Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-518/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1984-cü ildə Ermənistan SSR Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində, ünvan 3 ünvanının mətbəxində ailə-məişət zəmnində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla həyat yoldaşı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət yetirməklə, qəsdən sağlamlığa Yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan bir qız övladı var. Ailə münasibətləri hər zaman normal olub. İşinin ağırlığı ilə əlaqədar aradabir spirtli içki qəbul etməyi həyat yoldaşının xoşuna gəlmədiyindən bu məsələyə görə aralarında ailə daxili narazılıqlar yaşanır. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində işdən çıxıb evə gələrkən özü ilə bir şüşə viski alıb gətirmiş, həmin viskini öz evində oturub içmişdir. Əhəmiyyətli olmayan bir məsələ üstündə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, kiminsə ünvanına nalayiq söz işlətdiyindən həyat yoldaşı süfrədə söyüş söydüyünə görə ona kəskin iradını bildirib süfrədən qalxıb mətbəxə getmişdir. Onun bu hərəkətini özünə qarşı hörmətsizlik kimi qiymətləndirmiş və mətbəxə gəlib yenidən həyat yoldaşı ilə mübahisə etmişdir. Həyat yoldaşı ona cavab qaytarıb onunla kobud danışdığından bir qədər də spirtli içkinin təsiri altında olduğundan əsəbləşib yumruqla onun sifət nahiyəsindən bir zərbə vurmuş, zərbədən həyat yoldaşı yerə yıxılmış və sanki huşunu itirmişdir. O, bundan bərk qorxub onu özünə gətirməyə çalışmış, həyat yoldaşı sanki ayılmaq istəmirmiş və o, əməlindən peşman olub mətbəx bıçağı ilə öz qoluna xəsarət yetirmişdir. Bundan sonra həyat yoldaşı özünə gəlmiş və zəng vurub anasına gəlib onu aparmağı bildirmişdir. Anası da gəlib onu öz evlərinə aparmışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxsla 2017-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan bir az yaşlı qız övladı var. Həyat yoldaşı Təqsirləndirilən şəxs spirtli içki düşkünü olması, demək olar ki, hər gün spirtli içki qəbul etməsi səbəbi ilə evlərində ailə münaqişələri tez-tez yaşanır. O, ondan spirtli içkini tərgitməsini xahiş etsə də, Roman ölənə qədər içəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Roman işdən evə gəlib özü ilə viski alıb gətirmiş, oturub evdə bir şüşə viskini tək içmişdir. Spirtli içkini qəbul edib sərxoş hala gəldikdən sonra kiminsə ünvanına evdə nalayiq söyüşlər söyməyə başlamış, o, ona süfrəyə hörəmət etməsini, süfrədə söyüş söyməməsini bildirib masadan qalxaraq mətbəxə gəlmişdir. Onun masadan qalxıb mətbəxə gəlməyi Romanı əsəbləşdirmiş və o onun arxasıyca evin mətbəxinə gələrək “sən qudurmusan mənə hörmətsizlik edib masadan qalxıb gedirsən” demişdir. O da ona söyüş söyürsən dedikde qəflətən yumruqla onun sifət nahiyəsinə güclü zərbə vurmuş, zərbədən o, özündən gedib yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra isə huşunu itirmişdir. Özündən getdiyinə görə Roman qorxuya gedib onu özünə gətirməyə çalışmış, gözünü açdıqda Roman ona “özünə gəlməsən özümü doğruyacam” deyərək mətbəxdən götürdüyü bıçaqla qolunu deşməyə başlamış, o, bundan qorxub ayağa qalxararaq hamama qaçıb qapını bağlamış və anasına zəng vurub məlumat vermişdir. Sonra Roman hamamın qapısını açaraq telefonu əlindən almışdır. Əgər evdən getsə özünü balkondan atıb öldürəcəyini bildirmiş, çalışmış ki o, ondan şikayət etməsin və evdən getməsin. Lakin anası gəlib onu evdən götürüb aparmışdır. Anası evdə olanda Romanın da anasına zəng vurub oğlu Romanın bıçaqla qoluna xəsarət yetirdiyini bildirmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 499 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sol yanaq və almacıq nahiyyəni əhatə edən dərialtı hematoması. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan “TERM” Kompaniyası tərəfindən verilmiş T-17 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “TERM” Kompaniyasının Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa etdiyi ev 4, mənzil 22-də ailə üzvləri ilə birgə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1466 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X2 1 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 193 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator və dispenser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası “TERM” Kompaniyası tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 07 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. “ŞİMAL” Vəkil Bürosunun vəkili Hüseynova X1 Roman Ramiz oğluna məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-518/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-518/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver