Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-518/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 8-ci mikrorayon, bina 10V, mənzil 14 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə saar 01:00 radələrində X1 məxsus Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi ərazisində yerləşən “Əminə" adlı mağazanın qarşısına gələrək ətrafda heç kəsin olamdığına əmin olduqdan sonra mağazanın arxa giriş qapısının qıfılını ətrafda olan laxta parçası ilə sındırıb qapını açaraq içəri qanunsuz daxil olub oradan 50 manat dəyərində, 0.7 litr həcmində, 15 illik 01 ədəd "Çivas" markalı Viskini, 31 manat dəyərində 0,5 litr həcmində, 01 ədəd ağ rəngli "Martell VS" markalı konyakı, hər biri 02 manat olmaqla, cəmi 40 manat dəyərində 20 ədəd “Palmall” markalı siqareti, hər biri 2.10 manat olmaqla, cəmi 63 manat dəyərində 30 ədəd “Prima” markalı siqareti, hər biri 3,50 manat olmaqla, cəmi 70 manat dəyərində 20 ədəd “Vinston” markalı siqareti, hər biri 04 manat olmaqla, cəmi 40 manat dəyərində 10 ədəd “Sabraniye” markalı siqareti, hər biri 2.10 manat olmaqla, cəmi 42 manat dəyərində 20 ədəd qara “Magna” markalı siqareti, hər biri 2.10 manat olmaqla, cəmi 42 manat dəyərində 20 ədəd ağ nazik “Keno” markalı siqareti, hər biri 1.80 manat olmaqla, cəmi 18 manat dəyərində 10 ədəd “Bakı” markalı siqareti, hər biri 2.20 manat olmaqla, cəmi 22 manat dəyərində 10 ədəd “Viceroy” markalı siqareti, hər biri 2.90 manat olmaqla, cəmi 58 manat dəyərində 20 ədəd “LD” markalı siqareti, 20 manat dəyərində 02 ədəd 10 manatlıq “Bakcell" MMC-nə, 20 manat dəyərində 10 ədəd 02 manatlıq “Bakcell" MMC-nə, 20 manat dəyərində 10 ədəd 02 manatlıq "xxxx" MMC-nə, 25 manat dəyərində 05 ədəd 05 manatlıq “Bakcell"xxxx"xxxx" MMC-nə, 10 manat dəyərində 05 ədəd 02 manatlıq “Nar Mobil”ə aid danışıq kartlarını, hər biri 1.60 manat olmaqla, cəmi 9.60 manat dəyərində, 0.5 litr həcmində, 06 ədəd “Əfsanə” markalı pivəsini, hər biri 1.80 manat olmaqla, cəmi 12,60 manat dəyərində, 0.5 litr həcmində, 07 ədəd “Xırdalan” markalı pivəsini, hər biri 2.10 manat olmaqla, cəmi 21 manat dəyərində, 0.5 litr həcmində, 10 ədəd “Baltika” markalı pivəsini, hər biri 3.50 manat olmaqla, cəmi 14 manat dəyərində 04 ədəd, “Super Sun" markalı əl konservasını, hər biri 0.6 manat olmaqla, cəmi 06 manat dəyərində, "Kriket" markalı 10 ədəd alışqanı, hər biri 01 manat olmaqla, cəmi 04 manat dəyərində 04 ədəd 01 litrlik, hər biri 1.60 manat olmaqla, cəmi 3.20 manat dəyərində 02 ədəd 02 litrlik “Coca- Cola” içkilərini və 286 (iki uüz səksən altı manat dəyərində) məbləğində nəğd pul vəsaitini gizli olaraq talayaraq zərərəçəkmiş şəxs Təranə Hüseynovaya ümumilikdə 952.40 (doquz yüz əli iki manat qırx qəpik) məbləğində maddi ziyan vuraraq oğulruq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində yerləşən "xxxx" X4 Sumqayıt Telekomunikasiya Qovşağına məxsus yeraltı kanalın yanına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra yeraltı kanalın üzərində olan dəmir qapağı açıb içəridə olan 60 metr “TPP 100x2x0,4” markalı telefon kabelini kəsib çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" X4 Sumqayıt Telekomunikasiya Qovşağına ümümulikdə 660 (altı yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə pula ehtiyacı olduğundan saat təxminən 18:00 radələrində əvvəllər yaşadığı Sumqayıt şəhəri ərazisinə gəlmiş və oğurluq elmək üçün havanın qaralmasını gözləmişdir. xx.xx.2022-ci il tarixdə 01:00 radələrində əvvəl yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində 7 nömrəli yataqxananın yanına oğurluq etmək üçün getmiş, orada əvvələr tanıdğı Təranə Hüseynovanın işlətdiyi "Əminə" adlı mağazanın qarşısına gəlmiş, orada mağazanın yanında heç kəsin olmadığına əmin olduqdan sonra törədəcəyi oğulruğu görən olmayacağını tam bildikdə, mağazanın arxa tərəfinə keçmiş və orada olan giriş qapısının üzərində olan "Extra" markalı qıfıl görmüş, həmin qıfılı ətrafda olan taxla parçası ilə asanlıqla açmış, daha sonra qıfılı sındırdıqdan sonra mağazaya daxil olmuş və orada olan piştaxtanın üzərində 0.7 litr həcmində, 15 illik 01 ədəd “Çivas” markalı Viskini, 0.5 lilr həcmində, 01 ədəd ağ rəngli “Martell VS” markalı konyakı, 20 ədəd “Palmall” markalı siqareti, 30 ədəd “Prima” markalı siqareti, 20 ədəd “Vinston” markalı siqareti, 10 ədəd “Sabraniye” markalı siqareti, 20 ədəd qara “Magna” markalı siqareti, 20 ədəd ağ nazik “Keno” markalı siqareti, 10 ədəd “Bakı” markalı siqareti, 10 ədəd “Viceroy” markalı siqareti, 20 ədəd “LD” markalı siqareti, 02 ədəd 10 manatlıq "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"Azercell Telekoın' MMC-nə, 10 manat dəyərində 05 ədəd 02 manatlıq "Nar Mobil”ə aid danışıq kartlarını, 0.5 litr həcmində, 06 ədəd “Əfsanə” markalı pivəsini, 0.5 lilr həcmində, 07 ədəd “Xırdalan” markalı pivəsini, 0.5 lilr həcmində, 10 ədəd “Baltika” markalı pivəsini, 04 ədəd “Super Sun" markalı əl konservasını, “Kriket” markalı 10 ədəd alışqanı, 1 litrlik hər 02 ədəd 02 litrlik “Coca-Cola” içkilərini, eləcə də təxminən 286 (iki yüz səksən altı) manat məbləğində nəğd pul vəsaitini gizli olaraq oradan oğurlamış və özü ilə gətirdiyi kisəyə yığaraq oradan çıxıb getmişdir. Daha sonra həmin oğurladığı əşyaları "Köhnə adlı pekarnının" yanında gizli yerdə qoymuş, həmin əşyaların bir qismini özü üçün istifadə etmiş, digərini isə tanımadığı şəxslərə satmış, mağazada olarkən orada siqaret çəkmiş və siqaretin kötüyünü orada atmışdır. O, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 03:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində piyada gəzərək oğurluq etmək üçün ev və ya mağaza axtararkən, küçədə olan içərisindən kabel xətləri keçən quyulardan birinin ağız hissəsinin açıq olduğunu görmüş, bundan sonra quyunun içərisini işıqlandırdıqda həmin quyunun içərisindən bir cüt kabel xəttinin keçdiyini görümüş, həmin kabel xətlərini kəsərək oğurlamaq qərarına gəlmişdir. Bunun üçün ilk əvvəl ətrafa nəzər yetirmiş, ətrafda heç kimin olmamasına əmin olduqdan sonra isə quyuya daxil olub kabel xətlərini üzərində olan bıçaqla kəsmişdir. Daha sonra ətrafı axtarıb həmin ərazidə biri-birindən təxminən 20-25 metr aralıda yerləşən digər quyunu tapmış, həmin quyunun ağız hissəsinə qoyulmuş qapağı qaldıraraq ordada kabel xətlərini bıçaqla kəsmiş, təxminən 60-70 metr uzunluqda olan kabel xətlərini çəkib bir yerə yığmış, həmin ərazidə yerləşən avtomobil təmiri sexlərinin qarşısında saxlanmış işlək vəziyyətdə olmayan mikroavtobusun altında gizlətmiş, daha sonra isə yaşadığı Abşeron rayonu, Yeni Saray qəsəbəsi ərazisində yerləşən evə qayıtmış, xx.xx.2022-ci il tarixdə saat təxminən 17:00 radələrində Sumqayıt şəhəri ərazisinə gəlib kabelləri gizlətdiyi yerdən götürmüş, Sumqayıt şəhəri ərazisində yerləşən “Aliminium” zavod adlandırılan əraziyə aparıb boş bir ərazidə kabelləri yandırıb üzlük hissələrini təmizləmiş, kabellərin içərisindən çıxan mis metalını bir torbaya yığıb ilk əvvəl Sumqayıt şəhəri ərazisində yerləşən "ASAN" xidmət mərkəzinin yaxınlığındakı metal qəbulu məntəqəsinə gətirib satmaq istədiyini bildirmiş, ancaq təhvil verdiyi metalı orda işləyən əməkdaş oğurluq ola biləcəyindən şübhələnərək qəbul etməmişdir. Bundan sonra əvvəllər tanıdığı Kamandar adlı taksi sürücüsünə zəng vurub onu yanına çağırmış, onda olan mis metalını ona göstərərək həmin metalı satmağında ona köməklik göstərməyini xahiş etmiş, o da həmin metalı idarə etdiyi “VAZ 2104” markalı avtomobilə yükləyib Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən tanışı Bəylərə məxsus metal qəbulu məntəqəsinə aparmış, orada o, avtomobildə gözləmiş, avtomobildə gözləməyinin səbəbi Bəylərlə münasibətinin pis olması olmuşdur. Aradan bir qədər keçdikdən sonra Kamandar geri qayıtmış, mis metalın çəkisinin 09 kq gəldiyini, həmin metalı satdığını, bunun müqabilində təxminən 113 (bir yüz on üç) manat pul aldığını bildirmiş, bundan sonra həmin pulun 06 (altı) manatını Kamandara yanacaq alması üçün, 10 (on) manatını isə zəhmət haqqı kimi vermiş, qalan pulu isə sonradan şəxsi ehtiyacları üçün xərcləmişdir. Tanışı Kanandarın həmin oğurladığı mis kabelin oğurluq olması barədə heç bir məlumatı olmamış, bütün cinayət əmələrini tək etmiş və ona köməklik edən olmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində özünə məxsus “Əminə” adlı mağazası vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs(lər) ona məxsus “Əminə” adlı mağazaya daxil olaraq oradan oğurluq eldikləri ona məlum olmuşdur. Mağazanın arxa qapısının sıxıb açma yolu ilə naməlum şəxs(lər) qıfılı açaraq mağazaya daxil olmuş və oradan 0.7 litr həcmində, 15 illik 01 ədəd “Çivas” markalı Viskini, 0.5 litr həcmində, 01 ədəd ağ rəngli “Martell VS” markalı konyakı, 20 ədəd “Palmall”markalı siqareti, 30 ədəd “Prima” markalı siqareti, 20 ədəd “Vinston” markalı siqareti, 10 ədəd “Sabraniye” markalı siqareti, 20 ədəd qara “Magna” markalı siqareti, 20 ədəd ağ nazik “Keno” markalı siqareti, 10 ədəd “Bakı” markalı siqareti, 10 ədəd “Viceroy” markalı siqareti, 20 ədəd “LD” markalı siqareti, 02 ədəd 10 manatlıq "xxxx" MMC-nə, 20 manat dəyərində 10 ədəd 02 manatlıq “Bakcell" MMC-nə, 20 manat dəyərində 10 ədəd 02 manatlıq "Azercell lelekom” MMC-nə, 25 manat dəyərində 05 ədəd 05 manatlıq "xxxx"xxxx"xxxx" MMC-nə, 10 manat dəyərində 05 ədəd 02 manatlıq "Nar Mobil”ə aid danışıq kartlarını, 0.5 litr həcmində, 06 ədəd “Əfsanə” markalı pivəsini, 0.5 litr həcmində, 07 ədəd “Xırdalan” markalı pivəsini, 0.5 litr həcmində 10 ədəd “Baltika” markalı pivəsini, 04 ədəd, “Super Sun” markalı ət konservasını, “Kriket” markalı 10 ədəd alışqanı, 1 litrlik, hər 02 ədəd 02 litrlik “Coca-Cola” içkilərini, eləcə də təxminən 286 (iki yüz səksən altı) manat məbləğində nəğd pul vəsaitini vəsaiti oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı ona 1000 (bir min) manat məbləğində maddi ziyan dəymiş və baş vermiş oğurluq hadisəsində qonşuluqda yaşayan Məhər adlı şəxsdən şübhələnmişdir. Təqsirləndirilən şəxs hal-hazırda ona dəymiş ziyanı ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Sumqayıt Telekoınunikasiya Qovşağının nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 ifadəsində ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan müddət ərzində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində olan yeraltı kanala baxış keçirilərkən, həmin yerdən eyni xətt üzrə ümumi 60 (altmış) metr "TPP 100x2” markalı telefon kabelinin oğurlandığı məlum olmuşdur. Bundan sonra tərəflərindən akt tərtib olunaraq rəhbərliyə məlumat verilmişdir. Eləcə də, oğurluq nəticəsində qovşağa 660 (altı yüz altmış) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs hal-hazırda onlara dəymiş maddi ziyanı ödəmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci tarixli məktubundan və qəbzdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəyən maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus "VAZ 2104" markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00 radələrində tanışı Təqsirləndirilən şəxs ona Sumqayıt şəhəri, "ASAN" xidmətinin yanında yaxınlaşmış və onu tanıdığı metal qəbuluna aparmağını ondan xahiş etmiş, o da taksi xidməti göstərdiyi üçün onu həmin yerə aprmağa razılaşmışdır. Məhər taksiyə mindikdə əlində kisə olmuşdur. Həmin kisədə onun dediyinə görə özünə məxsus evində olan misi əridib satmaq istədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs dediyi mis satılan yerə Sumqayıt şəhəri, Y.Məmmədəliyev küçəsində yerləşən "Metal qəbulu" məntəqəsinə gəlib çıxdıqda orada o, həmin yerdə tanışı Bəjlərin işlədiyini və onunla aralarında mübahsiə olduğunu demiş, ona görə də, əlində olan kisədə dediyinə görə özünə məxsus əridilmiş misi həmin Bəylərə məxsus metal qəbulu məntəqəsinə verilməsini Elvin İskəndərlidən xahiş etmiş, o da Məhəri uzun müddət ərzində tandığı üçün onunla razılaşmış və onun əlində olan mis metalı götürərək Bəylərə vermişdir. Bəylər isə həmin misi çəkmiş və ona təxminən 113 (bir yüz on üç) manat məbləğində nağd pul vermişdir. O da həmin pulu götürmüş və avtomobildə onu gözləyən Təqsirləndirilən şəxs vermiş, Məhər isə ona yalnız taksi pulu kimi 10 (on) manat ödəmişdir. Daha sonra onu İnşaatçılar qəsəbəsinə aparmış və orada düşürmüşdür. Təqsirləndirilən şəxs ona verdiyi mis ərintisini Bəylərə satdığı zaman oğurluq olmasını bilməmiş və Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2139 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1326,40 (bir min üç yüz iyirmi altı manat qırx qəpik) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/394 nömrəli məhkəmə-dakitloskopik ekspertizasının rəyindən görünür ki, ********* cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolemtin səthindəki ovuc izi, 2 saylı daltiloentin səthindəki "a" əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki "a" əl-barmaq izi müqaiysəli tədqiqat üçün yararlıdır. - ********* N-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səyhindəki ovuc izi X3 əlinin ovucundan qalmışdır. - Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthhindəki "a" əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki "a" əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. - Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əl-barmaq izləri 3,4,5 saylı daktilolentlərin sdəthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olundmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eynliləşdirlməsi üçün yarasıszdır. Ekspertlərin rəyi işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşdur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-518/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X7). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid2 və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələrinin tərkib əlamətləri olmadığından onların barələrində CMnin həmin maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, səmimi etirafını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 111.29 (bir yüz on bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 111.29 (bir yüz on bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-518/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-518/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver