Məhkəmə qərarları › İş №1(060)-517/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-517/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-517/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, yəni Zərərçəkmiş şəxs Sayfı qızının satın almaq istədiyi Zaqatala şəhəri, Səlahəddin Kazımov küçəsində yerləşən fərdi yaşayış evinə çıxarış alınmasında köməklik göstərəcəyi adı ilə yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:35-də onun 5239-1517-9572-0930 nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartına Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "X6" marketində quraşdırılmış ödəmə terminalı vasitəsilə köçürdüyü 2000 (iki min) manat, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 13:58-də onun 5239-1517-9572-0930 nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartına Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "X6" marketində quraşdırılmış ödəmə terminalı vasitəsilə köçürdüyü 700 (yeddi yüz) manat və Zərərçəkmiş şəxsnm xx.xx.2024-cü il tarixdə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 42, mənzil 8 ünvanında mobil telefonu vasitəsilə onun 5239-1517-9572-0930 nömrəli "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartına köçürdüyü 100 (bir yüz) manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2800 (iki min səkkiz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. xx.xx.2025-ci il tarixində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadı Aytən vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs özünə yeni ev almaq istəmiş, bunu bilən kimi Arzuya kömək edə biləcəyini bildirmişdir. Bunun üçün Arzudan hissə-hissə pul almışdır. Arzudan ümumilikdə, sənədləşmə adı ilə 2800 manat pul almış və həmin pulu özündə saxlamışdır. Həmin pulu ehtiyacları üçün xərcləmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda əməlindən peşman olduğunu bildirmişdir. Bundan başqa bildirmişdir ki, Arzunun həmin məbləği bankdan götürdüyü üçün kreditə görə hesablanmış bank faizlərini də məbləğindən asılı olmayaraq ödəməyə hazırdır. İbtidai istintaq müddətində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində bildirmişdir ki, Zaqatala şəhəri, Nəriman Nərimanov küçəsi, ev 25 ünvanda arvadı Şahid, anası X2, atası X3 və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirtməmiş, rəsmi iş yeri yoxdur. Zərərçəkmiş şəxs Sayfı qızını arvadı Aytənin vasitəsilə tanımış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Arzu arvadı Aytənin tələbə və qrup yoldaşıdır. 2024-cü ilin noyabr ayının əvvəlində arvadı Aytən ona demişdir ki, Arzu Zaqatala şəhəri, Səlahəddin Kazımov küçəsində fərdi yaşayış evi almaq istəyir və onlardan gedib həmin evə baxıb ev barədə məlumat vermələrini xahiş etmişdir. O, da Aytənlə birlikdə gedib həmin evə baxdıqdan sonra Aytən zəng vuraraq bu barədə Arzuya məlumat vermiş və Arzuya özünün də gəlib evə baxmağı məsləhət görmüşdür. Bundan sonra həmin ərəfədə Arzu Zaqatala rayonuna gəlib onlarla görüşmüş, o, Aytən və Arzu birlikdə gedib həmin evə baxmışlar. Evə baxandan sonra Arzu ev sahibi ilə evi alacağı barədə razılaşmışdır. Həmin evlə yanaşı eyni həyətdə başqa ev də olmuşdur. Arzu Sumqayıt şəhərində yaşadığından o, arvadı Aytənə demişdir ki, evlə bağlı sənədləşmə işlərinə köməklik edəcək və Aytənə də bu barədə Arzuya məlumat verməsini bildirmiş, sonuncu da onunla razılaşmışdır. 2024-cü ilin noyabr ayının ortalarında həmin ev üçün çıxarış almağa hansı sənədlərin lazım olacağını, həmçinin hansı məbləğdə pul lazım olacağı barədə maraqlandıqda ona məlum olmuşdur ki, bütün sənədləşmə işləri üçün təxminən 2000 manat pul lazım olacaqdır. Həmin ərəfədə atası Qurban və arvadı Aytən xəstələndiklərindən pula ehtiyacı yaranmış və qərara gəlmişdir ki, Arzudan sənədləşmə işlərinə xərcləmək adı ilə 2800 manat pul alıb müalicəyə xərcləsin, daha sonra pul toplayıb sənədləşməni edər. Fikirləşmişdir ki, Arzudan 2800 manat pulu bütöv istəsə şübhələnər, ona görə də Arzudan əvvəlcə 2000 manat, sonradan isə 800 manat pul almaq qərarına gəlmişdir. Bundan sonra şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Arzunun hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və sənədləşmə işləri üçün 2000 manat pul lazım olduğunu demişdir. Arzu da onunla razılaşıb bank kartının şəklini göndərməsini və kartına həmin pulu köçürəcəyini demişdir. O, da özünə məxsus 5239 1517 9572 0930 nömrəli "xxxx" kartının fotoşəklini “Whatsapp” vasitəsilə Arzuya göndərmişdir. 12 noyabr 2024-cü il tarixdə, təxminən saat 10:35 radələrində Arzu onun kartına 2000 manat pulu göndərmiş və çekin şəklini də ona göndərmişdir. O, da həmin pulu yaşadığı Zaqatala şəhəri, Nizami küçəsində yerləşən “Zift” marketdəki bankomatdan çıxartmış və həmin pulu müalicə üçün xərcləmişdir. Həmin ərəfədə COP-29 tədbiri olduğundan vaxt qazanmaq məqsədilə Arzuya demişdir ki, həmin tədbir başa çatdıqdan sonra sənədləşmə işlərini həll edəcək, sonuncu da onunla razılaşmışdır. Sonradan Arzudan qalan 800 manat pulu almaq üçün sonuncu ilə telefonla əlaqə saxlayıb evin qarşısında mətbəx kimi artırma edilməsi lazım olduğunu bu işlərin görülməsi, yəni material alınması və digər məsələlərə görə də 800 manat lazım olduğunu demiş, Arzu da onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 13:58 radələrində Arzu həmin bank kartına 700 və 100 manat olmaqla ümumilikdə 800 manat pulu göndərmişdir. Arzunun göndərdiyi 800 manat pulu da “Zift” marketdəki bankomatdan çıxararaq müalicə üçün xərcləmişdir. Arzu sonradan evin sənədləşmə işləri ilə bağlı hər dəfə onunla əlaqə saxladıqda pulu olmadığından Arzunu aldadaraq müxtəlif bəhanələr gətirməyə başlamışdır. Maddi imkanı yaxşı olmadığından Arzunun pulunu qaytara bilməmişdir. Arzunu aldadaraq 2800 manat pulunu ələ keçirməsindən arvadı Aytənin əvvəlcədən məlumatı olmamış, lakin sonradan Arzu pulunu tələb etdikdə o, bu barədə Aytənə məlumat verib pulu müalicə üçün xərclədiyini demişdir. Ona təqdim edilən səs yazılarındakı səs ona məxsusdur, həmin səsləri Arzuya göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini və bank faizlərini də ödəməyə hazır olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli, “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli, “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında təhsil alır. Təhsil aldığı müddətdə orada kirayə ev tapmaq çətin olduğundan özünə ev almaq qərarına gəlmiş və “tap.az” saytında qiyməti 22000 manat olan 1 otaqlı evi bəyənmiş və bunu Zaqatalada yaşayan qrup yoldaşı Aytənə bildirmişdir. Aytən evin sənədləşdirmə işləri ilə yoldaşı Anarın ona kömək edə biləcəyini bildirmişdir. Anar əvvəlcə ondan 2000 manat pul istəmişdir. Daha sonra Anar ona evin başqa ehtiyacları olduğunu bildirərək 800 manat da istəmişdir və o, həmin pulları Anara ödəmişdir. Lakin, maklerlə əlaqə saxladıqda makler ona həmin pulun ödənilmədiyini bildirmişdir. Anar pulu yaxın vaxtda ona qaytaracağını bildirsə də, qaytarmamış, üstəlik ona hədə-qorxu gəlmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Anar ona borcunun 1800, 500, 500 manat olmaqla tam şəkildə ödəmişdir. Lakin, Anar ona əvvəllər hədə-qorxu gəldiyi üçün onunla barışmaq istəmir. Həmçinin, bildirmişdir ki, Anar onun bank faizlərini ödəsə belə barışmayacaqdır. İbtidai istintaq müddətində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan edilməkdə tədqiq edildi. O, ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ır. 17 sentyabr 2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin Zaqatala filialında təhsil alır. Həmin universitetdə oxuduğu dövrdən etibarən də qrup yoldaşı Şahid ilə tanış olmuş, sonuncunun vasitəsilə də həyat yoldaşı Təqsirləndirilən şəxs tanımış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 2024-cü ilin noyabr ayının əvvəlində yaşadığı Sumqayıt şəhərindəki evində olduğu zaman “tap.az" saytında Zaqatala şəhəri, Səlahəddin Kazımov küçəsində 22000 manata bir otaqlı həyət evinin satılması ilə bağlı elanı görmüşdür. Həmin elanda yerləşdirilən hazırda xaıtrlamadığı telefon nömrəsi ilə əlaqə saxlayıb evlə maraqlanmışdır. Həmin evi almaq qərarına gəldiyindən və Aytənin Zaqatala rayonunda yaşadığını bildiyindən sonuncun ilə əlaqə saxlayıb bu barədə məlumat vermək qərarına gəlmişdir. Aytənlə telefonla əlaqə saxlayıb ona almaq istədiyi ev barədə məlumat vermiş və xahiş etmişdir ki, əri ilə birlikdə gedib həmin evə baxıb ona məlumat vermələrini xahiş etsin. Aytən də onunla razılaşıb evə baxacağını və xəbər verəcəyini demişdir. Aytən həmin evə baxdıqdan sonra bu barədə ona məlumat verib özümün də gəlib evə baxmasını məsləhət görmüşdür. O, da həmin ərəfədə Zaqatala rayonuna gedib Aytən və əri Anarla görüşmüş, birlikdə gedib həmin evə baxmışlar. O, baxanda həmin evin başqa digər evin həyətində yerləşdiyini görmüşdür. Həmin evi almaq istəyən zaman Aytən ona demişdir ki. sənədləşmə işləri ilə əri Anarın məşğul olması daha məqsədə müvafiqdir, əri bu işlləri daha yaxşı bilir. O, da Aytənlə razılaşıb bu barədə ərinə məlumat verməsini istəmişdir. Bundan sonra Anar onunla əlaqə saxlayıb evin sənədləşmə işlərində, evlə bağlı çıxarışın alınmasında köməklik göstərəcəyini demişdir. Aytənlə eyni qrupda oxuduğundan və yaxşı münasibətləri olduğundan sonuncuya və əri Anara etibar edib onlarla razılaşaraq yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. 2024-cü ilin noyabr ayının ortalarında Anar onunla əlaqə saxlayıb evin çıxarışının alınması üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. O, da Anarla razılaşıb həmin pulu 12 noyabr 2024-cü il tarixdə, saat 10:35 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “X6” mağazasındakı “Emanat” ödəmə terminalı vasitəsilə Anarın ona göndərdiyi özünə məxsus 5239 1517 9572 0930 nömrəli “Kapital Bank" kartına göndərmişdir. Anar ona demişdir ki, həmin 2000 manat pulu torpağın bölünməsi, yeni torpağa çıxarışın alınması və digər sənəd məsələlərinə sərf edəcəkdir, həmin pul isə evin ümumi 18000 manat dəyəri onun tərəfindən ödənildikdən sonra çıxılacaqdır. Anar ona demişdir ki, COP-29 tədbiri başa çatandan sonra vəd verdiyi sənəd işlərini həll edəcəkdir. Bundan 10 gün sonra Anar evin qarşısında mətbəx kimi artırma edilməsinin zəruriliyini bildirib bu işlərin görülməsi, yəni material alınması və sair məsələlərə görə də 800 manat lazım olduğunu bildirmişdir. C), həmin pulun 700 manatını Anarın həmin kartına xx.xx.2024-cü il tarixdə, saat 13:58 radələrində yuxarıda göstərdiyi marketdə ödəmə terminalından, 100 manatını isə özünün 4127 2081 3326 8713 nömrəli kartından mobil telefonu vasitəsilə yaşadığı evdə Anarın göndərdiyi kart hesabına göndərmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirib, müxtəlif izahlar verməklə vədinə əməl etməmişdir. Yəni torpağın bölünməsi, yeni çıxarışın əldə edilməsi və bununla bağlı sənədləşmə işərini görməmişdir. Belə olan halda Anardan pulunu geri tələb etdikdə sonuncu müxtəlif bəhanələrlə onu aldatmağa davam etmişdir və hazırki vaxta kimi pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldadarq pulunu ələ keçirməsi ilə bağlı səs yazıları vardır, həmin səs yazılarını istintaqa təqdim edəcəkdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan məbləği tam ödəsə də, həmin məbləği kreditlə əldə etdiyi üçün 300 manata qədər faiz borcu olduğunu, həmin məbləği ödəsə belə Təqsirləndirilən şəxslə barışmayacağını bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə minimum həddə olsa belə cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan edilməklə tədqiq edildi. O, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlara uyğun anoloji ifadə vermişdir. Cinayət işinin 59-60-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 72-74-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 100-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:50 radələrində könüllü olaraq Sumqayıt ŞPİ-nin İŞ-ə gələrək xəstə olduğundan və müalicə aldığından istintaqa gələ bilmədiyini, hazırda isə sağaldığını bildirmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin 8-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli "Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 vərəqədən görünür ki, Zərərçəkmiş şəxs Sayfı qızının təqdim etdiyi 01 vərəqədə fotoşəkilə baxış keçirilən zaman müəyyən olundu ki, həmin vərəqədə iki ədəd “mpay” ödəmə terminalının qəbzləri əks olunmuşdur. Həmin qəbzlərə baxış keçirilən zaman birinin üzərində “Ünvan X6 #2 Sumqayıt şəh., 9-cu MKR: Tarix: xx.xx.2024-cü il saat 10:35: Kapital Bank - karta mədaxil: daxil edildi - 2000 AZN: Ödənildi 2000 AZN: Müştəri A***** A*** Q***** OĞLU: Kart nömrəsi 5239 15** **** 0930". digərinin üzərində “Ünvan X6 #2 Sumqayıt şəh., 9-cu MKR: Tarix: xx.xx.2024- cü il saat 13:58: Kapital Bank - karta mədaxil: daxil edildi - 700 AZN: Ödənildi 700 AZN: Müştəri A***** A*** Q***** OĞLU: Kart nömrəsi 5239 15** **** 0930” sözlərinin yazılması müəyyən edildi. Cinayət işinin 9-cu vərəqəsində olan “mPay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs kart hesabına 2000 və 700 manat pul köçürülmüşdür. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 30-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, Zərərçəkmiş şəxs Sayfı qızının təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən olundu ki, kişi cinsli şəxs Zərərçəkmiş şəxs evlə bağlı sənədləşmə işlərinin və tikinti işlərinin getdiyini, sonuncudan 2800 manat pul aldığını, həmin pulu qaytaracağını bildirir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin səs yazısının Təqsirləndirilən şəxs məxsus olmasını bildirir. Cinayət işinin 45-46-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli "xxxx" ASC-dən daxil olmuş məktubdan görünür ki, xx.xx.2024-cü ildə Zərərçəkmiş şəxs özünə məxsus plastik kartdan 100(yüz) manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə aid 5239-1517-9572-0930 saylı karta köçürülərək məxaric edilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki. "xxxx" ASC-dən daxil olmuş 01 vərəqədə çıxarışa baxış keçirilən zaman müəyyən olundu ki, Zərərçəkmiş şəxs Sayfı qızma məxsus 4127-2081- 3326-8713 saylı plastik kartından xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində 100 (bir yüz) manat pul vəsaiti "xxxx" ASC-yə məxsus 5239-1517-9572-0930 saylı karta köçürülərək məxaric edilmişdir. Cinayət işinin 85-91-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qəbz surətləri, "xxxx" ASC-dən daxil olmuş çıxarış və 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmışdır. Təqsirləndiirlən, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli, “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli, “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollar sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi zərərə uğramışdır. Həmin məbləğ bacısı tərəfindən kredit götürülərək ona verilib, hal-hazırda bu kreditin əsas məbləğini və faizlərini ödəyir. Kredit müqaviləsinə əsasən xx.xx.2025 tarixinə olan əsas borc 2800 (iki min səkkiz yüz) manat və faiz borcu 273,58 (iki yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat olmuşdur. Təqsirləndirilən şəxsdən onun xeyrinə 2800 (iki min səkkiz yüz) manat əsas borcun tutulması, təqsirləndirilən şəxsdən əsas məbləğə görə ödədiyi 273,58 (iki yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat faiz məbləğinin geri ödənilməsi tələb olunmağını və məhkəmə xərcləri təqsirləndirilən şəxsin üzərinə qoyulmağını xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəyən zərər tam olaraq ödənilmişdir. Lakin, Təqsirləndirilən şəxs ilə barışmır. Ona minimum həddə də olsa cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etriafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəzaya məhkum edilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli hökm faktiki icra olunmağa başladığı tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi qəbz surətləri, "xxxx" ASC-dən daxil olmuş çıxarış və 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar