Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-515/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərarçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 1, mənzil 21-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdə saat 00:15 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes E 200” markalı, ** RO *** dövlət qeydiyyat nişalı avtomobil ilə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində M.Abdullayev küçəsi ilə Koroğlu prospekti istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq, yəni yerdəyişmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı olduğu halda bunları etməyərək, eləcə də, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolun sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs Xudayət oğlunu ehtiyatsızlıqdan vuraraq ona sağlamlığa az ağır zərər vurmaya aid sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınığı kimi bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Mercedes E 200” markalı ** RO *** dövlət qeydiyyat nişalı avtomobil 23.07.2018-ci il tarixdən AD ******* nömrəli qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur və həmin avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 12.02.2021-ci il tarixdə saat 00:15 radələrində idarə etdiyi “Mercedes E 200” markalı ** RO *** dövlət qeydiyyat nişalı avtomobil ilə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində Məzahir Abdullayev küçəsi ilə üzü Koroğlu proskekti istiqamətində təxminən 20-30 km/saat sürətlə hərəkətdə olan zaman Koroğlu prospkekti ilə hərəkətdə olan markasını və nömrəsini bilmədiyim avtomobil Məzahir Abdullayev küçəsinə dönmək istəyərkən onun yoluna çıxmış, o avtomobilini sağa çəkərkən avtomobilinin sağ ön hissəsinə bir nəfər orta yaşlarında olan piyada toxunduğu üçün avtomobilini saxlayıb yerə düşmüşdür. Həmin piyadanın ayaq üstə olduğunu və gəzdiyini görüb ona heçnə olmadığını zənn etmiş, ondan nə isə olub-olmamasını soruşan zaman onunla kobud danışaraq gödəkçəsindən tutduğu üçün o, həmin piyadanı əli ilə itələmiş, sonuncu yerə yıxılmış, həmin vaxt aralarında olan mübahisənin böyüməməsi üçün avtomobilinə əyləşib oradan çxıb getmişdir. Səhəri günü onun istifadəsində olan 050 378-97-23 mobil nömrəsinə zəng edilərək Sumqayıt şəhər Polis İdarəsinə çağırılmış, o polis idarəsinə gələrkə hadisə barədə izahat vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində etdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş piayadanın müalicə xərclərini ödədiyini və hazırda onunla barışdığını, hadisə baş verməmişdən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini, hadisə baş verən zaman avtomobilində yük və ya sərnişin olmadığını, eləcə də avtomobilinə maddi ziyan dəymədiyini bildirərək. Məhkəmədən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 12.02.2021-ci il tarixdə saat təxminən 00:15 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qayalı marketin” yanı ilə piyada yaşadığ evə gedərkən M.Abdullayev küçəsi ilə yolu üzü 47-ci məhəllə istiqamətinə keçmək üçün səkinin kənarından təxminən bir metr məsafədə yolun 10-cu mikrorayon tərəfində kənarında dayanan zaman M.Abdullayev küçəsi ilə hərəkətdə olan “Mercedes E 200” markalı gümüşü rəngli, ** RO *** dövlət qeydiyyat nömrəli avtomobil hansısa səbəbdən anidən istiqamətini dəyişib avtomobilin sağ tərəfinin ön hissəsi ilə onu sağ ayaq nahiyyəsindən vurmuş, o zərbənin təsirindən büdrəmiş və əlini avtomobilə qoyaraq özünü saxlamışdır. Həmin vaxt o, yavaş-yavaş yeriməyə başlayanda sağ ayağının ağrımasını hiss etmiş, bu vaxt “Mercedes E” markalı, gümüşü rəngli, ** RO *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü avtomobildən aşağı düşüb ona tərəf gələrək onu yolu düz keçməməkdə günahlandırıb üstünə qışqırmış və həmin şəxs onu söyərək itələmiş, o yerə yıxılmış, sürücü isə avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. O, sürücüyə ona köməklik etməsini deməsinə baxmayaraq sonuncu ona kömək etməyərək getmişdir. Həmin vaxt onun sağ ayağı bərk ağrıdığı üçün yeriyə bilmədiyindən orada səkinin kənarında əyləşmiş, həyat yoldaşı Pərvanə ilə telefon əlaqəsi saxlamış və sonuncu hadisə baş verən yerə gəlmiş, taksi çağıraraq onu taksi ilə Sumqayıt şəhər TTY xəstəxanasına aparmış, xəstəxanada müayinə zamanı məlum olmuşdur ki, onun sağ ayağında sınıqlar var. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində ona verilən suallara cavab olaraq həmin vaxt sürücünün özü haqqında ona heç bir məlumat vermədiyini, eləcə də onu xəstəxanaya aparmağı təklif etmədiyini, sürücünün əli ilə onu itələyərək yerə yıxıb avtomobilinə əyləşərək oradan uzqlaşdığını, yerə yıxılan zaman hər hansı xəsarət almadığını, həmin avtomobil onu vurduğu zaman yalnız sağ baldır sümüyü sındığını, həmin vaxt yanlarında heç kimin olmadığını və hadisəni kimsə görmədiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş maddi ziyan tam olaraq ödənildiyindən CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdir ki, 11.02.2021ci il tarixdə axşam saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs dostunun ad günü məclsinə getmişdir. 11.02.2021-ci il tarixdən 12.02.201-ci il tarixdə keçən gecə təxminən saat 00:10 radələrində yoldaşının evə gec gəlməsindən narahat olub telefonuna zəng edən zaman bir qədər telefon çağırdıqdan sonra telefona cavab vermiş, lakin Hidayət danışmamışdır. Həmin vaxt bir nəfər şəxsin Hidayət ilə mübahisə etməyinin səsini eşitmiş, lakin Hidayəti telefonda çağırsa da ona cavab verməmişdir. Bir müddət sonra o, Hidayətə təkrar zəng etmiş, Hidayət 10-cu mikrorayonda “Qayalı” marketin yanında onu avtomobil vurduğunu bildirmiş, o dərha həmin yerə getmişdir. Orada Hidayət ona sağ ayağında möhkəm ağrı olduğunu, gəzə bilmədiyini, gümüşü rəngli “Mercedes E markalı” avtomobil onu vuraraq çıxıb getdiyini bildirmişdir. O, həmin yerə taksi çağıraraq Hidayəti taksiyə əyləşdirib Sumqayıt şəhər X4 Xəstəxanasına aparmış, xəstəxanada müayinə zamanı Hidayətin sağ baldır sümüyündə sınıqlar aşkar olduduğundan onu xəstəxanaya yerləşdirmişlər. Həmin hadisənin səhəri günü onlara məlum olmuşdur ki, yoldaşı Zərərçəkmiş şəxs “Mercedes E 200” markalı gümüşü rəngli, ** RO *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs vurmuşdur. Həmçinin, Şahid ifadəsində onun mobil telefonunda səs yazan proqram olduğu üçün bütün danışıqların avtomatik olaraq qeydə alındığını, 11.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixdə keçən gecə təxminən saat 00:10 radələrində yoldaşına zəng edən zaman həmin sürücü ilə aralarında olan mübahisənin proqram vasitəsilə qeydə alındığını bildirmişdir. İstintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmədə ifadəsi elan olunmuş Sumqayıt ŞPİ DYPŞ-nin axtarış üzrə baş inspektoru, polis kapitanı X2 ifadəsindən görünür ki, 12.02.2021-ci il tarixdə saat 01:55-də radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində M.Abdullayev küçəsində “Qayalı” mağazasının yaxınlığında naməlum avtomobilin piyadanı vuraraq hadisə yerindən yayınması barədə Sumqayıt ŞPİnin növbətçi hissəsindən ona məlumat verilmiş, o dərhal hadisə yerinə yaxınlaşmışdır. Hadisə yerinə gedəndən sonra məlum oldu ki, piyada Zərərçəkmiş şəxs oğunu naməlum avtomobil vuraraq ona baldır sümüyünün sınığı xəsarətləri yetirib hadisə yerindən yayınmış, xəsarət almış Zərərçəkmiş şəxs oğuna tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTYX-na aparılmışdır. Həmin hadisənin səhəri gün günorta saatlarında keçirilmiş tədbirlər nəticəsində qeyd olunan hadisənin “Mercedes E 200” markalı gümüşü rəngli, ** RO *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuş, sonuncunun və hal şahidlərinin iştirakı ilə hadisə yeri müayinə olunaraq hadisə yerinin foto şəkilləri və sxemi çəkilmiş, bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 04.03.2020-ci tarixli, 246 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 12.02.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sümük fraqmentlərinin xarakteri və yerdəyişmənin istiqaməti ilkin küt güclü zərbənin baldırın içəridən bayıra doğru olduğunu sübut edir. Təkrar travmatizim isə sümük fraqmentlərinin aralanmasına səbəb ola bilərdi. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 26.05.2021-ci il tarixli, 8/1001 saylı rəyindən görünür ki, “Mercedes E 200” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Xudayət oğlunun istintaqa təqdim etdiyi içərisində 11.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixdə keçən gecə təxminən saat 00:10 radələrində Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisənin səs yazısını əks etdirən 01 ədəd CD disk maddi sübutu kimi tanınmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 21.05.2021-ci il tarixli 016-302-2511-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18.02.2020-ci il tarixdə AF707892 saylı «BC» kateqoriyalı 10 (on) illik sürücülük vəsiqəsi almışdır. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. Cinayət işinin materiallarına əlaavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər narkoloji Dispanseri tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 1858 saylı arayışdan görünür ki. Təqsirləndirilən şəxs Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər 1 saylı Poliklinikası tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 369 saylı arayışdan görünür ki.Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir. Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 302-2511-1221 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs 18 fevral 2020-ci il tarixində AF707892 saylı “BC” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi almışdır. Kompüter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. 16 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 1 mənzil 21 ünvanında yaşayır. 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarından görünür ki,210736091 saylı cinayət işi 01 aprel 2021-ci il tarixində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi üzrə başlanılmışdır. 22 iyun 2021-ci il tarixində Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.1ci maddəsindən 263.1 və 264-cü maddələrinə tövsif olunmuşdur. 22 iyun 2021-ci il tarixində Təqsirləndirilən şəxs CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 08.10.2021-ci il tarixli ərizədən görünür ki, o,özünü təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxs ondan şikayətçi deyildir və bu səbəbdən də CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Ondan şikayətçi deyildir və onunla barışdığından Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini Məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, eksepert rəyləri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeydinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə cinayət qanununun tələblərini və yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) ödənilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli (iş № 1(060)- 515/2021) qərarını icra edərək,722 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt şəhər filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər prokuroruna göndərilsin. Maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxsin vurulmasını əks etdirən videogörüntülər olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkiliMüdafiəçi oğlunun göstərdiyi 20 (iyirmi) iş saatı, hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-515/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-515/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver