Məhkəmə qərarları › İş №1(060)-526/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-526/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-526/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxsin müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Şahvəlli Ə/D, Niyazqululuar kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, St.Sumqayıt, Qaçqınlar şəhərciyi, ev 8,mənzil 21-də yaşayan, barəsində “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi-6,678 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 16 iyun 2025-ci il tarixdə saat 20:57-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı orta məktəbin yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi - 6,678 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə əldə etmək üçün M-10 hesabı ilə İran İslam Respublikası vətəndaşına pul göndərmiş, sonuncu isə ona narkotik vasitəni götürəcəyi ərazinin konumunu göndərmişdir. O, narkotik vasitəni götürdükdən sonra saxlanılmışdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən “nəşə” yəni marixuana götürmüşdür. X12 Respublikası vətəndaşının nömrəsini ona Əli adlı tanışı vermişdir. Narkotik vasitəni 40 manat müqavilində əldə etmişdir. Ümumiyyətlə narkotik vasitədən təxminən 5-6 aydır istifadə edir, saxlanıldıqdan sonra isə istifadə etmir. Hazırda əməlindən peşmandır. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, təxminən 3-4 aydır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 16 iyun 2025-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman orada təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 40 manata 1 ədəd kağız bükümdə qurudulmuş marixuana almışdır. Həmin qurudulmuş marixuananı əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər. Belə ki, həmin gün saat 20:57 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 7 saylı orta məktəbin yaxınlığında piyada gedən zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamışlar və videoçəkilişlə özlərini təqdim edib Sumqayıt polis idarəsinin 1-ci polis bölməsinin polis işçiləri olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərimdə gəzdirməkdə şübhəli olduğumu bildirib onun hüquq və vəzifələrini, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstümün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra üstünün yoxlanılması zamanı üzərindən aşkar olunmuş alışqan və qulaqcıq özünə qaytarılmış, başqa heç bir şey aşkar olunmamışdır. Təqdim etdiyi həmin büküm elektron tərəziyə qoyulub çəkilmiş və olduğu kağız bükümlə birlikdə çəkisi 11,67 qram olmuş, həmin büküm zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra 1-ci polis bölməsinə gəlmişlər, saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra bölmədə xidməti otaqda təhqiqatçıya təqdim olunmuş, ona hüquq və vəzifələri izah olunaraq, qanuni nümayəndəsi, yəni anası X7ma məlumat verilərək bölməyə dəvət olunmuş, daha sonra müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X5 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmadığı soruşulanda o, qanunsuz heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçıya təqdim olunmuş möhürlənmiş vəziyyətdə olan içərisində biraz əvvəl saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunmuş 1 bükümdə qurudulmuş marixuana olan zərf təhqiqatçıya təqdim olunmuş və verilən suallara cavab olaraq həmin zərfə üzərindən aşkar olunmuş 1 bükümdə qurudulmuş marixuana qoyularaq qablaşdırıldığını təsdiq etmişdir. Üzərindən aşkar olunmuş qurudulmuş marixuananın ekspertizaya göndəriləcəyi izah olunmuşdur. Sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuana özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Qurudulmuş marixuananı aldığı şəxsi tanımır, görkəmi yadında qalmamışdır. Heç kimə narkotik maddə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Şahid3, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 16 iyun 2025-ci il tarixdə, saat 20:57-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı orta məktəbin yaxınlığında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitə aşkar edilmiş və bundan sonra bölməyə gətirilmişdir. Bölmədə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və sənədləşmə işləri aparılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadələrindən görünür ki, icraatlarına Sumqayıt şəhəri, Stansiya Sumqayıt. Qaçqınlar şəhərciyi, ev 8, mənzil 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Məhəmməd Məmməbəyli də daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 16 iyun 2025-ci il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 20:57-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı orta məktəbin yaxınlığında piyada getməsini görmüşlər və aparılan videoçəkilişlə yaxınlaşıb оглярини təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya prcdmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxardıb həmin bükümün içərisində qurudulmuş marixuana, həmin maddəni tutulmazdan əvvəl Corat qəsəbəsində tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümün içərisinə baxılanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəziyə qoyulub çəkilmiş və olduğu bükülü ilə birlikdə çəkisi 11,67 qram olmuş, həmin büküm zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar olunmuş alışqan və qulaqcıq özünə qaytarılmış, başqa bir şey aşkar olunmamışdır. Bu barədə həmin yerdə protokol tərtib etməyə şərait olmadığından birlikdə bölməyə gəlmişlər, bölmədə Təqsirləndirilən şəxs saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuş, bundan sonra raportla bölmə rəisinə məruzə olunaraq araşdırmanın davam etdirilməsi üçün material zərflə və Təqsirləndirilən şəxsla birlikdə bölmənin təhqiqatçısı, polis kapitanı Şəhriyar Kərimliyə təqdim olunmuşdur. Bundan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi, anası Təranə Məmmədova bölməyə dəvət olunmuş, sonra hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə X5 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə biraz əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunmuş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 1 bükümdə qurudulmuş marixuana olduğunu təsdiqləmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 elan edilmiş ifadələrindən görünür ki, icraatlarına Sumqayıt şəhəri, Stansiya Sumqayıt. Qaçqınlar şəhərciyi, ev 8, mənzil 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Məhəmməd Məmməbəyli də daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 16 iyun 2025-ci il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 20:57-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı orta məktəbin yaxınlığında piyada getməsini görmüşlər və aparılan videoçəkilişlə yaxınlaşıb оглярини təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya prcdmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxardıb həmin bükümün içərisində qurudulmuş marixuana, həmin maddəni tutulmazdan əvvəl Corat qəsəbəsində tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümün içərisinə baxılanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəziyə qoyulub çəkilmiş və olduğu bükülü ilə birlikdə çəkisi 11,67 qram olmuş, həmin büküm zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar olunmuş alışqan və qulaqcıq özünə qaytarılmış, başqa bir şey aşkar olunmamışdır. Bu barədə həmin yerdə protokol tərtib etməyə şərait olmadığından birlikdə bölməyə gəlmişlər, bölmədə Təqsirləndirilən şəxs saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuş, bundan sonra raportla bölmə rəisinə məruzə olunaraq araşdırmanın davam etdirilməsi üçün material zərflə və Təqsirləndirilən şəxsla birlikdə bölmənin təhqiqatçısı,polis kapitanı Şəhriyar Kərimliyə təqdim olunmuşdur. Bundan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi, anası Təranə Məmmədova bölməyə dəvət olunmuş, sonra hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə X5 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə biraz əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunmuş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 1 bükümdə qurudulmuş marixuana olduğunu təsdiqləmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 16 iyun 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı orta məktəbin yaxınlığında küçədə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirildiyi və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxardıb həmin bükümün içərisində qurudulmuş marixuana, həmin maddəni tutulmazdan əvvəl Corat qəsəbəsində tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirdiyi, həmin bükümün içərisinə baxılanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunduğu, həmin büküm elektron tərəziyə qoyulub çəkildiyi və olduğu bükülü ilə birlikdə çəkisi 11,67 qram olduğu, həmin büküm zərfə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı, bundan başqa Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar olunmuş alışqan və qulaqcıq özünə qaytarıldığı, başqa bir şey aşkar olunmadığı müəyyən olunmuşdur. - xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, X6 xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı orta məktəbin yaxınlığında küçədə xx.xx.2025-ci il tarixdə saat 20:57-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 17:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ” protokoldan görünür ki, 16 iyun 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqda təhqiqatçı, polis kapitanı Şəhriyar Kərimli tərəfindən Sumqayıt ŞPİ-nin 1- ci PB-nin əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt 1 Saylı Vəkil bürosunun vəkili X11 iştirakları ilə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunduğu, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 1 bükümdə qurudulmuş marixuana olduğunu təsdiqlədiyi müəyyən olunmuşdur. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/496 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN «Arayışlar üçün №125» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tünd yaşıl rəngli kütlə; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ F.Əliyev; 3) /imza/ Şahid1; 4) /imza/ Şahid3; Təhqiqatçı /imza/ Şəhriyar Kərimli» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 6,678 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra 6,658 qram qurudulmuş marixuana qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, təmiz çəkisi 6,678 qram olan narkotik vasitə qurudulmuş marixuanadən tədqiqata ümumi 0,02 qram sərf edildikdən sonra qalıq 6,658 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı həmin diskə daxil olduqda qovluqda olan videogörüntüdə 16 may 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı orta məktəbin yaxınlığında küçədə Təqsirləndirilən şəxs Sumqayıt ŞPl-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirildiyi və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxardıb həmin bükümün içərisində qurudulmuş marixuana, həmin maddəni tutulmazdan əvvəl Corat qəsəbəsində tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirdiyi, həmin bükümün içərisinə baxılanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunduğu, həmin büküm elektron tərəziyə qoyulub çəkildiyi və olduğu bükülü ilə birlikdə çəkisi 11,67 qram olduğu, həmin büküm zərfə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı, bundan başqa Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar olunmuş alışqan və qulaqcıq özünə qaytarıldığı, başqa bir şey aşkar olunmadığı müəyyən olundu. Diskə baxış keçirilmə ilə əlaqədar tərəfimdən protokol tərtib olundu, baxış keçirildikdən sonra disk kağız zərfə qoyulub cinayət işində saxlanıldı. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı həmin diskə daxil olduqda qovluqda olan videogörüntüdə 16 iyun 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqda təhqiqatçı, polis kapitanı Şəhriyar Kərimli tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının,Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt 1 Saylı Vəkil bürosunun vəkili X11 iştirakları ilə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunduğu, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 1 bükümdə qurudulmuş marixuana olduğunu təsdiqlədiyi müəyyən olundu. Diskə baxış keçirilmə ilə əlaqədar tərəfimdən protokol tərtib olundu, baxış keçirildikdən sonra disk kağız zərfə qoyulub cinayət işində saxlanıldı. - Məhkəmə-narkoloji ekspertizasının 3636 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qevdiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqbinin başlanılması rədd edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünün yoxlanılması, təqdim deilmiş əşyaya və götürməni özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,678 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınması, təmiz çəkisi 0,02 qram olan narkotik vasitə qurudulmuş marixuanadən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 6,658 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuanain xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin – qurudulmuş marixuana xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs hüquqlarının qorunmasına, istər istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 429-434-cü maddələrinin tələblərinin təmin olunmasına xüsusi diqqət yetirmiş, icraatın aparılmasına xüsusi həssaslıqla yanaşmışdır. İstintaq zamanı və məhkəmə baxışında həmin maddələrdə və Azərbaycan Respublikası CPM-nin 435-ci maddəsində nəzərdə tutulan prosessual qaydalara və tələblərə əməl edilməklə icraat aparılmışdır. Cəza təyini və cəza növünün seçilməsi zamanı da göstərilən normalarla bərabər Azərbaycan Respublikası CM-nin 84-86-cı maddələrinin tələbləri hüdudlarında işin halları, yetkinlik yaşına çatmayanın şəxsiyyəti və digər hallar qiymətləndirilərək Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin: - 59.1.2 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınsın. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan dövrdə ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hazırda islah yolunda olmasını və cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələblərinə uyğun həddə təyin edilməsi daha məqsədəuyğundur. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. AR CM-nin 85.4-1.-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 6,658 qram çəkidə narkotik vasitə “qurudulmuş marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-526/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1105/2025 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 (yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 77 (yetmiş yeddi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 6,658 qram çəkidə narkotik vasitə “qurudulmuş marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar