Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-516/2021 08.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şəki şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 3/13,məhəllə 31/18,, mənzil 1-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15.11.2020-ci il tarixdə saat 14 radələrində idarə etdiyi saz vəziyyətdə olan BC kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan AD № 824719 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus “Mercedes-Benz C 180” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, U.Hacıbəyov küçəsi ilə Babək küçəsi istiqamətində hərəkət edən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan təhlükəsizlik tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi “Mercedes-Benz” C 180 minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs qızını ehtiyatsızlıqdan vurub, sonuncuya qarın və çanağın küt travması, dalağın çıxarılması, daxili qanaxma, İİ-lll dərəcəli travmatik hemoragik şok, sol baldırın orta 1/3nin qəlpəli yerdəyişən, sol qasıq və oturaq sümüyünün, sol körpücük, sol kürək, sol İİ-İİİ- Vİİ-Vİİİ-İV-X qabırğaların yerdəyişən, sağ Vİİ-X qabırğaların yerdəyişməyən sınıqlarına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Mersedes-Benz” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə ki, 15.11.2020-ci il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi “Mersedes-Benz” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ü.Hacıbəyov küçəsi ilə üzü Babək küçəsi istiqamətində soldan 2-ci zolaqla saatda 60 km/saat sürətlə hərəkətdə olarkən təxminən 20 metr məsafədən yolun sağ kənarından təxminən 35-40 yaşlarında olan qadının əks istiqamətə keçmək üçün piyada hərəkət etdiyini görmüşdür. Qadın avtomobili görüb dayanmış, lakin onun qadına çatmağına təxminən 5 metr qalmış yenidən hərəkət etməyə başlamışdır. Bu zaman o, ayağı ilə əyləci sıxıb sükanı sola çəksə də piyadanı avtomobilinin söl ön hissəsi ilə vurmuş, zərbədən piyada avomobilin alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. Bu zaman o, avtomobili saxlayıb həmin qadına yaxınlaşmış, kənar şəxslər də hadisə yerinə yaxınlaşıb, “103” xidmətinə zəng vurmuşlar. Bir neçə dəqiqədən sonra hadisə yerinə YPX avtomobili də yaxınlaşmışdır. Sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi həmin qadın xəstəxanaya aparılmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş maddi ziyanı tam həcmdə ödəmişdir. Odur ki, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs Soltan qızı ifadəsində göstərdi ki, 15.11.2020-ci il tarixdə təminən saat 14 radələrində yaşadığı ünvandan “Araz” marketə getmişdir. Həmin vaxt o, Ü.Hacıbəyov küçəsində “Şərq” inşaat mağazasının yanından yolu 10-cu mikrorayon istiqamətinə tərəf keçən zaman, sonradan ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “Mersedes-Benz” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə onu vuraraq xəsarət yetirmiş və o, həmin vaxt yerə yıxılmışdır. Həmçinin o, “Şərq” inşaat mağazasının qarşısından yolu “Loğman” aptekə tərəf keçərək orta piyada addımarla 14 metr məsafəni qət etdiyini,hazırda ona dəymiş malddi ziyan tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və bu səbəbdən də barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən DİO-da 2015-ci lin yanvar ayından Sumqayıt ŞPİ-nin DYPB-nin YPXdə xidmət aparmış, 15 noyabr 2020-ci il tarixdə xidmətə olduğu zaman saat 14 radələrində Sumqayıt şəhəri, U.Hacıbəyov küçəsində “Şərq İnşaat” mağazanın yaxınlığında “Mersedes”, markalı avtomobilin piyadanın vurması barədə məlumat daxil olmuş, həmin yerə dərhal getmiş və orada Təqsirləndirilən şəxs idarə etdiyi **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə piyada Zərərçəkmiş şəxs vurduğu müayyən edilmişdir. Həmin vaxt ora gələn təhqiqatçı ilə birlikdə hadisə yerinə hal şahidlərin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmiş və ölçülər götürülmüş, bu barədə protokol və yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında sxem tərtib edilmiş, Təqsirləndirilən şəxs həmin vaxt idarə etdiyi “Mersedes” markalı avtomobilə yolun orta zolaqla hərəkət edərkən və ötmə əməliyyatı apardığı zaman piyada Zərərçəkmiş şəxs yolu soldan sağa keçməkdə olmuşdur və həmin vaxt onu ehyityatsızlıqdan onu vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21.12.2020-ci tarixli, 1482 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Soltan oğlunun bədəni üzərində qarnın və çanağın küt travması, dalağın çıxarılması, daxili qanaxma, travmatik hemoragik şok İİ-İİİ dərəcə, sol baldırın orta 1/3-nin qəlpəli yerdəyişən, sol qasıq və oturaq sümüyünün, sol körpücük, sol kürək, sol İİ-İİİ-Vİİ-Vİİİ-İV-X qabırğaların yerdəyişən, sağ Vİİ-X qabırğaların yerdəyişməyən sınıqları xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 14.06.2021-ci il tarixli, 8/1136 saylı rəyindən görünür ki, “Mercedes-Benz C 180” markalı, 99SC799 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan 15.011.2020-ci il tarixli 6321 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, şəxs Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin 29.05.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16.02.2017-ci il tarixdə AE722952 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi almışdır, kompüter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymin maddi ziyanı 5000 manat həcmində tam şəkildə ödəmişdir. Bu səbəbdən də ondan şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki,o, özünü təqsirli bilir, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxs ondan şikayətçi deyildir və bu səbəbdən də barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 22 iyul 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, həmçinin məhkəmə- tibbi ekspertizasının rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Həmin Məcəllənin 59.2-ci maddəsinəəsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və törətdiyi əməldən peşman olması da onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hisəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiləödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsi barədə ərizəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hisəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci addəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli (iş № 1(060)-516/2021) qərarını icra edərək, 09 iyul 2021-ci il tarixli orderə əsasən vəkil Müdafiəçi onun müdafiəçisi təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış) barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıCinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-516/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-516/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver