Məhkəmə qərarları › İş №1(060)-52/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-52/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-52/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, X1 iştirakı ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 30.12.2021-ci il tarixli qərarı ilə barəsində amnistiya aktı tətbiq edilməklə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay hissəsi 01 il azaldılmış, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24/1-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 29.07.2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dostluq küçəsi bir otaqlı fərdi evinin pəncərəsinin torunu cırıb qanunsuz içərin daxil olub oradan sonuncunun asdığı şalvarının sol cibindən 110 (bir yüz on) manat pulu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 110 (bir yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 31.07.2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dostluq küçəsi, bir otaqlı fərdi evinin pəncərəsinin torunun cırıq olmasından istifadə edib qanunsuz içərin daxil olub oradan sonuncunun asdığı şalvarının sol cibindən 130 (bir yüz otuz) manat pulu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 130 (bir yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə özünü təqsirli bilərək göstərdi ki, O, valideynlərinin himayəsində böyümədiyi üçün maddi sıxıntıları daima olmuşdur. Maddi sıxıntılarını aradan qaldırmaqdan ötrü də oğurluq etmək qərarına gəlmişdir. Buna görə də onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq edəcəyini qətiləşdirmişdir. 29.07.2021-ci il tarixdə axşam saatlarında o, qonşuluğunda yaşayan Sərxan adlı şəxslə yemək yeyib spirtli içki qəbul etmişdir. Yeməklərini qurtardıqdan sonra ikisi də sağollaşıb ayrılmışdırlar. İçkili olduğu üçün özgüvənli halda oğurluq edəcəyini qətiləşdirib yenidən yemək yedikləri həyətə qayıtmışdır. Sonra Zərərçəkmiş şəxs yaşadığı 1 otaqlı fərdi evin pəncərəsinin torunu əli ilə cıraraq içəri daxil olmuş, asılqanda olan qara rəngli şalvarın ön yan cibindən 110 (bir yüz on) manat pulu gizli talayaraq oğurluq edib gəldiyi yolla oradan çıxmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, H.Zeynalabdin qəsəbəsi ərazisində “Vağzal” deyilən yerdə yaşayan Toğrul adlı şəxsdən 15 manata qara rəngli mobil telefon alıb işlətmişdir. Lakin telefonu alan zaman pulun oğurluq olması barədə Toğrula heç bir məlumat verməmişdir. Bundan sonra təkrarən 31.07.2021-ci il tarixdə axşam saatlarında yenidən pulu olmadığı üçün oğurluq edəcəyini qətiləşdirmişdir. Həmin anda ağlına ilk oğurluq edəcəyi yer Zərərçəkmiş şəxs evi gəlmiş və o, həmin ünvana yollanmışdır. İçkili olduğu üçün evdə kiminsə olub-olmamasının fərqinə varmamışdır. Evə yenə pəncərənin cırıq torundan daxil olmuşdur. Bu dəfə də asılmış qara rəngli şalvarın ön yan cibindən 130 (bir yüz otuz) manat oğurlayıb gəldiyi yol ilə çıxmışdır. Əldə etdiyi 130 (bir yüz otuz) manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurluq edən zaman tək olmuş, onunla heç kim olmamış, evdən başqa heç bir şey oğurlamamış, oğurluq etməyi ilə bağlı heç kimə məlumat veməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ailə vəziyyəti ağırdır. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, gündəlik fərdi işlərdə işləyərək özünə çörək pulu əldə edir. Maddi vəziyyəti çox aşağıdır. 29.07.2021-ci il tarixində axşam saatlarında işdən gələrək üzərində olan paltarlarını çıxarmış və bundan sonra əynindən çıxardığı şalvarını evdə olan asılqandan asmışdır. Sonra yorğun olduğu üçün yatmışdır. Səhər yuxudan duranda evin pəncərəsinin setkasının cırıq olduğunu görmüşdür. Hər hansı bir şübhə çəkici məqam gözünə dəymədiyi üçün asılqandan asdığı paltarlarını geyinmişdir. Sonra əlini ciblərinə salmış və gecədən cibində olan 110 (bir yüz on manat) manat pulun yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən pulunun götürüldüyünü başa düşmüşdür. Lakin bununla bağlı polisə məlumat verməmişdir. Buna baxmayaraq 31.07.2021-ci il tarixdə də gecə saatlarında eyni üsulla eyni yerdən onun evinə daxil olaraq həmin şalvarın cibindən 130 manat pulu naməlum şəxs və ya şəxslər yenidən oğurlamışlar. O, ikinci hadisədən sonra oğurluqların davamlı olaraq təkrarlanacağından qorxduğu üçün hər iki oğurluq barədə ayrı-ayrı ərizələr ilə PB-ə məlumat vermişdir. Baş verən hadisə zamanı ona 240 manat maddi ziyan dəymiş, həmin vaxtlar evdə heç kim olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayəti yoxdur, nəzərə alınmasını xahiş edir. Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 2-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis baş leytenantıdır. 03.08.2021-ci il tarixdə icraatına Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs 29.07.2021-ci il tarixdə yaşadığı evdə asılqandan asdığı şalvarının cibindən 110 manat pulun, 31.07.2021-ci il tarixdə 130 manat pulunun oğurlanması ilə bağlı icraatına PB-nin təhqiqatçısı, Fərhad Bayramovun raportu daxil olmuşdur. Raportun icrası ilə əlaqədar olaraq tərəfindən PB-nin sahə rəisi Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olan, subay, orta təhsilli, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24/1də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir və həmin şəxs izahatının alınması üçün təhqiqata təqdim edilmişdir. İzahatı alınan zaman Təqsirləndirilən şəxs etdiyi əməli etiraf etmişdir və hər iki oğurluğun onun tərəfindən törədildiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan “Baxış keçirilməsi haqqında” 03.08.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer H.Z.Tağıyev qəsəbəsi, Dostluq küçəsi, fərdi evdir. Ev 1 mərtəbəlidir. Evin qapısı dəmirdəndir. Evin pəncərələri taxtadandır. Ev 2 otaqdan ibarətdir. Evin yataq otağına baxış zamanı orada 1 ədəd çarpayının və 1 ədəd televizor və 1 ədəd şkafın olduğu müəyyən edilmişdir. Evin giriş qapısı dəmirdəndir. Ev hər tərəfdən daş hasarla əhatə olunmuşdur. Baxış gündüz vaxtı həyata keçirilmişdir. Çəkilmiş şəkillər protokola əlavə edilmişdir. Evin yataq və qonaq otağının qapıları plastik materialdandır. Evə baxış zamanı pəncərənin setkasının cırılmış vəziyyətdə olduğu müəyyən edilmişdir.(i.v 8-11) İş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli “NOKİA 311” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 96-99) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 30.12.2021-ci il tarixli qərarı ilə barəsində amnistiya aktı tətbiq edilməklə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay hissəsi 01 il azaldılmışdır. İşdə olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03.08.2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə saat 20:55də şübhəli şəxs qismində tutulmuşdur.(i.v 35-36) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-377/2021 saylı, 04.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 03.08.2021-ci il tarixdədın hesablanmışdır..(i.v 65-66) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsnun cəzasının əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilən cəzaya Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-196/2021 saylı, 18.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası birləşdirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-3-cü maddələrinə əsasən iş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd qara rəngli “NOKİA 311” markalı mobil telefon müsadirə edilməli, həmin mobil telefonun Zərərçəkmiş şəxs oğurlanmış pulun 15 manatı hesabına alınması və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi nəzərə alınaraq həmin ziyanın 15 manat hissəsi əvəzinə Zərərçəkmiş şəxs qaytarılmalıdıdr. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilən cəza Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 196/2021 saylı, 18.03.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilsin. Cəzanın əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd qara rəngli “NOKİA 311” markalı mobil telefon müsadirə edilsin, həmin mobil telefonun Zərərçəkmiş şəxs oğurlanmış pulun 15 manatı hesabına alınması və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi nəzərə alınaraq həmin ziyanın 15 manat hissəsi əvəzinə Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar