Məhkəmə qərarları › İş №1(060)-521/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-521/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-521/2025 15.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talamaq məqsədi ilə “RAT” (X10) proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində X3 istifadəsində olan “_akhamedava” adlı profili ələ keçirib, giriş imkanı əldə etdikdən sonra 28 oktyabr 2024-cü il tarixdə həmin profilin dostluğunda olan X2 istifadə etdiyi “agayeva24_” adlı profilə mesaj yazıb, “COP 29” tədbiri ilə əlaqədar kompaniyanın keçirildiyinə, buna müvafiq olaraq gəlir əldə edə biləcəyinə, pulun köçürülməsindən ötrü bank kart hesabının məlumatlarını ona verib, yalnız gələn bildirişləri təsdiq etməli olduğuna dair yalan məlumatlar verib, razı salaraq Vüsalə Ağayevanın adına olmaqla sonuncunun qardaşı Zərərçəkmiş şəxs tərəfindən istifadə edilən və daxilindəki vəsaitin Zərərçəkmiş şəxs məxsus olduğu “X6” ASC-dən verilmiş 4098-5844-6765-1948 nömrəli “Leobank” kart hesabı barədə məlumatları əldə etdikdən sonra Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında olduğu zaman həmin hesabdan hər biri 29 oktyabr 2024-cü il tarixdə olmaqla saat 00:33-də 18 manat komissiya haqqı tutularaq 900 manat, saat 00:37-də 8 manat komissiya haqqı tutularaq 400 manat, 00:39-da 3.20 manat komissiya haqqı tutularaq 160 manat olmaqla ümumilikdə 1460 manat vəsaiti qeyd olunan tarixdə ilk əvvəl istifadəsində olan ***-***-**-** nömrəli "xxxx" hesabına, sonuncu hesabdan isə istifadəsində olan "xxxx" ASC-dən verilmiş 4169-7388- 3301-9395 nömrəli hesaba köçürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1489.20 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. İttiham aktında qeyd olunan ifadəsi ilə razıdır və onu təsdiqləyir. Yenidən ifadə vermək istəmir, lakin sual verilərsə, cavablaya bilər. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilinərək ifadəsində göstərmişdir ki, Abşeron rayon Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum olunmazdan əvvəl müxtəlif şəxslərin kart hesablarından vəsaitlər ələ keçirib oğurluq etmişdir. Belə ki, ilk əvvəl “İnstagram” sosial şəbəkəsində “RAT (X10)” adlı virus proqramından istifadə edərək müxtəlif profillərə link göndərirmiş, linkə hansı profil daxil olurdusa həmin profilin “login” və “parol’unu ələ keçirmiş olurdu. Bundan sonra öz mobil telefonunda “login”, yəni sistemə giriş etmə adını və parolunu daxil edib profili yaradan şəxsin məlumatı olmadan “İnstagram” profilinə daxil olmuşdur. Profilin dostluğundakı digər profillərə nəzər yetirib, həmin profilin adı ilə dostluğundakı bir profilə yazıb, “Cop 29” tədbiri ilə əlaqədar gəlir əldə edə biləcəyi məzmununda mesaj yazmışdır. Mesajına inanan profil sahiblərindən pul əldə etmələrindən ötrü şəxsi və kart hesab məlumatlarını, o cümlədən kartın təhlükəsizlik kodunu, etibarlılıq müddətini öyrənmişdir. Bundan sonra isə məlumatlarını əldə etdiyi hesablardan vəsaitləri istifadəsində olan "xxxx" hesabına, oradan isə istifadəsində olan bank kart hesabına köçürüb, nağdlaşdıraraq əldə etmişdir. "xxxx" və kart hesabları başqabaşqa şəxslərin adına olmuşdur, yəni dəqiq olaraq kimlərin adına olduğunu bilmir, lakin heç biri onun adına olmamışdır. Belə ki, o, vətəndaşlarla “İnstagram” sosial şəbəkəsində əlaqə saxlayıb, şəxsi və kart hesab məlumatlarını əldə etdikdən sonra hesabına vəsaitin köçürülməsindən ötrü əlaqə nömrəsini soruşmuşdur. Əlaqə nömrəsini öyrəndikdən sonra istifadəsindəki mobil telefonda həmin mobil nömrə ilə "xxxx" hesabı açmış, hesabın təsdiqlənməsindən ötrü təsdiq kodu “İnstagram” profil istifadəçisinin mobil nömrəsinə gəldikdə isə, həmin kodun hesabına vəsaitin köçürülməsindən ötrü göndərildiyini deyib, kodu öyrənərək özlərinin əlaqə nömrələri ilə "xxxx" hesabı açmışdır. Həmçinin həmin şəxslərin şəxsi məlumatlarını da öyrəndiyi üçün mağazalardan əldə etdiyi "xxxx" ASC-yə aid “birbank” kart hesablarını həmin şəxslərin adına qeydiyyatdan keçirmişdir. Vüsalə Abbasovanı şəxsən tanımır, amma 29 oktyabr 2024-cü il tarixdə “RAT” proqramı vasitəsi ilə məlumatlarını ələ keçirib, istifadə etdiyi “_akhamedova” adlı profil ilə “agayeva24_” adlı profilə “Cop 29” tədbiri ilə əlaqədar gəlir əldə edə biləcəyi barədə mesaj yazıb, kart hesab məlumatlarını əldə edərək hesabdakı vəsaitin tamamını istifadəsindəki hesablara köçürməklə oğurlamışdır. Oğurladığı vəsaitləri köçürdüyü ***-***-**-** nömrəli "xxxx" hesabı və 4169-7388-3301-9395 nömrəli kart hesabı onun adına olmasa da, tərəfindən istifadə edilmişdir. Həmin "xxxx" və bank kart hesablarını da “agayeva24_” hesab sahibi kimi aldatdığı şəxslərin adlarına qeydiyyatdan keçirib, istifadə etdiyi hesablar olmuşdur. Hesab sahiblərinin adlarına belə bir hesablar yaratdığından məlumatları olmamışdır. Əldə etdiyi vəsaitin tamamı tərəfindən hesabdan nağdlaşdırılaraq şəxsi təlabatına xərclənmişdir. Oğurluq əməlini törətməyində ona köməklik edən və ya onunla birlikdə iştirak edən şəxs olmamışdır, əməl tərəfindən tək törədilmişdir. İstifadə etdiyi “İnstagram” profilinin sahibinin əməlindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “X6” ASC-yə məxsus 4098-5844- 6765-1948 nömrəli “Leobank” kart hesabı bacısı X2 adına olmaqla tərəfindən istifadə edilir. X9 bir müddətdir ki ailəvi olaraq Türkiyə Respublikasına köçüb və hal-hazırda orada yaşayır. Bacısının adına olan sözügedən 4098-5844-6765-1948 nömrəli “Leobank” kart hesabını istifadə etməyindən ötrü ona vermişdir. Həmin hesab Azərbaycan Respublikası ərazisində tərəfindən istifadə olunur və hesabdakı vəsaitlər ona məxsusdur. Belə ki, 28 oktyabr 2024-cü il tarixdə Vüsalə Ağayeva onunla əlaqə saxlamış və “İnstagram” sosial şəbəkəsində istifadəsində olan “agayeva24_” adlı profilə tələbə yoldaşı X3 istifadəsində olduğunu bildiyi “_akhamedava” adlı profildən mesaj göndərildiyini, həmin mesajda “COP 29” tədbiri ilə əlaqədar kompaniya olduğunun bildirildiyini, həmçinin kompaniyada iştirak edib, gəlir əldə etməkdən ötrü bank kart hesabı barədə məlumatları verməli olduğunu, həmin hesaba vəsaitin köçürüləcəyini ona demişdir. Adına olan kart hesabı onun tərəfindən istifadə edildiyini üçün buna etiraz etməyəcəyi təqdirdə kart hesabı barədə məlumatları ona deməyini istəmişdir. O, da X9ya onun adına olmaqla tərəfindən istifadə edilən “Unibank KB“ASC-dən verilmiş 4098-5844-6765-1948 nömrəli “Leobank” kart hesabı barədə məlumatları, o cümlədən bitmə tarixini, təhlükəsizlik kodunu bildirmişdir. Bacısı da “İnstagram” sosial şəbəkəsində onunla tələbə yoldaşı adı ilə əlaqə yaratmış “akhamedava” adlı profilə həmin məlumatları göndərmiş, profil sahibi qısa müddət ərzində hesaba 300 manat pul köçürüləcəyini vəd etmiş və pulun hesaba köçürülməsindən ötrü təsdiq bildirişinin göndəriləcəyini demişdir. Növbəti gün, yəni 29 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında “Leobank”ın mobil tətbiqinə təsdiq bildirişləri gəlmiş və tərəfindən təsdiqlər edilmişdir. Lakin həmin tarixdə, saat 01 radələrində sözügedən hesabdan hər dəfəsində 918 manat, 408 manat və 163.20 manat olmaqla ümumilikdə 1489.20 manat vəsaitin çıxarıldığı görmüşdür Bu barədə bacısı ilə əlaqə saxlayıb, məlumat verdikdən sonra bacısına və ona məlum olmuşdur ki, “İnstagram” sosial şəbəkəsində “_akhamedava” adlı profil bacısının tələbə yoldaşı Aidə Əhmədova tərəfindən yaradılmış olsa da, hadisədən bir neçə gün əvvəl naməlum şəxs tərəfindən profil ələ keçirilərək, istifadə edilmiş, həmin profil ilə “COP 29” tədbiri ilə bağlı kompaniya keçirilməsi barədə yalan mesajlar bacısının “İnstagram” profilinə göndərərək onları aldadıb, kart hesabı ilə bağlı məlumatları əldə etdikdən sonra hesabdakı vəsaitləri oğurlamışdır. Həmin kart hesabı tərəfindən istifadə edilir, oğurlanan vəsaitin tamamı ona məxsus olmuşdur və yaşadığı ünvan 4 ünvanında olarkən hesabdan pullarının çıxarılmasından məlumatlı olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1489.20 manat maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs Elnur oğlu təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdırığı ,ona yüngül cəza verilməsini xahiş etdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan "xxxx" QSC-dən daxil olmuş məktubdan və məktuba əlavə edilmiş əməliyyat tarixçəsindən görünür ki, 4098-5844-6765-1948 nömrəli bank kartından çıxarılmış ümumilikdə 1460 manat (komissiyasız) ***-***-**-** nömrəli Mpay hesabının balansına köçürüldükdən sonra həmin hesabdan "xxxx" ASC-nə məxsus 4169-7388-3301-9395 nömrəli bank kartına mədaxil edilmişdir. Cinayət işinin istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, ***-***-**-** saylı mobil nömrənin X4 adına olmaqla oğlu Şahid2 tərəfindən istifadə edildiyi, "xxxx" ASC-dən verilmiş 4169-7388- 3301-9395 nömrəli hesabın isə Şahid1 adına olduğu müəyyən edilmiş, lakin hər iki hesabın adına rəsmiləşdirilmiş şəxslərin məlumatı olmadan xx.xx.2003-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən yaradıldığı və əməlin sonuncu tərəfindən tək törədildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından və Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1- ci maddələri ilə təqsirli bilinərək ona 3 il müddətə azadlığın mədudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə qaldığı 5 ay 4 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 1 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzanının heç bir hissəsini çəkməmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayət də də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin eldilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Zərərçəkmiş şəxs Elnur oğlunun məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı 1490 manatı tamamilə ödəmiş, onunla barışmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona cəza verilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə eməklə özgənin əmlakını gizli olaraq talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, (CM- in 59.1.12-59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın könüllü olar tam ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, X5 azadlığın məhdudlaşdırılması cəzasını qeydiyyatda olduğu və yaşadığı yerdə - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs, elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü ildən 03 aprel 2025-ci il tarixədək 5 ay 4 gün həbsdə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 15 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 05 (beş) ay 04 (dörd) gün, həmçinin 12 sentyabr 2025-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı 01 (bir) ay 03 (üç) gün, ümumilikdə 6 (altı) ay 07 (yeddi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 05 (beş) ay 04 (dörd) gün, həmçinin 12 sentyabr 2025-ci il tarixdən indiyədək həbsdə saxlanıldığı 01 (bir) ay 03 (üç) gün, ümumilikdə 6 (altı) ay 07 (yeddi) gün müddətinin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Yasamal rayon Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Yasamal rayon Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar