Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-528/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günel Aydın qızının, Təqsirləndirilən şəxs, müdafiəçi- “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, dövlət nəfinə 20% ödəməklə 01 il 07 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmiş, işləməyən, məhkumluğu olmayan, Xızı rayonu, Qarabulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisindəki fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq övladları, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü Hünbətov Cavanşir Nurlan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 117,00 manat olmaqla, cəmi 234,00 manat məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günel Aydın qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli, 2(060)-20449/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə, əvvəllər analoji cinayəti törətdiyi üçün cinayət məsuliyyətinə cəlb olunma məsələsinə baxılması barədə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, ilkin təqdimat verilən xx.xx.2019-cu il tarixdən son təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8928,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günel Aydın qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, cavabdeh kimi ondan 2 uşağının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 117,00 manat olmaqla, cəmi 234,00 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə bir neçə dəfə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixədək 8928,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günelin xeyrinə ödəməmişdir. Fəhləliklə məşğul olmaqla aylıq 400,00 manat məbləğində qazancı öz dolanışığına çətinliklə çatırdı. Bundan əlavə övladları ilə görüşməyə zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günel tərəfindən maneə yaradılır. Bu səbəbdən də aliment borcunu ödəməmişdir. Həmçinin övladlarının saxlanılması üçün nəzərdə tutulmuş alimenti vaxtı-vaxtında ödəməyə laqeyd yanaşmışdır. Hazırda isə xəstə olduğu üşün heç bir yerdə işləmir və zərərçəkmiş şəxsə hər hansı bir məbləğdə aliment borcundan ödəməyə maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günel Aydın qızı ifadəsində göstərdi ki, borclu Təqsirləndirilən şəxs cavabdeh kimi xx.xx.2016-cı il tarixdən başlayaraq övladları, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü Hünbətov Cavanşir Nurlan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 117,00 manat olmaqla, cəmi 234,00 manat məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə məhkəmənin 12 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra yenidən Təqsirləndirilən şəxs izahatı alınıb cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, 8928,00 manat məbləğində aliment borcunu fərdi əməklə məşğul olmaqla, həmçinin xırda ticarətlə məşğul olmaqla, ayda təxminən 450,00- 500,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq onun xeyrinə ödəməmiş, həmçinin məsuliyyətsiz bir insan kimi övladları ilə maraqlanmamış, onlara heç bir yardım göstərməmişdir. Zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günel Aydın qızı ona ödənilməli olan aliment borcunun ödənilməsini tələb edərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, borclu Təqsirləndirilən şəxs cavabdeh kimi xx.xx.2016-cı il tarixdən başlayaraq 2 övladlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 117,00 manat olmaqla, cəmi 234,00 manat məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günel Aydın qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, o, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8928,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Zeynalova (Hünbətova) Günel Aydın qızının xeyrinə qərəzli olaraq qəsdən ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20449/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zeynalova (Hünbətova) Günel Aydın qızının xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü Hünbətov Cavanşir Nurlan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay, hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Qeyd olunan qətnamə 30 yanvar 2017-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 08 fevral 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 08 fevral 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmov tərəfindən icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs bildirişlər göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başalanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etiraf edici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5, 68.1.1-1-ci maddələrinə əsasən qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 il 07 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarili Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3 və 18.4.4-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun hazırki cinayət əməlini törədən zaman Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, vurulmuş maddi ziyandan hər hansı bir məbləğdə ödəniş etməməsini və eyni cinayət əməlinə görə əvvəllər də məhkum olunmasını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixli qərarla barəsində axtarış elan olunaraq cinayət işinin icraatı dayandırılmış, xx.xx.2023-cü il tarixdə könüllü gəldiyi üçün, həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmiş və xx.xx.2023-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 30 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-528/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-528/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver