Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-52/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci il Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,234 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 21 avqust 2023-cü il tarixdə saat 19:15 rədələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 nömrəli evin qarşısında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd siqaret kağızına bükülmüş vəziyyətdə 0,234 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cüil tarixdə təxminən saat 19:15 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 74 nömrəli evin qarşısında olan zaman 02 (iki) nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin 3-cü PBnin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etdilər. O etiraz etməmiş və onlarla birlikdə 3-cü PB-nə getmişdir. Onlar PB-nə getdikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, o, hüquqlarının vəkil siyahısında adı olan X2 tərəfindən müdafiə olunmasını istədiyini bildirmiş və həmin vəkilin iştirakı təmin olunmuşdur. Sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Ardınca təhqiqatçı ondan üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya, pridmet vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynindəki qara rəngli şalvarın sol yan cibində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş 01 (bir) ədəd narkotik vasitə kütləsi bükümünü cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün narkotik vasitə bükümü olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtanş keçirmiş, ancaq üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı onun təqdim etdiyi siqaret kağızı bükümünü açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə kütləsi aşkar olunmuşdur. O, təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi bükümün içərisindəki həmin kütlənin “gerain”, yəni narkotik vasitə olduğunu, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə bükümü büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. O, müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir fiziki təzİqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Əməlindən peşman olmağını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1988-ci il Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da, əlavə edilmişdir. Odur ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində pusqu qurulmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb, həmin ərazidə 74 nömrəli evin yaxınlığında, saat 19:15 radələrində Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını Təqsirləndirilən şəxs bildirib, sonuncudan da, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bölmədə xidməti otaqların birində təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirib, onlardan da özlərini təqdim etməsini xahiş etmişdir. O və digər xidmət yoldaşı özünü təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 nömrəli evin qarşısında saxlanılaraq polis bölməsinə gətirildiyini qeyd edərək şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi, eləcə də, müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya, pridmet vardırsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünü cibindən çıxardıb təqdim edərək, masanın üzərinə qoymuş və təhqiqatçının suallarını cavablandıraraq həmin bükümün narkotik vasitə bükümü olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, ancaq Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret kağızı bükümünü açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi bükümün içərisindəki həmin kütlənin “gerain”, yəni narkotik vasitə olduğunu, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün qablaşdırmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə 3-cü Polis Bölməsinə əməliyyat məlumatları daxil olmadığını qeyd etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis forması geyimində olan Sumqayıt ŞPİnin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Taleh Şahbazov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən də, özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirib, şəxşi axtarışda iştirak edən və Təqsirləndirilən şəxs saxlayıb polis bölməsinə gətirən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları Şahid1 və Şahid2 özlərini təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9cu mikrorayon, 74 nömrəli evin qarşısında saxlanılaraq polis bölməsinə gətirildiyini qeyd edərək şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi, eləcə də, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs təqdim edir. Ardınca təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya, pridmet vardırsa təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs “vardır” deyə cavab verir və əynindəki qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünü cibindən çıxardıb təqdim edərək, masanın üzərinə qoyur və təhqiqatçının suallarını cavablandıraraq həmin bükümün narkotik vasitə bükümü olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, ancaq üzərindən əlavə heç bir şey aşkar olunmur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret kağızı bükümünü açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi bükümün içərisindəki həmin kütlənin “gerain” olduğunu, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə çəkisinin 0,49 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırır, qablaşdırılmış zərf təhqiqatçı tərəfindən, şüphəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4484 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün N 127” dairəvi möhür əksləri olan, “ Təqsirləndirilən şəxs üzərindən aşkar...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’-in siyahısına (siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,234 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,184 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5574 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,234 qram narkotik vasitə olan heroindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,184 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini əldə etdiyi mənbəyi, həmin mənbənin şəxsiyyətini və eləcə də, ifadəsində qeyd etdiyi narkotik vasitə aldığı “tanımadığı şəxsin” şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-cimaddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, cəzanı yüngülləşdirən halı və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,234 qram narkotik vasitə olan heroindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,184 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 29, mənzil 22 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,184 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-52/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-52/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver