Məhkəmə qərarları › İş №1(060)-526/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-526/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-526/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs dəmir yol xətlərinə münasibətdə oğlurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev çeşidləmə dəmir yolu stansiyasının göndərmə parkının "xxxx" giriş siqnalından 128 manat dəyərində ADY QSC-nin 1 nömrəli işarəvermə və rabitə sahəsinə məxsus 10 metr uzunluğunda olan 42x1 tipli (SBPU) naqili yerindən söküb apararkən, Baş Sumqayıt st. XPB-nin polis nəfəri, polis baş serjantı Şahid1 tərəfindən aşkar edilərək həmin qanunsuz hərəkət dayandırıldığından o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bununla da dəmir yol xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsini dolandırmaq üçün yaşadığı ərazidə yaşayan sakinlərin mal-qarasını müxtəlif yerlərdə, həmçinin də H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində otarmaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhərində yerləşən "xxxx" QSC-nin H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisində olarkən o, orada kabel xətlərini görmüş, həmin vaxt kabelləri gizlin sökməklə aparıb kabelləri yandırmaq və mis hissələrini metal qəbulu məntəqələrindən birinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, əvvəl ətrafa baxmış, hər hansı bir şəxsin olmamasından əmin olmuş, dəmir yolu xətlərinə aid olan kabeli yerindən sökərək təxminən 10 metr hissəsini götürmüş, sonra olduğu yerdən bir qədər aralanıb stansiya ərazisində kabeli yandırmaq üçün yer axtarmışdır. Həmin vaxt stansiya ərazisi ilə hərəkət edərkən onu bir nəfər şəxs çağırmış, o, baxdıqda polis əməkdaşının olmasını görmüş, bu vaxt o, yerində duraraq özünü itirmiş, əlində olan kabellə heç bir hərəkət etmədən yerində durmuşdur. Polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş, kabelin onda hardan olduğunu soruşmuş və onu Baş Sumqayıt st.XPB-nə dəvət etmişdir. O da etiraz etmədən polis əməkdaşı ilə birlikdə bölməyə gedərək hər şeyi olduğu kimi etiraf etmişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlakın Azərbaycan Dəmir Yolları QSC-nə qaytarıldığını, təqsirləndirilən şəxsə qarşı heç bir iddalarının, tələblərinin və şikayətlərinin olmadığını, cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını və işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsinddə göstərmişdir ki, o, Azərbaycan Dəmir Yolları QSC-nin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsində böyük elektromexanik vəzifəsində işləyir. Azərbaycan Dəmir Yolları QSC-nin İfrastruktur Departamentinin verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərər çəkmiş şəxsin, yəni Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. O, Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev çeşidləmə stansiyasının göndərmə parkının "xxxx" giriş siqnalından işlək vəziyyətdə olan 10 metr uzunluğunda SBPU 42x1 markalı kabelin oğurlanmasına cəhd edilməsi nəticəsində maddi ziyanın ümumilikdə 128 manat dəyərində hesablanması ilə tanış olduğunu və həmin dəyərdə olan kabelin qaytarılmasını tələb etməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-də PPXM-nm polis nəfəri, polis baş serjantı vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə o, H.Z.Tağıyev çeşidləmə stansiyasında cədvəl üzrə növbədə olmuşdur. Həmin tarixdə H.Z.Tağıyev çeşidləmə stansiyasının "xxxx" giriş siqnalında saat 13 radələrində kabel oğurlanması barədə Baş Sumqayıt st. XPB-nə məlumat daxil olmuş, həmin məlumat əsasında o, qeyd olunan əraziyə getmiş, əraziyə baxmış, bir nəfər şəxsin ətrafa narahat halda baxaraq əlində kabel ilə getdiyini görmüş, dərhal həmin şəxsə yaxınlaşmış, ona dayanmasını demiş və əlində olan kabelin hardan onda olduğunu soruşmuşdur. Həmin şəxs özünü itirmiş, buna görə də o, həmin şəxsin kabeli oğurlamasından şübhələnmiş, bu səbəbdəndə Baş Sumqayıt st. XPB-nə kabel ilə birlikdə gəlməsini xahiş etmişdir. O da etiraz etmədən onunla birlikdə bölməyə gəlmiş, bölmədə həmin şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olması məlum olmuş və həmin şəxs kabeli sökdüyünü, kabeli oğurlayıb mis hissəsini metal qəbulu məntəqələrindən birinə təhvil vermək istədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/281 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında istifadəyə yararlı olan 10 metr 42x1 tipli (SBPU) naqilin 2022-ci iln yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 128,00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi hüquqi şəxsə vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini və əməlindən peşiman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, 10 metr uzunluğunda 42x1 tipli (SBPU) naqilin Azərbaycan Dəmir Yolları QSC-nə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli (iş № 1(060)-526/2022) qərarını icra edərək, 02 iyun 2022-ci il tarixli 841/2022 saylı orderinə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, 10 metr uzunluğunda 42x1 tipli (SBPU) naqilin Azərbaycan Dəmir Yolları QSC-nə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar