Məhkəmə qərarları › İş №1(060)-525/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-525/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-525/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 41-ci məh., yat-5, otaq 89 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən «Zirvə» kafesinin arxa tərəfinə gələrək cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən ilk əvvəl kafenin hasar olmayan yerindən keçib birlikdə həyətə qanunsuz daxil olduqdan sonra Təqsirləndirilən şəxs hər hansı bir kənar şəxs gələrsə xəbər verməsi üçün çöldə dayanmış, Nazim Abasov isə kafenin ofis otağının qapısının kilidini özündə olan açarla açaraq, hər ikisi birlikdə içəriyə qanunsuz daxil olub oradan 02 ədəd hər biri 12 manat dəyərində, ümumi dəyəri 24 (iyirmi dörd) manat təşkil edən üzərlərində «WD5000AAKS» və «WD5000AAKX» markalanma yazıları olan yaddaş bloklarını, 01 ədəd 700 (yeddi yüz) manat dəyərində «Univi» markalı DVR-ı, 01 ədəd 60 manat dəyərində «HiWatch» markalı DVR-ı, 02 ədəd hər biri 04 (dörd) manat dəyərində 070 ***-**-** və 099 ***-**-** saylı GSM nömrələri və 01 ədəd üzərində 05 (beş) manat dəyərində qara rəngli telefon qoruyucu üzlüyü (kabura) olan 01 ədəd 750 (yeddi yüz əlli) manat dəyərində «Samsung Galaxy S22» markalı mobil telefonu, üzərində 04 (dörd) manat dəyərində 077 ***-**-** saylı GSM nömrəsi olan 01 ədəd 130 (bir yüz otuz) manat dəyərində «Redmi Note 8» markalı mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1681 (min altı yüz səksən bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən «Zirvə» kafesindən sonuncuya məxsus «Samsung Galaxy S22» markalı mobil telefonu gizli olaraq taladıqdan sonra aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən Nazim Abasov həmin tarixdə, istintaqa məlum olmayan saatda Zərərçəkmiş şəxs məxsus telefondan sonuncuya məxsus "xxxx" ASC tərəfindən verilmiş 5522 **** **** 3381 nömrəli bank kartının şəklini taparaq telefona «ABB» mobil tətbiqi vasitəsini yükləyib həmin kartdan 650 (altı yüz əlli) manat pulu sonuncuya məxsus telefona yüklədikləri M10 elektron pul kisəsi tətbiqinə göndərdikdən sonra, taksi sürücüsü, cinayətdən xəbərsiz Şahid2 məxsus bank kartına köçürüb nağdlaşdırmaqla gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla informasiya texnologiyalarından istifadə edərək oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü tam təqsirli bilərək bildirdi ki, o, hazırda heç bir yerdə işləmir. 2021-ci ilədək o, Bakı-Sumqayıt yolunun kənarında yerləşən Elşən adlı şəxsə məxsus "Zirvə" kafesində ofısant işləmişdir. Həmin ərəfədə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yaşayan Nazim adlı şəxs də onunla birlikdə həmin kafedə "DC" işləmiş və Nazim də təxminən 2-3 aydır ki, həmin kafedən işdən çıxmışdır. Buna baxmayaraq Nazimlə arabir əlaqə saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində Nazim istifadəsində olan 055 ***-**-** nömrəsindən onun istifadəsində olan 077 ***-**-** mobil nömrəsinə zəng vuraraq əvvəllər Elşənin kafesində işləyən zaman kafenin həyətində olan Elşənin ofis kimi istifadə etdiyi otağın açarının bir nüsxəsi onda olduğunu bildirərək həmin otaqdan oğurluq etməyi təklif etmişdir. O, Nazimdən otaqda qiymətli bir əşya olub-olmaması ilə maraqlandıqda, Nazim Elşənin həmişə ofis kimi istifadə etdiyi həmin otaqdakı stolun çəkməcəsində pul kisəsində xeyli miqdarda pul saxladığını bildirmişdir. O, da pula ehtiyacı olduğundan Nazimlə həmin obyektdən oğurluq etməyə razılıq vermişdir. xx.xx.2024-cü il tarixinə keçən gecə təxminən saat 01:00 radələrində Nazim idarə etdiyi "KAMAZ" markalı, son nömrəsi 237 olan yük maşını ilə onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt o, evdə tək olduğu üçün Nazim evə çıxmış və evdə oturaraq Elşənin obyektindən oğurluq etməkləri barədə plan qurmuşlar. Obyektdə müşahidə kamerası olduğunu və həmin kameraların yaddaş aparatının Elşənin otağında olduğunu bildikləri üçün ilk əvvəl həmin yaddaş aparatını götürməli olmuşlar. Onlar həmin obyektdə işlədikləri üçün Elşənin adətən saat 03:00 radələrində işdən çıxıb getdiyini bildikləri üçün xx.xx.2024-cü il tarixdə təxminən saat 03:00 radələrində Nazimin idarə etdiyi yük maşını ilə "Zirvə" kafesinin yaxınlığına getmişlər. Belə ki, onlar yük maşınını Sumqayıt avtomobil bazarı ilə üzbə-üz Bakı şəhəri istiqamətində yolun kənarında saxlamışlar və maşından düşərək piyada kafeyə tərəfə getmişlər. Bu vaxt görmüşlər ki, Elşən idarə etdiyi avtomaşınla kafedən çıxıb gedir. Onlar piyada "Zirvə" kafesinin arxa tərəfində hasar olmadığını bildikləri üçün həmin yerə getmişlər. O, orada dayanaraq adam gəlibgəlməməsini güdmüş, Nazim isə özündə olan açarla Elşənin otağının giriş qapısını açmışdır. Qapını açdıqdan sonra Nazim onu da çağırmış, o, da həmin otağa keçmişdir. İlk əvvəl o, otağa girən kimi sağ tərəfdə divarda quraşdırılmış kameraların iki ədəd yaddaş aparatını çıxardaraq götürmüşdür. Nazim isə otaqdakı stolun çəkməcəsinə və stolun altında olan seyfə baxsa da, oradan heç bir pul tapa bilməmişdir. Buna görə də Nazim stolun üzərində olan Elşənə məxsus bir ədəd qara rəngli "Samsung" markalı və bir ədəd göy rəngli "Redmi" markalı mobil telefonları götürmüşdür. Onlar oğurladıqları əşyaları götürdükdən sonra gəldikləri yolla piyada Nazimin maşınına tərəf getmişlər. O, oğurladıqları iki ədəd yaddaş aparatını Nazimin yük maşınının qabaq sağ oturcağının altına qoymuşdur. Onlar maşınla St.Sumqayıt qəsəbəsi ərazisinə gedib, Sumqayıt dairəsinin yaxınlığında yolun kənarında maşını saxlamışlar. Oğurladıqları "Redmi" markalı mobil telefonun kodu olduğu üçün onu aça bilməmişlər, lakin "Samsung"markalı telefonun kodu olmadığı üçün içərisinə baxmışlar. Qalereyada Elşənə məxsus "xxxx" bank kartının fotoşəkli olduğu üçün Nazim onun telefonuna "M10" elektron pul kisəsi proqramını və "ABB" mobil tətbiqini yükləmişdir. Daha sonra həmin bank kartının balansından 650 manat pulu telefona yüklədikləri "M 10" proqramına göndərmişlər. Həmin pulu bank kartına köçürərək nağdlaşdırmaq istəmiş, lakin öz bank kartlarına pulu göndərməmişlər ki, polis köçürmə əməliyyatından onları tapa bilər. Buna görə də belə qərara gəlmişlər ki, taksi sifariş versinlər və taksi sürücüsünün bank kartına pulu köçürərək nağdlaşdırsınlar. Bunun üçün həmin Elşənin telefonuna "Bolt" proqramı yükləmiş və həmin proqram vasitəsilə Xırdalan dairəsinə taksi sifariş vermişlər. 4,89 AZN olan gediş haqqını isə Elşənin bank kartı vasitəsilə ödəmişlər. Sifarişi qəbul edən "Toyota Prius" markalı avtomaşınla bir taksi sürücüsü Sumqayıt şəhər dairəsinə gəlmiş və onlar piyada gedərək həmin taksiyə əyləşmişlər. O, sürücünün yanında qabaq oturacaqda əyləşmiş, Nazim isə onun arxasında arxa oturacaqda əyləşmişdir. O, yolda taksi sürücüsündən bank kartı olub-olmadığını soruşmuşdur. O, da bank kartı olduğunu bildirdikdə, telefonlarında olan "M10" proqramından onun bank kartına pul göndərərək yollarının üzərində olan bankomatlardan birində nağdlaşdırmasım istəmişlər. İlk əvvəl sürücü razılıq vermiş və bank kartının 12 rəqəmli şifrəsini onlara bildirmişdir. Nazim yoxlamaq üçün həmin kart hesabına "M10" proqramından 1 manat pul göndərmişdir. O, hətta taksi sürücüsünə Ceyranbatan qəsəbəsinin içərisində bankomat olduğunu bildirmişdir. Lakin taksi sürücüsü sonradan fikrini dəyişmiş və onun bank kartından istifadə etmələrinə razılıq verməmişdir. Buna görə sürücü onları sifariş verdikləri Xırdalan şəhər dairəsinə aparıb düşürmüşdür. Oradan isə Nazim həmin Elşənin telefonu ilə "Bolt" proqramı vasitəsilə taksi sifariş vermişdir. 2,50 AZN olan gediş haqqını isə yenə Elşənin bank kartı vasitəsilə ödəmişdir. Sifarişi qəbul edən "Kia Ceed" markalı taksi sürücüsü onları dayandıqları yerdən götürmüş və həmin sürücüyə də eyni qaydada bank kartından istifadə etmələrini təklif etmişlər. Sürücü etiraz etməmiş və Nazim onun bank kartına "M 10" proqramından 645 manat pul göndərmişdir. Taksi sürücüsü avtomaşını Xırdalan şəhərinə sürüb, orada olan "Unibank" bankomatına öz bank kartını daxil edərək 640 manat pul çıxarmış, 5 manat da faiz pulu tutulmuşdur. Sürücü pulu nağdlaşdırdıqdan sonra 640 manatı ona vermişdir. Buna görə də Nazim sürücünün kart hesabına əlavə 3 manat pul göndərmişdir. Sürücü sifariş verdikləri ünvana, yəni Qafqaz Universitetinin yaxınlığına onları aparıb düşürmüşdür. Oradan isə o, öz mobil telefonumda olan "Bolt" proqramı vasitəsilə bir taksi sifariş vermiş və "Toyota Prius" markalı avtomaşınla Sumqayıt şəhər Avtovağzalının yaxınlığına gəlib düşmüşlər. 10 manat gediş haqqını isə o, oğurluqdan əldə etdikləri 640 manatdan vermişdir. Həmin puldan hərələrinə bir siqaret, spirtli içki olan "GO" və çərəz aldıqdan sonra, yerdə qalan 620 manat pulu yarıbayarı, yəni hər birinə 310 manat olmaqla bölmüş, daha sonra onun yaşadığı evə getmişlər və oğurladıqları hər iki telefonu o, öz yaşadığı evdə saxlamışdır. Nazim də 15-20 dəqiqə qaldıqdan sonra öz evinə getmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 11:00 radələrində Nazim idarə etdiyi yük maşını ilə yaşadığı ünvana gəlmiş və obyektdən oğurladıqları yaddaş aparatlarını tullamaq üçün birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisinə getmişlər. Yolda o, həmin iki ədəd yaddaş aparatlarını sındıraraq, içərilərində olan yaddaş bloklarını çıxarmışdır. Onlar 18-ci mikrorayon ərazisində yerləşən "Qərb Sarayı" şadlıq evinin arxasında qarajlar olan yerə gedib, həmin yaddaş aparatlarından çıxan yaddaş bloklarını və yaddaş aparatlarından ağ rəngdə olan qarajların arxasına atmışdır. Yaddaş aparatlarından qara rəngdə olanı isə Nazim satmaq üçün maşınında saxlamışdır. Oradan çıxdıqdan sonra Nazim onu yaşadığı ünvanda düşürdərək çıxıb getmişdir. Bundan sonra isə Nazimlə görüşməmişdir. O, bu oğurluq hadisəsindən başqa heç bir cinayət törətməmişdir. O, Elşənə məxsus obyektdən oğurladıqları bir ədəd "Samsung" və bir ədəd "Redmi" markalı mobil telefonları və müşahidə kameralarının yaddaş aparatının biri, həmçinin iki ədəd yaddaş blokları təhqiqata təqdim etmişdir. Onlar oğurluq edərkən gecə olduğu üçü obyektdə heç kim olmamış və onları heç kim görməmişdir. Hazırda zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bildirir ki, o, hazırda X2 ilə qeyri-rəsmi ər-arvad münasibətindədir, himayəsində xx.xx.2010-cu il təvəllüdlü X8 oğlu adlı övladı var. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. İş üzrə Zərərçəkmiş şəxs 30 iyul 2024-cü il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, təxminən 15 ildir ki, o, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Bakı-Sumqayıt yolunun kənarında özünə məxsus «Zirvə» kafesini işlədir. xx.xx.2024-cü il tarixdə təxminən saat 03:15 radələrində o, işlətdiyi obyektin həyətində olan öz oturduğu otağın qapısını açarla bağlayaraq obyektdən çıxıb getmişdir. Həmin vaxt qardaşı Rafiq obyektin mətbəxində qalaraq işləri ilə məşğul olmuşdur. Təxminən saat 04:51-də Rafiq ona zəng vuraraq bildirmişdir ki, onun otağından oğurluq hadisəsi baş vermişdir. O, dərhal obyektə getmiş və görmüşdür ki, otaqdan oğurluq hadisəsi baş vermişdir. Belə ki, naməlum şəxs xx.xx.2024-cü il tarixdə saat 03:15-dən 04:51-dək olan müddətdə obyektin həyətində olan ona məxsus otağın giriş qapısını açar seçmə yolu ilə açaraq oradan iki ədəd müşahidə kameralarının yaddaş aparatını və iki ədəd mobil telefonu gizli olaraq oğurlamışdır. Buna görə də səhəri gün polisə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşmə işlərini aparmışlar. Hadisə zamanı markasını xatırlamadığı bir ədəd 340 manat dəyərində müşahidə kamerasının yaddaş aparatı, bir ədəd 700 manat dəyərində müşahidə kamerasının yaddaş aparatı, bir ədəd 1500 manat dəyərində, üzərində 070 403-19-19, 099 ***-**-** nömrələri olan, «Samsung Galaxy S22 Ultra» markalı mobil telefon və bir ədəd 200 manat dəyərində imei kodunu xatırlamadığı «Redmi Note 8» markalı mobil telefon oğurlanmışdır. Həmçinin sonradan öyrənmişdir ki, oğurlanmış «Samsung Galaxy S22 Ultra» markalı mobil telefonumun yaddaşında olan «ABB» mobil tətbiqi vasitəsilə ona məxsus "xxxx"nm 5522 0993 6148 3381 nömrəli bank kartının hesabından 650 manat məbləğində pul vəsaiti başqa hesaba köçürülərək ələ keçirilmişdir. Beləliklə, oğurluq hadisəsi nəticəsində ona 3390 manat dəyərində maddi ziyan dəymişdir. Ona sonradan məlum olmuşdur ki, oğurluq hadisəsini törətmiş şəxslər əvvəllər onun yanında işləmiş Təqsirləndirilən şəxs və Nazim adlı şəxsdir. Onun həmin şəxslərlə heç bir problemi olmamışdır. Onlar əvvəllər onun yanında işləmişlər və sonradan özləri işdən çıxmışlar. Oğurlanmış DVR-dan biri «Univi» digəri isə «HiWatch” markalı olmuşdur. «HiWatch” markalı DVR-ın qiyməti təxminən 340 manat təşkil etmişdir. “Univi” markalı DVR-ın qiyməti isə təxminən 700 manat təşkil etmişdir. O, ilkin izahat verərkən naməlum şəxslərin onun bank kartından 600 manat pulu çıxarmalarını bildirsə də sonradan banka gedib çıxarış almış və həmin tarixdə kartından 650 manat pul çıxarıldığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o,«Bolt» taksi şirkətində sürücü işləyir. O, özünə məxsus «Kia Ceed» markalı, **-BV-*** d/q/n-lı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə saat 05:37-də «Bolt» şirkətindən bir sifariş qəbul etmişdir. Sifariş Xırdalan şəhər dairəsindən Qafqaz Universitetinin yaxınlığına verilmişdir və gediş haqqı 2,69 AZN bank kartı vasitəsilə ödənilmişdir. O, sifarişi verən 070 ***-**-** nömrəsi ilə əlaqə saxlamış və Xırdalan şəhər dairəsində iki nəfər cavan oğlan avtomaşınına əyləşmişlər. Onlardan qabaqda əyləşən şəxsi üzü tüklü, qaraşın, başında qara papaq olan və papaqlı gödəkçə geyinən oğlan olmuş, arxada əyləşən isə üzü tüksüz, başında qara papaq olan oğlan olmuşdur. Onların hər ikisi arıq bədən quruluşlu və hər ikisinin təxminən 38-40 yaşları olmuşdur. Onları üzdən görsə tanıyır. Yolda gedən zaman onların söhbətlərindən başa düşmüşdür ki, arxada əyləşən oğlan qabaqda əyləşən oğlana pul verməlidir. Buna görə də qabaqda əyləşən oğlan ondan bank kartı olub-olmamasını soruşmuş və onun kartına pul göndərərək çıxartmaq istədiklərini demişlər. O, da özünə məxsus «Leobank»ın 4098 5844 9633 6759 nömrəli bank kartının nömrəsini onlara bildirmişdir. Arxada oturan oğlan «M10» hesabından onun həmin bank kartına 645 manat pul göndərmişdir. O, da Xırdalan şəhərində yerləşən «Unibank» bankomatmdan həmin kartına göndərdikləri 640 manat pulu çıxardaraq onlara vermişdir. 5 manat da faiz pulu tutulmuşdur. Sonra da onlara kömək etdiyi üçün əlavə olaraq onun kart hesabına 3 manat da pul göndərmişdir. Daha sonra o, onları Qafqaz Universitetinin yaxınlığında düşürmüş və oradan çıxıb getmişdir. Səhər isə o, 5-ci PB-nə gəlib həmin şəxslərlə bağlı ona verilən suallara cavab vermişdir. Təxminən bir neçə gündən sonra isə onu yenidən 5-ci PB-nə dəvət etmişlər və ona avtomobilinə əyləşən şəxslərdən birini göstərib tanıyıb tanımadığını soruşmuşlar. O, həmin şəxsi tanımış və orada ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onun avtomaşınına müştəri kimi əyləşən həmin şəxslərin əllərində heç bir əşya olmamışdır. O, kartına köçürülən həmin pulun oğurluq olduğunu bilməmişdir. Onların pul çıxartmaq üçün kartları olmadığı üçün o, kartına pul köçürülməsinə razılıq vermişdir. Əgər pulun oğurluq olduğunu bilsə idi buna razılıq verməzdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 09 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.48); 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 61-62) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.69-72); 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 73-74) 19 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 dərhal azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. (i.v. 129-130, 133-134, 152-154) xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı polis mayoru Zaur Ağayevin tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, hadisə yeri Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Bakı-Sumqayıt yolunun kənarında yerləşən «Zirvə» kafesidir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 09-12) xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı polis mayoru Zaur Ağayevin tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yat-5, otaq 89 ünvanında saxladığı iki ədəd mobil telefona və Sumqayıt şəhəri, 18-ci mkr ərazisində yerləşən qarajların arxasında saxladığı iki ədəd yaddaş aparatına baxış keçirilmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 27-35) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/71 JV2-İİ arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yerləşən «Zirvə» kafesində baş vermiş oğurluq fakt ilə bağlı hadisə yerindən götürülmüş 01 (bir) ədəd daxili qıfılın silindirik mexanizmi və bir ədəd açar tədqiqata təqdim edilmiş və təqdim edilmiş silindirik mexanizminə müdaxilənin olunubolunmamasmm müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur. Aparılmış tədqiqata əsasən belə nəticəyə gəlinmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili qıfılın silindirik mexanizmi zavod üsulu ilə hazırlanıb və işlək vəziyyətdədir. Silindirik mexanizmin hər iki açar oyuğunun xarici səthi üzərində, silindirlərin üz lövhəsində (korpusunda) və mexanizmin ştiftlərində (başsız mıx) işçi və yan səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş işlər aşkar edilməmişdir. Həmin daxili qıfılın silindirik mexanizmi öz açarı ilə və yaxud heç bir iz qoymadan oxşar açarla açılmışdır. Tədqiqata təqdim edilmiş bir ədəd açar zavod üsulu ilə istehsal olunub və təqdim edilmiş silindirik mexanizmin açarıdır. (i.v. 95-99) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1426 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, qərarda göstərilən malların 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ayrıayrılıqda təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: - 1 ədəd iki il əvvəl alınmış “Samsung Galaxy S22” markalı mobil telefon - qiyməti 750 manat; - 1 ədəd təxminən 5-6 ay əvvəl işlənmiş vəziyyətdə alınmış “Redmi Note 8” markalı ombil telefon - qiyməti 130 manat; - 070 ***-**-** saylı GSM nömrə (dublikat) - qiyməti 4 manat - 099 ***-**-** saylı GSM nömrə (dublikat) - qiyməti 4 manat - 077 ***-**-** saylı GSM nömrə (dublikat) - qiyməti 4 manat - 1 ədəd qara rəngli telefon qoruyucu üzlüyü (qobur) - qiyməti 5 manat - 2 ədəd üzərilərində “WD5000AAKS”və “WD5000AAKX” yazıları olan yaddaş bloklarının hər birinin qiyməti - 12 manat - 1 ədəd “Univi” markalı DVR - aydın deyil - 1 ədəd “HiWatch” markalı DVR - qiyməti 60 manat Digər 01 adda “Univi” markalı DVR barədə kifəyət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri və digər texniki göstəriciləri) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Lakin zərərçəkmiş şəxsin qeyd etdiyi məhsulun qiymətinin 700 manat təşkil etdiyi göstərildiyi üçün həmin məhsul üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlə yəni bir ədəd DVR-ın qiyməti 700 manat olaraq hesablanmışdır. (i.v. 107-113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 % məbləğində pul dövlət nəfinə tutulmaqla, qəti olaraq 01 il 27 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v. 105-106, 116-119) Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Samsung Galaxsy S22” markalı mobil telefon, 01 ədəd “Redmi Note” markalı mobil telefon, 01 ədəd qara rəngli telefon qoruyucu üzlük (kabura), 02 ədəd yadda bloku və 01 ədəd “HiWatch” markalı DVD Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. (i.v. 157) 03 may 2024-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işindən X4 barəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 170-171) “sübutların qiymətləndirilməsi haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması qərara alınmış, sonuncunun əməllərində CMnin 180, 181 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxsy S22” markalı mobil telefon, 01 ədəd “Redmi Note” markalı mobil telefon, 01 ədəd qara rəngli telefon qoruyucu üzlük (kabura), 02 ədəd yadda bloku və 01 ədəd “HiWatch” markalı DVD maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmış, hadisə yerindən götürülmüş 01 ədəd qıfıl və 01 ədəd açar maddi sübut kimi tanıaraq saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 160-171) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinə əsasən Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərarı) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini CMnin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən zərərçəkmiş şəxsə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, himayəsində bir azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinməli, ibtidai istintaq zamanı 09 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək, 26 aprel 2024cü il tarixdən 28 aprel 2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, 41-ci məh., yat-5, otaq 89 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində sonuncuya elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün, saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə həmin orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və sonuncunun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar- 01 ədəd “Samsung Galaxsy S22” markalı mobil telefon, 01 ədəd “Redmi Note” markalı mobil telefon, 01 ədəd qara rəngli telefon qoruyucu üzlük (kabura), 02 ədəd yadda bloku və 01 ədəd “HiWatch” markalı DVD-nin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş hadisə yerindən götürülmüş 01 ədəd qıfıl və 01 ədəd açar məhv edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək, 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək Sumqayıt şəhəri, 41-ci məh., yat-5, otaq 89 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar- 01 ədəd “Samsung Galaxsy S22” markalı mobil telefon, 01 ədəd “Redmi Note” markalı mobil telefon, 01 ədəd qara rəngli telefon qoruyucu üzlük (kabura), 02 ədəd yadda bloku və 01 ədəd “HiWatch” markalı DVD-nin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, hadisə yerindən götürülmüş 01 ədəd qıfıl və 01 ədəd açar məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar