Məhkəmə qərarları › İş №1(060)-52/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-52/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-52/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Müdafiəçi: Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 08 radələrində özgənin əmlakını talama məqsədilə rəfiqəsi Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 27/15, mənzil 28-də olarkən çarpayının altında olan çemodanın içərisindəki mücrüdən sonuncuya məxsus 850 (səkkiz yüz əlli) manat dəyərində olan İtaliya istehsalı 750 əyarlı, 10 qram çəkidə oval formalı qızıl sırğa, üzük, qolbaqdan ibarət 01 dəst komplekti, bir ədədi 520 (beş yüz iyirmi) manat, ikisi 1040 (bir min qırx) manat dəyərində olan 583 əyarlı hər biri təxminən 08 qram olan 02 ədəd enli qızıl qolbaqları, 195 (bir yüz doxsan beş) manat dəyərində olan 583 əyarlı təxminən 03 qram çəkidə olan 01 ədəd qızıl qəpiyi, 325 (üç yüz iyirmi beş) manat dəyərində olan 583 əyarlı təxminən 5 qram çəkidə olan brilliant qaşlı 01 ədəd qadın nişan üzüyünü, 130 (bir yüz otuz) manat dəyərində olan 583 əyarlı təxminən 02 qram çəkidə olan 01 ədəd alyans adlanan qızıl kişi nişan üzüyünü, 40 (qırx) manat dəyərində olan 583 əyarlı təxminən 1 qram çəkidə olan 01 tay qızıl uşaq sırğasını, 650 (altı yüz əlli) manat dəyərində olan 583 əyarlı təxminən 10 qram çəkidə olan 01 ədəd qızıl boyunbağı ilə birlikdə Atatürkün şəkli həkk olunmuş halqa formalı qızıl kulonu və 166 (yüz altmış altı) manat dəyərində olan 2,56 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 01 ədəd üzüyü gizli talayaraq, zərərçəkmiş şəxs Şəfəq Altaşa ümumilikdə təxminən 3396 (üç min üç yüz doxsan altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədilə tanışları digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə saat 13:32-də Zərərçəkmiş şəxs2 işlədiyi Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «EZO» parfümeriya mağazasına müştəri qismində daxil olaraq, o orada masanın üzərinə qoyulmuş sonuncuya məxsus içərisində 20 (iyirmi) manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 300 (üç yüz) manat dəyərində «Samsunq Galaxy A 40» markalı mobil telefonu gizli talayaraq, Zərərçəkmiş şəxs2 320 (üç yüz iyirmi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədilə tanışları digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən «xxxx» mağazasına gedərək, Nicat Fərmanzadə mağazanın qarşısında dayanıb onları gözləmiş, o Röyalə Xubalıyeva ilə birlikdə müştəri kimi mağazaya daxil olub oradan bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan 02 ədəd Bonpari jale zabavnıy medvejyonok 75 gr, bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan 02 ədəd Ozmo cream sokolad 35 gr,bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan Maccofe 3U bir arada original 18 gr, bir ədədi 02 (iki) manat, 03 (üç) ədədi 06 (altı) manat dəyərində olan O B Pro-comfort night normal,05(beş) manat dəyərində olan 01 kq X8 İris kg, 01(bir) manat dəyərində olan Bizim süfrə xama dadlı MYZ 200 ml, bir ədədi 3,5 (üç manat əlli qəpik) manat, ikisi 07 (yeddi) manat dəyərində olan Rexona Antipersp 150 ml təmiz duş airazol,bir ədədi 1,1 (bir manat on qəpik) manat, ikisi 2,2( iki manat iyirmi qəpik) manat dəyərində olan Roshen classic ekst qara find sok 90 gr,2,3(iki manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Haribo happy cola 80 gr,0,4(qırx qəpik) manat dəyərində olan 01 ədəd Suxari sır 40 gr,0,5(əlli qəpik) manat dəyərində olan 01 ədəd Sveet candy 30 gr,03(üç) manat dəyərində olan O B F normal tamponu, bir ədədi 1,1 (bir manat on qəpik) manat, ikisi 2,2(iki manat iyirmi qəpik) manat dəyərində olan Roshen hazelnut nuqa plitika şokolad 90 gr,10(on) manat dəyərində olan 01 ədəd XO etir qadın pink paradise 100 ml,4,8(dörd manat səksən qəpik) manat dəyərində olan 01 ədəd Gillete venus ulguc cartrige 4, 4,7(dörd manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd Aura metbex desmalı 4 lu,bir ədədi 3,4 (üç manat qırx qəpik) manat, ikisi 6,8(altı manat səksən qəpik) manat dəyərində olan Alvays ultra night 26 lı gecə, 3,4(üç manat 40 qəpik) manat dəyərində olan 01 ədəd AXE deo 150 ml blacm bədən spreyi, 3,7(üç manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd Elidor balzam 350 ml onarıcı, 6,3(altı manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Sensodyine diş təmizləmə sapı 30 gr, 05(beş) manat dəyərində olan 01 ədəd Elidor nəmləndirici sprey, 6,2(altı manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Elidor şhampun onarıcı bakım 650 ml, bir ədədi 27,7 (iyirmi yeddi manat yetmiş qəpik) manat, ikisi 55,4(əlli beş manat qırx qəpik) manat dəyərində olan Oral B elektrik fırca cross action, bir ədədi 04 (dörd) manat, ikisi 08(səkkiz) manat dəyərində olan Toybox jelly böyürtkən 40 gr, 10(on) manat dəyərində olan 01 ədəd Emot EDT pink secret 100 ml, 01 kiloqramı 9,8 (doqquz manat səksən qəpik), 04 kiloqramı 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dəyərində olan Könfiröm Darenka südlü şokolad 2,7(iki manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd M&M yer fındığı 130 gr, 0,4(qırx qəpik) manat dəyərində olan 01 ədəd Sveet candy 25 gr, bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan Cindy skin care sabun 150 gr vitamine, 1,5(bir manat əlli qəpik) manat dəyərində olan 01 ədəd Susamlı qaleta 200 gr sun bakery, 2,2(iki manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Lays stiks kerchup cips 125 gr, 10(on) manat dəyərində olan 01 ədəd Emotion Deo romance 300 ml, 03(üç) manat dəyərində olan 01 ədəd Oztas erkek poplin boxer 1167 3, 2,4(iki manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Jurnal, bir ədədi 0,6 (altmış qəpik) manat, otuz ədədi 18(on səkkiz) manat dəyərində olan Orbit pellet Saqqız 14 gr,bir ədədi 0,6 (altmış qəpik) manat, altmış ədədi 36(otuz altı) manat dəyərində olan Dirol nanəli 14 gr, bir ədədi 0,6 (altmış qəpik) manat, altmış ədədi 36(otuz altı) manat dəyərində olan Dirol saqqız yemiş 14 gr bir ədədi 0,6 (altmış qəpik) manat otuz ədədi 18(on səkkiz) manat dəyərində olan Dirol istiotlu nanə 13,6 gr, bir ədədi 0,6 (altmış qəpik) manat altmış ədədi 36(otuz altı) manat dəyərində olan Dirol myata saqqız 14 gr, bir ədədi 0,6 (altmış qəpik) manat, otuz ədədi 18(on səkkiz) manat dəyərində olan Orbit nanəli səkərsiz saqqız 13,6 gr, bir ədədi 0,6 (altmış qəpik) manat altmış ədədi 36(otuz altı) manat dəyərində olan Orbit çiyələk şaftalı 3179, 1,4(bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Arkom barbaris karamel diet 60 gr, 0,5(əlli qəpik) manat dəyərində olan 01 ədəd Sumqayıt zavod çörəyi 500 gr, bir ədədi 0,8 (səksən qəpik) manat otuz ədədi 24(iyirmi dörd) manat dəyərində olan Snikers bar chikolata 50,5 gr, bir ədədi 1,4 (bir manat qırx qəpik) manat iyirmi səkkiz ədədi 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dəyərində olan Snikers super 95 gr, bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03 (üç) manat dəyərində olan Nestle Classic fındıqlı sokolad 90 qr, 1,4(bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Roshen poristiy qara şokolad 85 gr, 1,4(bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Roshen poristiy südlü 85 gr, 4,5(dörd manat əlli qəpik) manat dəyərində olan 01 ədəd Vellaton saç boyası 3/0 dark brovn 100, bir ədədi 1,7 (bir manat yetmiş qəpik) manat, dördü 6,8(altı manat səksən qəpik) manat dəyərində olan Nestle kit-kat trio 87 gr, bir ədədi 0,6 (altmış qəpik) manat altısı 3,6(üç manat altmış qəpik) manat dəyərində olan Ülker chikolata fındıklı kare 65 gr, bir ədədi 1,6 (bir manat altmış qəpik) manat, ikisi 3,2(üç manat iyirmi qəpik) manat dəyərində olan Toybox çubuqlu sovurma 11 gr, bir ədədi 3,8 (üç manat səksən qəpik) manat dördü 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində olan Shok ritter sport 100 gr vhite vhole haze, 18(on səkkiz) manat dəyərində olan 01 ədəd Gillete venus razor + 2 bıçaq 13224384İ, 18(on səkkiz) manat dəyərində olan 01 ədəd Gillete skinguard sensitive razor,bir ədədi 3,8 (üç manat səksən qəpik) manat, dördü 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində olan Shok ritter sport 100 gr hazelnuts, 2,3 (iki manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Haribo goldbaren 80 gr, 2,7(iki manat yetmiş qəpik) manat dəyərində olan nestle kit-kat şokolad 145 gr 5*35 gr, bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan Pompeabito qadın corabı 413123, bir ədədi 0,8 (səksən qəpik) manat, ikisi 1,6(bir manat altmış qəpik) manat dəyərində olan Nestle nesquik 28 gr, bir ədədi 0,5 (əlli qəpik) manat, ikisi 01(bir) manat dəyərində olan Nestle kit-kat 4 finger 45 gr, bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03(üç) manat dəyərində olanToybox oyuncaqlı yumurta 22 gr, bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03(üç) manat dəyərində olan Roshen dark şokolad 53% 90 gr, 2,5(iki manat əlli qəpik) manat dəyərində olan 01 ədəd MM plain 140 gr, 6(altı) manat dəyərində olan 01 ədəd Oral-B d. İpi pro-exp line floss 25 ml, 3,4(üç manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Elidor qulluq kremi 300 ml berpaed qulluq, 05(beş) manat dəyərində olan 01 ədəd Splait diş sapı mint silver 30 m, bir ədədi 01 (bir) manat, ikisi 02(iki)manat dəyərində olan Toybox cornet şokolad 25 gr,bir ədədi 02 (iki) manat, ikisi 04(dörd) manat dəyərində olan Adions kişi corabı qışlıq yun, bir ədədi 0,2 (iyirmi qəpik) manat, ikisi 0,4(qırx qəpik) manat dəyərində olan Solen ozmo fun 23 gr, bir ədədi 0,7 (yetmiş qəpik) manat, ikisi 1,4(bir manat qırx qəpik) manat dəyərində olan Toybox oyuncaqlı saqqız 5 gr, bir ədədi 0,6 (altmış qəpik) manat, ikisi 1,2 (bir manat iyirmi qəpik) manat dəyərində olan Toyboxs jelly beans berry 30 gr, bir ədədi 04 (dörd) manat ikisi 08(səkkiz) manat dəyərində olan toybox big egg oyuncaqlı 13,5 gr, 2,2(iki manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Lays duzlu çipsi 150 gr, 3,4(üç manat qırx qəpik)manat dəyərində olan 01 ədəd Bref təravətli blok moqnoliy deluxe 50 gr 0,99(doxsan doqquz qəpik)manat dəyərində olan 01 ədəd MQ agca qarşı 10-lu plast 10 saat univer, 02(iki) manat dəyərində olan 01 ədəd Banat acr.jr fırça+pasta+saat desti soft, 1,1(bir manat on qəpik) manat dəyərində olan 01 ədəd Richmond toz şəkər 0,8 kq, 27,7(iyirmi yeddi manat yetmiş qəpik) manat dəyərində olan Oral B elektrikli fırça 3D vhite, bir ədədi 0,5 (əlli qəpik) manat ikisi 01(bir) manat dəyərində olan Nestle Nuts 50 gr, bir ədədi 1,4 (bir manat qırx qəpik) ikisi 2,8(iki manat səksən qəpik) manat dəyərində olan Roshen classic poristiy ağ sok 85 gr olmaqla ümumilikdə 667,39 (altı yüz altmış yeddi manat otuz doqquz qəpik) manat dəyərində müxtəlif adda ərzaq məhsullarını gizli talayıb mağazadan çölə çıxmaq istəyərkən mağazanın nəzarətçisi Şahid4 tərəfindən saxlanıldığından, iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək «xxxx» MMC-yə maddi ziyan vurmaqla oğurluq cinayətinə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, onun adı Vəsmə olsa da, hamı onu Ayan kimi tanıyır. Zərərçəkmiş şəxs1 Barat qızını uzun müddətdir ki, tanıyır. Onlar rəfiqədirlər. Zərərçəkmiş şəxs1lə o, tez-tez görüşür, onun yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 27/15, mənzil 28-ə də bir neçə dəfə olmuşdur və Şərəfgilin ailə üzvlərini tanıyır. xx.xx.2020-ci il tarixdə səhər saat 08 radələrində o, Şərəflə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində görüşərək onun yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 27/15, mənzil 28-ə getmişlər. Həmin vaxt Şərəfin anası Sevinc və bacısı uşaqları da evdə imişlər. O, onlarda olarkən Şərəfin anası Sevinc yatmaq üçün ona döşək verib demişdir ki, yatırsan. O da demişdir ki, yatmıram, istifadəsində olan mobil telefonla oynayır. O, yerdə əyləşib Sevincin verdiyi döşəyi qatlayaraq yastıq büküb üzərində oturmuşdur. Bu zaman o, döşəyin üzərinə oturarkən yanındakı çarpayının altında olan çemodan diqqətini cəlb etmişdir. O əvvəlcədən bilirmiş ki, Şərəfgil qızıl-zinət əşyalarını orada saxlayır. O, onları oğurlamaq qərarına gəlmişdir. Belə ki, gizlincə çemodanı açıb içindəki sellofan torbanı cırıb orada olan mücrünü açıb onun içərisindəki 01 komplekt oval formalı qızıl sırğa, üzük, qolbaq, 02 ədəd qızıl qolbaqları, 01 ədəd qızıl qəpiyi, 01 ədəd brilliant qaşlı qadın nişan üzüyünü, 02 ədəd alyans adlanan kişi nişan üzüklərini, 01 tay qızıl uşaq sırğasını, 01 ədəd Atatürkün şəkli həkk olunmuş halqa formalı kulonu boyunbağı ilə birlikdə qızıl zinət əşyalarını oğurlamışdır. Həmin gün saat 09 radələrində o, Şərəfgilin evindən çıxaraq onlara yalandan demişdir ki, tanış bir adam var, onun yanına mobil telefonunu satmağa gedir və birbaşa Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən «Cavid» Ticarət Mərkəzinə gedərək Şərəfgilin evindən oğurladığı qızıl zinət əşyalarını tanımadığı Fərasət adlı şəxsə 3200 manata satmışdır. Həmin qızıl-zinət əşyalarını Fərasət adlı şəxsə satarkən onların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Fərasət ondan qızıl zinət əşyalarını alarkən ondan şəxsiyyət vəsiqəsini istədiyi üçün şəxsiyyət vəsiqəsinin kserosurətini də ona vermişdir. Fərasət qızıl-zinət əşyaların oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Əldə etdiyi 3200 manat pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. X3 və Xubalıyeva Röyalə Ramazan qızını 2020-ci ilin iyun ayının əvvəlindən tanımaqla, Röyalə ilə Nicatın yaxın münasibətlərinin olaraq, onların qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə kirayə tutduqları Sumqayıt şəhəri Corat qəsəbəsində fərdi evdə yaşadığınqı bilmişdir. O da onlarla birlikdə bir müddət orada yaşamışdır. O demişdir ki, onlarla yaşadığı üçün kirayə haqqının bir hissəsini özü ödəyəcək. xx.xx.2020-ci il tarixdə pula ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Belə ki, evdə olarkən kirayə haqqını ödəyə bilmədikləri üçün Nicat onlara demişdir ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Ezo» parfümeriya mağazası var oranı işlədən oğlan həmişə mobil telefonunu kənara qoyub başı müştərilərə qarışır. Nicat təklif etmişdir ki, həmin dükana birlikdə gedərək üçüdə dükana girəcəklər, Nicat Röyalə ilə birlikdə satıcının başını qatacaq, o isə telefonu götürüb mağazadan çıxıb arxa məhəllədə onları gözləyəcək, daha sonra onlar gələcəklər və Nicat telefonu ondan götürüb aparıb satacaq. O da onun bu təklifi ilə razılaşmışdır. Daha sonra həmin gün saat 13 radələrində o Nicat və Röyalə, onun azyaşlı uşağı Zeynəblə birlikdə evdən çıxaraq, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə getmişlər. Həmin ərazidə yerləşən «Ezo» mağazasına daxil olmuşlar. Qabaqcadan razılaşdıqları kimi Röyalə ilə Nicat satıcının başını qatarkən o mağazada olan satış polkasının (masanın) üzərində olan 01 ədəd «Samsunq A-40» markalı mobil telefon aparatını götürüb, əynindəki göy rəngli cins şalvarının cibinə qoymuşdur. Daha sonra o, mağazanı tərk edib arxa məhəlləyə getmiş və onları orada gözləmişdir. Bir neçə dəqiqədən sonra onlar da yanına gəlmiş və o mağazadan oğurladığı telefonu aparıb satması üçün Nicata vermişdir. Daha sonra «Kolxoz Bazarı»nın yanına getmişlər. Nicat isə onlardan aralaşıb telefonu satmaq üçün harasa getmişdir. Təxminən yarım saat sonra Nicat yanına qayıdıb demişdir ki, telefonu bazarın yanında yoldan keçən tanımadığı şəxsə 80 manat satıbdır və pulu aralarında bölmüşlər. Həmin puldan başqa heç kimə verməmişlər. Bundan başqa, pula ehtiyacları olduğu üçün yenidən oğurluq etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 16:45 radələrində o Röyalə, onun azyaşlı qızı Zeynəb və Nicat ilə birlikdə evdən çıxaraq 4 saylı sərnişin daşıma avtobusu ilə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən «Bazar store» mağazasının yanına gəlib avtobusdan düşmüşlər. Qərara almışlar ki, o Röyalə ilə mağazaya girib müxtəlif çeşidli ərzaq məhsullarını oğurlasınlar, Nicat mağazanın qapısının qarşısında onları gözləyəcək. Elə də etmişlər saat 17 radələri olardı o Röyalə ilə birlikdə «xxxx» mağazasına daxil olmuşlar, Nicat isə Röyalənin azyaşlı qızı ilə birlikdə onların qapının qarşısında gözləməyə başlamışdır. Onlar mağazada müxtəlif çeşidli ərzaq məhsullarını, məişət avadanlıqlarını torbalara yığıb mağazadan çıxmaq istəyərkən mağazanın çıxışında nəzarətçi onları saxlayıb kassaya yaxınlaşıb-yaxınlaşmamalarını soruşmuşdur. Onlar da ona kassaya yaxınlaşmadıqlarını demişdir. Həmin şəxs onların oğurluq etdiyini başa düşüb onları saxlamışdır. Daha sonra həmin şəxs bu barədə mağazanın rəhbərliyinə məlumat vermişdir. Mağazanın rəhbərliyi də bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə məlumat verdikdən sonra bir neçə dəqiqədən sonra polis əməkdaşları mağazaya gəlmiş və onlar polis əməkdaşlarına təhvil verilmişlər. Orada etdiyi əməli etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Ayan kimi tanıdığı Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onlar rəfiqədirlər, onunla tez-tez görüşmüşdür. Vəsmə bir neçə dəfə onun hazırda kirayə yaşadığı evdə olmuş və anası və bacısı da Vəsməni tanıyır. Artıq bir neçə ildir ki, anası Sevinc ona məxsus qızıl-zinət əşyalarını kirayə yaşadığı bir otaqlı evdə çarpayının altındakı çemodanın içərisində mücrüdə saxlayır. 2020-ci ilin may ayının 25-də anası Sevinc çemodanı açıb qızıl-zinət əşyalarına baxaraq mücrünü göy sellofan torbaya keçirdib mücrünü yenidən çemodanın içərisinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 13-14 radələrində anası və bacısının azyaşlı uşaqları ilə birlikdə evdə olan zaman anası Sevinc qızıl-zinət əşyaları saxladıqları çemodanın içərisinə qış paltarlarını yığmaq istəyəndə mücrüyə bükdüyü göy sellofanın bir hissəsinin cırılmış vəziyyətdə olduğunu görüb mücrünü açıb baxdıqda mücrüdəki ona məxsus qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmişdir. Daha sonra anası Sevinc ona bu barədə demişdir. Əvvəlcə elə zənn etmişlər ki, yəqin qızıl-zinət əşyaları mücrüdən harasa tökülmüşdür və evi axtarmağa başlamışlar, lakin qızıl-zinət əşyalarını axtarsalar da tapa bilməmişlər. Həmin vaxt başa düşmüşlər ki, evdən qızıl-zinət əşyaları oğurlanmışdır və anası Sevinc xx.xx.2020-ci il tarixdə saat 16:40 radələrində DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra onun yadına düşmüşdür ki, xx.xx.2020-ci il tarixdə səhər saat 08 radələrində o, Vəsmə ilə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində görüşərək Vəsməni kirayə yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 27/15, mənzil 28-ə gətirmişdir. Həmin vaxt anası Sevinc və bacısı uşaqları da evdə olmuşdur. Bacısı Aytən işdə olmuşdur. Anası Sevinc yatmaq üçün ona döşək verib yatıb-yatmadığını soruşmuş, o da anası Sevincə yatmadığını, istifadəsində olan mobil telefonla oynayacağını demişdir. Vəsmə yerdə əyləşib Sevincin verdiyi döşəyi qatlayaraq büküb üzərində oturmuşdur. Təxminən 1 saat sonra, yəni saat 09 radələrində Vəsmə demişdir ki, bir tanışı var, aparıb telefonunu ona satmaq istəyir və çıxıb evdən getmişdir. Həmin gündən qızıllarının oğurlandığını aşkar etdikləri vaxtadək Vəsmədən savayı evlərinə başqa kənar adam gəlməmişdir. Bundan başqa, Vəsmə bilirmiş ki, onlar həmin çemodanda qızıl-zinət əşyaları saxlayırlar. Ona görə də Vəsmədən şübhələnmişlər. Oğurlanan əşyalar İtaliya istehsalı olan, 750 əyarlı, 10 qram çəkidə oval formalı qızıl sırğa, üzük, qolbaqdan ibarət 01 dəst komplekt, istehsal ölkəsini bilmədiiym 583 əyarlı hər biri 08 qram olan 02 ədəd enli qızıl qolbaqları, 01 ədəd 583 əyarlı 3 qram çəkidə qızıl qəpik, 01 ədəd 583 əyarlı 5 qram çəkidə brilliant qaşlı qadın nişan üzüyü, hər biri 04 qram olan 583 əyarlı 02 ədəd alyans adlanan kişi nişan üzükləri, 01 tay 583 əyarlı 1 qram çəkidə olan qızıl uşaq sırğası, 01 ədəd 583 əyarlı təxminən 10 qram çəkidə, boyunbağı ilə birlikdə Atatürkün şəkli həkk olunmuş halqa formalı kulondur. Həmin qızıl zinət əşyalırından qızıl qolbaqlar və qızıl qəpik toy hədiyyəsidir, 01 dəst komplekti 03 il əvvəl əri ona 1950 manata almışdır, digər qızıl-zinət əşyalardan brilliant qaşlı üzük 3 il əvvəl əri ona 600 manata, alyans adlanan nişan üzüklərin birini 150 manata əri ona almışdır, boyunbağı ilə birlikdə Atatürkün şəkli həkk olunmuş halqa formalı kulon da ona hədiyyə edilmişdir. Beləliklə də həmin oğurluq nəticəsində ona ümumilikdə təxminən 5000 manata yaxın maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, 2020-ci ilin may ayından halhazıradək Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Ezo» parfümeriya mağazasını icarəyə götürüb işlədir. xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində o, işdə olarkən masanın üzərinə qoyduğu, içərisində ona məxsus, 20 manata aldığı ***-***-**-** mobil telefon nömrəsi olan 400 manata aldığı **********25708 və **********2706 İMEİ nömrəli «Samsunq A 40» markalı mobil telefon aparatı naməlum şəxslər tərəfindən oğurlanmışdır. Həmin gün dükanda quraşdırılmış müşahidə kameraya baxdıqda həmin telefonu naməlum qadın tərəfindən oğurlandığını müəyyən etmişdir. O, hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib, videomüşahidə kamerasına baxıb videogörüntüləri götürmüşlər. Sonradan ona məlum olmuşdur ki, həmin telefonu Vəsmə adlı qız, onun rəfiqəsi Röyalə və sonuncu ilə qeyri-rəsmi yaşayan Nicat adlı şəxslər dükana girərək oğurlamışlar. Həmin oğurluq nəticəsində ona 420 manat maddi ziyan vurulmuşdur. DİN-nin 102 xidmətinə zəng edərkən o, həyacanlı olduğundan oğurlanmış mobil telefon aparatının dəyərini səhvən 550 manat kimi göstərmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onlara kşmək edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən halhazıradək ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-də hüquqşünas vəzifəsində işləyir. Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində də «xxxx» mağazası fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında həmin mağazadan sonradan adlarını və soyadlarını bildiyi Təqsirləndirilən şəxs və Xubalıyeva Röyalə Ramazan qızı müxtəlif ərzaq məhsullarını oğurlayarkən mağazanın mühafizəçisi tərəfindən mağazanın giriş qapısında saxlanılmışlar. Daha sonra oğurluğa cəhd etmiş şəxslər aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilmişlər. Həmin şəxslər mağazadan 81 çeşid ərzaq mallarını oğurlamağa cəhd etmişlər. Bununla bağlı həmin mağaza tərəfindən qaimə faktura da təqdim edilmişdir. Həmin şəxslərin mağazadan oğurluğa cəhd edilmələri nəticəsində mağazaya 642,88 (altı yüz qırx iki manat səksən səkkiz) qəpik maddi ziyan vurmuşlar. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 məhkəməyə göndərdiyi vəsatətində göstərmişdir ki, mağazadan oğurlanmağa cəhd edilmiş mallar geri qaytarılmışdır, Təqsirləndirilən şəxs qarşı “xxxx” MMC-nin mülki tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 göstərdi ki, 2020-ci ilin mart ayından hal-hazıradək Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən «xxxx» mağazasının mal ehtiyyatı və anbar heyyəti üzrə aparıcı mütəxəssis (müdir müavini) vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində işlədiyi mağazada olan zaman mağazanin təhlükəsizliyini qoruyan nəzarətçi Şahid4 onu və mağaza rəhbərliyini mağazanın giriş qapısının qarşısına çağıraraq mağazada satışda olan müxtəlif ərzaq mallarını oğurlamağa cəhd etmiş 2 nəfər şəxsi, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Röyalə Xubalıyevanı saxladığını bildirmişdir. O həmin yerə gələrək oğurluq olduğunu müəyyən etdikdən sonra oğurluq etməyə cəhd edən şəxslər barədə qanuni tədbir görülməsi üçün ərazi üzrə Sumqayıt ŞPİnin 4-cü PB-yə zəng edib polis əməkdaşlarını mağazaya dəvət etmişdir. 4-cü PB-nin əməkdaşları mağazaya gəldikdə oğurluq etməyə cəhd etmiş həmin 2 şəxsi mağazadan oğurlamağa cəhd etdikləri əşyalarla birlikdə onlara təhvil vermişdir. Daha sonra özü də həmin bölməyə dəvət edilərək ərizə yazmış və ondan izahat alınmışdır. Həmin şəxslər mağazadan 81 çeşiddə ərzaq mallarını oğurlamağa cəhd etmişlər. Beləliklə də, həmin şəxslər mağazadan oğurluğa cəhd edilməsi nəticəsində mağazaya 642,88 (altı yüz qırx iki manat səksən səkkiz) qəpik maddi ziyan vurmuşlar. Bu barədə qaimə-faktura da təqdim edilmişdir. Həmin oğurlanmış ərzaq malları onlara qaytarlmışdır. Məhkəmə iclasında Şahid4 göstərdi ki, 2020-ci ilin fevral ayından hal-hazıradək Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən «xxxx» mağazasında nəzarətçi işləyir. xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində işlədiyi mağazada xidmətdə apararkən 2 nəfər şəxsin, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Röyalə Xubalıyevanın əlindəki torbalarda olan ərzaq məhsulları ilə birlikdə mağazanın giriş qapısından çıxıb getmək istəyərkən onların oğurluq etmələrini başa düşüb dərhal onları saxlamışdır. Onlardan mağazanın kassasına yaxınlaşıb-yaxınlaşmadığını soruşmuş, onlar isə kassaya yaxınlaşmadıqlarını bildirmişlər. Daha sonra o mağazada satışda olan müxtəlif ərzaq mallarını oğurlamağa cəhd etmiş həmin 2 nəfər şəxsi saxlaması barədə mağazanın aparıcı mütəxəssisi (müdir müavini) Elzamin Sadədinov və mağazanın rəhbərliyinə məlumat vermişdir. Elzamin Saddədinov bir neçə dəqiqədən sonra yanına yaxınlaşmışdır. O Sumqayıt ŞPİ-nin 4-cü PB-yə zəng edib polis əməkdaşlarını mağazaya dəvət etmişdir. Bundan sonra 4-cü PB-nin əməkdaşları mağazaya gəldikdə oğurluq etməyə cəhd etmiş həmin 2 şəxs mağazadan oğurluğa cəhd edilən əşyalarla birlikdə onlara təhvil verilmişdir. Həmin şəxslər mağazadan 81 çeşiddə ərzaq mallarını oğurlamağa cəhd etmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən «Cavid» Ticarət Mərkəzində qızılzinət əşyalarının alqısını həyata keçirir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında bir nəfər şəxs ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edib Vəsmə olduğunu bildirib özündə olan qızıl-zinət əşyalarını ona göstərib xəstə olmasını və bu səbəbdən də qızılları satmaq istədiyini bildirmişdir. O da onun şəxsiyyət vəsiqəsinə baxdıqda orada Təqsirləndirilən şəxs qeyd olunmuşdur. O, həmin qızıl-zinət əşyalarına baxıb onları 3200 manat məbləğində dəyərləndirmişdir. Vəsmə həmin qiymətə qızılları ona satmağa razılaşmışdır. O, qızıllara görə 3200 manat pulu Vəsmə adlı qadına ödəmişdir və o çıxıb getmişdir. Həmin qızılları Vəsmədən alarkən ondan şəxsiyyət vəsiqəsinin kserosurətini də almışdır. Həmin qızıl zinət əşyaları 01 komplekt oval formalı qızıl sırğa, üzük, qolbaq, 02 ədəd qızıl qolbaqları, 01 ədəd qızıl qəpik, 01 ədəd brilliant qaşlı qadın nişan üzüyü, 02 ədəd alyans adlanan kişi nişan üzükləri, 01 tay qızıl uşaq sırğası, 01 ədəd boyunbağı ilə birlikdə halqa formalı kulon olmuşdur. Vəsmədən aldığı qızıl-zinət əşyalarını Bakıdan gələn bir nəfər tanımadığı müştəriyə 3228 manata satmışdır. Yalnız alyans adlanan üzüklərdən biri onda qalmışdır və onu da polis əməkdaşlarına təqdim etmişdir. Vəsmənin həmin qızıl-zinət əşyalarını oğurluq yolu ilə əldə etdiyini bilməmişdir, özü də bu barədə ona heç nə deməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1110-9/1918 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş üzüyün və nəzəri qiymətləndirilən əşyaların 2020-ci ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı müəyyən edilir: 2,56 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 01 ədəd üzük – 166 manat, nəzəri qaydada 2020-ci ilin may ayına: İtaliya istehsalı olan, 750 əyarlı, 10 qram çəkidə oval formalı qızıl sırğa, üzük, qolbaqdan ibarət 01 dəst komplekti – 850 manat, 583 əyarlı hər biri təxminən 08 qram olan 02 ədəd enli qızıl qolbaq – qolbaqlardan 1 ədədi 520 manat, 2 ədədi 1040 manat, 583 əyarlı təxminən 03 qram çəkidə olan 01 ədəd qızıl qəpiyi – 195 manat, 583 əyarlı təxminən 05 qram çəkidə olan brilyant qaşlı 01 ədəd qadın nişan üzüyü – 325 manat, 583 əyarlı təxminən 02 qram çəkidə olan 01 ədəd alyans adlanan qızıl kişi nişan üzüyü – 130 manat, 583 əyarlı təxminən 01 qram çəkidə olan 01 tay qızıl uşaq sırğası – sırğa tayının qırıntı kimi qiyməti 40 manat, 583 əyarlı təxminən 10 qram çəkidə 01 ədəd qızıl boyunbağı ilə birlikdə Ataürkün şəkli həkk olunmuş halqa formalı qızıl kulon – 650 manat. (i.v.161-164) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2323 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd “Samsung Galaxy A 40” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 300 manat müəyyən olunur. (i.v. 175-176) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2686 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 76 adda müxtəlif markalı malların təzə vəziyyətdə 2020-ci ili iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 577,90 manat müəyyən edilir. Digər 4 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri belədir: bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan 02 ədəd Bonpari jale zabavnıy medvejyonok 75 gr; bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan 02 ədəd Ozmo cream sokolad 35 gr; bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan Maccofe 3U bir arada original 18 gr; bir ədədi 02 (iki) manat, 03 (üç) ədədi 06 (altı) manat dəyərində olan O B Pro-comfort night normal; 05 (beş) manat dəyərində olan 01 kq X8 İris kg; 01 (bir) manat dəyərində olan Bizim süfrə xama dadlı MYZ 200 ml; bir ədədi 3,5 (üç manat əlli qəpik) manat, ikisi 07 (yeddi) manat dəyərində olan Rexona Antipersp 150 ml təmiz duş airazol; bir ədədi 1,1 (bir manat on qəpik) manat, ikisi 2,2( iki manat iyirmi qəpik) manat dəyərində olan Roshen classic ekst qara find sok 90 gr; 2,3(iki manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Haribo happy cola 80 gr; 0,4(qırx qəpik) manat dəyərində olan 01 ədəd Suxari sır 40 gr; 0,5 (əlli qəpik) manat dəyərində olan 01 ədəd Sveet candy 30 gr; 03 (üç) manat dəyərində olan O B F normal tamponu; bir ədədi 1,1 (bir manat on qəpik) manat, ikisi 2,2 (iki manat iyirmi qəpik) manat dəyərində olan Roshen hazelnut nuqa plitika şokolad 90 gr; 10 (on) manat dəyərində olan 01 ədəd XO etir qadın pink paradise 100 ml; 4,8 (dörd manat səksən qəpik) manat dəyərində olan 01 ədəd Gillete venus ulguc cartrige 4; 4,7 (dörd manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd Aura metbex desmalı 4 lu; bir ədədi 3,4 (üç manat qırx qəpik) manat, ikisi 6,8 (altı manat səksən qəpik) manat dəyərində olan Alvays ultra night 26 lı gecə; 3,4 (üç manat 40 qəpik) manat dəyərində olan 01 ədəd AXE deo 150 ml blacm bədən spreyi; 3,7 (üç manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd Elidor balzam 350 ml onarıcı; 6,3 (altı manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Sensodyine diş təmizləmə sapı 30 gr; 05 (beş) manat dəyərində olan 01 ədəd Elidor nəmləndirici sprey; 6,2 (altı manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Elidor şhampun onarıcı bakım 650 ml; bir ədədi 04 (dörd) manat, ikisi 08(səkkiz) manat dəyərində olan Toybox jelly böyürtkən 40 gr; 10(on) manat dəyərində olan 01 ədəd Emot EDT pink secret 100 ml, 01 kiloqramı 9,8 (doqquz manat səksən qəpik); 04 kiloqramı 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dəyərində olan Könfiröm Darenka südlü şokolad; 2,7 (iki manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd M&M yer fındığı 130 gr; 0,4 (qırx qəpik) manat dəyərində olan 01 ədəd Sveet candy 25 gr; bir ədədi 01 (bir) manat, ikisi 02 (iki) manat dəyərində olan Cindy skin care sabun 150 gr vitamine; 1,5(bir manat əlli qəpik) manat dəyərində olan 01 ədəd Susamlı qaleta 200 gr sun bakery; 2,2 (iki manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Lays stiks kerchup cips 125 gr; 10(on) manat dəyərində olan 01 ədəd Emotion Deo romance 300 ml; 03(üç) manat dəyərində olan 01 ədəd Oztas erkek poplin boxer 1167 3; bir ədədi 0,6 (altmış qəpik) manat, otuz ədədi 18 (on səkkiz) manat dəyərində olan Orbit pellet Saqqız 14 gr; bir ədədi 0,6 (altmış qəpik) manat, altmış ədədi 36 (otuz altı) manat dəyərində olan Dirol nanəli 14 gr; bir ədədi 0,6 (altmış qəpik) manat, altmış ədədi 36 (otuz altı) manat dəyərində olan Dirol saqqız yemiş 14 gr; bir ədədi 0,6 (altmış qəpik) manat otuz ədədi 18(on səkkiz) manat dəyərində olan Dirol istiotlu nanə 13,6 gr; bir ədədi 0,6 (altmış qəpik) manat altmış ədədi 36 (otuz altı) manat dəyərində olan Dirol myata saqqız 14 gr; bir ədədi 0,6 (altmış qəpik) manat, otuz ədədi 18 (on səkkiz) manat dəyərində olan Orbit nanəli səkərsiz saqqız 13,6 gr; bir ədədi 0,6 (altmış qəpik) manat altmış ədədi 36 (otuz altı) manat dəyərində olan Orbit çiyələk şaftalı 3179; 1,4 (bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Arkom barbaris karamel diet 60 gr; 0,5(əlli qəpik) manat dəyərində olan 01 ədəd Sumqayıt zavod çörəyi 500 gr; bir ədədi 0,8 (səksən qəpik) manat otuz ədədi 24(iyirmi dörd) manat dəyərində olan Snikers bar chikolata 50,5 gr; bir ədədi 1,4 (bir manat qırx qəpik) manat iyirmi səkkiz ədədi 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dəyərində olan Snikers super 95 gr; 1,4 (bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Roshen poristiy qara şokolad 85 gr; 1,4(bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Roshen poristiy südlü 85 gr; 4,5 (dörd manat əlli qəpik) manat dəyərində olan 01 ədəd Vellaton saç boyası 3/0 dark brovn 100; bir ədədi 1,7 (bir manat yetmiş qəpik) manat, dördü 6,8(altı manat səksən qəpik) manat dəyərində olan Nestle kit-kat trio 87 gr; bir ədədi 0,6 (altmış qəpik) manat altısı 3,6(üç manat altmış qəpik) manat dəyərində olan Ülker chikolata fındıklı kare 65 gr; bir ədədi 1,6 (bir manat altmış qəpik) manat, ikisi 3,2(üç manat iyirmi qəpik) manat dəyərində olan Toybox çubuqlu sovurma 11 gr; bir ədədi 3,8 (üç manat səksən qəpik) manat dördü 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində olan Shok ritter sport 100 gr vhite vhole haze; 18(on səkkiz) manat dəyərində olan 01 ədəd Gillete venus razor + 2 bıçaq 13224384İ; 18(on səkkiz) manat dəyərində olan 01 ədəd Gillete skinguard sensitive razor; bir ədədi 3,8 (üç manat səksən qəpik) manat, dördü 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində olan Shok ritter sport 100 gr hazelnuts; 2,3 (iki manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Haribo goldbaren 80 gr; 2,7(iki manat yetmiş qəpik) manat dəyərində olan nestle kit-kat şokolad 145 gr 5*35 gr; bir ədədi 01 (bir) manat, ikisi 02 (iki) manat dəyərində olan Pompeabito qadın corabı 413123; bir ədədi 0,8 (səksən qəpik) manat, ikisi 1,6(bir manat altmış qəpik) manat dəyərində olan Nestle nesquik 28 gr; bir ədədi 0,5 (əlli qəpik) manat, ikisi 01 (bir) manat dəyərində olan Nestle kit-kat 4 finger 45 gr; bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03(üç) manat dəyərində olanToybox oyuncaqlı yumurta 22 gr; bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03 (üç) manat dəyərində olan Roshen dark şokolad 53% 90 gr; 2,5(iki manat əlli qəpik) manat dəyərində olan 01 ədəd MM plain 140 gr, 6 (altı) manat dəyərində olan 01 ədəd Oral-B d. İpi pro-exp line floss 25 ml; 3,4(üç manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Elidor qulluq kremi 300 ml berpaed qulluq; 05 (beş) manat dəyərində olan 01 ədəd Splait diş sapı mint silver 30 m; bir ədədi 01 (bir) manat, ikisi 02 (iki)manat dəyərində olan Toybox cornet şokolad 25 gr; bir ədədi 02 (iki) manat, ikisi 04 (dörd) manat dəyərində olan Adions kişi corabı qışlıq yun; bir ədədi 0,2 (iyirmi qəpik) manat, ikisi 0,4 (qırx qəpik) manat dəyərində olan Solen ozmo fun 23 gr; bir ədədi 0,7 (yetmiş qəpik) manat, ikisi 1,4 (bir manat qırx qəpik) manat dəyərində olan Toybox oyuncaqlı saqqız 5 gr; bir ədədi 0,6 (altmış qəpik) manat, ikisi 1,2 (bir manat iyirmi qəpik) manat dəyərində olan Toyboxs jelly beans berry 30 gr; bir ədədi 04 (dörd) manat ikisi 08 (səkkiz) manat dəyərində olan toybox big egg oyuncaqlı 13,5 gr; 2,2 (iki manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Lays duzlu çipsi 150 gr; 3,4(üç manat qırx qəpik)manat dəyərində olan 01 ədəd Bref təravətli blok moqnoliy deluxe 50 gr; 02 (iki) manat dəyərində olan 01 ədəd Banat acr.jr fırça+pasta+saat desti soft; 1,1(bir manat on qəpik) manat dəyərində olan 01 ədəd Richmond toz şəkər 0,8 kq; bir ədədi 0,5 (əlli qəpik) manat ikisi 01 (bir) manat dəyərində olan Nestle Nuts 50 gr; bir ədədi 1,4 (bir manat qırx qəpik) ikisi 2,8 (iki manat səksən qəpik) manat. (i.v.203-205) “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Novruzov X2 Vəsmə Rəsul qızının oğurlayaraq gətirib ona satdığı 01 ədəd qızıl üzüyü istintaqa təqdim etmişdir. (i.v. 17) “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «EZO» parfümeriya mağazasında xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD diski istintaqa təqdim edilmiş və götürülmüşdür. (i.v. 98) Məhkəmə iclasında nümayiş etdirilmiş diskdəki görüntülərdən və “Diskə baxış keçirilməsi haqqında” protokoldan (i.v.99-100) görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:32-də Təqsirləndirilən şəxs, X3 və Xubalıyeva Röyalə Ramazan qızı Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi «Ezo» parfümeriya mağazasındadır. Röyalə Xubalıyeva və Nicat Fərmanzadə mağazada işləyən satıcıya yaxınlaşırlar, satıcının fikrini yayındırmaq üçün Röyalə Xubalıyeva həmin satıcıdan nəsə soruşur, satıcıda ona vitrində olan hansısa məhsulu göstərir, X6 Xubalıyevanın yanında dayanıbdır. Təqsirləndirilən şəxs isə həmin vaxt onlardan bir az kənarda telefonlara baxa-baxa, satıcının başının qarışdığından istifadə edərək masanın üzərindən içərisində mobil telefon nömrəsi olan «Samsung A 40» markalı mobil telefonu oğurlayaraq arxa sağ yan cibinə qoyub mağazadan çölə çıxır, Röyalə Xubalıyeva ilə Nicat Fərmanzadə mağazada qalır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd qızıl üzük Zərərçəkmiş şəxs1, “xxxx” mağazasından oğurluğa cəhd edilmiş 81 adda müxtəlif çeşidli ərzaq məhsulları Şahid3 təhvil verilmiş, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi baş vermiş oğurluq hadisəsini videogörüntüsünü əks etdirən 01 ədəd disk cinayət işinə əlavə edilmişdir. (i.v. 98-100, 125-127, 219-234) İşdə olan qərardan və digər sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ümumi dəyəri 3396 (üç min üç yüz doxsan altı) manat, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ümumi dəyəri 320 (üç yüz iyirmi) manat, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə vurulmuş maddi ziyanın ümumi dəyəri 667,39 (altı yüz altmış doqquz manat otuz doqquz qəpik) manat müəyyən edilmişdir. (i.v. 219-232) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 56-57) İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutularkən Sumqayıt Şəhər Pİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmış, xx.xx.2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt Şəhər Pİ-nin İŞ-nə təhvil verilmiş, xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanmışdır. (i.v.194-195, 210-211) Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-441/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Pİ-nin 4-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli 4392 saylı məktubundan, “Axtarışda olanın tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 148) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v.103, 170-171) İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var (xx.xx.2019-cu il təvəllüdlü X4). Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ilk dəfə məsuliyyətə cəlb edilməsi, himayəsində azyaşlı uşağı olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə tutularaq saxlandığı bir gün, xx xxxxxx 2020-ci il tarixdən bu günə qədər həbsdə olduğu 04 ay 10 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 190 (bir yüz doxsan) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi, baş vermiş oğurluq hadisəsini videogörüntüsünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalı, 01 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs1, “xxxx” MMC-nin mağazasından oğurlanılmasına cəhd edilmiş müxtəlif çeşidli, 81 adda məhsulların “xxxx” MMc-yə təhvil təhvil verilməsi nəzərə alınmalı, sahiblərinə qaytarılmış hesab edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsini tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə tutularaq saxlandığı bir gün və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə olduğu 04 ay 10 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 03 (üç) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq (məhkəmə və istintaq orqanının çağırışlarına gedib-gəlmək istisna olmaqla), elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 190 (bir yüz doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar - cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi, baş vermiş oğurluq hadisəsini videogörüntüsünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın, 01 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs1, “xxxx” MMC-nin mağazasından oğurlanılmasına cəhd edilmiş müxtəlif çeşidli, 81 adda məhsulların “xxxx” MMC-yə təhvil verilməsi nəzərə alınsın və sahiblərinə qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar