Məhkəmə qərarları › İş №1(060)-517/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-517/2021

30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-517/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İbtidai istintaq zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olmasına baxmayaraq 27 aprel 2021-ci il tarixdə, saat 17:10 radələrində yaşadığı mənzili tərk edərək dərman almaq məqsədilə yaşadığı evin yaxınlığındakı aptekə getməklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 5 nömrəli evin qarşısında aşkarlanaraq saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 aprel 2021-ci il tarixdə yaşadığı evdə olduğu zaman hərarətinin qalxdığını hiss edib dərhal 103 xidmətinə zəng etmişdir. Həmin gün eyni zamanda anasının də səhhətində problemlər yaranmışdır. Bir qədər sonra Sumqayıt şəhər TTYX-nın əməkdaşları gəlib hərarətini yoxlamış və növbəti gün ona zəng edib bildirmişlər ki, o, “Covid-19” virusuna yoluxmuşdur. 3-4 gün sonra isə mobil telefonuna mesaj gəlmiş və həmin mesajda da “Covid-19” virusuna yoluxması və karantin rejim qaydalarını pozmaması ilə bağlı xəbərdar olunmuşdur. Bundan sonra o, yaşadığım evi tərk etməmişdir. Karantin rejimi 03 may 2021-ci il tarixədək davam etmişdir. Karantin rejimi dövründə yalnız bir dəfə 27 aprel 2021-ci il tarixdə yaşadığı evi tərk etmişdir. Belə ki, həmin gün anasına dərmal almalı olmuşdur. Anası və həyat yoldaşı xəstə olmuşdur. Kiçik oğlunun 8 yaşı var, böyük oğlu isə hazırda Xocavənd rayonunda hərbi xidmətdədir. Yaxınlıqda yaşayan qohumu da olmadığına görə məcbur qalıb yaşadığı evi tərk edib yaxınlıqda yerləşən aptekə gedərək oradan dərman almışdır. Küçəyə çıxanda tibbi maskadan istifadə etmiş və hər kəsdən aralı gəzmişdir. Dərmanı alıb geri qayıdanda, yaşadığı evin qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları onu saxlayıb karantin rejimi qaydalarını pozduğuna görə sənədləşmə işləri aparmışlar. Daha sonra isə polislərin müşayiəti ilə evə getmişdir. Bundan sonra karantin dövründə yaşadığı mənzili tərk etməmişdir. “Covid 19” virusuna yoluxduğunu biləndən sonra cəmi bir dəfə yaşayış yerini tərk etmiş, həmin vaxt da polislər tərəfindən aşkarlamışdır. Hazırda törətdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Polis İdarəsində Yetkinlik X1 X4 inspektoru vəzifəsində xidmət edir. 27 aprel 2021-ci il tarixdə, saat təxminən 17:10 radələrində onunla eyni bölmədə xidmət edən Şahid2 və 3cü Polis Bölməsinin sahə rəisi Şahid1lə birlikdə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində “Covid-19” virusuna yoluxmuş xəstələrin yaşadıqları mənzili tərk edibetməmələrini yoxlayan zaman Sumqayıt şəhəri, 6-cı mkr, ev 5, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs oğlunun yaşadığı mənzili tərk edərək yaşadığı binanın yaxınlığında olmasını aşkar etmişlər. Belə ki, həmin şəxsin mənzilinə getmişlər və qapısını döymüşlər. Qapını açan Təqsirləndirilən şəxs yaşlı anası oğlunun evdə olmadığını və mağazaya düşdüyünü bildirmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs anasına onun oğlunun Covid 19 xəstəliyi ilə əilə əlaqədar olaraq yaşadığı mənzili tərk etməməsinin zəruri olduğunu bildirmişlər.Daha sonra bu barədə rəhbərliyə məruzə edərək aşağı düşərək təxminən 30 dəqiqə blokun qarşısında gözləmişlər.Təqsirləndirilən şəxs gəldiyini görərək xüsusi geyimli tibbi personalı dəvət etmişlər. Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxması ilə əlaqədar olaraq tərəfindən xüsusi qrup çağırılmış və həmin xüsusi qrupun müşayiəti ilə Təqsirləndirilən şəxs oğlu yaşadığı mənzilə aparılmışdır və bir daha ona karantin rejimi qaydalarına riayət etməsi və yaşadığı mənzili tərk etməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İlkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı mənzili tərk edib yaxınlıqda yerləşən aptekə getmiş və dərman aldıqdan sonra geri qayıtmışdır. Təqsirləndirilən şəxs oğlu 17 aprel 2021-ci il tarixdə “Covid-19” ilə bağlı verdiyi testin nəticəsi pozitiv çıxdığına görə ona 20 aprel 2021-ci il tarixində bu barədə məlumat verilərək yaşadığı ünvanı tərk edəcəyi təqdirdə məsuliyyət barədə və 14 gün müddətində karantin rejimi qaydalarına riayət etməsi və yaşadığı mənzili tərk etməməsi ilə bağlı xəbərdarlıq edilmiş, buna baxmayaraq o, 27 aprel 2021-ci il tarixdə yaşadığı mənzili tərk etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Polis İdarəsində Yetkinlik X1 X4 inspektoru vəzifəsində xidmət edir. 27 aprel 2021-ci il tarixdə, saat təxminən 17:10 radələrində onunla eyni bölmədə xidmət edən Şahid3 və 3cü Polis Bölməsinin sahə rəisi Şahid1lə birlikdə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində “Covid-19” virusuna yoluxmuş xəstələrin yaşadıqları mənzili tərk edibetməmələrini yoxlayan zaman Sumqayıt şəhəri, 6-cı mkr, ev 5, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs oğlunun yaşadığı mənzili tərk edərək yaşadığı binanın yaxınlığında olmasını aşkar etmişlər. Belə ki, həmin şəxsin mənzilinə getmişlər və qapısını döymüşlər. Qapını açan Təqsirləndirilən şəxs yaşlı anası oğlunun evdə olmadığını və mağazaya düşdüyünü bildirmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs anasına onun oğlunun Covid 19 xəstəliyi ilə əilə əlaqədar olaraq yaşadığı mənzili tərk etməməsinin zəruri olduğunu bildirmişlər.Daha sonra bu barədə rəhbərliyə məruzə edərək aşağı düşərək təxminən 30 dəqiqə blokun qarşısında gözləmişlər.Təqsirləndirilən şəxs gəldiyini görərək xüsusi geyimli tibbi personalı dəvət etmişlər. Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxması ilə əlaqədar olaraq tərəfindən xüsusi qrup çağırılmış və həmin xüsusi qrupun müşayiəti ilə Təqsirləndirilən şəxs oğlu yaşadığı mənzilə aparılmışdır və bir daha ona karantin rejimi qaydalarına riayət etməsi və yaşadığı mənzili tərk etməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İlkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı mənzili tərk edib yaxınlıqda yerləşən aptekə getmiş və dərman aldıqdan sonra geri qayıtmışdır. Təqsirləndirilən şəxs oğlu 17 aprel 2021-ci il tarixdə “Covid-19” ilə bağlı verdiyi testin nəticəsi pozitiv çıxdığına görə ona 20 aprel 2021-ci il tarixində bu barədə məlumat verilərək yaşadığı ünvanı tərk edəcəyi təqdirdə məsuliyyət barədə və 14 gün müddətində karantin rejimi qaydalarına riayət etməsi və yaşadığı mənzili tərk etməməsi ilə bağlı xəbərdarlıq edilmiş, buna baxmayaraq o, 27 aprel 2021-ci il tarixdə yaşadığı mənzili tərk etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki. sonuncu şahidlər Şahid3 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin TƏBİB İdarə etmə X5 Şəxsin Sumqayıt şəhər şöbəsindən verilmiş 04.05.2021-ci il tarixli 551 saylı arayışdan görünür ki, Sumqayıt şəhər sakini xx xxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdən Covid 19 virusuna görə PZR müayinəsindən keçmiş və nəticəsi pozitiv olduğu üçün 03 may 22021-ci il tarixədək ambulator şəraitdə müalicə olunmuşdur. Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanseri tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli 2107 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. 13 saylı MKS tərəfindən verilmiş yaşayış yeri barəsində 16 iyun 2021-ci il tarixli 385 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 6-cı mikrorayon ev 5 mənzil 28-də qeydiyyatdadır. 13 saylı MKs tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. DİN BƏSİİ-dən daxil olmuş 25.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İTS.GOV.AZ saytından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 17.04.2020-ci il tarixində COVİD 19 ilə bağlı verdiyi testin nəticəsi POZİTİV çıxdığından onun və ailə üzvlərinin yaşayış yerini tərk etməmələri bildirilmişdir.Həmçinin Təqsirləndirilən şəxs karantin rejimini pozduğu təqdirdə İXM və CM-də nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyinə yoluxduqdan sonra yaşayış yerini tərk etməsinin video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.Qeyd olunan diskə məhkəmə iclası zamanı baxış keçirilərkən Təqsirləndirilən şəxs binanın blokuna yaxınlaşan zaman xüsusi geyimdə olan iki nəfər polis əməkdaşının onu saxlayaraq məsafə saxlamasını bildirirlər və ona Covid 19 xəstəliyi ilə əlaqədar ad və soyadının xüsusi siahıya daxil edildiyini, ona evdən çıxmaması ilə bağlı SMS xəbərdarlıq ediliyini lakin buna baxmayaraq onun ətrafdakılar üçün təhlükə yaradaraq yaşayış yerini tərk etdiyini bildirərirlər. Təqsirləndirilən şəxs isə anasına dərman almaq üçün mənzili tərk etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq olunaraq yaşadığı ünvanadək ötürülür. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10.06.2021-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilir. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 10.06.2021ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olması. əvvəllər məhkumluğunun olmaması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı onun Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08.07.2021-ci il tarixli (iş № 1(060)-517/2021) qərarını icra edərək, 09 iyul 2021-ci il tarixli 724 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İsmayılov Araz Qaməddin oğluna Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar