Məhkəmə qərarları › İş №1(060)-515/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-515/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-515/2023 21.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun vəkili Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1979-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Sumqayıt şəhəri, X20 Massivi, 3-cü küçə ünvanında sənədsiz fərdi tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100,00 manat olmaqla iki uşağa cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-16792/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxianıması üçün hər ay bir uşağa 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7392/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2776/2022 nömrəli qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 15464,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs ilə rəsmi ailə qurmuş, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X14 oğlu anadan olmuş, Zərərçəkmiş şəxs ilə bir müddət mehriban yaşasalar da sonradan ayrılmaq qərarına gəlmişlər. Uşaqlaranası ilə qalmışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqların saxlanılması ilə məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ondan əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay bir uşağa 100,00 manat olmaqla iki uşağa cəmi 200,00 manat sabit pul məbləğində alimentin, daha sonra isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş aliment dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay bir uşağa 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş döndərilərək 10 gün müddət verilmiş, lakin alimenti ödəmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Maddi imkanı kifayət qədər olmadığından ödəməli olduğu aylıq alimenti vaxtı-vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək iki qətnamə üzrə cəmi 15464,00 manat aliment borcu yaranmışdır. İş üzrə özünü təqsirli bilir, çünki övladlarına baxmalıdır, sadəcə maddi imkanı kifayət qədər olmadığından alimenti ödəyə bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, yenidən ailə qurmuş və hazırda üç övladı var. Sonuncu qətnamə onun iştirakı olmadan çıxarılmış və ikinci evliliyindən olan övladları nəzərə alınmadan yüksək məbləğdə aliment kəsildiyindən qətnamə ilə razı deyil. Məhkəmə barədə məlumatı olmasına baxmayaraq barəsində axtarış verildiyindən məhkəmə iclasında iştirak etməmişdir. Məşğulluq Mərkəzi tərəfindən işsiz səxs kimi qeydiyyata alınmış, lakin münasib iş olmamışdır. Daha sonra özü iş tapıb işləmişdir. Rəsmi iş yeri olmasa da bir müddət günəmuzd fəhlə işləmişdir. Hazırda ittihamda qeyd olunmuş aliment borcunu tam şəkildə zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş, el-adəti ilə toy etmişlər. Münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X14 oğlu adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxsla bir müddət mehriban yaşasalar da sonradan yola getmədiklərindən ayrılmışlar və həmin vaxtdan da uşaqlarla birlikdə yaşayır. Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərmədiyi üçün aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16792/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 100,00 manat olmaqla iki uşağa cəmi 200,00 manat sabit pul məbləğində alimentin, daha sonra isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7392/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra ayrı-ayrılıqda Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, lakin nəticəsi olmadığına görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İcra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs ödəməli olduğu aylıq alimenti vaxtıvaxtında ödəməmiş və aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs yaşadıqları evi satmaqla Sumqayıt şəhərində müxtəlif ünvanlarda ev tikib satmaqla gəlir əldə etsə də bu müddət ərzində aylıq alimenti ödəməməklə yanaşı uşaqlarla maraqlanmamışdır. Təqsirləndirilən şəxs yenidən ailə qurmuş və hazırda üç övladı var. İmkanı olmayan şəxs necə olur ki, yenidən ailə qurur və üç uşaq dünyaya gəlir. İmkanı yoxdusa kim baxır onun övladlarına. Təqsirləndirilən şəxs imkanı kifayət qədərdir. Sadəcə bilərək və qərəzli olaraq bu günə kimi alimenti ödəməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona olan aliment borcu tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid3 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin icraatında Təqsirləndirilən şəxs cavabdeh qismində iki icra vərəqəsi vardır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-16792 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7392/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-16792/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək borclu Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan İcra sənədləri xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə icra idarəsinin icraata daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Borcluya məxsus tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakın, bank hesablarının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, alınmış cavablara əsasən onun mülkiyyətində daşınar və daşınmaz əmlak, həmçinin bank hesabları müəyyən olunmamışdır. Borclunun ölkədən getmə ehtimalı nəzərə alınaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə təqdimat verilmiş, təqdimat təmin olunmuş və müvafiq qərardad xx.xx.2018-ci il tarixdə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclunun faktiki yaşayış yeri məlum olmadığından və şifahi çağırışlara məhəl qoymadığından barəsində axtarış elan edilmiş, nəticədə Sumqayıt şəhər Polis İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 732742 saylı axtarış işi açılmışdır. xx.xx.2022- ci il tarixdə Təqsirləndirilən şəxs axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Həmin tarixdə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətində həbs edilmişdir. Daha sonra borcluya yaranmış aliment borcunun ödənilməsi üçün yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında nəzərinə çatdırılmasına baxmayaraq borclu Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 16792 saylı, xx.xx.2017-cı il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 7392/2019 sayh, xx.xx.2019-cu il tarixli il qətnamələrinin icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq borclunun 2022-ci ilin dekabr ayına kimi 15464,00 manat aliment borcu vardır. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, qohumu Şahid1 özünə məxsus bir neçə maşını icarəyə verməklə məşğuldur. Maşınlar Şahid1 məxsus olsa da həmin maşınların kimlərə icarəyə verilməsini o təşkil edir. Yəni qohumu Şahid1 işlərini görür, Şahid1 bu barədə məlumatı yoxdur. **-DC-*** dövlət qeydiyyatli maşın da qohumu Şahid1 məxsusdur. İcrayə verilən maşınlardandır. Qeyd edilən maşın etibarnamə əsasında taksi fəaliyyəti ilə məşğul olması üçün Təqsirləndirilən şəxs verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs işləyə bilmədiyini, işin çətin olduğunu əsas gətirərək maşını geri qaytarmışdır. Hər gün işlədiyi pulun 30 faizi ona ödənilmiş, qalan pul isə şirkətə qalmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus maşınları icarəyə verməklə məşğuldur. Maşınlar ona məxsus olsa da həmin maşınların kimlərə icarəyə verilməsi barədə məlumatı yoxdur. Bu işlərlə Şahid2 adlı qohumu məşğul olur. **-DC-*** dövlət qeydiyyat nömrəli maşın da ona məxsusdur və icarəyə verilən maşınlardandır, lakin kimlərə verilməsi və hansı tarixlərdə, hansı şərtlərlə verilməsi brədə məlumatı yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin İcra məmuru Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, ifadəsində Şahid3 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-16792/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7392/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamələrini qərəzli olaraq icra etmədiyini göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-16792/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X6 və 16 aprel 2008-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 manat, ümumilikdə 200 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 07 dekabr 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X11 tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-16792/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7392/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-16792/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs xx.xx.2005-ci təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 18 fevral 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 7392/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11577/2015 saylı, 26.11,2015-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16792/2017 saylı, xx.xx.2017-ci il tarixli və Yasamal rayon Məhkəməsinin 2(004)-7392/2019 saylı, xx.xx.2019-cu il tarixli ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-216/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardaına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2427/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin məktubundan görünür ki, X13 barəsində Sumqayıt şəhər Pİ-si tərəfindən xx.xx.2018-ci il tarixli 732742 saylı axtarış işi açılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 saylı MKS tərəfindən verilmiş 4470 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır, yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 X3 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək münasibətləri və Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə xx.xx.1990-cı il təvəllüdlü X2 xx.xx.2014-cü il tarixdə nikaha bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə nikahından xx.xx.2014-cü il təvəllüdlü İsmayıllı Bayram, xx.xx.2015-ci il təvəllüdlü İsmayıllı Zəhra, xx.xx.2016-cı il təvəllüdlü İsmayıllı Hüseyn adlı övladları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci ilə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əmək qabiliyyətli olmasına baxmayaraq, yəni ifadəsində işlədiyini qeyd etsə də maddi imkanının olmadığını bildirməsi onun ədalət mühakiməsinin bərqərar olunmasına mane olmağa, ibtidai araşdırmanı aparan istintaq orqanını cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul etməkdən yayındırmağa, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra etmək istədiyi görüntüsünü yaratmağa və cinəyət məsuliyyətindən yayınmağa yönəlmiş əməl kimi qiymətləndirilmiş, himayəsində az yaşlı övladlarının olması Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə ittihamda aktında göstərilən 15464 manat məbləğində aliment borcu ona ödənilmişdir. Qeyd edilənin nəzərə alınmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-515/2023) qərarını icra edərək vəkil X7 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək vəkil ilə müqavilə bağladığında görə dövlət hesabına təyin edilmiş müdafiəçinin hüquqi yardımından imtina etmişdir. Müdafiəçi X9 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir.. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar