Məhkəmə qərarları › İş №1(060)-525/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-525/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-525/2025 03.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Şabran rayon, Gil-Gil çay qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Siyəzən rayon, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd sellofan torbada təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 16.55 radələrində Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xızı rayon, Giləzi qəsəbəsi ərazisində saxlanılaraq videoçəkilişlə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç hissəsində bir ədəd sellofan torbada təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda üzərində “Methadone 40” yazıları qeyd edilmiş blister kəsiyində üzərində F\M40 yazısı həkk olunmuş qəhvəyi rəngli 3 (üç) ədəd bütöv dərman həbinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram, təmiz çəkisi 0,161 qram olan bir ədəd dərman həbi hissəsinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,015 qram, beləliklə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,135 qram təşkil edənn narkotik vasitə metadon həbini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 18.00 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında küçədə saxlanılaraq videoçəkilişlə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində “Methadone 40” yazıları qeyd edilmiş blister kəsiyində üzərində F\M40 yazısı həkk olunmuş qəhvəyi rəngli 3 (üç) ədəd bütöv dərman həbinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram, təmiz çəkisi 0,161 qram olan bir ədəd dərman həbi hissəsinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,015 qram, beləliklə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,135 qram təşkil edən narkotik vasitə metadon həbi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, qeyd edilən hər iki epizod üzrə özünü təqsirli bilir. Belə ki, Xızı rayonunda olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmış, üzərindən təxminən 0,450 qram çəkidə narkotik vasitə aşkar olunmuşdur. Daha sonra onu Xızı Rayon Polis Şöbəsinə aparılmışdır. Bölmədə narkotik vasitəni yoldan tapdığını bildirmişdir. İkinci epizod üzrə Sumqayıt şəhərində Qayalı marketin yaxınlığında polis əməkdaşları saxlanılmışdır. Həmin narkotik vasitəni də küçədən tapmışdır. O, üzərindən aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. O, adətən metamfetamin və marixuana istifadə edir, lakin əldə etdiyi metadon həbini ilk dəfə idi istifadə edəckdi. Narkotik vasitədən vaxtaşırı isitfadə edir. Əməlindən peşmandır. Məhkəmədən ailə vəziyyətini, övladının xəstə olmasını nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Siyəzən rayon, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Uzun müddətdir ki, narkotik vasitədən çəkməklə istifadə edir, metadon həblərini də ağrılarına görə qəbul edir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil, əlilliyi yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində işləri ilə əlaqədar Sitalçay kəndinə getmiş və orada piyada gedərkən yolun kənarında yerdə sellofan torba diqqətini cəlb etmiş. Həmin torbam yerdən götürüb içərisinə baxmış. Torbanın içərisində yaşıl rəngdə nəşə kimi tanıdığı narkotik vasitə olduğunu görmüşdür. Həmin vaxt münasib yer tapıb tapdığı nəşədən az miqdarda götürüb istifadə etmiş. Qalan hissəni də elə torbanın içində əynində olan gödəkçənin sol iç hissəsində gizlətmişdir ki, yaşadığı evə aparsın. Təxminən iki saat sonra Xızı rayon, Giləzi qəsəbə ərazisində piyada yaşadığı evə gedərkən mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlamaqda məqsədlərini, videoçəkilişdən istifadə etməklə üzərində yoxlama aparmalı olduqlarını izah etmişlər.O, etiraz etməmiş. Bundan sonra yoxlama zamanı üzərində olan gödəkçənin sol iç tərəfindən bir ədəd torba aşkar olunaraq götürülmüşdür. Həmin torba polis əməkdaşları tərəfindən açılmış, içərisində spesifik iyə malik qurudulmuş ot kütləsi var idi. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin ot kütləsi nəşə deyilən qurudulmuş marixuanadır, həmin ot kütləsini özü istifadə etmək üçün üstündə saxladığını, narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra həmin torbada olan kütlə polis əməkdaşları tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, sonra isə qablaşdırılaraq möhürlənmişdir. Sonra isə sənədləşdirmə işlərinin davamı üçün polis əməkdaşları onu Xızı rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbəyə gəldikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış kütlə videoçəkiliş altında onu şöbəyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə müstəntiq tərəfindən baxış keçirilmiş, sonra isə yenidən zərf qablaşdırılaraq möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və imzalanmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 18 radələrində tanışı X1 idarə etdiyi Mercedes markalı ** CE *** dövlət qeydiyyat nişanlı maşınla o və digər tanışı X11 ilə bir yerdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında dayanmışlar, birlikdə siqaret almaq üçün Qayalı marketə yaxınlaşmaq istəyəndə bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər, ona özünü təqdim etməyini bildirmişlər. O, da demişdir ki, Təqsirləndirilən şəxsdur. Onun yanında olan tanışları da özlərini polislərə təqdim etmişlər. Sonra polis əməkdaşları onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçiricəklərini bildirmişlər, o, etiraz etməmiş. Sonra havanın küləkli olması səbəbindən polis əməkdaşları ilə bir yerdə yaxınlıqda yerləşən sahə rəisi məntəqəsinə keçmişlər. Üstlərini yoxlamamışdan əvvəl polis əməkdaşları onlara üstlərində qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların olub olmadığını, müsbət halda verilməsini təklif etmişlər. Bu təklifdən sonra o, üzərində psixotrop maddə olan “Metadon” olduğunu bildirmiş, sonra isə o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd psixotrop maddə olan metadona bənzər həbləri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim edilmiş həblər videoçəkiliş vasitəsilə polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra isə elektron tərəzidə çəkilmişdir. Həmin həblərin ümumi çəkisi 2,12 qram gəlmişdir. Bir ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra üzərinə baxış keçirilmiş, üzərindən bir ədəd özünə məxsus olan “Samsung” markalı mobil telefon cihazı aşkar olunaraq götürülmüş, zərfə qoyularaq qablaşdırılmışdır. Sonra isə saxlanılarkən yanında olan tanışı X8 üzərinə də polis əməkdaşları tərəfindən axtarış keçirilmiş, axtarış zamanı hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Digər tanışı X1 üzərinə də polis əməkdaşları tərəfindən axtarış keçirilmiş, axtarış zamanı hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. X1 üzərindən etibarnamə əsasında idarə etdiyi bir ədəd Mercedes markalı ** CE *** d\q\n nəqliyyat vasitəsinin açarı aşkar olunmuş. M.Xanbalayev polis əməkdaşlarına bildirmişdir ki, həmin nəqliyyat vasitəsini yaxınlıqda saxlamışdır. Onların iştirakı ilə polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə video çəkiliş vasitəsilə baxış keçirilmiş. Nəqliyyat vasitəsindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, imzalanmışdır. Daha sonra polis əməkdaşları onları müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PBnə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış həblər videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin həblər onun özünə məxsusdur, həbləri Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra isə yenidən zərf qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və imzalamışlar. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, narkotik vasitə istifadə etdiyini etiraf edir, onun həmin narkotik vasitəni almaqda məqsədi özü istifadə etmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt 2-PB-nin əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxsin üzərindən 04 ədəd metadon həbi aşkar edilmişdir. Daha sonra polis bölməsinə aparılaraq vəkilin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının sonlarında saxlamışlar. Əməliyyat qrupuna Şahid3 rəhbərlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt 2-PB-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında saxlayaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxsin üzərindən 04 ədəd metadon həbi aşkar edilmiş və qablaşdırılmışdır. Həmçinin təqsirləndirilən şəxsin üzərində açar aşkar olunmuş və onun razılığı ilə avtomobilə baxış keçirilmiş, lakin qeyri-qanuni hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, Şahid3 elan edilmiş ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməkdaşı ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18.00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında küçədə X9 və X11 ilə bir yerdə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərlərinə baxış keçirmək istədiklərini bildirmişlər. Əməliyyat tədbiri havanın küləkli olması səbəbindən yaxınlıqda yerləşən sahə rəisi məntəqəsində davam etdirilmişdir. Üstlərini yoxlama və götürmə aparılmasından əvvəl saxlanılan şəxslərə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan “Metadon” olduğunu bildirmş, sonra isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd psixotrop maddə olan metadona bənzər həbləri təqdim etmişdir. Təqdim edilmiş həbləri videoçəkiliş vasitəsilə əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüş, daha sonra isə elektron tərəzidə çəkisi müəyyən edilmişdir. Aşkar olunan həblərin elektron tərəzidə çəkilən zaman ümumi çəkisi 2,12 qram olduğu müəyyən edilmiş və bir ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd özünə məxsus olan “Samsung” markalı mobil telefon cihazı aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd zərfdə qablaşdırılmışdır. Saxlanılan şəxs X8 üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Digər saxlanılan şəxs X1 üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Sonuncunun üzərindən etibarnamə əsasında idarə etdiyi bir ədəd Mercedes markalı ** CE *** d\q\n nəqliyyat vasitəsinin açarı aşkar olundu. M.Xanbalayev həmin nəqliyyat vasitəsini yaxınlıqda saxladığını bildirdi. Nəqliyyat vasitəsinə video çəkiliş vasitəsilə əməliyyat tədbiri iştirakçıları və saxlanılan şəxslərin iştirakı ilə baxış keçirildi. Nəqliyyat vasitəsindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Bu barədə protokol tərtib olundu, iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmiş. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış həblər videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs bidirdi ki, həmin həblər onun özünə məxsusdur, həbləri Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra isə yenidən zərf qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Xızı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 və Şahid6 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar ifadələrində qeyd etmişlər ki, əməliyyat tədbiri iştirakçıları ilə birlikdə keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Xızı rayon Giləzi qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yolda tək piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlamaqda məqsədlərini, videoçəkilişdən istifadə etməklə üzərində yoxlama aparmalı olduqlarını izah etmişlər. O, etiraz etməmiş. Bundan sonra yoxlama zamanı üzərində olan gödəkçənin sol iç tərəfindən bir ədəd torba aşkar olunaraq götürülmüşdür. Həmin torba polis əməkdaşları tərəfindən açılmış, içərisində spesifik iyə malik qurudulmuş ot kütləsi var idi. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin ot kütləsi nəşə deyilən qurudulmuş marixuanadır, həmin ot kütləsini özü istifadə etmək üçün üstündə saxladığını, narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra həmin torbada olan kütlə polis əməkdaşları tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, sonra isə qablaşdırılaraq möhürlənmişdir. Sonra isə sənədləşdirmə işlərinin davamı üçün polis əməkdaşları onu Xızı rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbəyə gəldikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış kütlə videoçəkiliş altında onu şöbəyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə müstəntiq tərəfindən baxış keçirilmiş, sonra isə yenidən zərf qablaşdırılaraq möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı statistik nömrə altında bir icraatda davam etdirilmişdir. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:55 radələrində Xızı rayon, Giləzi qəsəbəsi ərazisində şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında küçədə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-122/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarıtış elan olunaraq həbs qətimkan tədbiri seçilmişdir. - Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış qərarı Sumqayıt ŞPİ-nə daxil olmuşdur. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Qobustan rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 4(026)-6/2025 saylı qərara əsasən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və saxlanılması ƏN Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasma həvalə olunmuşdur. Odur ki, “DİO-da axtarış işinin təşkili və həyata keçirilməsi haqqında” Təlimata əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş axtarış qərarı icra olunmadan geri qaytarıldığı qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılmasına haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 10 mart 2025-ci il tarixdə, saat 16:55 dəqiqədə Xızı rayonu Giləzi qəsəbəsində saxlanıldı. Sonra saxlanılaraq faktiki azadlığı saat 16:55 dəqiqədə məhdudlaşdırılmış Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olundu.Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç hissəsində bir ədəd sellofan torba və bir ədəd alışqan aşkar edilmişdir. Həmin büküm açıldı, bükümün içərisində bitki tərkibli,yaşıl rəngli narkotik vasitə - marixuanaya bənzər kütlə olması müəyyən edildi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin bükümün içərisində olan kütlənin narkotik vasitə marixuana olduğunu, özünə məxsus olduğunu, Xızı rayon Sitalçay kəndi ərazisində yoldan tapdığını,həmin marixuanadan heç bir şəxsə İ satmadığını və ya pay vermədiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - marixuanaya bənzər kütlə tərəziyə qoyularaq çəkildi və çəkisinin 0,445 qram olması müəyyən edildi. Tərəfimdən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdınlmasına başlanıldı. Zərfin açıq yerləri DİN-in “131” nömrəli “Zərflər üçün" möhürü ilə möhürləndi. Qablaşdırılmış predmetin olduğu zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə sözləri yazıldı, iştirakçılar tərəfindən imzalandı. Bir ədəd alışqan Təqsirləndirilən şəxs qaytarıldı. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş predmetlə polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. - “Təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Xızı rayon polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 təqdim etdiyi əşya üzərində baxış aparıldı. Baxışa təqdim edilən ağ rəngli zərfin açıq yerləri DlN-in “131” nömrəli “Zərflər üçün” möhürü ilə möhürlənmiş, zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə - marixuanaya bənzər kütlə" sözləri yazılmışdır. Zərf tərəfimdən açıldı, içərisində sellofan torba vardır. Həmin torba açıldı, torbanın içərisində yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə - marixuanaya bənzər kütlə olması müəyyən edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin kütlənin marixuana olduğunu, Xızı rayon Sitalçay kəndi ərazisndən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunmuş kütlədən əlavə yaşadığı evdə və ya başqa bir yerdə saxlamadığını, satışı ilə məşğul olmadığını bildirdi. Şahid6 təqdim etdiyi narkotik vasitə - marixuanaya bənzər kütlə qablaşdırıldığı zərflə birlikdə tərəfimdən ağ rəngli zərfdə qablaşdırıldı, zərfin açıq yerləri DlN-in “131" nömrəli “Zərflər üçün" möhürü ilə möhürləndi, imzalandı, ekspertiza tədqiqatına göndərilməsi üçün götürüldü. Tərəfimdən əməliyyat müvəkkili Şahid6 təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, Xızı rayon polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6tərəfindən 10 mart 2025-ci il tarixdə saat 16:55 dəqiqədən saat 17:02 dəqiqəyədək olan müddət ərzində Xızı rayonu Giləzl qəsəbəsində Təqsirləndirilən şəxs üzənndə videoçəkiliş tətbiqi ilə yoxlama aparılır. Yoxlama zamanı Xızı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid4 iştirak edir. Yoxlamanın aparılması əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən kamera cihazı vasitəsi ilə qeydə alınır. Saxlanılan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı eynində olan gödəkçənin sol iç hissəsindən bir ədəd sellofan torba və sol cibindən isə bir ədəd alışqan aşkar edildi. Həmin torba açıldı, torbanın içərisində yaşıl rəngli,bitki mənşəli narkotik vasitə - marixuanaya bənzər kütlə olması müəyyən edildi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin kütlənin marixuana olduğunu, tapdığını,şəxsi istifadəsi üçün üzərində saxladığını və özünə məxsu olduğunu bildirir. Daha sonra sıfırianmış elektron tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - marixuanaya bənzər kütlə tərəziyə qoyularaq çəkildi. Şahid6 tərəfindən zərf təqdim olunaraq İ götürülmüş predmetin qablaşdırılmasına başlanıldı. Zərfin açıq yerləri DİN-in “131” nömrəli "Zərflər üçün" möhürü ilə möhürləndi. Qablaşdırılmış predmetin olduğu zərfin üzərinə "Təqsirləndirilən şəxs İ oğlunun üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə sözləri yazıldı, iştirakçılar tərəfindən imzalandı. Bir ədəd alışqan Təqsirləndirilən şəxs qaytarıldı. Bir ədəd DVD diskə xidməti otağımda istifadə etdiyim kompüterdə baxış keçirildikdən sonra materiala əlavə edilməsi təmin edildi. Baxış aparılarkən kamera cihazı vasitəsi ilə aparılmış video çəkiliş bir ədəd diskə köçürülüb protokola əlavə edildi.” Sözləri qeyd edilmişdir. - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18.00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında küçədə X9 və X11 ilə bir yerdə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərlərinə baxış keçirmək istədiklərini bildirmişlər. Əməliyyat tədbiri havanın küləkli olması səbəbindən yaxınlıqda yerləşən sahə rəisi məntəqəsində davam etdirilmişdir. Üstlərini yoxlama və götürmə aparılmasından əvvəl saxlanılan şəxslərə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan “Metadon” olduğunu bildirmş, sonra isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd psixotrop maddə olan metadona bənzər həbləri təqdim etmişdir. Təqdim edilmiş həbləri videoçəkiliş vasitəsilə əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüş, daha sonra isə elektron tərəzidə çəkisi müəyyən edilmişdir. Aşkar olunan həblərin elektron tərəzidə çəkilən zaman ümumi çəkisi 2,12 qram olduğu müəyyən edilmiş və bir ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd özünə məxsus olan “Samsung” markalı mobil telefon cihazı aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd zərfdə qablaşdırılmışdır. Saxlanılan şəxs X8 üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Digər saxlanılan şəxs X1 üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Sonuncunun üzərindən etibarnamə əsasında idarə etdiyi bir ədəd Mercedes markalı ** CE *** d\q\n nəqliyyat vasitəsinin açarı aşkar olundu.M.Xanbalayev həmin nəqliyyat vasitəsini yaxınlıqda saxladığını bildirdi. Nəqliyyat vasitəsinə video çəkiliş vasitəsilə əməliyyat tədbiri iştirakçıları və saxlanılan şəxslərin iştirakı ilə baxış keçirildi. Nəqliyyat vasitəsindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Bu barədə protokol tərtib olundu, iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirmişlər. - “Təqdim olunmuş əşyaların götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmiş. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış həblər videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs bidirdi ki, həmin həblər onun özünə məxsusdur, həbləri Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra isə yenidən zərf qablaşdırılaraq möhürlənmişdir. - İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 18.00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında küçədə X9 və X11 ilə bir yerdə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərlərinə baxış keçirmək istədiklərini bildirmişlər. Əməliyyat tədbiri havanın küləkli olması səbəbindən yaxınlıqda yerləşən sahə rəisi məntəqəsində davam etdirilmişdir. Üstlərini yoxlama və götürmə aparılmasından əvvəl saxlanılan şəxslərə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan “Metadon” olduğunu bildirmş, sonra isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd psixotrop maddə olan metadona bənzər həbləri təqdim etmişdir. Təqdim edilmiş həbləri videoçəkiliş vasitəsilə əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüş, daha sonra isə elektron tərəzidə çəkisi müəyyən edilmişdir. Aşkar olunan həblərin elektron tərəzidə çəkilən zaman ümumi çəkisi 2,12 qram olduğu müəyyən edilmiş və bir ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd özünə məxsus olan “Samsung” markalı mobil telefon cihazı aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd zərfdə qablaşdırılmışdır. Saxlanılan şəxs X8 üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Digər saxlanılan şəxs X1 üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Sonuncunun üzərindən etibarnamə əsasında idarə etdiyi bir ədəd Mercedes markalı ** CE *** d\q\n nəqliyyat vasitəsinin açarı aşkar olundu. M.Xanbalayev həmin nəqliyyat vasitəsini yaxınlıqda saxladığını bildirdi. Nəqliyyat vasitəsinə video çəkiliş vasitəsilə əməliyyat tədbiri iştirakçıları və saxlanılan şəxslərin iştirakı ilə baxış keçirildi. Nəqliyyat vasitəsindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Bu barədə protokol tərtib olundu, iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ- nin 2-ci PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmiş. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış həblər videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs bidirdi ki, həmin həblər onun özünə məxsusdur, həbləri Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra isə yenidən zərf qablaşdırılaraq möhürlənmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2025-ci il tarixli 6/1585 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün Ns 126 dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həblər; 1. “imza” Təqsirləndirilən şəxs; 2. “imza” ə\m Şahid3; 3. “imza” ə\m Şahid1; 4. “imza” b.ə\m Şahid2; 5. “imza” M.Xanbalayev ; 6. “imza” E.Şahbazov” yazıları qeyd edilmiş bir ədəd zərfdəki üzərində “Methadone 40” yazıları qeyd edilmiş blister kəsiyində üzərində F\M 40 yazısı həkk olunmuş qəhvəyi rəngli dərman həblərinin əsas təsiredici maddəsi narkotik vasitə metadondur, 03 (üç) ədəd bütöv dərman həbinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı -0,12 qram, təmiz çəkisi - 0,161 qram olan 01 (bir) ədəd dərman həbi hissəsinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı -0,015 qram, beləliklə metadonun təsiredici maddəsinin ümumi miqdarı -0,135 qram təşkil edir (Üzərində qeyd edilmiş göstəriciyə əsasən 01 (bir) ədəd həbdə 0,04 qram metadon olmaqla). - Məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2025-ci il tarixli 7/424 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki digər kağız paketin içərisində 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi -455 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - xx.xx.2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Samsung markalı mobil telefonda olan ***-***-**-** nömrəyə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Samsung markalı mobil telefon və üzərində olan mobil nömrə Təqsirləndirilən şəxs qaytarılmışdır. - xx.xx.2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 455 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tətqiqatından sonra qalmış 454.8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Xızı RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli əşyaların maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bütöv, 01 ədəd yarım həb maddi sübut hesab edilmiş saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 234.2, 66.3-cü maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015- ci ildə Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 01 il 06 ay azadlıqdan məhrum etmə ilə əvəz edilib. xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilib. Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 180.2.1, 69.3-cü maddələri ilə 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə AR MM-nin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilib. Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 317-2.1, 180.2.1, 66.5, 69.3-cü maddələri ilə 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü ildə Salyan rayon məhkəməsinin qərarı ilə 01 ay 22 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılıb. - Siyəzən Rayon Məhkəməsinin 1(059)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surəti iş materiallarına əlavə edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 1682 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu ( narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Nsrkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış, 454.8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Xızı RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmiş və 02 ədəd dərman həbi saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc yerinə təhvil verilmiş, əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanması, şəxsi axtarış keçirilməsi və təqdim edilən əşyaların götürülməsi haqqında istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 03 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq mateiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilmiş və onun əməlində cinayətin residivinin olması nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan quruduluş marixuanın xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan quruduluş marixuanın xeyli miqdarda olmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan metadon xeyli miqdarı təmiz halda 0,02 qramdan artıq olması, külli miqdarı isə 0,16 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan metadon xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), cinayətin təkrar törədilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü ildə Salyan rayon məhkəməsinin qərarı ilə 01 ay 22 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılıb. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 16.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini və təkrarlığı müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxsin psixotrop maddələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə bir neçə dəfə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, sonuncu dəfə Siyəzən rayon Məhkəməsinin hökmü ilə ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və həmin iş üzrə məhkumluğunun ödənilməməsini nəzərə alaraq, təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,083 qram (iki ədəd həb) narkotik vasitə matadon və 454.8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan üç ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Respublika Narkoloji Mərkəzdə (F11x2) diaqnozu ilə dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır . İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89,00 (səksən doqquz) və 78,00 (yetmiş səkkiz) manat olmaqla, ümumillikdə 167,00 (yüz altmış yeddi) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-525/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1106 saylı orderə əsasən vəkil X4 onun vəkili təyin etmişdir. Müdafiəçi X10 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ümumillikdə 01 (bir) saat vaxt sərf etmişdir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına yeni müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-525/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1557 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə ayrı-ayrılıqda müdafiəçi X5 cəmi 11 (on bir) manat, Müdafiəçi görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdən 12 mart 2025-ci il tarixədək, 28 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsə alınması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Respublika Narkoloji Mərkəzdə (F11x2) diaqnozu ilə dispanserdə qeydiyyatda olması nəzərə alınsın Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,083 qram (iki ədəd həb) narkotik vasitə matadon və 454.8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89,00 (səksən doqquz) və 78,00 (yetmiş səkkiz) manat olmaqla, ümumillikdə 167,00 (yüz altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi ümumillikdə 01 (bir) saat hüquqi yardıma görə 11 (on bir) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar