Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-528/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ərəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələıində yaşadığı ünvan 3 ünvanına qonaq kimi dəvət etdiyi Zərərçəkmiş şəxs yatmış vəziyyətdə olmasından istifadə edərək sonuncunun əynində olan şalvarın sol yan cibindən 460 (dörd yüz altmış) manat pulunu və sağ yan cibindən bir ədəd 120 (yüz iyirmi) manat dəyərində "Samsung Galaxy A10” markalı mobil telefonu üzərində olan 4 (dörd) manat dəyərində (055) ***-**-** GSM nömrə kartı ilə birlikdə gizli talayaraq Zərərçəkmiş şəxs 584 (beş yüz səksən dörd) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı-Quba yolunun yaxınlığında yerləşən “Türkan” kafesinə getmişdir. Orada olan zaman bir nəfər oğlanın kafedə olan ofisantalar və müştərilərə içkilər aldığını görmüşdür. Həmin şəxs onu də əyləşdiyi masaya dəvət etmiş və ona də pivə almışdır. Bir qədər kafedə spirtli içki qəbul etdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində kafedən çıxmış, həmin şəxs hava soyuq olduğunu söyləyib başqa bir yerə gedib oturacaqlarını bildirmişdir. O, artıq gec olduğunu, açıq yer olmadığını həmin şəxsə söyləyib onu öz evinə dəvət etmişdir. Sonradan adının İlqar olduğunu bildiyi həmin şəxslə birlikdə yaşadığı Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən evə getmişlər, evdə olan zaman təxminən saat 02 radələrində İlqar sərxoş vəziyyətdə olduğu üçün divanda uzanıb yatdığını görmüş, onun üzərindən oğurluq etmək üçün ciblərini yoxlamağa başlamışdır. O, İlqarın əyində olan şalvarın sol yan cibinə sağ əlini salan zaman oradan 460 manat pul tapıb götürmüş və həmin pulu evdə xalçanın altında gizlətmişdir. O, İlqarın sağ yan cibindən isə 1 ədəd ‘‘Samsung A10” markalı telefonu götürmüş və evdə gizlətmişdir. Bir müddət sonra İlqarı yuxudan ayıldaraq evdəkilərin bir azdan gələcəyini bildirmişdir. İlqar yuxudan oyandıqdan sonra telefonunun və 460 manat pulunun üzərində olmadığını ona söyləmişdir. O, onun telefonundan və pulundan xəbəri olmadığını bildirmişdir. Bundan sonra o pulunu və telefonu ondan tələb etməyə başlamışdır. O, İlqara telefonunun və pulunun onda olmadığını, evdəkilərin gələcəyini söyləmiş evdən bayıra çıxmasını bildirmişdir. Daha sonra onunla birlikdə evdən bayıra çıxmışlar. Bayırda İlqarla mübahisə edən zaman qonşuluqda yaşayan Fərid onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, həmin şəxs Fəridə telefonunu və pulunu cibindən onun oğurlamağını söyləmişdir. Fərid ona irad bildirərək söyləmişdir ki ‘’get camaatın telefonunu və pulunu gətir qaytaraq özünə”. O, evə gedərək oğurladığı “Samsung A10” markalı telefonu və oğurladığı puldan 130 manatını götürərək Fəridə vermişdir və yalandan bildirmişdir ki, həmin şəxsin cibindən 460 manat deyil, 130 manat pul və “Samsung A10” markalı telefonu oğurlamışdır. Bundan sonra o çıxıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları onun yaşadığı evə gələrək PB-yə çağırmışlar o, 4-cü PB-yə getmiş və orada törətdiyi əməli etiraf etmişdir. Həmin cinayət hadisəsini törədən zaman ona heç kim köməklik etməmiş, oğurladığı puldan 130 manatı və bir ədəd “Samsung A10“ markalı mobil telefonu qonşusu Şahid vermiş, sonuncuya həmin pulu və mobil telefonu Zərərçəkmiş şəxs cibindən oğurladığını bildirmiş və Fəridin həmin pulu və telefonu zərərçəkmişə qaytaracağını düşündüyü üçün həmin pulu və mobil telefonu ona vermişdir, Sumqayıt ŞPİnin 4-cü PB-yə verdiyi ilkin izahatında həyacanlı olduğu üçün, eləcə də özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs cibindən 130 manat pul oğurladığını qeyd etmiş, əsl həqiqətdə isə o Zərərçəkmiş şəxs cibindən 460 (dörd yüz altmış) manat pul oğurlamış və həmin puldan 130 manatını Fəridə vermiş, 48 manatını mağazaya olan borcunu ödəmiş, təxminən 150 manatına özü üçün köynək, şalvar və digər geyim əşyaları almış, qalan hissəsini isə kafe və mağazada xərcləmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun, zərərçəkmiş şəxsə məxsus oğurladığı mobil telefonu qaytardığını, lakin zərərçəkmiş şəxsə vurmuş olduğu 460 (dörd yüz altmış) manat pulu ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Elsəvər ilə birlikdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən ’’Nərgiz” kafesinə gedib orada yemək yemişlər və bir qədər də spirtli içki qəbul etmişlər. Sonra həmin gün saat təxminən 22 radələrində Elsəvər ilə birlikdə Sumqayıt şəhəri Bakı-Quba yolunun kənarında yerləşən Türkan” kafesinə getmişlər və orada da bir neçə bakal pivə içmişlər. Həmin kafedə təsadüfən bir nəfər sonradan adının Nicat olduğunu bildildiyi şəxslə tanış olmuşdur. Nicat ona Sumqayıt şəhəri. Betozavod ərazisində yerləşən evlərinə getməyi, oraya qadın çağırıb birlikdə istirahət etməyi təklif etmiş, o da razılaşıb Nicatın yaşadığı ünvana getmişdir. Evdə olan zaman o spirtli içkinin təsiri altında olduğu üçün orada divanda uzanaraq yatmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində Nicat onu yuxudan oyadaraq ev sakinlərinin bir azdan evə gələcəyini söyləyib evdən çıxmaqlarını bildirmiş, o yuxudan durduqdan sonra ciblərini yoxladıqda cibində olan 460 manat pulunun və “Samsung A10" markalı mobil telefonunun yerində olmadığını aşkar etmişdir. O evdə Nicatla ondan başqa kimsə olmadığna görə pulunun və telefonunun Nicatın götürməsini ehtimal etdiyi üçün ondan telefonunu və 460 mant pulunu qaytarmasını tələb etmiş, həmin vaxt Nicat pulunu və telefonunu götürmədiyini söyləmişdir. Bundan sonra onlar evdən bayıra çıxmış, küçədə Nicat ilə söhbət edən zaman onlara 3-4 nəfər oğlan yaxınlaşıb nə baş verdiyini soruşmuş, o həmin şəxslərə Nicatın cibindən pulunu və telefonunu oğurladığını bildirmişdir. Həmin şəxslər Nicata öz iradlarını bildirmiş, sonra orada olan şəxslərdən biri ona 5 manat pul vermişdir ki yaşadığı evə gedə bilsin. O, da yola çıxıb taksiyə əyləşərək oradan çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ- nin 4-cü PB-yə gedərək hadisə ilə bağlı ərizə və izahat vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki yatmamışdan əvvəl mobil telefonunu əynində olan şalvarımın sağ yan cibinə, 460 manat pulunu isə şalvarının sol yan cibinə qoymuş və divanda uzanıb yatan zaman paltarları əynində yatmışdır. Həmin gün onun üzərində 500 manat pul olmuş, o həmin puldan 40 manatını kafedə xərcləmiş, Nicatın evinə gedən zaman 460 manat pulunu əynindəki şalvarının sol yan cibinə qoymuşdur. “Samsung A10" markalı mobil telefonu isə işlənmiş vəziyyətdə 150 manata almışdır. O kafedə öz puluna Nicata pivə də almışdır, Nicat isə onun sərxoşluğundan istifadə edib evinə gətirib cibinə girdiyindən, həmçinin vurulan ziyanı ödəmədiyindən o Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 6 il olar ki tanıyır, Nicat onunla qonşuluqda yaşayır, əvvələr onunla aralarında ədavət və düşmənçilik olmamışdır, münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 02:30 radələrində yaşadığı Sumqayıt şəhər Betonzavod ərazisində yerləşən 604A nömrəli fərdi həyət evində olarkən yaxınlıqda səs-küy eşidib həyətə düşmüşdür. Evlərinin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs bir nəfər sonradan adının İlqar olduğunu bildiyi şəxslə mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Onlardan nə baş verdiyini soruşan zaman İlqar, Nicatın onun yatmış vəziyyətdə olmasından istifadə edərək cibindən 500 manat pulunu və mobil telefonunu oğurladığını bildirmişdir. O, Nicata irad bildirərək ona, gedib həmin şəxsin telefonunu və pulunu gətirib qaytarmasını söyləmişdir. Nicat əvvəlcə etdiyi əməli boynuna almasa da sonradan həmin şəxsin mobil telefonunu və pulunu oğurlamasını ona bildirmiş, pulu və telefonu gətirmək üçün yaşadığı evə getmişdir. İlqar adlı həmin şəxs evinə getmək üçün cibində pulunun olmadığını ona söyləmiş və o, İlqara 5 manat pul verərək onu yola salmışdır. Bundan sonra Nicat 01 ədəd “Samsung A10" markalı mobil telefonu və 130 manat pulu gətirib ona verərək həmin şəxsin cibindən 130 manat pul və mobil telefonu oğurladığını bildirmişdir. Lakin həmin vaxt İlqar artıq taksi ilə getdiyindən o pulu və telefonu İlqara qaytara bilməmişdir. Səhəri günü onu Sumqayıt ŞPİnin 4-cii PB-nə dəvət etmişdilər. O, bölməyə getmiş və ondan hadisə haqqında polis əməkdaşları soruşan zaman olanlar barədə izahat vermiş və 01 ədəd “Samsung A10" markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1313 nömrəli saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung Galaxy A10“ markalı 16 GB yaddaşlı mobil telefonun satış iiçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur. İstintaq zamanı Şahid təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus bir ədəd ’‘Samsung Galaxv A10" markalı 16 GB yaddaşlı mobil telefon maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün sahibinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin qismən olaraq ödəməsini (telefonun qaytarılmasını) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx-3168 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 07 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd “Samsung Galaxy A10" markalı 16 GB yaddaşlı mobil telefonun Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli (iş № 1(060)-528/2022) qərarını icra edərək, 02 iyun 2022-ci il tarixli 840/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd “Samsung Galaxy A10" markalı 16 GB yaddaşlı mobil telefonun Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-528/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-528/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver