Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-516/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Allahverdi qızının, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 08.04.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhəri 12-ci mikrorayon ev 8A, mənzil 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 28.04.2022-ci il tarixdə saat 15 radələrındə yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən ev 8 A-da olan 15 №-lin mənzilin zal otağında qohumu Sumqayıt şəhəri 8-ci mikrorayon ev 32, mənzil 19-da yaşayan Zərərçəkmiş şəxs sifətindən yumruqla vuraraq Fatımat Məmmədovaya - sol gözaltı nahıyyənın göz qapaqlarını tutan qançırı, gözün ağrı qişasına qansızma, goz almasının və qapaqlarının orta dərəcəli kontuziyası ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər məhkum olunmamışdır. Ruhi-əsəb xəstəliyi yoxdur. ünvan 2 ünvanda yaşayır. 28.04.2022-ci il tarixdə saat 15 radələrində evdə təxminən 150 qram araq içmişdir. Həmin vaxt qardaşı Natiqin həyat yoldaşı Günel və anası Fatimat onların evində olmuşdur və Günel qardaşından ayrıldığı uçun Günelin cehizlərini aparmaqla məşqul olmuşlar. Günellə Fatimat cehizləri apardıqda onun anası Tahirə ilə Günel və anası Fatimat arasında mübahisə düşmüşdür. Onun anası Tahirə bir tərəfdə Günel ilə anası Fatimat isə digər tərəfdə qarşılıqlı dalaşmışlar və biri-birilərinın saçını yolmuşlar. O da əsəbləşib yumruqla Fatirnatın gözünə bir dəfə vurmuşdur, sonra Günelin sifətindən sillə ilə vurmuşdur. Güneli və anası Fatimatni döydükdən sonra sonuncular evdən çıxıb getmişlər. Hadisə zamanı səsküyə heç kim gəlməmişdir, hadisə təxminən 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışmağa cəht etdiyini, lakin zərərçəkmiş şəxsin onunla barışmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs Allahverdi qızı ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri 8ci mikrorayon ev 32, mənzil 19-da yaşayır. 28.04.2022-ci il tarixdə saat 12 radələrində o qızı Şahid1 yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon ev 8A, mənzil 17-də olmuşdur. Qızı Günel ərindən boşandığı üçün qızının əşyalarını yığıb gətirməsinə kömək etmişdir. Həmin vaxt qızının qayınanası Tahirə və sonuncunun qızı, hər iki gözdən əlil olan Səidə ilə onun və qızının arasında sözlə mübahisə olmuşdur, həmin vaxt Səidə onun üzünə tüpürmüşdür, o da Səidənin üzünə tüpürmüşdür, bu zaman Səidə onun saçını yolmuşdur, Tahirə də tozsoran aparatının sapı iiə onun bədəninə və əlinə vuraraq onu döymüşdür. Bundan sonra o bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verib 1-ci PB-nə ərizə yazmışdır. Bundan sonra həmin gün saat 15 radələrində qızı Günelin qayını Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gələrək qızı Günelin sifətinə sillə ilə bir dəfə vurmuşdur. O da qızını Seymurun əlindən almağa çalışdıqda Seymur əlinə bıçaq götürüb həmin bıçaqla onu öldürəcəyi ilə hədələmişdir, lakin onu bıçaqla vurmamışdır, digər əli ilə yumruqla gözünə bir dəfə vurmuşdur və ona gözündən xəsarət yetirmişdir. Onun gözü şişməyə başlamış, bu səbəbdən Tahirə və Seymur ondan və qızından aralanmışlar. Bundan sonra o döyülməyi barədə 1-ci PB-nə ərizə vermişdir. Hadisə zamanı səs-küyə ətrafdan qonuşalardan hadisə yeriən gələn olmamış, hadisə təxminən 5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, onu bağışlamadığını bildirərək sonuncunun barəsində həbslə əlaqəli cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 Məmməl qızı ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri 8-ci mikrorayon ev 32, mənzil 19-da yaşayır. 28.04.2022-c ıl tarixdə saat 12 radələrındə anası X1 onun yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon ev 8A, mənzil 17-yə gəlmişdir. O, əri Natiqdən ayrıldığı üçün əşyalarını yığıb aparmaq istəmişdir. Anası Fatimat da ona kömək etməklə məşqul olmuşdur. Həmin vaxt onun qayınanası Tahirə və Tahirənin hər iki gözdən əlil olan qızı Səidə ilə onun və anası Fatimatın arasında sözlə mübahisə olmuşdur, həmin vaxt Səidə onun anası Fatimatnin üzünə tüpürmüşdür, onun anası Fatimatda Səidənin üzünə tüpürmüşdür, bu zaman Səidə onun anası Fatimatnin saçını yolmuşdur, qayınanası Tahirədə tozsoran aparatının sapı ilə onun anası Fatimatnin bədəninə və əlinə vuraraq Fatimatı doymuşdur. O isə qayınanası Tahirə və baldızı Səidəni anasından aralamışdır. Həmin vaxt onun qayınanası Tahirə əlində olan tozsoran aparatının sapı ilə onuda vuraraq döymüşdür. Bundan sonra anası Fatimat bu barədə DİN nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bundan sonra saat 15 radələrində evə gəlmiş qaynı Seymur sərxoş vəziyyətdə onun sifətinə sıllə ilə bir dəfə vurmuş, bu zaman anası Fatimat onu qaynı Seymrun əlindən almaq istədikdə Seymur əlinə bıçaq götürüb həmin bıçaqla onu və anasını öldürəcəyi ilə hədələmişdir, lakin onları bıçaqla vurmamışdır, digər əli ilə yumruqla anası Fatimatın gözünə bir dəfə vuraraq anası Fatimatın gözündən xəsarət yetirmişdir. Onun anasının gozu şişməyə başlamışdır, bu səbəbdən Tahirə və Seymur onlardan aralanmışdır. Bundan sonra anası Fatimat 1-ci PB-nə ərizə yazmışıdr. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 8A, mənzil 15-də İ qrup iki gözdən əlil olan qızı Səidə, oğlu Seymur və digər oğlu Natiqlə bir yerdə yaşayır. Natiq 27.03.2022-ci il tarixdə alimet vermədiyinə görə həbs olunmuşdur. 28.04.2022-ci il tarixdə saat 12 radələrində oğlu Natiqin arvadı Gunel və anası Fatımat onun evində olub Günelin evdə olan əşyalarını aparmaq istəmişlər. Həmin vaxt qızı Səidə evdə olmuşdur. Günel və anası Fatımat bır tərəfdə, o və qızı Səidə bır tərəfdə onların arasında sözlə mübahisə olmuşdur. Həmin vaxt Fatimat əli ilə Səidənin sağ qoluna və sağ çiyninə vuraraq Səidəyə xəsarət yetirmişdir. Səidə qışqırmış, Səidənin səsinə o digər otaqdan onların yanına yataq otağına keçmişdir. Həmin vaxt Günel ilə anası Fatimat birlikdə onu əlləri ilə başına və bədəninə vuraraq döymüşlər və saçını yolmuşlar. Onun qızı Səidə də bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir, o isə 1-ci PBnə ərizə yazmışdır. Bundan sonra saat 15 radələrində Seymur evə gəlmiş və Fatimat ilə qızı Günelin onu və əlil qızı Səidəni döydüklərini görüb yumruqla Fatimatnin gözünə, sillə ilə isə Günelin sifətinə vurmuşdur. Fatimatın gözü şişmişdir. Sonra onlar aralanmışlar. Qızı Səidə 102 xidmətinə zəng edərək şikayət etmişdir, o da 1-ci PB nə ərizə yazmışdır. Hadisə nəticəsində o sifətindən, başından və ayağından xəsarət almışdır. Həmin xəsarətləri ona Günel və anası Fatimat yetirmişdir. O, Səidənin Fatimatnin üzünə tüpürdüyünü və saçını yolduğunu görməmişdir. O tozsovuranın sapını əlinə götürüb həmin sapla Fatimatı və Güneli döyməmişdir. Hadisə 5 dəqiqə dava etmişdir. Hadisə yerinə ətrafdan kənar şəxslər gəlməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 28.04.2022-ci il tarixli, 560 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gözətrafı nahiyyənın göz qapaqlarını tutan qançırı, gözün ağrı qişasına qansızma, goz almasının və qapaqlarının orta dərəcəli kontuziyası, sol alt-çənə qövsünün, hər iki bazunun, sol əlin qançırları, sol əlin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla 28.04.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sol gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma, gös almasının və qapaqlarının orta dərəcəli kontuziyası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sol alt-çənə qövsünün, hər iki bazunun, sol əlin qançırları, sol əlin sıyrığı-sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06.05.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəhd etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 20.05.2022-ci il tarixli (iş № 1(060)-516/2022) qərarını icra edərək, 24.05.2022-ci il tarixli 813/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-516/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-516/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver