Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-527/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, X9 və Zərərçəkmiş şəxs7 nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, X26, 2-ci Mikrorayon, ev 21, mənzil 76 ünvanında qeydiyyatda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 hal-hazırda internet üzərindən alqı-satqı ilə məşğul olduğunu bildirərək ona 200 manat göndərəcəyi təqdirdə 890 manat qazanacağı barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2023-cü il tarixdə saat 18:27-də yaşadığı ünvan 2 ünvanından özünə məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6401-1533 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098- 5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 200 manat, həmçinin əmisinin işlədiyi Daşkəsən rayonunda yerləşən qızıl mədənində onu işə düzəldəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2023-cü il tarixdə saat 22:53-də yaşadığı ünvan 2 ünvanından özünə məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844- 6401-1533 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 300 manat, xx.xx.2023cü il tarixdə, saat 10-33-də yaşadığı ünvan 2 ünvanından özünə məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6401-1533 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 13-47-də yaşadığı ünvan 2 ünvanından özünə məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6401-1533 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270- 0897 nömrəli kart hesabına göndərdiyi 150 manat, xx.xx.2023-cü il tarixdə, saat 14-03-də yaşadığı ünvan 2 ünvanından özünə məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844- 6401-1533 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə, saat 18-39-da yaşadığı ünvan 2 ünvanından özünə məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6401-1533 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 30 manat, xx.xx.2023-cü il tarixdə, saat 11-56-da yaşadığı ünvan 2 ünvanından özünə məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6401-1533 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 750 manat, xx.xx.2023-cü il tarixdə, saat 17-05-də yaşadığı ünvan 2 ünvanından özünə məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6401-1533 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098- 5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 41 manat, pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə 1571 (min beş yüz yetmiş bir) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü təhsil sektorunda çalışan bir şəxs kimi təqdim edərək ona həyat yoldaşı X4 X14 işə düzəlməyə köməlik edəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2024-ci il tarixdə saat 11:53-də yaşadığı ünvan 3 ünvanından özünə məxsus “Kapital Bank” tərəfindən verilmiş 416973******7881 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844- 6270-0897 nömrəli kart hesabına göndərdiyi 3000 manat, xx.xx.2024-ci il tarixdə saat 21:18-də həmin vaxt olduğu Şəki şəhərində yerləşən restorandan özünə məxsus “Kapital Bank” tərəfindən verilmiş 416973******7881 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 1000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Mənzil İnşaatı Dövlət Agentliyi layihəsi əsasında Bakı şəhəri, Yasamal Rayonunun inzabati ərazisində yerləşən Yasamal Yaşayış Kompleksində tikilən evlərdən güzəştli şərtlərlə mənzil və sosial müavinət almasına köməklik edəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2024-ci il tarixdə saat 10:04-də yaşadığı Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanından özünə məxsus “Kapital Bank” tərəfindən verilmiş 416973******0498 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844- 6270-0897 nömrəli kart hesabına göndərdiyi 300 manat, xx.xx.2024-ci il tarixdə saat 10:04-də yaşadığı Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanından özünə məxsus “Kapital Bank” tərəfindən verilmiş 416973******0498 nömrəli kart hesabından 1.Bağırova məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 200 manat, xx.xx.2024-cü il tarixdə, saat 20-15-də Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən “Al Market” mağazasının içərisində quraşdırılmış onlayn ödəniş terminal vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844- 6270-0897 nömrəli kart hesabına göndərdiyi 200 manat, xx.xx.2024-cü il tarixdə, saat 12- 01-də ünvan 6 ünvanında quraşdırılmış onlayn ödəniş terminal vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 200 manat, xx.xx.2024-cü il tarixdə, saat 13-09-da ünvan 7 ünvanında yerləşən “Oba market” mağazasında quraşdırılmış onlayn ödəniş terminal vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 800 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən “Asan Xidmət” mərkəzində quraşdırılmış onlayn ödəniş terminal vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 1500 manat və istintaqa məlum olmayan vaxtda və yerdən onlayn terminal vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 500 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə 3700 (üç min yeddi yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşı kimi təqdim edib 6000 (altı min) manat pul müqabilində işlədiyi agentliyin layihəsi əsasında Bakı şəhəri, Yasamal Rayonunun inzabati ərazisində yerləşən Yasamal Yaşayış Kompleksində tikilən evlərdən güzəştli şərtlərlə 2 otaqlı mənzil almasına köməlik edəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 09 iyul 2024-ci il tarixdə saat 13:48-də ünvan 9 ünvanda yerləşən Rabitə bankın Yasamal fililanın içərisində quraşdırılmış onlayn ödəniş terminal vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 4500 manat pulu və həmin gün, qeyd olunan ünvanda saat 13:50-də Zərərçəkmiş şəxs6 özünə məxsus UNİ Bank tərəfindən verilmiş taksit kakrtmdan ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844- 6270-0897 nömrəli kart hesabına göndərdiyi 1500 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə xeyli miqdarda 6000 (altı min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşı kimi təqdim edib 4000 (altı min) manat pul müqabilində işlədiyi agentliyin layihəsi əsasında Bakı şəhəri, Yasamal Rayonunun inzabati ərazisində yerləşən Yasamal Yaşayış Kompleksində tikilən evlərdən güzəştli şərtlərlə 3 otaqlı mənzil almasına köməlik edəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 01 avqust 2024-ci il tarixdə saat 13:58-də yaşadığı ünvan 11 ünvanda özünün bank kartından ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 3000 manat pulu və 02 avqust 2024-ci il tarixdə saat 12:08-də yaşadığı ünvan 11 ünvanda özünün bank kartından ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 1000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşı kimi təqdim edib 5100 (beş min bir yüz) manat pul müqabilində oğlu Şahid2 işlədiyi agentliyin layihəsi əsasında Bakı şəhəri, Yasamal Rayonunun inzabati ərazisində yerləşən Yasamal Yaşayış Kompleksində tikilən evlərdən güzəştli şərtlərlə 2 otaqlı mənzil almasına köməklik edəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən UNİ Bankın Şəki filialında onun adma göndərdiyi 5000 manat pulu və 17 avqust 2024-ci il tarixdə saat 14:31-də Şəki rayonu, Baş Göynük kəndində yerləşən «Əyyub» marketdə quraşdırılmış onlayn ödəniş terminal vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844- 6270-0897 nömrəli kart hesabına göndərdiyi 100 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə xeyli miqdarda yəni 5100 (beş min bir yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə X17ma, özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşı kimi təqdim edib 4600 (dörd min altı yüz) manat pul müqabilində ona işlədəyi agentliyin layihəsi əsasında Sumqayıt şəhəri inzabati ərazisində yerləşən Sumqayıt Yaşayış Kompleksində tikilən evlərdən güzəştli şərtlərlə 2 otaqlı mənzil almasına köməlik edəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb xx.xx.2024-cü il tarixdə saat 09:46-da Sumqayıt şəhəri, H.Əliyev prospekti məhəllə 16 ünvanda yerləşən «Fəxri» marketdə quraşdırılmış onlayn ödəniş terminalı vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098- 5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 4000 manat pulunu, xx.xx.2024cü il tarixdə saat 21:15-də Sumqayıt şəhəri, H.Əliyev prospekti məhəllə 19 ünvanda yerləşən «Fəxri» aptekdə qoyulmuş onlayn ödəniş terminalı vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098-5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 500 manat pulunu və xx.xx.2024-cü il tarixdə saat 20:42-də Sumqayıt şəhəri, H.Əliyev prospekti məhəllə 19 ünvanda yerləşən «Fəxri» aptekdə qoyulmuş onlayn ödəniş terminalı vasitəsi ilə ona məxsus UNİ Bank tərəfindən verilmiş 4098- 5844-6270-0897 nömrəli kart hesabına göndərdiyi 100 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs X15ma vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə 4600 (dörd min altı yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq müddətində verdiyi ifadəni təsdiq edir. İttihamda göstərilən əməlləri, yəni zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlini törətmişdir. Lakin, hazırda əməlindən peşmandır. Həmçinin bildirmişdir ki, atası 2-ci qrup Qarabağ əlilidir. Özü də 2 dəfə müharibədə iştirak edib. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadə elan edilməklə tədqiq edildi. O ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 10 ildən artıqdır ki tanıyır, belə ki, Rəşad hərbiçi olmuş və hərbi xidmətdə olarkən Rəşad onun tağım komandiri olmuşdur. Xidməti başa vurduqdan sonra da bəzən Rəşadla sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlamış, təxminən 2023-cü ilin ilin yay aylarında instagram səhifəsində Rəşadın səhifəsinə girib ona "messenger" vasitəsi ilə mesaj yazmış, Rəşad kim olduğunu soruşduqda ona özünü xatırlatmış və daha sonra "Whatsapp" adlı mesajlaşma tətbiqində onunla söhbət etməyə başlamışdır. Rəşad ona artıq kapitan rütbəsində xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsindən təqaüdə buraxıldığını, təqaüdü ilə ailəsini dolandıra bilmədiyi üçün Naftalan şəhər ərazisində taksi fəaliyyəti ilə də məşğul olduğunu, hal-hazırda normal maaşlı iş axtardığını bildirdikdə pula ehtiyacı olduğundan onu aldadaraq hansısa məbləğdə pul əldə etmək qərarına gəlmiş və bu səbəbdən ona yalandan qohumunun Daşkəsən rayonunda yerləşən "qızıl mədəni"ndə işlədiyini və hal-hazırda orada işə qəbul prosesi getdiyini bildirmişdir. Rəşad ona orada işləmək istədiyini bildirdikdə ona bu işdə köməklik edəcəyini, o işə qəbul olunana kimi isə ona internet üzərindən alqı-satqı işi ilə məşğul olduğunu bildirərək, 200 (iki yüz) manat ona göndərəcəyi təqdirdə 890 manat qazanmaq vədini vermişdir. Rəşad inanaraq, 30 iyun 2023-cü il tarixdə ona təqdim etdiyi özünə məxsus "xxxx" ASC-уэ məxsus olan 4098-5844- 6270-0897 saylı bank kartına 200 manat pul köçürmüş, həmin pulu qəbul edərək şəxsi işlərinə xərcləmişdir. Həmin vaxtdan sonra Rəşadı guya əmisinin işlədiyi Daşkəsən rayonunda yerləşən "Qızıl Mədəni"ndə işə düzəltmək üçün müxtəlif şəxslərə “Şirinlik” vermək adı ilə 02 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək olan müddətdə ayrı-ayrı tarixlərdə hissələrlə cəmi 1371 (bi min üç yüz yetmiş bir) manat pul vəsatini da özünə məxsus bank kartına köçürtdürməklə Rəşaddan almış və həmin pulları da şəxsi ehtiyaclarıma xərcləmişdir. Rəşad sonradan onu aldadıb pullarını ələ keçirdiyini başa dşüb ondan pulunu tələb etsə də Rəşada müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmişdir. Təxminən 2024-cü ilin mart ayının əvvəllərində Youtube platformasında təhsil sahəsində vətəndaşların işə qəbul olunmasına köməklik edə biləcəyi barədə elan yerləşdirərək özünə məxsus mobil telefon nömrəsini də həmin elanda qeyd etmiş, həmin vaxtlar onunla Qax şəhər sakini Elnar adlı şəxs telefon vasitəsi ilə əlaqə saxlayaraq həyat yoldaşı X2 ibtidai sinif müəllimi olaraq orta-ixtisas təhsilli olmasını, 2024-cü ilin fevral-mart ayında işlədiyi Qax şəhəri, 4 saylı uşaq bağçasında əvəzçi olduğu üçün ixtisara düşməsi və işsiz qalması, bu səbəbdən ona Qax rayonu ərazisində təhsil sahəsində iş axtardığını bildirdikdə ona özünün təhsil sektorunda işlədiyini, vaxtı ilə ehtiyatda olan zabit olduğunu bildirib mütləq şəkildə onun həyat yoldaşı İlahə Yusubovanı işə düzəldəcəyinə inandırmış, Elnarla aprel ayı ərzində bir neçə dəfə əlaqə saxlayaraq həyat yoldaşının ad soyadını və digər vacib məlumatları aldıqdan sonra həyat yoldaşının harada işləmək istədiyini soruşduqda Elnar hazırda həyat yoldaşı İlahənin X11 əgər yer varsa işləmək istədiyini söyləmişdir. Bundan sonra bir neçə gün müddətində Elnarla əlaqə saxlayaraq İlahə üçün həmin kitabxanada qeyd edilən yerdə vakant vəzifə olduğunu, sənədləşdirmə prosesinin başlanması üçün və imtahana giriş üçün 5000 manat məbləğində xidmət haqqı lazım olduğunu bildirdikdə Elnar ona iş düzəldiyi tarixdən sonra pul verə biləcəyini bildirmiş, ilk əvvəl onunla razılaşsa da sonradan bir neçə gün ərzində təkrar ona zəng edərək prosesin başlandığını, sənədləşdirmənin aparıldığını qeyd edərək ilkin olaraq 3000 manat məbləğində pulu göndərmək lazım olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Vatsap ani mesajlaşma tətbiqində ona göndərdiyi 4098-5844-6270-0897 saylı kart hesabına 3000 manat məbləğində pulu mobil tətbiq vasitəsilə öz kart hesabından Elnar ona göndərmiş, xx.xx.2024-cü il tarixdə Elnara təkrarən zəng vuraraq imtahan prosesini də özünün yekunlaşdırdığını, sənədləşdirmənin və prosesin yekunlaşdığını bildirərək geri qalan 2000 manat məbləğində pulu göndərməsini ondan xahiş etdikdə Elnar cavabında iş tam düzəldikdən sonra bütün pulu verə biləcəyini bildirmişdir. Elnara heç olmasa 1000 manat pul göndərməsini xahiş etmiş və Elnar ona məxsus kart hesabına xx.xx.2024-cü il tarixdə 1000 manat pulu göndərmişdir. Elnardan ələ keçirdiyi pul vəsaitlərini də şəxsi ehtiyaclarına xərcləmiş, Elnar 2024-cü ilin dekabr ayma qədər dəfələrlə ona məxsus telefon nömrəsinə zəng etdikdə ona cavab verməmiş, daha sonra onun qaynı Cavidan adlı şəxs ona başqa nömrədən zəng vurduqda ona işin alınmadığını, həll edə bilmədiyini bildirərək 2025-ci ilin yanvar ayı ərzində evinin sənədləşdirməsin! yekunlaşdırdıqdan sonra sataraq pulu qaytara biləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Cavidana zəng edərək yaşadığı evin satılma sənədlərində pulla bağlı problem olduğunu bildirərək ondan 150 manat borc istəyərək tezliklə həmin pulu ona qaytaracağını bildirmiş, Cavidan ona göndərdiyi kart hesabına 150 manat pulu göndərmişdir. Həmin vaxtdan sonra isə Cavidan və Elnarın telefon zənglərinə cavab verməkdən imtina etmişdir. 2024-cü ilin yayında, Bakı şəhərində olduğu müddətdə, Bakı şəhərində yaşayan, Zərərçəkmiş şəxs7la tanış olmuş, söhbət zamanı Ayaz əlilliyə görə pensiya aldığı pesiyasınm kəsildiyini bildirdikdə Ayaza özünü X8 işçisi kimi təqdim edib, “sənin əlillik məsələni mən həll edə bilərəm” demişdir. Bunun müqabilində Ayazdan 2000 manat pul istəmiş, həmçinin Ayazdan sosial müavinət alıb-almadığını soruşduqda Ayaz ona 5 uşağı olduğunu bildirib sosial müavinət almadığını demişdir. Ayaza “sənin sosial müavinətini də düzüb qoşa bilər, 2000 manat da sosial müavinət üçün verərsən, Sosial Müdafiə Nazirliyinin tərkibində Mənzil İnkişafı Dövlət Agentliyi tərəfindən aztəminatlı ailələr üçün, dövlət qulluqçuları üçün, Qarabağ əlilləri, şəhid ailələri üçün evlər tikilir. İstəsən sənin üçün aşağı faizlə həmin evlərdən mənzil təşkil edə bilərəm” demiş, Ayaz da ona inandığından razılaşmış və bundan sonra Ayaza özünün adma olan UNİ bank tərəfindən verilmiş 4098 5844 6270 0897 nömrəli kartını verib pulu həmin karta göndərməsini xahiş etmişdir. Bundan sonra Ayaz ona hissə-hissə onacəmi 3700 manat pul göndərmiş, pulu aldıqdan sonra Ayazı inandırmaq üçün özü kompyuterdə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin adından imzası və peçatı olan məktub hazırlayıb, Sosial Müdafiə nazirliyinin saytına daxil olub oradan möhürü götürüb vərəqə surətini çıxarmaqla məktub hazırlamış, həmin məktubda «Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin nəzdində qeydiyyatda olan «Sosial Mənzillə-2» layihəsinə əsasən Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal inzabati ərazidə ailə üzvlərinin sayı və sosial durumunu nəzərə alınmaqla mənzil ilə təmin olunsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına Maliyyələşdirmə hesabının xüsusi protokoluna əsasən xüsusi tələblər yerinə yetirilsin». Sözləri yazmışdır. Məktubu hazırladıqdan sonra şəklini çəkib Ayazın mobil telefonunun Whatsapp proqramına göndərmiş, lakin Zərərçəkmiş şəxs7 kəsilmiş əlilliyinin bərpa olunması, sosial müavinətinin hazırlanması və aztəminatlı ailələrə tikilən evlərdən mənzil təşkil etməklə bağlı heç bir iş görməmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs6 onun istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng edib onun mobil telefon nömrəsini Ayazdan aldığım bildirib, 3-cü qrup əlil olduğunu, Mənzil İnkişafı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində aztəminatlı ailələr üçün tiklən evlərdən mənzil almaq istədiyini bildirmişdir. O, əvvəl Sahibi inandırmaq üçün demişdir ki, şəxsiyyət vəsinqəsinin şəklini göndərsin, baxıb deyəcək. Sahib də ona özünün şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonumun Whatsapp proqramına göndərmişdir. O, sonra Sahibə zəng edib demişdir ki, ona güzəştli şətlərdə mənzil düşür. O, Sahibə həmin evlərdən mənzil təşkil edə biləcəyini bildirib və bunun üçün 6000 manat pul alacağını demişdir. Beldə ki, o, Sahibi də tam inandıraraq eyni üsulla aldadıb, guya ona Bakı şəhəri, Yasamal rayonu ərazisində aztəminatlı ailələr üçün tikilən evləndən 2 otaqlı mənzil düzüb qoşacağını bildirib pulunu almışdır. Sahiblə danışıb razılaşandan sonra o, Sahibə özünün yuxarıda qeyd etdiyi bank kartının nömrəsini göndərib demişdim ki, pulu həmin karta göndərsin. Sahib də 2024-cü ilin iyun ayında, xatırlamadığı tarixlərdə 4500 manat və 1500 manat olmaqla cəmi 6000 manat pulu onun kartına göndərmişdir. O, pulu aldıqdan bir neçə gün sonra yuxarıda qeyd etdiyi kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin adından imzası və peçatı olan məktub hazırlayıb, guya Zərərçəkmiş şəxs6 2 otaqlı mənzil ayrılması ilə bağlı nazirin razılığı olduğunu bildirən məktubun şəklini göndərmişdir. Sahib də ona inanmışdır. Lakin o, Sahibə aztəminatlı ailələrə tikilən evlərdən mənzil təşkil etməklə bağlı heç bir iş görməmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs5 xatırlamadığı mobil telefondan onun mobil telefonuna zəng edərək, mobil telefon nömrəsini Sahibdən aldığını bildirib, o da Yasamal rayonu ərazisində aztəminatlı ailələr üçün tiklən evdən 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, Əşrəfə də həmin evlərdən mənzil təşkil edə biləcəyini bildirmişdir. Belə ki, o, Əşrəfə demişdir ki, ilkin olaraq 4000 manat ödəyəcək, mənzili alandan 6 ay sonra isə komunal xidmətlər daxil olmaqlə hər ay 152 manat ödəyəcək. Əşrəfdə razılaşmış və özünün adma olan yuxarıda nömrəsini qeyd etdiyi bank kartının nömrəsini verib demişdir ki, 4000 manatı həmin karta göndərsin. Əşrəf də inanıb onun kartına 2024-cü ilin avqust ayının əvvəllərində 3000 və 1000 manat olmaqla cəmi 4000 manat göndərmişdir. Bir neçə gündən sonra o, Əşrəfi də inandırmaq üçün mobil telefonuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin adından imzası və peçatı olan məktub hazırlayıb, guya Əşrəfə də 3 otanqlı mənzil ayrılması ilə bağlı nazirin razılığı olduğunu bildirən məktubu hazırlayıb şəklini çəkib göndərmişdir. Əşrəf də ona inanmışdır. Lakin o, Əşrəfə mənzidl düzüb qoşmaq üçün heç bir iş görməmişdir. Bundan bir müddət sonra Şahid2 xatırlamadığı mobil telefondan onun mobil telefonuna zəng edərək, mobil telefon nömrəsini Sahibdən aldığını bildirib, o da Yasamal rayonu ərazisində aztəminatlı ailələr üçün tiklən evdən 2 otaqlı mənzil almaq istədiyini demişdir. O, Cəbrayıla da həmin evlərdən mənzil təşkil edə biləcəyini bildirib ona, bu iş üçün 5000 manat alacağını bildirmişdir. O da razılaşndır. Bundan sonra Cəbrayılın atası Rafiq ona zəng edib maraqlanmış. O, Rafiqə də, Sosial Müdafəi Nazirliyində işlədiyimi bildirib, ona yalandın dedim ki, Yasamal rayonu ərazisində aztəminatlı ailələr üçün tiklən evlərdən mənzil təşkil edə bilirəm. Rafiq də ona inanmış və o, Raifqə də mənzil düzüb qoşmaq üçün 5000 manat pul alacağını bildirmişdir. Rafiq də razılaşmış və o, özünün adma olan yuxarıda nömrəsini qeyd etdiyi bank kartının nömrəsini verib demişdir ki, 5000 manatı həmin karta göndərsin. Rafiq də inanıb onun kartına 5000 manat göndərmişdir. Bir neçə gündən sonra o, Raifqin də mobil telefonuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin adından imzası və peçatı olan məktub hazırlayıb, guya Cəbrayıla da 2 otaqlı mənzil ayrılması ilə bağlı nazirin razılığı olması ilə bığlı məktub hazırlayıb şəklini göndərmişdir. Rafiq ona inanmışdır. Bir müddət sonra Rafiq ona zəng edib arvadının xəstə olduğunu, imkan olsa evlərin aşağı mərtəbəsindən mənzil təşkil etməsini xahiş etmişdir. O da Rafiqə 100 manat şirinlik versə aşağı mərtəbədən mənzil duzub qoşacağını demişdir. Rafiq də onun kartına 100 manat göndərmişdir. Qeyd etdiyi kimi o, Rafiqin oğlu Cəbrayıla mənzidl düzüb qoşmaq üçün heç bir iş görməmişdir. Bundan başqa o, Sahibin vasitəsi ilə tanışdığı X10 eyni üsulla aldadaraq 4000 manat pulunu almışdır. Belə ki, Sahiblə danışıb ona ev təşkil edəyi barədə deyib aldaraqa 6000 manat pulunu aldıqdan bir müddət sonra həmin Nübar adlı qadın ona zəng edib Sahibdən mobil telefon nömrəmi aldığını bildirib, o da Sumqayıt şəhərində aztəminatlı ailələr üçün tikilimş evlərdən mənzil almaq istədiyini bildirmişdir. O, Nübara da, ev təşkil edəcəyini bildirib aldadaraq 5000 manat müqabilində Sumqayıt şəhərində aztəminatlı ailələr üçün tikilən evlərdən mənzil təşkil edəcəyimi demişdir. Nübar əvvəl onun kartına 4000 manat pul göndərib, sonrad 500 manat, sonda isə 100 manat pul göndərmişdir. Nübar da həmin pulları onun yuxarıda qeyd etdiyi bank kartına göndərmişdir. Bundan başqa o, Hafiz Rzayevi və Azad Əlifov adlı şəxsləri eyni üsulla aldadaraq pullarını almışdır. Belə ki, Hafizin 3400 manat və Azadı aldadıb 7500 manat pulunu ələ keçirmişdir. Əlavə olaraq bildirirəm ki, mən Zərərçəkmiş şəxs7 və Hafiz Rzayevlə danışıb, onların pulunu hissə-hissə ödəyəcəyimə söz verib razılığa gəlmişdir. Həmçinin o, göstərmişdir ki, o, adları qeyd etdiyi şəxslərə aztəminatilı ailələr üçün tikilən evlərdən mənzil düzüb-qoşacağını deyib aldadaraq aldığı puldan heç kimə pul verməmiş və həmin şəxslərə bu məqsəd üçün pul verəcəyini deməmişdir. Həmçinin Zərərçəkmiş şəxs7 kəsilmiş penisyasının bərapa olunması üçün və sosial müavinət düzüb qoşması üçün heç kimə deməmiş və bu məqsədlə heç kimə pul verməmişdir. Adları şəxs etdiyi şəxsləri aldadarq aldığı pulun bir hissəsini atasının müalicəsinə xərcləmiş, bir hissəsini isə özü öz ailəsi üçün xərcləmişdir. Əməlindən səmimi peşman olmasının nəzərə alınaraq ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X5 ibtidai sinif müəllimi olaraq orta-ixtisas təhsillidir. 2024-cü ilin fevral-mart ayında işlədiyi Qax şəhəri, 4 saylı uşaq bağçasında əvəzçi olduğu üçün ixtisara düşmüş və işsiz qalmışdır. Həmin tarixdə özü də təqaüdçü olduğu üçün maddi ehtiyacla əlaqəli olaraq həyat yoldaşına iş axtarışmış, bu müddət ərzində müxtəlif iş elanları və şəxslərlə əlaqə saxlamışdır. Sosial şəbəkədə təsadüfi olaraq qarşısına çıxdığı ***-***-**-** saylı mobil nömrə ilə əlaqə yaratmış, telefona zəng etdiyi vaxt özünü Təqsirləndirilən şəxs adında təqdim etmiş həmin şəxs özünün təhsil sektorunda işlədiyini, vaxtı ilə ehtiyatda olan zabit olduğunu qeyd etmişdir. Sonradan onunla ünsiyyəti alınmış və onu mütləq şəkildə həyat yoldaşı İlahə Yusubovanı işə düzəldəcəyinə inandırmışdır. İbrahimə həyat yoldaşının ad soyadını və digər vacib məlumatlar verdikdən sonra həyat yoldaşından harada və hansı vəzifədə işləyə biləcəyini soruşmuş, həyat yoldaşı isə hazırda X11 əgər yer varsa işləmək istədiyini söyləmişdir. Bundan sonra bir neçə gün müddətində təkrar olaraq o və həyat yoldaşı İlahə ilə əlaqə saxlayıb həmin kitabxanada qeyd edilən yerdə vakant vəzifə olduğunu bildirmiş, sənədləşdirmə prosesinin başlanması üçün və imtahana giriş üçün 5000 manat məbləğində xidmət haqqı istəmişdir. İlkin müddətdə o, iş düzəldiyi tarixdən sonra pul verə biləcəyini söylədiyi üçün İbrahim bununla razılaşsa da sonradan bir neçə gün ərzində təkrar zəng edərək prosesin başlandığını, sənədləşdirmənin aparıldığını qeyd edərək ilkin olaraq 3000 manat məbləğində pul istəmişdir. O, həmin pulu kredit olaraq bankdan götürərək xx.xx.2024-cü il tarixdə Vatsap ani mesajlaşma tətbiqində ona göndərdiyi 4098-5844-6270-0897 saylı kart hesabına 3000 manat məbləğində pulu mobil tətbiq vasitəsilə Qax şəhərində yaşadığı evdə kartından göndərmiş, Təqsirləndirilən şəxs qalan 2000 manat məbləğində pulu göndərməyini istədikdə İbrahimə cavabında iş tam düzəldikdən sonra bütün pulu verə biləcəyini bildirmiş, İbrahim heç olmasa 1000 manat pul göndərməyini xahiş etmişdir. O, təkrarən həmin qeyd etdiyi kart hesabına xx.xx.2024-cü il tarixdə Bakı-Qax şəhər marşurutu ilə yemək yemək üçün Şəki şəhəri ərazisində dayandığı vaxt adını unutduğu restoranda mobil tətbiq vasitəsilə onun kart hesabına 1000 manat pulu göndərmişdir. Şahid1 söhbət əsnasında başqa bir nömrə ilə İbrahimlə əlaqə yaratmağa çalışmış, əlaqə yarandıqdan sonra İbrahim işin alınmadığını, həll edə bilmədiyini əsas gətirərək 2025-ci ilin yanvar ayı ərzində evinin sənədləşdirməsini yekunlaşdırdıqdan sonra sataraq pulu qaytara biləcəyini bildirmişdir. Həmin müddət ərzində qaynı Cavidan Raziyev onunla ünsiyyətdə olmuş, xx.xx.2025-ci il tarixdə yenə həmin şəxs Cavidana zəng edərək yaşadığı evin satılma sənədlərində pulla bağlı problem olduğunu bildirərək Cavidandan 150 manat borc pul istəmiş, Cavidan ona bir söz demədən eyni kart hesabına Qax şəhərində olduğu vaxt bankın mobil tətbiqi vasitəsilə göndərmişdir. Həmin gündən sonra bir daha qeyd olunan İbrahim adında şəxslə əlaqə yarada bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ali təhsilini başa vurduqdan sonra təxminən 10 ildir Bakı şəhərində olur, orada müxtəlif şirkətlərdə işləmiş və kirayə evdə yaşayırdı. Hazırda isə o, Bakı şəhərində yerləşən «X28» MMC-də jurnalist redaktor vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhərində işlədiyi müddətdə Zərərçəkmiş şəxs7la tanış olmuşdur, Zərərçəkmiş şəxs7la arabir görüşüb hal-əhval tuturdu. 2024-cü ilin iyul ayında Ayazla görüşüb söhbət edən zaman o, Azərə demişdir ki, kirayə evdə qalır, aldığı məvacib kirayəyə və ailənin dolanışığına yetmir. Məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların birindən bir otaq almaq istəyir. Həmçinin vaxt Ayaz ona demişdir ki, bir nəfər İbrahim adında şəxs var, həmin şəxs ona Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi əsasında Yasamal rayonunda inşa olunan bina evindən mənzil təşkil edəcəyinə söz verib. Ayaz ona İbrahimin mobil telefon nömrəsini vermişdir. Həmin gün axşam Ayazdan götürdüyü mobil telefon nömrəsinə zəng edib, İbrahimə, onun nömrəsini Ayazdan aldığını bildirmişdir. Həmin şəxs ona özünü Sosial Müdafiə Nazirliyinin nəzdində Mənzil İnkişafı Dövlət Agentliyinin əməkdaşı olduğunu bildirmişdir. O, İbrahimə zəng edən zaman həmkəndlisi Şahid2 da yanında olmuşdur. Telefonda danışan zaman o, İbrahimə vəziyyətini danışıb ev almaq istədiyini bildirmişdir. İbrahim də ona izah edərək bildirmişdir ki, Sosial Müdafiə Nazirliyinin Mənzil İnşaatı Dövlət Agentliyinin təşəbbüsü ilə güzəştli mənzillər tikilib satılır. Həmin mənzillər sosial təminatı aşağı olanlar, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və əlil şəxslərə verilir. O, İbrahimə bildirmişdir ki, o, özü də 3-cü qrup əlildir. Həmin vaxt İbrahim ona demişdir ki, şəxsiyyət vəsiqəni göndər baxsın görək düşürmü. O da Whasapp proqramı vasitəsi ilə özünün şəxsiyyət vəsiqəsinin şəklini çəkib İbrahimə göndərmişdir. Sonra İbrahim ona demişdir ki, ona güzəştli mənzil düşür. Sonra o, həmin binaların harada tikildiyini soruşanda, İbrahim ona, Yasamal rayonunda, Hövsan qəsəbəsində, Sumqayıt şəhərində, Gəncə şəhərində, Mingəçevir şəhərində və Lənkəran rayonunda tikildiyini bildirmişdir. O, ibrahimə Yasamal rayonu ərazisində tikilmiş binalardan mənzil istədiyini demişdirm. Həmin vaxt İbrahim onun telefonuna Zərərçəkmiş şəxs7 adına Sosial Müdafiə Naziri Sahib Babayevin imzası ilə göndərilən məktubun şəkilini göndərmişdir. Həmin məktubda Zərərçəkmiş şəxs7 mənzil ayrılması ilə bağlı sərəncam verilməsi qeyd olunmuşdur. Həmin vaxt o, İbrahimə inanıb razılaşmış, İbrahimdən onun üçün 2 otaq təşkil etməsini xahiş etmişdir. İbrahim ona ilkin olaraq 6000 manat pul ödəməli olduğunu və 2024-cü ilin avqust ayında mənzil veriləcəyini bildirmişdir. Onun İbrahimlə olan danışığını yanında olmuş Cəbrayıl eşidib ondan kiminlə danışdığını soruşmuşdur. O da Cəbrayıla İbrahim barədə məlumat vermişdir. Cəbrayıl ona, o da mənzil almaq istədiyini bildirmişdir. Həmçinin o, Cəbrayıla demişdir ki, İbrahim ona deyib ki, həmin binada olan sonuncu mənzili onun üçün qeydiyyata götürüb, başqa mənzil yoxdur. Ola bilər ki, kimsə mənzildən imtina etsə, 2025-ci ilin yanvar ayında püşk atma olacaq, onda bəlkə boş mənzil tapmaq olar. Həmçinin Cəbrayıla demişdir ki, gözləsin onun mənzil məsələsi düzəlsin, yanvar ayında onun mənzil məsələnə baxarıq. Həmin vaxt Cəbrayıla sağollaşıb ayrılmışdır. Sabahsı gün, 4500 manat və 1500 manat ayrı-ayrılıqda kredit götürüb cəmi 6000 manat düzüb qoşub, Yasamal rayonunda yerləşən metronan «İnşaatıçılar» stansiyasının yaxınlığında yerləşən Rabitə bankın Yasamal fililanın içərisində quraşdırılmış terminal vasitəsi ilə həmin 6000 manat pulu İbrahimin ona göndərdiyi, özünün adına olan kart nömrəsininə göndərmişdir. 2024-cü ilin sentyabr ayında İbrahim demişdir ki, bir həftəyə kimi mənzillər paylanacaq, əgər mənzil düşməsə nə qədər pul ödəmişdirsə artıqlaması ilə pul qaytarılacaq. Bir həftə də keçmiş, nəticə olmamışdır. Sonda məlum olmuşdur ki, İbrahim onu aldadıb 6000 manat pulu alıb. Həmçinin qeyd etmişdir ki, o, Cəbrayılla tez-tez görüşürdü. 2024-cü ilin iyul ayının sonunda Cəbrayılla Bakı şəhərində yenə görüşmüş, söhbət zamanı Cəbrayıl ondan soruşmuşdur ki, mənzil məsələsi necə oldu? O da Cəbrayıla demişdir ki, qərar gəlib, hələki gözləyir, İbrahim ona avqust ayının 15-20-nə kimi söz verib demişdirki düzələcək. Həmin vaxt Cəbrayıl ondan xahiş etmişdir ki, İbrahimdən soruşsun görək Yasamal rayonu ərazisində tikilmiş evlərdən mənzil varmı? O da İbrahimin telefonunun Whasapp proqramına yazmışdık ki, «boş mənzil varmı, bir nəfər dostumuz var onun üçün». İbrahim də ona yazmışdır ki, Yasamal rayonunda tikilmiş evlərdən bir dənə 2 otaqlı mənzil var. Qiymətin soruşmuş, yazmışdır ki, ilkin 5000 manat ödəməklə, eyni şərtlərlə verilir. Həmin vaxt Cəbrayıl sevinib ondan İbrahimin mobil telefon nömrəsini götürmüşdür. O, Cəbrayıla demişdir ki, bir az gözləsin, onun mənzil məsələsi düzəlsin sonra müraciət edər. Cəbrayıl ona demişdir ki, özü İbrahimlə danışacaq. O da fikirləşmişdir ki, onun mənzil məsələsi düzələr, Cəbrayıla ev qalmaz yaxın dost kimi ondan küsülü qalar. Buna görə o, İbrahimin mobil telefon nömrəsini verib demişdir ki, özün danışsın. Cəbrayıl da İbrahimin mobil telefon nömrəsini götürüb özü İbrahimə zəng edib danışmışdır. Bundan sonra Cəbrayılın atası Rafiq ona zəng edib soruşmuşdur ki, İbrahimi tanıyırmı, İbrahimə etibar etmək olarmı? O da Rafiq dayıya vəziyyəti danışıb demişdir ki, İbrahimi görməmişdən ona inanıb 6000 manat pul sonuncunun kartına göndərmişdir, düzələr-düzəlməz bilmir. İstəyirsə özü danışın necə məsləhət bilirsə eləcə də eləsin, sonra ondan narazı qalmasın. Təqsirləndirilən şəxs aldadaraq ələ keçirdiyi puldan 1180 manat ona qaytarmışdır. Belə ki, İbrahim ona, həmin 1180 manat pulu, guya hər hansı bir dövlət qurumu tərəfindən verilmiş maddi yardım olduğunu demişdir. Zərərçəkmiş şəxs6 əlavə olaraq bildirmişdir ki, İbrahim tərəfindən maddi yardım kimi qaytarılan 1180 manat pulu ona dəymiş 6000 manat ziyandan ödənilmə kimi qəbul edir. Zərərçəkmiş şəxs6 çıxışında ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin iyun ayında Sahiblə danışan zaman sonuncu ona bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən İbrahim adlı şəxslə tanış olub, İbrahim ona Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi əsasında Yasamal yaşayış kompleksində yerləşən bina evindən mənzil təşkil edəcəyinə söz verib. Sonradan öyrənmişdir ki, İbrahim adlı şəxs Təqsirləndirilən şəxsdur. Sahibin deməsinə görə İbrahim ona söz verib ki, 2024-cü ilin iyul ayına kimi həmin kompleksdən ona mənzil veriləcək. Sahibdən xahiş edib İbrahimin mobil telefon nömrəsini götürüb sonuncuya zəng etmişdir. 2024-cü ilin iyul ayında o, İbrahimin istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib, onun telefon nömrəsini Sahibdən aldığını bildirmişdir. İbrahim də ona özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, Sosial Müdafiə Nazirliyində işlədiyini bildirmişdir. O, İbrahimə, MİDA layihəsi əsasında Yasamal rayonunda tikilən bina evlərindən 3 otaqla mənzil almaq istədiyini bildirmişdir. İbrahim də ona ilkin olaraq 4000 manat ödəyəcəyni, mənzili alandan 6 ay sonra isə kommunal xidmətlər daxil olmaqlə hər ay 152 manat ödəyəcəyini bildirmişdir. Həmin vaxt İbrahim ona demişdir ki, şəxsiyyət vəsiqəni göndərsin. Şəxsiyyət vəsiqəsinin şəklini çəkib İbrahimin telefonuna göndərmişdir. Razılığa gəldikdən sonra mən 2024-cü ilin avqust ayında 3000 manat pulu İbrahimin kart hesabına göndərmişdir. Səhəri gün, eyni qaydada yaşadığı evdən öz kartından İbrahimin kart hesabına 1000 manat göndərmişdir. Pulu göndərdikdən sonra İbrahim ona demişdir ki, 2024-cü ilin avqust ayının sonuna kimi onun sosial mənzillə təmin olunmağı barədə qərar verilməsini gözləyir. Qərar verildiyi təqdirdə həmin ilin sentyabr ayının ortalarında mənzilə köçə biləcək. 2024-cü ilin avqust ayının sonunda İbrahim ona, kompyuterdə çəkilmiş şəkil göndərmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən onun Yasamal inzibati rayonu ərazisində ailə üzvlərimin sayı və sosial durumu nəzərə alınaraq mənzillə təmin olunmağı barədə qərar qəbul olunduğu göstərilən məktub göndərilərək qısa zamanda icra olunacağını bildirmişdir. 2024-cü ilin sentyabr ayının ortalarından başlayaraq İbrahimlə mütəmadi əlaqə saxlayıb mənzilin nə zaman veriləcəyini soruşduqda, İbrahim, «gecikmə olduğunu» bildirib hər dəfə bəhanələr gətirməyə başlamışdır. Bu günə kimi İbrahim onun qeyd olunan mənzillə təmin olunması üçün heç bir iş görməmiş, nə də pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Şahid2 onun doğma oğludur. Cəbrayıl təxminən 1 il 6 aya yaxın müddətdir Bakı şəhərində "xxxx" şirkətində nəzarətçi vəzifəsində işləmişdir və işi ilə əlaqədar Bakı şəhərində kirayə evdə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, 2024-cü ilin avqust ayının əvvəllərində oğlu Şahid2 Bakı şəhərində olduğu müddətdə orada həmkəndlisi X18 ilə görüşdüyünü, söhbət zamanı Sahib Cəbrayıla, tanışı Təqsirləndirilən şəxs ona Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi əsasında Bakı şəhəri Yasamal rayonunda inşa olunan bina evindən mənzil təşkil etdiyini və bununla bağlı 6000 manat ilkin ödəniş etdiyini, İbrahimin həmin yeni tikilmiş binalardan onun üçün mənzil almağa köməklik edəcəyi barədə söz verdiyini bildirmişdir. Cəbrayıl Sahibdən, İbrahim adlı şəxsin ona da mənzil almağa kömək edib-etməyəcəyini soruşmuş, Sahib də İbrahimin telefon nömrəsini Cəbrayıla verib demişdir ki, özü danışın. Oğlu Cəbrayıl ona zəng edib bu barədə məlumat vermişdir. O, Cəbrayıldan İbrahimin telefon nömrəsini götürərək özü zəng edib danışmışdır. Telefonla danışan zaman İbrahim ona da, Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsi əsasında tikilən evlər ancaq imkansızlar, müharibə əlilləri, qazilər və şəhid ailələri üçün tikilir. O da İbrahimə demişdir ki, o, özü də imkansızdır, oğlunun yaşaması üçün evi yoxdur, imkan olsa onun oğlu üçün də mənzil təşkil etmək olarmı. İbrahim ona, belə evlər Sumqayıt, Gəncə şəhərlərində, Bakının Yasamal rayonunda və digər rayonlarda inşa edildiyini deyəndə, o, İbrahimdən xahiş etmişdir ki, oğluna Yasamal rayonu ərazisindən mənzil təşkil etsin. İbrahim də razılaşıb demişdir ki, düzüb qoşmaq olar, ilkin olaraq 5000 manat ödəniş edəsidir, oğlunun adına 2 otaqlı mənzil qeydiyata götürüləcək. Həmçinin həmin vaxt o, İbrahimdən harada işlədiyini soruşmuş, İbrahim ona demişdir ki, mümkünsə onun iş yeri ilə bağlı soruşmasın, o, işlədiyi yeri heç kimə demir. Sonra o, İbrahimə demişdir ki, Bakı şəhərinə gəlib hansı ofisdə oturursa onunla görüşüb pulu versin. İbrahim isə demişdir ki, əziyyət çəkib Bakı şəhərinə gəlməsin, o, kart nömrəsi verəcək, pulu bankdan onun kartına göndərər, əlində qəbz olar. Həmçinin İbrahim ona demişdir ki, bir həfətəyə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirindən ona məktub göndəriləcək. Razılaşdıqdan sonra İbrahim onun telefonunun Whatsapp proqramına özünün adına olan kart nömrəsini və X1 yazıb həmin kartın ona məxsus olduğunu və UNİ bank tərəfindən verildiyini bildirib pulu həmin karta göndərməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə X19 filialına gedib həyat yoldaşının adına 5188 manat kredit götürmüşdür. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində UNİ bankın Şəki filialına gedib bankın içərisində İbrahimin ona göndərdiyi özünün adma olan kart hesabına 5000 manat pulu göndərib qəbzi götürüb özündə saxlamışdır. Bundan sonra İbrahimlə söhbət zamanı sonuncu ona bildirmişdir ki, yuxarı mərtəbələrdən mənzil düşəcək. O da İbrahimə demişdir ki, yoldaşı xəstədir, imkan varsa aşağı mərtəbədə yerləşən mənzil təşkil etsin. İbrahim də demişdir ki, 100 manat şirinlik versən aşağı mərtəbədən mənzil təşkil edər. O da razılaşıb 17 avqust 2024-cü il tarixdə saat 14:31-də Şəki rayonu Baş Göynük kəndində yerləşən “Əyyub” marketdə quraşdırılmış terminal vasitəsilə yenə də İbrahimin verdiyi özünün adma olan kart hesabına 100 manat pul göndərmişdir. O, 5000 manat pulu İbrahimə göndərdikdən təxminən bir həftə sonra onun telefonunun Whatsapp proqramına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X20 imzası və peçat olan məktub şəkli göndərib bildirmişdir ki, həmin məktubun əslini xx.xx.2024-cü il tarixdə ona həmin mənzili göstərən zaman veriləcək. Həmin məktubda oğlu Şahid2 ev ilə təmin olunması qeyd olunmuşdur. Danışığa əsasən İbrahim xx.xx.2024-cü il tarixdə onlara həmin mənzili göstərməli idi. Deyilən vaxtdan sonra o, nə qədər İbrahimə zəng edib evi göstərməsini tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə müddəti uzatmağa çalışırmışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində İbrahimlə telefon danışığı zamanı demişdir ki, əgər mənzil məsələsi alınmırsa ödədiyi pulu faizləri ilə birlikdə geri qaytarsın. İbrahim pulu geri qaytarmağa söz versə də indiyə qədər müxtəlif bəhanələrlə pulu geri qaytarmayıb. Nəticədə İbrahim dələduzluq yolu ilə onun 5100 (beş min bir yüz) manat pulum ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən Sumqayıt şəhərində yaşayır. Təmizlik şirkətində xadiməçi işləyir. Zərərçəkmiş şəxs6 onun bacının kürəkənidir. Mahiyyəti üzrə bildirmişdir ki, 20 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6lə birlikdə söhbət edən zaman sonuncu bildirmişdir ki, Yasamal rayonunda aztəminatlı ailələr üçün tikilmiş binalardan mənzil almaq istəyir. O, Sahibdən soruşmuşdur ki, evi hansı yolla alırsa, ona da desin o da ev almaq istəyir. Sahib demişdir ki, bir nəfər İbrahim adlı tanışı var, söz verib ki, Yasamal rayonu ərazisində aztəminatlı ailələr üçün tiklən binalardan ona 2 otaqlı ev düzüb qoşacaq. O, Sahibə demişdir ki, İbrahimin mobil telefon nömrəsini ona versin, o, özü İbrahimlə danışıb xahiş edəcək ki, onun üçün də həmin evlərdən mənzil təşkil etsin. Sahib ona demişdir ki, bir müddət gözləsin o, evi alsın, sonra deyər onun üçün də ev təşkil edər. O, isə Sahibə demişdir ki, sonra gec olar. Həmin vaxt Sahib ona İbrahimin istifadə etdiyi mobil telefon nömrəsini vermişdir. O, özü İbrahimə zəng edib, telefon nömrəsini Sahibdən aldığını bildirib, aztəminatlı ailələr üçün tikilən evlərdən mənzil almaq istədiyimi bildirmişdir. Həmçinin o, İbrahimə Sumqayıt şəhərində yaşadığını demişdir. İbrahim də ona özünü Sosial Müdafəi Nazirliyinin işçisi kimi təqdim edərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində olan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi əsasında Sumqayıt şəhərində də yaşayış kompleksi tikilir. İstəsə ona həmin kompleksdən mənzil düzüb qoşar. O, İbrahimə, Sumqayıt şəhərində tikilən evlərdən 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. İbrahim də ona demişdir ki, bunun üçün 5000 manat pul verməlilir, bir müddət gözləyib sonra ödəniş edəcək. O, İbrahimə demişdir ki, 5000 manat pulu yoxdur. İbrahim də ona demişdir ki, onda 4000 manat düzüb qoşsun, qalanını sonra hissə-hissə verər. O da razılaşmış, səhəri gün, yəni Sumqayıt şəhəri ərazisində yerləşən «Fəxri» marketdə qoyulmuş ödəniş terminalı vasitəsi ilə İbrahimin ona göndərdiyi özünün adına olan kart hesabına 4000 manat pul göndərmişdir. O, pulu göndərdikdən təxminən 2-3 gün sonra İbrahim ona, kompyuterdə çəkilmiş şəkil göndərmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən onun Sumqayıt şəhəri inzibati ərazisində ailə üzvlərimin sayı və sosial durumu nəzərə alınaraq mənzillə təmin olunmağı barədə qərar qəbul olunduğu göstərilən məktub göndərilərək qısa zamanda icra olunacağını bildirmişdir. O, artıq İbrahimə daha çox inanmağa başlamışdır. Bundan təxminən bir həftə sonra İbrahim ona zəng edib demişdir ki, mənzilin sənədləşməsi başlayıb təcili 500 manat lazımdır. O, yenə də İbrahimə inanıb eyni qaydada 500 manat göndərmişdir. Təxminən 17 gün sonra İbrahim ona zəng edib demişdir ki, evlər hazırlanıb, artıq mərtəbəyə görə bölünməlidir. Bunun üçün 200 manat verməlidir ki, evin aşağı mərtəbədən mənzil versinlər. O, İbrahimə 200 manatının olmadığını, 100 manat göndərə biləcəyini bildirmişdir. İbrahim də razılaşmışdır. Bundan sonra onun kart hesabına 100 manat pul göndərmişdir. Deyilən tarixdən sonra yenə İbrahimə zəng edib maraqlanan zaman sonuncu yenə də bəhanə gətirərək yayınmağa başlamışdır. İbrahimin onu aldadaraq pulunu aldığına görə o, şikayət etmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, kapitan rütbəsində xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə bölük komandirinin şəxsi heyyətlə iş üzrə müavini vəzifəsindən təqaüdə buraxılmış, təqaüdü ilə ailəsini dolandıra bilmədiyi üçün Naftalan şəhər ərazisində taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanımış, belə ki, İbrahim 2009-2010- cu illərdə onun tağım komandiri kimi çalışdığı “N” saylı hərbi hissədə əsgəri olmuşdur. Təxminən 2 il bundan əvvəl istifadə etdiyi "İnstagram" sosial şəbəkəsində əvvəlcə tanımadığı bir nəfər şəxs ona "messenger" vasitəsi ilə mesaj yazmış, həmin şəxs ilə bir az söhbət etdikdən sonra həmin şəxsin keçmiş əsgəri Gəncə şəhər sakini Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Sosial şəbəkədə bir müddət etdikdən sonra onunla razılaşaraq, "Whatsapp" ani mesajlaşma tətbiqində söhbət etməyə başlamış, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun təqdim etdiyi ***-***-**-** saylı mobil nömrədə qeydiyyatda olan "Whatsapp" ani mesajlaşma mobil tətbiqi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə bir az Söhbət etdikdən sonra ona hal-hazırda təqaüddə olmasını, iş axtardığını bildirmiş, o isə qohumunun Daşkəsən rayonunda yerləşən "qızıl mədəni"ndə işlədiyini və hal- hazırda orada işə qəbul prosesi getdiyini bildirmişdir. İbrahimə orada işləmək istədiyini bildirdikdə o razılaşaraq, həll edəcəyini bildirmiş, bu söhbət əsnasında o internet üzərindən alqı-satqı işi ilə məşğul olduğunu bildirərək, 200 (iki yüz) manat ona göndərəcəyi təqdirdə 890 manat qazanmaq vədini vermişdir. İbrahimə inanaraq, 30 iyun 2023-cü il tarixdə İbrahimin ona təqdim etdiyi "xxxx" ASC-yə məxsus olan 4098-5844-6270-0897 saylı bank kartına 200 manat pul köçürmüş, bundan sonra ona əmisinin işlədiyi Daşkəsən rayonunda yerləşən "Qızıl Mədəni"ndə işə düzəltmək üçün müxtəlif şəxslərə “Şirinlik” vermək adı ilə 02 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək olan müddətdə ayrı-ayrı tarixlərdə hissələrlə 30, 50, 41, 750, 50, 300, 150 manat olmaqla əlavə olaraq 1371 (bi min üç yüz yetmiş bir) manat pul vəsatini ona Naftalan şəhər ərazisində yaşadığı evdə olduğu müddət ərzində istifadəsində olan "xxxx" ASC-yə məxsus mobil tətbiqi vasitəsi ilə internet üzərindən yükləmişdir. İbrahimə pul göndərməsinə baxmayaraq, Təqsirləndirilən şəxs vermiş olduğu vədinə əməl etməyərək, onu aldatmışdır. Məhkəmə iclasında ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə “Tik-tok” sosial şəbəkə platformasında canlı yayım açarkən görmüş, həmin yayımda İbrahim MİDA-nın evlərin satın alınmasında köməklik göstərə biləcəyini bildirdikdə, canlı yayıma baxdıqdan sonra İbrahim Bağərovun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladıqda İbrahim ona həm sosial müavinə həm də ev düzəltməyi öhdəsinə götürdüyünü, hər şeyin rəsmi qaydada aparılacağını ödəniləcək pulları rəsmi qaydada köçürərək qəbzlərini ona göndərəcəyini bildirmiş, İbrahimə inanaraq 2024-cü il ərzində onun kart hesabına 3700 manat pul göndərmişdir.İbrahim həmin pulları ondan hissə-hissə müxtəlif bəhanələrlə istəmiş, daha sonra İbrahimin onu aldadaraq 3700 manat pulunu ələ keçirdiyindən şübhələnib ondan verdiyi pulları geri istədikdə İbrahim müxtəlif bəhanələrlə pulları göndərməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 1 il 6 aydır Bakı şəhərində yerləşən "xxxx" MMC-də nəzarətçi işləyir. Bildiririr ki, o, Bakı şəhərində işlədiyi müddətdə Bakı şəhərində xatırlamadığı şirkətdə işləyən həmkəndlisi X18 ilə arabir görüşüb söhbət edirdi. 2024-cü ilin iyul ayının sonlarında Sahib Adilovla görüşüb söhbət edən zaman ona zəng gəldi, kiminləsə danışdı. O ondan kiminlə danışdığını soruşanda, ona bildirdi ki, bir nəfər İbrahim adlı tanışı var, həmin şəxs ona (MİDA) layihəsi əsasında Bakı şəhəri Yasamal rayonunda inşa olunan bina evindən mənzil təşkil edəcəyinə söz verib. Bu işlə bağlı 6000 manat ondan pul istəyib. Sahibdən xahiş etdi ki, soruşdun görək İbrahim onun üçün də həmin binalardan mənzil almağına köməklik edə bilər mi. Sahib də İbrahimə gələn cavabı ona göstərib dedi ki, 5000 manat istəyir. Bundan sonra o, İbrahimin mobil telefon nömrəsini götürüb bir neçə gündən sonra ona zəng edib, nömrəni Sahibdən aldığımı bildirib, ona, mən də MİDA layihəsi ilə tikilən evlərdən mənzil almaq istədiyini dedi. İbrahim ona dedi ki, MİDA layihəsi ilə tikilən evlər ancaq imkansızlar, müharibə əlilləri, qazilər və şəhid ailələri üçün nəzərdə tutulub. O da İbrahimə dedi ki, özü də imkansızdır, həmçinin qardaşı müharibə iştirakçısıdır. İbrahim də ona dedi ki, Sizə mənzil təşkil etmək olar. O, İbrahimə dedi ki, atasıyla məsləhət edib Sizinlə əlaqə saxlayar. İbrahim də dedi ki, atana de mənimlə danışsın, lazım olan köməkliyi edərəm. Bundan sonra o, atasına zəng edib vəziyyəti danışdı. Atası Rafiq ondan İbrahimin mobil telefon nömrəsini götürüb zəng edib özü onunla danışmışdır. Həmçinin İbrahim atasına da, MİDA layihəsi ilə Sumqayıt, Gəncə şəhərlərində, Bakının Yasamal rayonunda və digər rayonlarda evlər tikildiyini, həmin evlərdən onlar üçün mənzil verilməsinə köməklik edə biləcəyini demişdir. Razılığa gəldikdən sonra İbrahim atasının telefonunun Whatsapp proqramına özünün adına olan kart nömrəsini və özü Təqsirləndirilən şəxs olduğunu, kartın onun adına olduğunu UNİ bank tərəfindən verildiyini bildirib pulu həmin karta göndərməsini xahiş etmişdir. Bundan sonra atası anasının adına kredit götürərək İbrahimin ona göndərdiyi özünün adına olan kart hesabına 5000 manat pulu göndərib qəbzi götürüb özündə saxlamışdır. Bundan sonra İbrahim ona demişdir ki, şəxsiyyət vəsiqəsinin şəklini çəkib ona göndərsin, o də göndərdi. Daha sonra atası İbrahimlə söhbət edən zaman ona yuxarı mərtəbələrdən mənzil düşəcəyini demişdir. Atası da İbrahimdən xahiş etmişdir ki, aşağı mərtəbədən mənzil təşkil etsin. İbrahim də 100 manat şirinlik versə aşağı mərtəbədən mənzil təşkil edəcəyini demişdir. Beləliklə atası razılaşıb 17 avqust 2024-cü il tarixdə yaşadığı Baş Göynük kəndində yerləşən marketdə quraşdırılmış terminal vasitəsilə İbrahimin verdiyi özünün adına olan kart hesabına 100 manat pul göndərmişdir. Atası 5000 manat pulu İbrahimə göndərdikdən sonra təxminən bir həftə sonra İbrahim onun telefonunun Whatsapp proqramına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X20 imzası və peçat olan məktub şəklini göndərib demişdir ki, həmin məktubun əslini xx.xx.2024-cü il tarixdə Sizə həmin mənzili göstərən zaman veriləcək. Həmin məktubda onun mənzil ilə təmin olunacağımda bağlı qeyd olunmuşdur. Danışığımıza əsasən İbrahim xx.xx.2024-cü il tarixdə ona veriləcək həmin mənzili göstərməli idi. Deyilən vaxtdan sonra biz nə qədər İbrahimə zəng edib evi göstərməsini tələb etsək də, o, müxtəlif bəhanələrlə müddəti uzatmağa çalışırdı. 2024-cü ilin oktyabr ayının əvvəllərində İbrahimlə telefon danışığı zamanı atası ona demişdir ki, əgər mənzil məsələsi alınmırsa ödənilmiş pulu faizləri ilə birlikdə geri qaytarsın. İbrahim də atasına demişdir ki, mənzil məsələsi düzəlməsə, aldığı pulu banka ödənilən faizi ilə birlikdə qaytaracaq. İbrahim pulu ilə bağlı söz versə də indiyə qədər müxtəlif bəhanələrlə pulu geri qaytarmayıb. Buna görə o və atası özü məcbur olub şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında ibtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində qeyd etmişdir ki, Qax 7 saylı X6 yanğın mütəxəssisi olaraq fəaliyyət göstərir. Zərərçəkmiş şəxs1 bacısı X2 yoldaşıdır. Bacısı X5 ibtidai sinif müəllimi olaraq orta-ixtisas təhsillidir. 2024-cü ilin fevral-mart ayında işlədiyi Qax şəhəri, 4 saylı uşaq bağçasında əvəzçi olduğu üçün ixtisara düşmüş və işsiz qalmışdır. Həmin tarixdə Elnar da təqaüddə olduğu üçün maddi ehtiyacla əlaqəli olaraq həyat yoldaşına iş axtarışına düşmüşdür. Sonuncu dəfə təxminən 2024-cü ilin noyabr ayının 3-cü 10 günlüyündə bacısıgil ona bacısının X14 işə düzəlməsi üçün Youtube platformasında təhsil sahəsində iş elanları ilə bağlı əlaqə yaratdıqları Təqsirləndirilən şəxs adlı şəxslə ünsiyyət zamanı onların həmin şəxsə 2024-cü ilin aprel ayından indiki vaxta qədər 4000 manat məbləğində pul göndərdiklərini, lakin həmin şəxsin indiki vaxta qədər əməl etmədiyini öyrənmişdir. Həmin məlumatdan sonra İbrahim adlı şəxslə özümə məxsus mobil nömrəsi vasitəsilə zəng edərək ünsiyyət yaratmağa başladı. İlkin olaraq iş üçün ona verilən pulu danmadığını, işi alındıra bilmədiyini və yaxın zamanda qaytaracağını söyləmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxsla əlaqə saxladıqda o hazırda yaşadığı evi satmağı planladığını, sənədləşdirmənin gecikdiyini və pul lazım olduğunu, sənədləşdirmə yekunlaşdıqdan isə bütün pulu qaytaracağını söyləmişdir. O də onunla razılaşaraq etiraz etmədən evi satmasını gözləmişdir. xx.xx.2025-ci il tarixdə Qax şəhərində olduğu vaxt İbrahim adlı həmin şəxs zəng edərək sənədlərin hazır olduğunu, sənədləri götürmək üçün 150 manat pul lazım olduğunu söylədi. Evi satdıqdan sonra isə bütün pulu qaytaracğını dedi. Mən də onunla razılaşaraq istifadəsində olan mobil telefonundakı Birbank mobil tətbiq vasitəsilə İbrahim adlı şəxsə məxsus 4098-5844-6270-0897 saylı kart hesabına göndərmişəm. Bundan sonra müxtəlif bəhanələrlə müddəti uzadaraq 2025-ci ilin fevral ayının 25-indən sonra ondan heç bir xəbər ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs7 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, hüquqlarını müdafiə və təmsil etdiyi Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxsə verdiyi pul ittiham aktında 3700 manat göstərilsə də, əslində, həmin məbləğ daha çoxdur. Belə ki, Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxsə şifahi qaydada fərqli məbləğlərdə ödəniş etmişdir. Bununla bağlı Yasamal RPİ-ə rəsmi formada ərizə yazsalar da, dəymiş zərərin məbləği hələ də hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs7 ödənilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Cinayət işinin 1-ci cild 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, NK-1/89 saylı ilkin yoxlama materialı əsasında fakta görə AR CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cild 19-21-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq ********* nömrəli və Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cild 35-ci vərəqəsində olan “mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, X16 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə isə 4000 manat ödənilmişdir. Cinayət işinin 1-ci cild 49-50-ci vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, X16 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 58-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 76-77-ci vərəqələrində olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5188 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü il tarixdə 64 və 250 manat, xx.xx.2024-cü il tarixdə 14 və 300 manat köçürülmüşdür. Cinayət işinin 1-ci cild 102-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli məcburi gətirmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi olaraq Şəki RPŞ-nin İstintaq Bölməsinə gətirilməlidir. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 120-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 1-ci cild 155-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxs barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 229-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu “MİDA” Yasamal yaşayış kompleksində evlə təmin etmək adı ilə 6000 manat pulunu ələ keçirmişdir. Cinayət işinin 1-ci cild 234-236-cı vərəqələrində olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024-cü il tarixində 2 dəfə 1500 manat, xx.xx.2024-cü ildə isə 1000 manat ödəmişdir. Cinayət işinin 1-ci cild 272-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli “mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına 4440 manat ödənilmişdir. Cinayət işinin 1-ci cild 280-ci vərəqəsində olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024-cü il tarixdə 1500 manat və 60 manat ödənilmişdir. Cinayət işinin 2-ci cild 11-12-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata götürülməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cild 34-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cild 45-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cild 57-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib Şəki RPŞ-nin MSY-ə təqdim olunanadək dayandırılmışdır. Cinayət işinin 2-ci cild 75-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində saxlanılaraq Şəki RPŞ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 76-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata götürülməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cild 99-101-ci vərəqələrində olan cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli AR CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cild 103-104-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin 2-ci cild 131-136-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli Şəki rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 27 gün, yəni 26 fevral 2025-ci il tarixdən hesablanmaqla 24 mart 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 147-148-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, X16 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cild 157-ci vərəqəsində olan qəbzlərdən görünür ki, X16 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024-cü il tarixdə 4000 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat göndərilmişdir. Cinayət işinin 2-ci cild 169-170-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla, 5 ayadək, yəni 24 may 2025-ci il tarixə kimi uzadılmışdır. Cinayət işinin 2-ci cild 180-185-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli Şəki rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətində,yəni 24 mart 2025-ci il tarixdən hesablanmaqla 24 may 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 193-195-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cild 238-239-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs istintaq müddətinin sonuna kimi AR ƏN Penitensiar Xidmətin Penitensiar Müəssisəsindən AR ƏN Penitensiar Xidmətin 3 saylı istintaq Təcridxanasına keçirilmişdir. Cinayət işinin 2-ci cild 275-281-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 24 iyul 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 2-4-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli Şəki rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair ərizəsi geri qaytarılmışdır. Cinayət işinin 3-cü cild 6-9-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli, 4(060)-131/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 3-cü cild 15-16-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin 3-cü cild 74-77-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 310-cu maddəsi ilə istinad edilən əməl AR CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək ibtidai istintaqın davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Cinayət işinin 3-cü cild 84-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 3-cü cild 95-99-cu vərəqələrində olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs7 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 200 manat ödəmişdir. Cinayət işinin 3-cü cild 102-103-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 3-cü cild 106-107-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 3-cü cild 112-113-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək Şəki RPŞ tərəfindən həbs olunmuşdur. Cinayət işi hal-hazırda icraatdadır. Cinayət işinin 3-cü cild 118-120-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqında qərardan görünür ki, AR CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl AR CM-in 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 3-cü cild 122-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-in 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 3-cü cild 150-152-ci vərəqələrində olan qəbzlərdən görünür ki, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2025-ci ildə 150 manat, xx.xx.2024-cü ildə 1000 manat köçürülmüşdür. Cinayət işinin 3-cü cild 171-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 3-cü cild 219-223-cü vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısıdır. Cinayət işi materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il təvəllüdlü bir uşağı var. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla və təkrarən törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olması, vətən müharibəsi iştirakçısı olması, 1 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Bundan başqa CM-in 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs6 vurulmuş 6000 manat ziyandan 1180 manatının maddi yardım adı ilə geri qaytarılması, ziyanın azadılması ilə nəticələnmiş hərəkət kimi qiymətləndirilməli və cəzasını yüngülləşdirən hal hesab edilməlidir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-527/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-527/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver