Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-521/2023 04.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı. evli, ali təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-487/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3,67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il 04 (dörd) ay azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi 0,670 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 17 mart 2023-cü il tarixdə saat 15:50 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axlanş tədbirləri nəticəsində Sumqayıt şəhəri, 21-ci mikrorayon, V.Axundov küçəsində yerləşən maye qaz doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq bölmənin inzibatı binasına gətirilmiş və şübhəlı şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən 01 (bir) bükümdə təmiz çəkisi 0,670 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır fasilələrlə narkotik maddələr qəbul edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Heç bir yerdə işləmir. 17 mart 2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəbləri, 10-cu mikrorayon ərazisində təsadüfən dostu Rəşadla rastlaşmış, Rəşada işi ilə bağlı Saray qəsəbəsinə onunla gedib qayıtmağını dedikdə Rəşad etiraz etməmiş və taksi sifariş edib Saray qəsəbəsinə getmişlər. Saray qəsəbəsində taksidən düşüb fərdi yaşayış evlərinin yaxınlığında üzdən tanıdığı, adını, ünvanını və mobil nömrəsini bilmədiyi şəxsdən 40 (qırx) manata 01 (bir) ədəd selofan bükümdə heroin almış və əynində olan qara rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibə qoyub istifadə etmək üçün saxlamış və sonra həmin taksi ilə Sumqayıta geri yola düşmüşdür. Rəşadın və taksi sürücüsünün onun heroin almağından məlumatları olmamış və onlara bu barədə bildirməmişdir. Saat 15:50 radələrində Sumqayıt şəhəri, 21-ci mikrorayon, V.Axundov küçəsində yerləşən maye qaz doldurma məntəqəsinin yaxınlığından keçən zaman yol patrul xidmətinin əməkdaşları taksiyə işarə verərək saxlatdırmış, sonra onlara yaxınlaşan polis işçiləri özlərini təqdim edib narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gəlmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona Sumqayıt Regional Vəkil Bürosunun müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X3 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o da, əynində olan qara rəngli cins şalvarının sağ cibin üzərindəki kiçik cibdə saxladığı 01 (bir) ədbd sellofan bükümdə olan heroini çıxardıb təqdim etmiş və verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə "kakos" yəni, heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılanda heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə heroin onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra şəxsi axtanış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş heroin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əldə etdiyi narkotik vasitə heroindən heç kimə verməmiş və satmamış, satışı ilə heç vaxt məşğul olmamış, özü qəbul etmişdir. Rəşadı Sumqayıt şəhər sakini kimi tanıyır, onunla sadəcə tanışdır, başqa yaxın münasibəti olmamışdır. Rəşadın əvvəllər həbsdə olduğunu bilirmiş, lakin Rəşadın narkotik vasitə qəbul edib-etməməsi barədə heç bir məlumatı yoxdur. Rəşadın üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır və hu barədə Rəşad ona deməmişdir. Rəşadın üzərindən aşkar olunmuş narkotik vasitə heroinin haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. Ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi voxdur. Əməlindən peşman olmasını və himayəsində 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İcraatına ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsi, eləcə də, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Şahid4 idarə etdiyi **-FG-*** qeydiyyat nişanlı, “Mercedes-Benz 220” markalı avtomobillə gəlməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin tağım komandiri, polis leytenantı Şahid3 və YPX-nin polis baş serjantı X12 da daxil edilmişdir. Bundan əlavə bölmənin əməliyal müvəkkili, polis leytenantı Eyvaz Əşrəflinin də icraatına ünvan 3 ünvanında yaşayan X6 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsi, eləcə də eynilə Şahid4 Aydin oğlunun idarə etdiyi **-FG-*** qeydiyyat nişanlı, "Mercedes-Benz 220" markalı avtomobillə gəlməsi barədə əməliyyat məlumatları daxil olduğundan Rəşad Quliyevin cinayət əməllərinin ifşa edilməsi üçün öz əməliyyat qruplarına YPX-nin eyni əməkdaşları cəlb olunmuşdur və birlikdə əməliyyat tədbirində iştirak edirmişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 17 mart 2023-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə gölürülmüş, saat 15:50 radələrində Təqsirləndirilən şəxs olduğu Şahid4 idarə etdiyi **-FG-*** qeydiyyat nişanlı, "Mercedes-Benz 220" markalı taksi avtomobillə Sumqayıt şəhəri, 21-ci mikrorayon, V.Axundov küçəsində maye qaz doldurma məntəqəsinin yaxınlığından keçən zaman YPX əməkdaşları həmin taksiyə işarə edərək saxlatdırmış, onlar taksiyə yaxınlaşıb avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs və Rəşad Quliyevə, həmçinin sürücü Şahid4 özlərini təqdim elmiş, Təqsirləndirilən şəxs və Rəşad Quliyevə üzərilərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərlərinə şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onları bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Rəşad Quliyev etiraz etməmişlər və Fərid Əliyev onların əməliyyat qrupu, Rəşad Quliyev isə əməliyyat müvəkkili Eyvaz Əşrəflinin əməliyyat qrupu ilə birlikdə bölməyə gəlmişlər, həmçinin taksi sürücüsü Şahid4 da izahatının alınması üçün bölməyə dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X4 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən 01 (bir) ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, təqdim etdiyi həmin bükümün içərisində narkotik maddə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin maddə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələr qəbul edir, üzərindən aşkar olunaraq götürülmüş heroini saxlanmazdan biraz əvvəl Saray qəsəbəsində tanımadığı şəxsdən 40 (qırx) manata almış və özünə qəbul etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin konkret olaraq haradan və kimdən əldə etməsi barədə məlumatı yoxdur. Alınmış məlumatlara əsasən Təqsirləndirilən şəxs Rəşad Quliyevlə aralarında sadəcə tanışlıq münasibətləri olmuşdur, onların birgə narkotik vasitələr qəbul etmələri və ya birgə narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə hər hansı bır məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin tağım komandiri vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində YPXnin inspektoru, pdlis baş serjantı X12 ilə birlikdə xidmətdə olan zaman rəhbərlik tərəfindən göstəriş verilmişdir ki, narkotik vasitələrin qanunsuz üzərlərində gəzdirməkdə şübhəli olan şəxslərin cinayət əməllərinin ifşa olunması məqsədilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçiriləcək əməliyyat tədbirində iştirak etsinlər. Əməliyyat qruplarının rəhbərləri olan Sumqayıt ŞPİ-nin 1 -ci PB-nin əməliyyat mtivəkkiləri, polis baş leytenantı Eyvaz Əşrəfli və polis leytenantı Şahid1 onları təlimatlandıraraq barələrində əməliyyat tədbiri keçirilən X7 və Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan Şahid4 idarə etdiyi **-FG-*** qeydiyyat nişanlı, "Mercedes-Benz 220" markalı avtomobillə gəlmələrini və həmin avtomobili gördükdə saxla işarəsi verib saxlatdırmalarını bildirmişlər. Bundan sonra həmin şəxslərin ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 15:50 radələrində içərisində 02 (iki) nəfər sərnişin olan 99-FG-40İ qeydiyyat nişanlı, "Mercedes-Benz 220" markalı taksi avtomobili Sumqayıt şəhəri, 21-ci mikrorayon, V.Axundov küçəsində maye qaz doldurma məntəqəsinin yaxınlığından keçən zaman onlar həmin taksiyə saxla işarəsi verərək saxlatdırmış və əməliyyat qrupunun iştirakçıları ilə birlikdə taksiyə yaxınlaşıb avtomobildə sərnişin qismində olan Rəşad Quliyevə və Təqsirləndirilən şəxs, həmçinin sürücü Şahid4 özlərini təqdim elmişlər, əməliyyat qrupunun iştirakçıları Rəşad Quliyevə və Təqsirləndirilən şəxs üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərlərinə şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onları bölməyə dəvət etmişlər. Rəşad Quliyevə və Təqsirləndirilən şəxs etiraz etməmişlər və əməliyyat qrupunun üzvləri ilə birlikdə bölməyə gəlmişlər, həmçinin taksi sürücüsü Şahid4 da izahatının alınması üçün bölməyə dəvət olunmuşdur. Bundan sonra onlar xidmətinə qayıtmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqda təhqiqatçı, polis mayoru Elşad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdaliə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduğu və Polis Bölməsinə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, təqdim eldiyi həmin bükümün içərisində narkotik maddə heroin olduğunu bildirdiyi, həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğu, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkildiyi, olduğu sellofanla birlikdə çəkisi 0.8 qram olduğu, həmin maddə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırıldığı və möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmadığı və götürülmədiyi, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini, üzərindən aşkar olunaraq götürülmüş heroini saxlanmazdan bir az əvvəl Saray qəsəbəsində tanımadığı şəxsdən 40 (qırx) manata aldığını və özünə qəbul etmək məqsədilə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2023-cü il tarixli 6/1667 nömrəli rəyindən görünür ki. Tədqiqata təqdim edilmiş üzərində T.. Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,670 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasilə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövrivvəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,670 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,620 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2172 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyalorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 0,670 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,620 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 1(060)-487/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 487/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3,67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il 04 (dörd) ay azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X15 oğlu). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-169/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-487/2023 saylı, xx.xx.2023-cü il taixli hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs barəsində "8 X17" ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli Amnistiya Aktı tətbiq edilmiş, xx.xx.2021-ci il tarixə ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 (bir) il hissəsi azaldılmış, xx.xx.2023-cü il tarixdə həbs edilənədək çəkilməmiş cəzası 02 (iki) ay 23 (iyirmi üç) gün təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-487/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3,67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il 04 (dörd) ay azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, məkmumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-487/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3,67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il 04 (dörd) ay azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri seçilməli və onun Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-487/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3,67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il 04 (dörd) ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,670 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,620 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 81.00 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-487/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3,67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il 04 (dörd) ay müddətə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri seçilsin və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-487/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3,67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il 04 (dörd) ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılanqalıq çəkisi 0,620 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81.00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-521/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-521/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver