Məhkəmə qərarları › İş №1(060)-528/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-528/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-528/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1975-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Zəyəm kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olub ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ilin may ayında çıxarmış olduğu hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu Röyal Məmmədovun cəzasının qalan 12 il hissəsindən tam olaraq azad etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs 26 oktyabr 2022-ci il tarixdə sonuncunun cinayətdən xəbərsiz qardaşı Şahid2 vasitəsi ilə Qax rayonunda aldığı 10.000 manat, 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, “20 yanvar” metrostansiyasmın yaxınlığında yerləşən "xxxx" ASCnin inzibati binasının qarşısında yerləşən adı istintaqla müəyyən edilməmiş kafedə aldığı 5000 manat, 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, “20 yanvar” metrostansiyasmın yaxınlığında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında yerləşən adı istintaqla müəyyən edilməmiş kafedə aldığı 9000 manat, 12 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən "xxxx" MMC-nin Sumqayıt şəhər şöbəsi vasitəsi ilə öz hesabına göndərdiyi 8000 manat, 07 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 1 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “eManat” terminalı vasitəsi ilə cinayətdən xəbərsiz qardaşı Şahid2 416974******0078 saylı kart hesabına göndərdiyi 2525 manat, 01 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 1 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9Qi4 saylı hesab kartına göndərdiyi 202 manat, 02 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9014 saylı hesab kartına göndərdiyi 200 manat, 01 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsində yerləşən “Qayalı market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9014 saylı hesab kartına göndərdiyi 100 manat, 07 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9oj4 sayh hesab kartına göndərdiyi 100 manat, 08 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9014 sayh hesab kartına göndərdiyi 100 manat, 24 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9014 saylı hesab kartına göndərdiyi 300 manat, 27 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9014 saylı hesab kartına göndərdiyi 500 manat, 28 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9014 saylı hesab kartına göndərdiyi 300 manat, 30 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakıünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9Q14 sayh hesab kartına göndərdiyi 400 manat, 07 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Nərimanov küçəsində yerləşən "xxxx" MMC-nin elektron ödəmə sistemi vasitəsi ilə “Azərbaycan Beynəlxalq Bankı”nda olan hesabına 2000 manat, 13 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9014 saylı hesab kartına göndərdiyi 200 manat, 18 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Bakı-ünvan 2 ünvanında yerləşən “Söhrab Market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə istifadəsində olan 5*********9014 saylı hesab kartına göndərdiyi 2500 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 41.427 (qırx bir min dörd yüz iyirmi yeddi) manat məbləğində - xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə yaşadığı kənddə yerləşən evi yanmış və o, 3 uşağı ilə birlikdə qanşuluqda yerləşən sahibsiz zirzəmidə yaşamış, evi tikməyə isə maddi imkanı çatmamışdır. Belə ki, heç yerdə işləməmiş və bu səbəbdən də kənd təsərrüfatı ilə məşğul olmaqla yalnız ailəsini birtəhər saxlamışdır. Zərərçəkmiş şəxs qardaşı Şahid2 bir neçə il bundan əvvəl onunla birlikdə yol idarəsində işləyən həmkəndlisi Saleh vasitəsi ilə tanımış, lakin İnqilabla heç bir tanışlığı olmamışdır. Təxminən 2022-ci ilin sentyabr ayında kənddə Salehlə söhbət edərkən o, ümumi tanışıları Kəyanın qardaşı oğlunun Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2019-ci ildə 17 il müddətinə azadlıqdan məhrum edildiyini, hal-hazırda Kəyangilin onun cəzsını yüngülləşdirməyə yollar axtardığını bildirmişdir. Həmin vaxt hər hansı bir əlaqəsinin olmamasına baxmayaraq Salehə öz əlaqələri vasitəsi ilə Kəyanın qardaşı oğlunu cəzadan tam azad etdirə biləcəyini bildirmiş, Saleh ona inanmış və bu barədə Kəyana bildirmişdir. Kəyan onunla görüşmək istədiyini bildirmiş, Qax şəhərində Kəyanla görüşmüş, birlikdə çay içərkən Kəyana onun qardaşı oğlunu 25.000 manat müqabilində tam olaraq azadlığa buraxdıra biləcəyini bildirmişdir. Kəyan ondan bunu necə edəcəyini soruşduqda ona yalandan məhkəmə sistemində güclü səlahiyyəti olan dostlarının olduğunu və onlar vasitəsi ilə bu işi həll edəcəyini bildirmişdir. Kəyan qardaşı İnqilabın Sumqayıt şəhərində yaşadığını, bu yaxınlarda Sumqayıta gedəcəyini və onunla təklifi barədə danışacağını bildirmişdir. Özü isə Kəyana onun telefonu ilə İnqilabla danışmağı təklif etmiş, bundan sonra Kəyan qardaşına zəng vurub onun təklifi barədə danışmış və həmçinin İnqilabla danışmaq üçün telefonu ona vermişdir. O da İnqilaba 25.000 manat müqabilində oğlunun işini həll edəcəyini bildirmişdir. İnqilab da ona inanaraq yaxın vaxtlarda qardaşının Sumqayıt şəhərinə gələcəyini və onunla ilkin mərhələdə 10.000 manat göndərəcəyini, qalan pulu isə iş qurtardıqdan sonra ona verəcəyini bildirmişdir. 26 oktyabr 2022-ci il tarixdə Kəyan Qax şəhərində onunla görüşüb 10.000 manatı vermiş, pulu aldıqdan sonra 2023-cü ilin yanvar ayına kimi qardaşı oğlu Röyalı azadlığa buraxdıracağını bildirmişdir. Özü isə həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, lakin 2022-ci ilin noyabr ayında İnqilaba zəng vuraraq işi həll edən şəxslərin pulu tam istədiklərini, yoxsa işin alınmayacağnı bildirdikdə, İnqilab bir neçə gündən sonra ona zəng vurub görüşərək qalan pulu da verəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin noyabr ayının sonlarında İnqilab ona zəng vuraraq 5000 manat düzəltdiyini, harada görüşə biləcəklərini soruşduqda ona Bakı şəhərinə gələcəyini və “20 yanvar” metrostansiyasının yaxınlığında görüşə biləcəklərini bildirmiş, bundan sonra İnqialabla ilk dəfə Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığında görüşmüş və İnqailab ona 5000 manat pulu verib qalan 10.000 manat pulu da bir neçə gün ərzində verəcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayının əvəllərində İnqilabla yenidən Bakı şəhərində həmin yerdə görüşdükdə o 9000 manat pul verərək qalan 1000 manat pulu da tezliklə ona çatdıracağını bildirmiş, İnqilabla razılaşaraq oğlunu tezliklə azadlığa buraxdıracağını qeyt etmişdir. Lakin, bundan sonra da İnqilabla əlaqə saxlayıb müxtəlif bəhanələrlə 8000 manat, 2250 manat və daha aşağı məbləğlərdə əlavə olaraq təxminən 16.000-17.000 manat da pulu təxminən bir il ərzində almışdır. Belə ki, İnqilab həmin pulları ona Sumqayıtdan 8000 manatı poçt vasitəsi ilə, digər pulları isə ona məxsus “ABB” məxsus kart hesabına göndərmişdir. İnqilaba söz verdiyi vaxtdan xeyli müddət keçsə də İnqilab oğlunu azadlığa buraxdırmadığını görüb onu aldatdığını başa düşmüş və 2023-cü ilin sonlarından başlayaraq ondan verdiyi pulları geri tələb etməyə başlamışdır. Özü isə İnqilabdan şikayət etməməyi xahiş edərək tezliklə pulunu qaytaracağını bildirmişdir. Nəhayət İnqilab onun pulunu qaytarmadığını görüb barəsində şikayət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Novruz Məmmədov 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid olmuş və döyşlərdə göstərdiyi qəhramanlığa görə dövlət tərəfindən 5 medalla təltif olunmuşdur. Digər oğlu X2 isə 2019-cu ilin mart ayında Yardımlı rayonu ərazisində baş vermiş ölüm hadisəsində iştirakçılığa görə həbs olunmuş və Lənkaran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Qax rayonunda yaşayan qardaşı Şahid2 ona zəng vuraraq yaşadığı rayonda Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu və Zaurun onunla söhbət zamanı özünün əlaqələri vasitəsi ilə oğlu Röyalı cəzasının qalan 12-il hissəsindən tam olaraq azad etdirəcəyini bildirməsi barədə danışıb ona həmin Təqsirləndirilən şəxsla görüşməyi məsləhət görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs elə qardaşının telefonu ilə ona zəng vurmuş və adını çəkmək istəmədiyi yüksək vəzifədə işləyən, “Ağsaqqal” adlandrdığı qohumunun olduğunu, həmin qohumu vasitəsi ilə, oğlunun bundan sonra qalan 12 il cəzasını ləgv etdirib onu azadlığa buraxdıracağını bildirmişdir. Zaurun danışdıqlarına inanmış, Zaur 25000 manat ona verəcəyi təqdirdə bu məsələni həll edə biləcəyini bildirmişdir. Eyni zamanda Zaurla ilkin mərhələdə ona 10000 manat pul verəcəyi, qalan pulu isə oğlu azadlığa çıxandan sonra verəcəyi barədə razılığa gəlmişdir. Zaur ondan 10.000 manatı nə vaxt ona çatdıracağını soruşanda 25 oktyabr 2022-ci ildə şəhid olmuş oğlu Novruzun vəfatının il dönümünda iştirak edəcək qardaşı Kəyan vasitəsi ilə ona göndərəyini bildirmişdir. Daha sonra 26 oktyabr 2022-ci ildə Kəyan mərasimdə iştirak edib rayona qayıdarkən yaşadığı evdə 10.000 manat pulu Kəyan Zaura çatdırmaq üçün vermişdir. Həmin günün axşamı Kəyan ona Zaurun yanından zəng vuraraq 10.000 manatı Zaura çatdırdığını bildirmiş, Zaur da pulu Kəyandan aldığını təsdiq edərək 2023-cü ilin yanvar ayının 15-dək oğlunun azadlığa çıxacağını bildirmişdir. Təxminən 1 ay sonar, yəni 2022-ci ilin noyabr ayının sonlarında Zaur ona zəng vuraraq Royalın azadlığa buraxılması üçün lazım olan pulun hamısını Röyal buraxılana kimi ödəmək lazım olduğunu bildirəndə, Zaura qalan pulu Röyal azadlığa çıxandan sonra verməli olduğunu demiş, Zaur isə “sənin üçün nə fərqi var, indi verdin yoxsa sonra verdin” demişdir. Bundan sonra Zaura hal-hazırda cəmi 5 min manat pul olduğunu bildirmişdir. Zaur razılaşaraq 1 gün sonra Bakı şəhərinə gələcəyini və 20 Yanvar metrosunun qarşısında onunla görüşüb həmin pulu alacağını bildirmişdir. Həmin günün sabahı saat təxminən 12 radəllərində ilk dəfə Zaurla Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığındakı "xxxx" ASC-nin binasının yanında olan adını xatırlamdığı kafedə görüşmüş və ona 5000 manat vermişdir. Zaur pulu alıb qalan 10.000 manatı nə vaxt verəcəyini soruşduqda bir həftə sonra qalan pulu verəcəyini bidirmiş, bundan bir həftə sonra yəni təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində evində qalan cəmi 9000 manatı götürüb Zaura zəng vuraraq ona 10000 deyil, 9000 manat verə biləcəyini, bununla da ümumi məbləğin 24.000 manat olacağını bildirdikdə Zaur razılaşmışdır. Həmin günün səhəri onunla yenidən Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında "xxxx" ASC-nin binasının yanında olan adını xatırlamadığı kafedə görüşüb 9000 manatı da təklikdə vermişdir. Zaur ona söz verdiyi vaxtda oğlunun azadlığa buraxılacağını bildirmişdir. Təxminən bir həftə sonra, yəni 2022-ci ilin dekabr ayının 10-da Zaur ona zəng vuraraq aldığı bütün pulları “Ağsaqqala” verdiyini, “Ağsaqqalın” isə hal hazırda xaricdə olduğunu, təcili olaraq 8000 manat pulun Royalın buraxılmasında iştirak edəcək hansısa şəxsə vermək lazım olduğunu bildirib, bir neçə günlüyə 8000 manat pul tapıb ona göndərməyi, “Ağsaqqal” qayıtdıqdan sonra həmin pulu ondan alıb geri qaytaracağını bildirdikdə çarəsiz qalıb yenə Zaurun dediklərinə inanmış və qohum-əqrəbadan borc- xərc edib 8000 manat pulu düzəldərək 12 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisndə yerləşən poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına göndərmişdir. Lakin 2023-cü ilin əvvəllərində Zaur ona yenidən zəng vuraraq artıq bütün işlərin həll olunduğunu, bir neçə günə Royalın azadlığa buraxılacağını, sadəcə Royalın öldürülməsində iştirak etmiş şəxsin qohumlarını sakitləşdirmək üçün onlara da müəyyən qədər pul verilməsi lazım olduğunu bildirib, 2500 manatda əlavə pul göndərməyi xahiş etmişdir. O, Zaura pulunun olmadığını, əlavə götürdüyü 8000 manat pulu da qaytarmadığını bildirdikdə, Zaur şirin dil ilə onu yoldan çıxararaq bu pulların verilməsini lazım olduğunu bildirmişdir. Bu səbəbdən yenə borc götürüb 7 yanvar 2023-cü il tarixdə H.Z.Tagıyev qəsəbəsində yerləşən “Söhrab market” mağazasında quraşdırılmış “mpay” terminalı vasitəsi ilə Zaurun ona göndərdiyi “Kapital Bank” bankına məxsus hesab nömrəsinə 2525 manat pul göndərmiş, lakin Zaurun ona söz verdiyi vaxtda oğlu azadlığa buraxılmamışdır. O, Zaurla əlaqə saxlayıb nəyə görə işin yubandığını soruşduqda o, müxtəlif bəhanəllər gətirmişdir. Artıq 35 min manata yaxın pulu Zaura verdiyindən ona inanmaq məcburiyyətində qalmış, qeyd olunan tarixdən sonra 2023-cü ilin noyabr ayının 23-dək Zaur ondan xırda-xırda əlavə 5-6 min manat da müxtəlif bəhanələrlə pullar almış və o, həmin pulları hər dəfə ödəmə terminalı vasitəsi ilə Zaurun ona göndərdiyi bank kartı hesablarına köçürüb çeklərini özündə saxlamışdır. Sonuncu dəfə 18 noyabr 2023-cü il tarixdə Zaur zəng vuraraq artıq oğlu Royalın azadlığa buraxıldığını və türmədən onun gətirilməsi üçün sürücülərə 500 manat pul lazım olduğunu bildirəndə həmin tarixdə 500 manatı da Sumqayıt şəhəri H.Z.Tagıyev qəsəbəsində yerləşən “Söhrab market” mağazasında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə Zaurun adına olan bank kartına göndərmişdir. Lakin, bundan sonra da oğlunun azadlığa buraxılmadığını öyrəndikdə Zaurun onu aldadaraq pullarını ələ keçirdiyini başa düşmüş, bu səbəbdən ona zəng vurub verdiyi pulları geri tələb etmişdir. Zaur onu oğlunun Azadlığa buraxdıracağına inandırmağa çalışmış, lakin artıq ona inanmayaraq pulunu geri tələb etmişdir. Sonuncu dəfə Zaur ondan xahiş edərək oğlunun buraxılması üçün ona 31 dekabr 2023-cü il tarixə kimi vaxt verməyimi bildirdikdə həmin vaxtı da gözləmiş, lakin qeyd olunan müddətdə də Zaur pulunu qaytarmamış, bu səbəbdən də onun barəsində şikayət etmişdir. Zaur onu aldadaraq etibarımdan sui istifadə edib, cəmi 41.400 manat pulunu ələ keçirtmişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid2 və Şahid1 məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdikləri ifadələrini təsdiq etdiklərini və məhkəmə iclasında iştirak edə bilmədiklərini göstərmişlər. Şahidlər Şahid2 və Şahid1 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında ifadə vermiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 66-67-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qax RPŞ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xx.xx.2024-cü il tarixdə Cinayət-Prosessual Məcəllənin 40.3, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan Qax rayonu Zəyəm kənd ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 06 may 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir və üç uşağı var. Uşaqlardan biri azyaşlıdır (təvəllüdü xx.xx.2012). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etriafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzaya məhkum edilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə "Şimal" Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar