadığı və şifahi çağırışlara məhəl qoymadığı üçün barəsində axtarış elan edilmiş və axtarış qərarı ilə icra idarəsinə gəritirilmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən inzibati qaydada 500,00 manat məbləğində cərimə edilmişdir. Görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclu icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4749/2020 saylı və Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(060)-4751/2020 saylı qətnamələrinin icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnamələri qərəzli olaraq icra edilmədiyi üçün onun Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat verilmişdir. Məhkəməyədək icraat zamanı zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin sentyabr ayından icarə müqaviləsi əsasında Sumqayıt şəhərində “Ele-qance Avto” adı altında xarici istehsalı olan avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. İşlədiyi müddət ərzində atası Təqsirləndirilən şəxs arabir ona gördüyü işdə dəstək olmuş, sonuncu son bir neçə ildir ki, asma xəstəliyindən əziyyət çəkdiyi üçün mütamadi olaraq xəstəxana şəraitində ambulator və stasionar müalicələr alır. 2018-ci il tarixdə işə başlayan zaman biznes fəaliyyətini genişləndirmək məqsədi ilə pulu ehtiyacı olduğu üçün atası Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs1 faizlə borca pul almaq qərarına gəlmiş, ondan qeyd edilən vaxtlarda hissə-hissə ümumilikdə 40000,00 ABŞ dolları məbləğində pulu iki il müddətinə faizlə qaytarmaq şərti ilə borca almışdır. Atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 borca aldığı pula görə hər ay 7000,00 ABŞ dolları məbləğində faiz vermiş, sonradan həmin məbləği tam olaraq Zərərçəkmiş şəxs1 qaytarmaqdan ötrü 2019-cu ilin ortalarında atası özlərinə məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 62 saylı evi 42000,00 manata satmış və həmin puldan 20000,00 ABŞ dolları məbləğində pul Zərərçəkmiş şəxs1 borclu olduğu məbləğin bir qismini sonuncuya qaytarmışdır. O və atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 inandıqları və etibar etdikləri üçün sonuncuya verilən 20000,00 ABŞ dolları məbləğində təsdiqedici sənəd almamışlar. Həmin vaxtdan az müddət keçməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 atası Təqsirləndirilən şəxs borca verdiyi məbləği tam olaraq tələb etməyə başlamış, atası isə Zərərçəkmiş şəxs1 borclu qaldığı məbləği qaytarmaqdan ötrü möhlət istəmişdir. Zərərçəkmiş şəxs1 isə həmin məbləği qaytarmaqdan ötrü atası ilə notarial qaydada müqavilə bağlamağı təklif etmiş və atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə razılaşmışlar, notariat kontoruna gedərək müvafiq sənədləri oxumadan imzası ilə təsdiqləmişdir. Hətta bundan əlavə onlar notariat kontorunda olan zaman Zərərçəkmiş şəxs1 kiçik qardaşı Zərərçəkmiş şəxs2 atasını aldadaraq aralarında bağlanmış müqavilənin Sumqayıt ASAN Xidmətində təsdiq etmək üçün ora gedilməsini bildirmiş, onlar arasında notariat ofisində yenidən aralarında müqavilə bağlanmış və atası müvafiq sənədləri oxumadan imzası ilə təsdiqləmişdir. Vüqar və Zərərçəkmiş şəxs2 qardaşları həmin ərəfələrdə onun Türkiyə Respublikasında olduğunu bildikləri üçün atası Təqsirləndirilən şəxs savadsızlığından istifadə etmişlər, onların iştirakı olmadan müvafiq sənədlərə notarial qaydada imza atdırmışlar. Həmin vaxtdan bir neçə ay keçdikdən sonra Vüqar və Zərərçəkmiş şəxs2 qardaşları atası Təqsirləndirilən şəxs aldatmışlar, guya onlardan ayrı-ayrılıqda borca pul almağı barədə aralarında borc müqaviləsi bağlanması barədə notarial qaydada müvafiq sənədlərə imza atdırmışlar. Halbuki, atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və ondan heç vaxt borca pul almamışdır. O, Vüqar və Zərərçəkmiş şəxs2 qardaşlarına atası Təqsirləndirilən şəxs aldatdıqlarını və olanlar barədə aidiyyəti üzrə müvafiq orqanlara müraciət edəcəyini bildirmiş, bundan sonra 2020-ci ilin sonunda hər ikisi atasının barəsində aidiyyəti üzrə məhkəməyə iddia ərizəsi müraciət emişlər. Sumqayıt Şəhər Məhkəməsinin qətnamələrinə əsasən 41000,00 manatın atasından tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi, 40000,00 manat məbləğində pulun isə atasından alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İş icrada olan zaman atası hissə-hissə ödəniş etmək istəsə də, tələbkarlar bununla razılaşmamışdır. Cinayət işinin 8-9 vərəqələrində olan 27 oktyabr 2023-cü il tarixli təqdimatdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4751/2020 nömrəli icra sənədinə əsasən 40.000,00 manat və 14 noyabr 2020-ci il tarixli, 2(060)- 4749/2020 nömrəli icra sənədinə əsasən 41.000,00 manat borc üzrə ödəniş etməmişdir. Ona görə də borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məsələsi xahiş edilmişdir. Cinayət işinin 11-13-cü vərəqəsində olan Sumqayıt şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4749/2020 nömrəli qətnaməsindən və 14-cü vərəqəsində olan eyni tarixli və nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 40000 manat pul və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənillməlidir. Cinayət işinin 16-cı vərəqəsində olan Suqmayıt şəhər İcra İdarəsinin İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4749/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 17-ci vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Sumqayıt şəhər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(060)-4749/2020 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Cinayət işinin 18-20-ci vərəqəsində olan Sumqayıt şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4751/2020 nömrəli qətnaməsindən və 21-cü vərəqəsində olan eyni tarixli və nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 41000 manat pul və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənillməlidir. Cinayət işinin 22-ci vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsinin İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4751/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 23-cü vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Sumqayıt şəhər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(060)-4751/2020 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Cinayət işinin 25-28-ci vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4751/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 29-32-ci vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(060)-4749/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 59-61-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 149-cu vərəqəsində olan Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsindən görünür ki, Təqsirləndirilən şəxs bronxial astma xəstəliyindən əziyyət çəkir. Cinayət işinin 173-176-cı vərəqəsində olan “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, KEŞ-91 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda “Bronxial astma inhalyasiyasından asılı formanın kəskinləçdirilməsi” kimi xəstəliyin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əziyət çəkdiyi xəstəlik uzun sürən xroniki gedişlidir. Təqsirləndirilən şəxs qeyd olunan xəstəliklə əlaqədar o əmək qabiliyyətlidir və allergik faktorla təması olmayan işlərdə işləyə bilər. Cinayət işinin 204-205-ci vərəqələrində olan 26 aprel 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini və bronxial astma xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 26 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-514/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-514/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver