Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-521/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-219/2021 saylı, xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)- 361/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış və qeydiyyatdan cıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakı talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, yataqxana 13, 28 saylı binanın həyətində saxladığı «Daevo Gentra» markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ qapısının şüşəsini sındıraraq, maşının saxlanc yerindən içərisində 1600 (bir min altı yüz) manat nağd pulu, 05 (beş) manat dəyərində olan «Nokia» markalı, «1100i» modelli mobil telefonu, 01 (bir) manat dəyərində olan mobil telefona aid USB naqili olan 200 (iki yüz) manat dəyərində qara rəngli dəri materialdan olan «Mont blank» markalı pul qabını gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə təxminən 1806 (bir min səkkiz yüz altı) manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o təxminən üç ilə yaxındır narkotik vasitələr qəbul etdiyindən heç yerdə işləyə bilməmiş, bu səbəbdən də oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, Sumqayıt şəhəri, 2ci mikrorayon ərazisində olarkən 13 saylı yataqxananın yanında dayanmış ağ rəngli «Daevo Gentra» markalı maşına yaxınlaşmış və oğurluq etmək məqsədi ilə həmin maşının sağ qabaq qapısının şüşəsini sındırmış, maşına daxil olub bardaçok deyilən saxlanc yerini vintaçanla sındırmış və orada olan 1400 (bir min dörd yüz) manat pulu götürmüş, götürdüyü 1400 (bir min dörd yüz) manat pulun 900 (doqquz yüz) manatını öz şəxsi ehtiyaclarına xərcləmiş, heç kimə verməmiş, qalan 500 (beş yüz) manat pul, habelə avtomaşından oğurluq etdiyi zaman götürdüyü “Nokia” markalı ekranı sınıq vəziyyətdə olan mobil telefon və USB kabelini istintaqa təqdim etmişdir. Oradan başqa heç nə oğurlamamışdır. Həmin oğurluğu özü tək törətmiş, ona başqa heç kim köməklik etməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, «Daevo Gentra» markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2021-ci il tarixdə saat 06:00 radələrindən həmin gün saat 22:00 radələrinədək olan müddət ərzində naməlum şəxslər yaşadığı evin qarşısında saxlamış olduğu «Daevo Gentra» markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobilimin qabaq sağ qapı şüşəsini sındıraraq avtomaşının saxlanc yerində saxlamış olduğu içərisində 1600 (bir min altı yüz) manat nağd pul, 10 (on) manata aldığı «Nokia 1100i» markalı mobil telefonu, 03 (üç) manata aldığı mobil telefona aid USB kabeli olan 200 (iki yüz) manat dəyərində qara rəngli dəri materialdan olan «Mont blank» markalı pul qabını oğurlamışdır. Ona dəyən maddi ziyandan 500 (beş yüz) manat, 01 (bir) ədəd “Nokia” markalı mobil telefon və 01 (bir) ədəd USB naqili təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmış, 1100 (bir min yüz) manat isə ödənilməmişdir. Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixi 9/4893 №-li rəyində görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malları istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd üzərində üst gövdəsi (düymələr ilə birlikdə), arxa kapağı və qidalandırıcı elementi (akkumlyator) olmayan “Nokia” markalı “1110İ” modelli 3564xx/xx/766100/6 imei kodlu markalı mobil telefon - 5,0 manat, 01 ədəd USB naqil - 1,0 manat. Qərarda göstərilən 01 ədəd qara rəngli dəri materialdan olan “Mont Blank" markalı pul qabı haqqında kifayətə qədər məlumat (modeli, ölçüləri və.s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdim etmə və ya götürmə haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 500 (beş) manat pulu, «Nokia» markalı mobil telefonu və 01 (bir) ədəd USB kabelini Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. İş materiallarında olan və maddi sübut kimi tanınmış 500 (beş) manat nağd pul, 01 (bir) ədəd “Nokia” markalı mobil telefon və 01 (bir) ədəd USB naqili saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 129423/21 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndinə əsasən cəzası 01 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış və qeydiyyatdan cıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-361/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-361/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-219/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış və qeydiyyatdan cıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərdə residiv nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu üçün cinayətin residivini yaratmır, lakin o, məhkumluğu olan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180, 186 və 187-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, təqsirini etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə tapşırılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut kimi tanınmış 500 (beş yüz) manat nağd pulun, 01 (bir) ədəd “Nokia” markalı mobil telefonun və 01 (bir) ədəd USB naqilinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78, mənzil 52 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut kimi tanınmış 500 manat nağd pulun, 01 ədəd “Nokia” markalı mobil telefonun və 01 ədəd USB naqilinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-521/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-521/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver