Məhkəmə qərarları › İş №1(060)-527/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-527/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-527/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 10.07.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuş, 29.11.2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında istintaqa dəqiq məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərin içərisindən hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,211 qram, ümumi təmiz çəkisi 0,324 qram çəkidə qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 24.04.2021-ci il tarixdə, saat 18:10 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 2-ci PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərin içərisindən hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,211 qram, ümumi təmiz çəkisi 0,324 qram çəkidə qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 243, 234.1 və 237.1-ci maddələri ilə məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 23.04.2021-ci il tarixdə, təxminən saat 10:30 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manata 2 büküm gümüşü rəngli bükümdə narkotik vasitə hesab edilən heroin almışdır. Həmin heroini əynindəki boz rəngli şalvarın sağ ya cibinə qoymuşdur. 24 aprel 2021-ci il tarixdə günün ikinci yarsında evin yaxınlığında yerləşən dükana gedən zaman mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onlarda olan məlumata əsasən narkotik vasitələrin istifadəsində və gəzdirilməsində şübhəli olduğunu bildirmiş və onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqların birində polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələrinin izahı barədə bildiriş təqdim edilmiş, hüquqları ilə tanış olduqdan sonra polis əməkdaşları Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vüsal Məmmədovun iştirakı ilə üzərinə şəxsi axtarış aparacaqlarını bildirmiş, üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub olmadığını, varsa könüllü təqdim etməyini bildirən zaman o, əynində olan boz rəngli şalvarın sağ yan cibində gizlətdiyi 2 ədəd gümüşü rəngli siqaret kağızına bülülmüş formada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin kütlələrin nə olduğu soruşulduqda o, 2 ədəd bükümlərin içərisində narkotik vasitə hesab olunan heroin olduğunu və həmin narkotik vasitə olan heroini 23.04.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən hər bükümünü 10 manat olmaqla ümumilikdə 20 manat pula şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Üzərindən aşkar olunan 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə hesab olunan heroini 23.04.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən hər bükümünü 10 manata ümumilikdə 20 manat pula şəxsi istifadəsi üçün almış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, təzyiq göstərilməmiş, Sumqayıt ŞPİ-nin 2-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları saxladıqları zaman üzərinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 24.04.2021-ci il tarixdə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Ü.Hacıbəyov küçəsi, ev 62-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirilməsində şübhəli bilinməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuş və bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektorkriminalisti, polis mayoru X2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 24.04.2021-ci il tarixdə, saat 18:10-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində piyada hərəkət edən zaman saxlamış, özlərini təqdim edərək narkotik vasitələrin istifadəsi və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmiş, Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nə dəvət etmiş və Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nə gəlmişdir. Bölmədə həmin şəxsə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Raminə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmiş və üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. X3 tərəfindən aparılırmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd gümüşü rəngli bükümdə olan, spesifik iyə malik boz rəngli, toz şəkilli kütlələri təqdim etmişdir. Həmin kütlələrin içərisinə baxarkən spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunan maddənin nə olduğunu və haradan əldə etdiyi soruşulduqda verilən suallara cavab olaraq, qəhvəyi rəngli spesifik iyə malik maddələrin narkotik vasitə olan “heroin” olduğunu, həmin maddələri 24.04.2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərinə tərəflərindən baxış keçirilmiş və bu zaman boz rəngli şalvarının sol yan cibindən 1 qutu “Arqo” markalı siqaret, 1 ədəd qara rəngli tibbi maska, 1ədəd qol saatı, 1 ədəd göy rəngli cib dəsmalı, sağ yan cibindən isə 1 ədəd 5 manatlıq əskinaz, 5 ədəd 1 manatlıq əskinaz, 1 ədəd 10 qəpik aşkar edilmişdir. Aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılmış, Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o, da digər iştirakçılar kimi həmin protokolu öz imzası ilə imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin maddələri Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şahid Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 24 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25.04.2021-ci il tarixli, 6/1631 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 126” dairəvi möhür əksi olan, soyad və imza qeyd edilmiş zərfdə olan 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,113 qram, 0,211 qram ümumi təmiz çəkisi 0,324 qram qəhvəyi rəngli maddə xarici görünüşünə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (heroinin ümumi təmiz çəkisi-0,324 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-0,224 qramdır). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ)daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 17.06.2021-ci il tarixli, 1945 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 10.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 27.09.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuş, 29.11.2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş vəgötürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 24.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 24 aprel 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 23.07.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti onun məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 29.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 24 aprel 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,224 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli (iş № 1(060)-527/2021) qərarını icra edərək, 17 iyul 2021-ci il tarixli 803/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,224 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manatTəqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar