Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-525/2023 21.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz oluraq istintaq məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi – 0,423 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 17 mart 2023-cü il tarixdə saat 15:50 rad ələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 21-ci mkr., V.Axundov küçəsində yerləşən maye qaz doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 0,423 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona əsassız olaraq ittiham elan etmişlər, aşkar edilmiş narkotik vasitənin ona heç bir aidiyyəti olmamışdır. O taksidə olarkən taksi YPX əməkdaşları tərəfindən saxlanılmış, daha sonra bölməyə gətirilmişdir. Üzərində heç bir narkotk vasitə olmamışdır. Polis bölməsində ona zor tətbiq edərək və təzyiqlər göstərmişlər, o isə qorxduğu üçün hər şeyi etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, fasilələrlə narkotik maddələr qəbul edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Heç bir yerdə işləmir. 16 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri 20 Yanvar dairənin Yaxınlığında olan zaman təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 20 manata 1 ədəd selofan bükümdə heroin almış, həmin heroini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər. 17 mart 2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri 10-cu mkr ərazisində təsadüfən dostu Fəridlə rastlaşmış Fərid işi ilə bağlı Saray qəsəbəsinə onunla gedib qayıtmağını dedikdə, etiraz etməmiş və taksi sifariş edib Saray qəsəbəsinə getmişlər. Saray qəsəbəsində Fərid taksidən düşüb getmiş və bir qədər sonra qayıtmış, sonra həmin taksi ilə Sumqayıta geri yola düşmüşlər. Saat 15:50 radələrində Sumqayıt şəhəri, 21-ci mkr., V.Axundov küçəsində yerləşən maye qaz doldurma məntəqəsinin yaxınlığından keçən zaman yol patrul xidmətinin əməkdaşları taksiyə işarə verərək saxlatdırmış, sonra onlara yaxınlaşan polis işçiləri özlərini təqdim edib narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şiibhəli olduğu üçün saxladıqlarını bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gəlmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona Sumqayıt Regional Vəkil bürosunun müdafiəçilərin siyahısı təqdim edilmiş və o həmin siyahıdan özünə X3 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əməl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim elməyi təklif olunmuşdur. O da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd selofan bükümdə olan heroini çıxardıb təqdim etmiş və verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə “kakos” yəni, heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılanda heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunuraq götürülmüş 1 bükümdə heroin iştirakı ilə elektron tərəzidə çəkilmiş, olduğu selofanla birlikdə çəkisi 0,59 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş heroin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heroini aldığı şəxsi üzdən görsə tanıyar, adını, ünvanını və mobil nömrəsini bilmir. Əldə eldiyi heroindən heç kimə verməmiş və satmamış, satışı ilə heç vaxt məşğul olmamış, özü qəbul etmişdir. Əvvəllər narkotik maddələri Sumqavıt və Bakı şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. İstifadəsində mobil telefon çoxdur. Fərid Məmmədovu Sumqayıt şəhər sakini kimi tanıyır, onunla sadəcə tanışdır, başqa yaxın münasibəti olmamışdır. Fəridin əvvəllər həbsdə olduğunu bilirmiş, lakin narkotik vasitə qəbul edib-etməməsi barədə heç bir məlumatı yoxdur. Fəridin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır və bu barədə Fərid ona deməmişdir. Fəridin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. Taksi sürücüsü Şahid4 onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır və ona hu barədə bir söz deməmişdir. Ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1-ci PB-də ona təzyiqlər olduğu üçün hər şeyi etiraf etmişdir. İbtidai istintaqın sonrakı dövrlərində və məhkəmə istintaqının əvvəlində isə ona görə özünü təqsirli bilmişdir ki, polis əməkdaşları ona bildirmişlər ki, bu əmələ görə ona azadlıqdan məhrum etmə deyil, alternativ cəza təyin ediləcək. Lakin, sonradan başa düşmüşdür ki, əməlində residiv olduğu üçün barəsində azadlıqdan məhrum etmə cəzası təyin ediləcək. Ona görə də fikrini dəyişmiş və həqiqəti məhkəməyə bildirmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Sumqayıt şəhəri, 10-cu mkr, ev 35, mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsi, eləcə də xx.xx.2023-cü il tarixdə Bakı şəhəridən taksi iəaliyyəti ilə məşğul olan X5 idarə etdiyi **-FF-*** qeydiyyat nişanlı, “Mercedes-Benz 220” markalı avtomobillə gəlməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin polis nəfəri Şahid2, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin tağım komandiri Rəhimov Eİnur Adil oğlu və YPX-nin polis baş serjantı X18 da daxil edilmişdir. Bundan əlavə bölmənin əməliyat müvəkkili Mikayıl Əsgərovun da icraatına Sumqayıt şəhəri, 2-ci mkr, ev 16A/39, mənzil 21də yaşayan Məmmədov Fərid Hüseyn oğlunun qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsi, eləcə də eynilə Şahid4 idarə etdiyi **-FG-*** qeydiyyat nişanlı “Mercedes-Benz 220” markalı avtomobillə gəlməsi barədə əməliyyat məlumatları daxil olduğundan Fərid Məmmədovun cinayət əməllərinin ifşa edilməsi üçün öz əməliyyat qruplarına YPX-nin eyni əməkdaşları cəlb olunmuşdur və birlikdə əməliyyat tədbirində iştirak etmişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 17 mart 2023-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 13:50 radələrində Təqsirləndirilən şəxs olduğu Şahid4 idmə etdiyi **-FG-*** qeydiyyat nişanlı “Mercedes- Benz 220” markalı avtomobillə Sumqayıt şəhəri, 21-ci mkr., V.Axundov küçəsində maye qaz doldurma məntəqəsinin yaxınlığından keçən zaman YPX əməkdaşları həmin taksiyə işarə edərək saxlatmışlar, onlar taksiyə yaxınlaşıb avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs və Fərid Məmmədova, həmçinin sürücü Şahid4 özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs və Fərid Məmmədova üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərlərinə şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onları bölməyə dəvət etmişlər. Onlar etiraz etməmiş və Təqsirləndirilən şəxs onların əməliyyat qrupu, Fərid Məmmədov isə əməliyyat müvəkkili Mikayıl Əsgərovun əməliyyat qrupu ilə birlikdə bölməyə gəlmiş, həmçinin taksi sürücüsü Şahid4 da izahatının alınması üçün bölməyə dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, təqdim eldiyi həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, olduğu sellofanla birlikdə çəkisi 0,59 qram olmuş, həmin maddə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra şəxs axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələr qəbul edir, üzərindən aşkar olunaraq götürülmüş heroini bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri 20 Yanvar metrosu yanında dairənin yaxınlığında tanımadığı şəxsdən 20 manata almış və özünə qəbul etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri Cəfоrov Şahin Rəsul oğlu şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin tağım komandiri vəzifəsində işləyir. xx.xx.2023-cii il tarixdə Sumqayıt şəhəri 21-ci mkr ərazisində YPX-nin inspektoru X18 ilə birlikdə xidmətdə olan zaman rəhbərlik tərəfindən göstəriş verildi ki, narkotik vasitələrin qanunsuz üzərlərində gəzdirməkdə şübhəli olan şəxslərin cinayət əməllərinin ifşa olunması məqsədilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçiriləcək əməliyyat tədbirində iştirak etsinlər. Əməliyyat qruplarının rəhbərləri olan Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat müvəkkili Şahid1 və Mikayıl Əsgərov onları təlimatlandıraraq barələrində əməliyyat tədbiri keçirilən Təqsirləndirilən şəxs və X10 taksi fəaliyyəti ilə məşğul olan Şahid4 idarə etdiyi **-FG-*** qeydiyyat nişanlı, “Mercedes-Benz 220” markalı avtomobillə gəlmələrini və həmin avtomobili gördükdə saxla işarəsi verib saxlatdırmalarını bildirmişlər. Bundan sonra həmin şəxslərin ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 13:50 radələridə içərisində 2 nəfər sərnişin olan **-FG-*** qeydiyyat nişanlı, “Mereedes-Benz 220" markalı taksi avtomobili Sumqayıt şəhəri, 21-ci mkr., V.Axundov küçəsində maye qaz doldurma məntəqəsinin yaxınlığından keçən zaman onlar həmin taksiyə saxla işarəsi verərək saxlatdırdırmış və əməliyyat qrupunun iştirakçıları ilə birlikdə taksiyə yaxınlaşıb avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs və Fərid Məmmədova, həmçinin sürücü Şahid4 özlərini təqdim elmişlər. Əməliyyat qrupunun iştirakçıları Təqsirləndirilən şəxs və Fərid Məmmədova üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərlərinə şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onları bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Fərid Məmmədov etiraz etməmişlər və əməliyyat qrupunun üzvləri ilə birlikdə bölməyə gəlmişlər, həmçinin taksi sürücüsü İsmayıl İsmavılov da izahatının alınması üçün bölməyə dəvət olunmuşdur. Bundan sonra onlar xidmətinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Avdm oğlu ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə eldiyi “Mercedes Benz F 220 minik” markalı, 9V-FG- 401 qeydiyyat nişanlı avtomobillə *6555 sifarişli taksi xidmətində işləyir. 17 mart 2023-cü il tarixdə saat 14:30 radəiərində Sumqayıt şəhəri ərazisində olan zaman xidmətə daxil olmuş sifarişlə Sumqayıt şəhəri 10-cuı mkr. ərazisində tanımadığı 2 nəfər sərnişini götürmüş, həmin sərnişinlərdən birinin dediyi kimi onları Saray qəsəbəsinə aparmış, orada fərdi yaşayış evlərinin yaxınlığında sərnişinlərdən biri düşmüş və bir qədər sonra gəlib onları geri Sumqayıta aparmalarını demişdir. O da Sumqayıta sürmüşdür. Saat 13:50 radəiərində Sumqayıt şəhəri, 21-ci mkr, V.Axundov küçəsində yerləşən maye qaz doldurma məntəqəsinin vaxınlığından keçən zaman yol patrul xidmətinin əməkdaşları ona işarə verdikdə avtomobili saxlamış, həmin vaxtı onlara yaxınlaşan polis işçiləri özlərini təqdim edib avtomobilində olan sərnişinlərə narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirməkdə şübhəli olduqları üçün saxladıqlarını bildirərək üzərlərində şəxsi axtarış keçirilməsindən ötrü polis bölməsinə dəvət etmişlər, sərnişinlər etiraz etməmişlər və birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə getmişlər. O da izahat vermək üçün bölməyə dəvət olunmuş və etiraz etməyərək bölməyə gəlmişdir. Avtomobilində olmuş sərnişinlər Məmmədov Fərid Hüseyn oğlu və Təqsirləndirilən şəxs tanımamış, onları sifariş əsasında götürmüş, narkotik maddələr qəbul etmələri barədə heç bir məlumatı olmamışdır. Fərid Məmmədovun və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır və bu barədə ona deməmişlər. Onların üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və kimdən əldə etmələri barədə heç bir məlumatı yoxdur. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 157-158-ci vərəqələrində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 226-228-ci vərəqələrində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 235-236-ci vərəqələrində olan axtarışda olan şəxsin tutulması haqqında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan və 1-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:25-də saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1669 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri olan zərfdə ki bir ədəd bükümdə təmiz çəkisi 0,423 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,423 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,373 qram qalıq qalmışdır. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,373 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 121-127-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1726 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseri idə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 92-95-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 31-32-ci vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin 33-cü vərəqəsinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 17:00-dan başlayaraq qeydə alınmışdır. Görüntülərə və protokola əsasən Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqda təhqiqatçı Ayxan İsgəndərli tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional vəkil bürosunun vəkili X2 və Sumqavıl ŞPİnin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və polis bölməsinə gətirilməsinin səbəbi bildirilmişdir. Bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi həmin bükümün içərisində heroin olduğunu bildirmiş, həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və olduğu selofanla birlikdə çəkisinin 0,59 qram olması müəyyən edilmişdir. Həmin maddə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərində qeydlər aparılaraq imzalanmış, bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini, üzərindən aşkar olunaraq götürülmüş heroini bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və özü qəbul etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı saxlanılan, bölməyə gətirilən və bölmədə olan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsirlərin olub-olmadığını soruşan zaman, sonuncu ona heç bir fiziki və psixi təsirlərin olmadığını bildirmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X7, övladları 2008-ci il təvəllüdlü X8 və 2009-cu il təvəllüdlü X9 ibarətdir. Cinayət işinin 99-cu vərəqəsində olan AZE seriyalı 12339789 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X11r. Cinayət işinin 100-cü vərəqəsində olan AZE seriyalı 12339754 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X11r. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Həmçinin məhkəmə istintaqının ilkin mərhələsində də törətdiyi əməli səmimi etiraf etmişdir. Yalnız sonradan təqsirli olmaması barədə ifadə vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş və qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümü təqdim edir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin heroin olmasını, onu həmin gün Bakı şəhərində 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı təsirə-təzyiqə məruz qalıb qalmaması, narkotik vasitənin ona məxsus olub-olmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla və yetkinlik yaşına çatmayan iki övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır. Lakin, məhkumluq müddəti bitmədən xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2023cü il tarixdən 19 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs tutulma protokolu xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, həmin protokola və əlavə edilmiş məktuba əsasən Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müddətinin əvvəli də xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1726 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,373 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,373 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regiona Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-525/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-525/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver