Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-516/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu il tarixdə Qubadlı rayonu, Fərcan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonunda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev 5-ci qəsəbəsi, bağ evində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 80,00 (səksən) manat, cəmi 160,00 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq Əliyeva (Səfərova) Kəmalə Tofiq qızına verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 5744/2018 saylı, xx.xx.2018-ci il və 3(060)-3941/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 9629,00 (doqquz min altı yüz iyirmi doqquz) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Əliyeva (Səfərova) Kəmalə Tofiq qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Əliyeva (Səfərova) Kəmalə Tofiq qızı ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Ayşən və Zəhra adında övladları doğulmuşdur. İlk dövrlərdə münasibətləri yaxşı olsa da, sonradan ailə məişət zəminində münasibətləri pozulmuş və 2014-cü ildə ayrılmışlar. Bu səbəbdən Kəmalə nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80,00 (səksən) manat olmaqla, ümumilikdə 160,00 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub Əliyeva (Səfərova) Kəmalə Tofiq qızına verilməsi qət edilmişdir. Göstərilən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2016-cı il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə ona göndərilmiş, lakin maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra polis orqanı əməkdaşları tərəfindən məcburi qaydada saxlanılaraq icra idarəsinə aparılmış, izahatı alınmışdır. Aliment borcunu ödəmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün ona yenidən müddət verilmiş və əks halda cinayət nhəsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması haqqında Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Aliment borcunu ödəyə bilmədiyinə görə bir daha barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3941/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs eıdilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün yeni müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 9629,00 (doqquz min altı yüz iyirmi doqquz) manat aliment borcu yaranmışdır. Hazırda rəsmi iş yeri yoxdur. Həmin borcu ödəyə bilmir. Gələcəkdə maddi imkanı olarsa aliment borcundan ödənişlər edəcəkdir. Sumqayıt şəhəri ərazisində fərdi qaydada fəhlə kimi işləyir, orta hesabla aylıq gəliri 500,00-600,00 manat olur. Aylıq qazancını özünün zəruri tələbatları üçün xərcləyir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə xx.xx.2006-cı il larixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Ayşən və Zəhra adında övladları doğulmuşdur. İlk dövrlərdə münasibətləri yaxşı olsa da, sonradan şəxsi ailə problemləri zəminində münasibətləri pozulmuş və 2014-cü ildə ayrılmışlar. Bu səbəbdən nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən nikahları ləğv edilməklə, borclu Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80.00 (səksən) manat olmaqla, ümumilikdə 160,00 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Göstərilən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2016-cı ıl tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə borcluya göndərilmiş, onun tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına gəlmədiyi üçün polis orqanı əməkdaşları tərəfindən məcburi jqaydada saxlanılaraq icra idarəsinə gətirilmiş, izahatı alınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün ona yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məcburi icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs yenidən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3941/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yeni müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında nəzərinə çatdırılmasına baxmayaraq, borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Bildirir ki, görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclu Təqsirləndirilən şəxs hazırda icra sənədi üzrə 9629,00 (doqquz min altı yüz iyirmi doqquz) manat aliment borcu yaranmışdır. Qeyd edilən ödənməmiş aliment orcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etdi . Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3801/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80,00 (səksən) manat olmaqla, ümumilikdə 160,00 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub X7 verilməlidir. Göstərilən içra vərəqəsi xx.xx.2016-cı il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə borcluya göndərilmiş, onun tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Könüllü icra müddətində tələb təmin olunmadığından tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakların, banklarda hesabının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, ilkin tələbin yönəldilməsinə yol verilən əmlak və gəlir aşkar olunmamışdır. X8 Bayram oğlu çağırışlara gəlmədiyi üçün barəsində xx.xx.2018-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimat tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat göndərilmiş, məhkəmənin 8(060)-4015/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, icra edilməsi üçün Qubadlı Rayon Polis Şöbəsinə göndərilmişdir. Görülmüş tədbirlər nəticəsində borclu polis orqanı əməkdaşları tərəfindən məcburi qaydada saxlanılaraq icra idarəsinə gətirilmiş, izahatı alınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün ona yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məcburi icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs yenidən çağırışlara gəlmədiyindən onun barəsində axtarış qərarı qəbul olunaraq xx.xx.2021-ci il tarixdə icra edilməsi üçün üçün Qubadlı Rayon Polis Şöbəsinə göndərilmişdir. Axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il il tarixdə borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirilərək izahatı alınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3941/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yeni müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında nəzərinə çatdırılmasına baxmayaraq, borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Bildirir ki, görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclu Təqsirləndirilən şəxs hazırda qətnamə üzrə 9629,00 (doqquz min altı yüz iyirmi doqquz) manat aliment borcu yaranmışdır İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ittiham elan olunması üçün şəxsin barəsində axtarış verilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin MSY-dən azad olumuşdur. İş materiallarında olan 1(060)-516/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və həbs edildikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80,00 (səksən) manat olmaqla, ümumilikdə 160,00 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub X7 verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli İcra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80,00 (səksən) manat olmaqla, ümumilikdə 160,00 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub X7 verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-5744/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3941/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilmişdir. İş materiallarında olan X4 X1 Filialının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyatı aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 15840 (on beş min səkkiz yüz qırx) manat aliment borcundan icra dövründə 6211 (altı min iki yüz on bir) manat ödəniş etmiş, lakin təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 9629 (doqquz min altı yüz iyirmi doqquz) manat aliment borcu yaranmışdır. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3801/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3801/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-cimaddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici və şahidin ifadələri və iş materiallarında olan digər sübutlarla təsdiqini tapmışdır, o, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-516/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-516/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver