Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-528/2025 03.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, ailəli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən salış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,248 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixolrop maddə mclamfctammı əldə edib daşıyaraq üzərində saxlamış, 02 may 2025-ci il tarixdə saat 13:55 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 4B saylı yaşayış binasının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmaq üzərində yoxlama aparılarkən əynində olan boz rəngli pencəyin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,248 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ittiham aktında qeyd edilən cinayət əməlini törətmişdir. Belə ki, 41-ci məhəllə ərazisindən günorta saatlarında polis əməkdaşları tərəfindən saxlanılmış, üzərindən 01 büküm “metamfetamin” aşkar edilmiş və 5-ci Polis bölməsinə aparılmışdır. Narkotik vasitə ona məxsusdur və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Narkotik vasitəni xəstə olması və əziyyət çəkməsinə görə istifadə edir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən o, onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bilmişdir. O, ona psixotrop maddə olan metamfetamin verə biləcəyini bildirmişdir. O, həmin tanımadığı şəxsdən özü istifadə etmək üçün 15 manata 01 ədəd bükümdə «şüşə» metamfetamin almışdır. O, həmin psixotrop maddəni istifadə elmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 13:55 dəqiqədə Sumqayıt şəhəri, məhəllə 41A ərazisində yerləşən 4B saylı binanın yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki. o. narkotik vəsilələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Onlar videoçəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, əynindəki pencəyin sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Ondan bükümün içərisindəki maddənin nə olduğunu və haradan aldığını soruşduqda o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 15 manata aldığını bildirmişdir. Sonra onun üzərində başqa nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra o, üzərində olan «Redmi A3» markalı mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,33 qram təşkil etmişdir. O bu çəkiyə etiraz etməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamin və mobil telefonu ayrı-ayrılıqda zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Bundan sonra çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar birbaşa 5-ci PB-nə getmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla onun hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X7 təqdim olunmuşdur. Sonra o saxlanılarkən üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd büküm olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı zərfin tamlığının pozulmadığını qeyd etmişdir. Bundan sonra o həmin maddəni xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra psixotrop maddənin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və Polis Bölməsində olarkən ona qarşı heç bir ləzviq və qanunsuz hərəkətlər olunmamışdır. O. narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, Şahid1 əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 4B nömrəli binanın yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah elmişlər. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim edərək, şəxsi istifdasi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin predmet zərfə qoyularaq qablaşdırılmış və digər sənədləşdirmə işləri polis bölməsində aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər polis idarəsinin 5-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, Şahid1 əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və KTB-nin kriminalisti, polis mayoru X9 ibarət əməliyyat qrupu təşkil elmişlər. Həmin məlumat əsasında saat 13:55 dəqiqədə, Sumqayıt şəhəri. 41A məhəllə ərazisində yerləşən 4B nömrəli binanın yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah elmişlər. Onlar ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynindəki pencəyn sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində olan kütlənin «şüşə» psixotrop maddə olan metamfetamin olduğunu və bükümü bir gün əvvəl Xırdalan şəhəri ərazisində üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün 15 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0.33 qram təşkil etmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa əşya və ya predmet olub-olmadığı soruşulduqda o. özünə məxsus 01 ədəd «Redmi A3» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanıRa da heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Onlar Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Fuad heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqavıi ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində ekspert-kriminalist çəkiliş aparmaq məqsədi ilə panasonik markalı videokameranı işə salmışdır. X15 nə üçün saxlanıldığını və polis bölməsinə gətirildiyini bir daha ona izah etmişdir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili X7 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah etmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin heç bir şey aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümün qablaşdırıldığı zərf və mobil telefonun qablaşdırıldığı zərf təhqiqatçıya təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı onlar tərəfindən təqdim olunmuş zərflərə baxış keçirmişdir. Təhqiqatçı zərflərin möhürlərini yoxlamış və zərflərin tamlığının pozulmadığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığım soruşduqda, o, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Xırdalan şəhər ərazisində tanımadığı şəxsdən özü istifadə elmək üçün 15 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi isi iqa mət i ndə əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi ilə bağlı əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, “ünvan 1-da qeydyyatda olmaqla yaşayan, xx.xx.1984-ci il təvəllüdlü, X10 iştirakları ilə tərtib edirəm həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt ŞPİ-nin 5-ci PB-nə X10 narkotik vasitələrin üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasmda həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 02 may 2025-ci il tarixdə, saat 13:55-də Sumqayıt şəhəri, 41 A məhəllə, ev 4Bnin yaxınlığında saxlanıldı. X11 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə , X10 üstünü yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl, X11 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra, X17 göy rəngli pencəyinin sağ yan cib hissəsindən l(bir) ədəd qara rəngli şəffaf selofan bükümdə “Metamfetamin”-nə bənzər kütləni təqdim etdi. X3 üzərində hər hansı əşya və ya predment olub-olmadığı soruşaraq, üzərində olan əşyaları bizə təqdim etməyini təklif etdik. Əlavə olaraq 1 ədəd “Redmi A3” markalı mobil telefon götürülərək ağ rəngli zərfdə qablaşdırıldı.Yoxlama zamanı sonuncunun üzərindən əlavə heçnə aşkar edilmədi.Sonra metanfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 0,33 qram oldu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və tərəfimizdən imzalandı və götürüldü. Üstünü yoxlama Sumqayıt şəhəri, 41 A məhəllə, ev 4B-nln yaxınlığında keçirildi, Üstünü yoxlama zamanı iphone markalı mobil telefon vasitəsi İlə Sumqayıt ŞPlnin 5-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən video çəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tələtindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. protoloka 01 (bir) ədəd DVD əlavə olundu” - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 4B saylı yaşayış binasının yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 13:55-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdır. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” protokoldan görünür ki, “xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yuxarıda qeyd olunan əməkdaşlarla birlikdə sonuncunun üzərinə şəxsi axtarış keçirildi. Belə ki, əməliyyat müvəkkili, polis mayoru Şahid1 yazdığı raporta əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrin gəzdirməsində və dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək, xx.xx.2025-ci il tarixdə saat 13:55-də Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 4B saylı yaşayış binasının yaxınlığında saxlanılaraq videoçəkilişlə üzərində yoxlama aparılan zaman bir bükümdə ümumi çəkisi 0,33 qram psixotrop maddə olan ”metamfetamin”ə bənzər kütlə aşkar olunaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirilmişdir. xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti otağında saat 14:58-də operator tərəfindən «Samsung» markalı mobil telefonun videokamerası işə salındı. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik maddələrin üzərində gəzdirməsində, qəbulu və dövriyyəsində şübhəli olduğu üçün tərəfimdən şübhəli şəxs qismində tutulduğunu bildirərək, ona növbədə olan Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olundu və həmin vəkilə etiraz etdiyi təqdirdə şəxsi vəkili varsa dəvət oluna biləcəyi təklif olundu. Təqsirləndirilən şəxs növbədə olan vəkil X2 onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs tərəfimizdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq, buna etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə ona üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmadı. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim olunan Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış iki ədəd ağ rəngli kağız zərfdə olan bağlamaya baxış keçirildi, Belə ki, həmin zərflərdən birinin üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə; Saxlanılan şəxs: imza Təqsirləndirilən şəxs; İştirak etdi: imza Şahid2; Tərtib etdi: İmza Şahid1» sözləri yazılmışdır. Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin nə olduğu soruşulduqda həmin kütlənin narkotik vasitə olan «şüşe» olduğunu bildirdi, Ondan həmin kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşduqda, həmin narkotik vasitəni dünən, yəni xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 (on beş) manata aldığını yə özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. Həmin bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən ekspertizaya göndərilməsi üçün tərəfimdən götürüldü. Həmçinin Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 0,33 qram olması müəyyən olunmuşdur. Polis əməkdaşları tərəfindən təqdim olunan İkinci zərfin üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1(blr) ədəd Redml A3 markalı telefon; Saxlanılan şəxs: imza Təqsirləndirilən şəxs; İştirak etdi: İmza Şahid2; Tərtib etdi: İmza Şahid1» sözləri yazılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı həmin bağlamanın içərisində olan «Redmi» markalı mobil telefonun ona məxsus olduğunu bildirdi. Həmin içərisində mobil telefon olan bir ədəd bağlama da İş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürüldü. Videoçekiliş saat 15:04-de başa çatdı. Tədbir zamanı «Samsung» markalı mobil telefon vasitəsi ilə çəkilmiş görüntülər diskə köçürülərək protokola əlavə olunacaqdır. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir irad və şikayət daxil olmadı. Protokol iştirakçılara ucadan oxundu, düzgünlüyünü imzalarımızla təsdiq edirik.” - Məhkəmə-kimyəvi ekspertizasının 20/264 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0.248 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,248 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,198 qram. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 02 may 2025-cı il tarixdə saat 13:55 dəqiqədə Sumqayıt şəhəri. 4İA məhəllə ərazisində yerləşən 4B nömrəli binanın yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı şəxsə nə üçün saxlanıldığını izah edir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşyaları təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs əynindəki pencəyin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Ondan bükümün içərisindəki maddənin nə olduğunu soruşur Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin «şüşə» olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin bükümü haradan aldığı soruşulur. Təqsirləndirilən şəxs həmin bükümü bir gün əvvəl Xırdalan şəhəri ərazisində olarkən tanımadığı şəxsdən aldığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilir. Bükümün çəkisi 0,33 qram təşkil edir. Sonra aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılır. Sonra Təqsirləndirilən şəxs üzərinbə başqa əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim edir. Həmin teleofn da zərfə qoyularaq qablaşdırılır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır və heç bir şey aşkar olunmur. Sonra çəkiliş dayandırılır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşvalara baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyvən olunmuşdur ki, 02 may 2025-cü il tarixdə saat 13:55 dəqiqədə Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 4B nömrəli binanın yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan mtamfetamin aşkar edildikdən sona müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Xidməti otaqların birində kriminalist videokameranı işə salır. X15 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Sonra Sumqayıt regional vəkil bürosunun vəkili X1 şəxsə təqdim olunur. Sonra təhqiqatçı ona daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını, üzərinə baxış keçirilərkən 01 ədəd bükümdə psixolrop maddə olan meiamlciaminə bənzər kütlənin aşkar edilərək götürüldüyünü bildirir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim olunur. Polis əməkdaşları özlərini təqdim edirlər. Bundan sonna təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir, lakin Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmur. Sonra əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümün qablaşdırıldığı zərfi və mobil telefonun qablaşdırıldığı zərfi təhqiqatçıya təqdim edir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq üzərindən aşkar olunmuş psixolrop maddəni 15 manata Xırdalan ərazisində tanımadığı şəxsdən aldığını bildirir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirir. Müdafiəçi Təqsirləndirilən şəxs başqa sözünün olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs heç bir sözünün olmadığını bildirir. Müdafiəçi başqa sualının olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. - xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən «redmi A3» markalı mobil telefon aparatı smartfon tipli, sensor ekranlı qara rəngli mobil telefon aparatıdır. Telefonda olan məlumatlara baxmaq üçün əvvəlcə telefon sağ tərəfdə olan düyməni sıxmaqla işlək vəziyyətə gətirilmişdir. Daha sonra SMS-lər, kontaktlar, qaralama yazılar olan qovluqlar, eləcə də «whatsapp» tətbiqi açılmışdır. Qeyd edilən qovluqlara baxış keçirilmiş, lakin iş üçün əməhiyxəl kəsb edən hər hansı bir sms, şəkil və ya iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Eyni zamanda telefonda «kontaktlar» qovluğuna da baxış keçirilmiş və şübhəli adlar olan telefon nömrəsi aşkar edilməmişdir. - İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, redmi A3 markalı mobil telefonu Təqsirləndirilən şəxs qəbul etmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-873/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - Məhkəmənin şifahi sorğusuna cavab olaraq verilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-873/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 07 ay 10 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 01 il 04 ay 16 gün təşkil edir. - Məhkəmə-Tibbi Ekspertiza və X8 X16 xx.xx.2025-ci il tarixli 567 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. - Məhkəmə-narkoloji ekspertizasının 3910 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorunların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt ND-da F11x2 diaqnozu ilə qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,248 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamindən məhkəmə-kimyəvi ekspetizası təcrübəsindən sonra qalıq almış 01 ədəd bükümdə 0,198 qram çəkidə psixotrop maddə olan metamfetamin və 02 ədəd disk maddi sübut kimi tanınmışdır. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,248 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamindən məhkəmə-kimyəvi ekspetizası təcrübəsindən sonra qalıq almış 01 ədəd bükümdə 0,198 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. - İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.2008-ci il təvəllüdlü Zeynəb Rzazadə, xx.xx.2012-ci il təvəllüdlü Məryəm Rzazadə və xx.xx.2014-cü il təvəllüdlü Rafiq Rzazadə adlı övladları var. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetamin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin: - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınsın. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məhkumluğunun olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza nəticəsində qalıq qalmış 0,198 qram çəkidə psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Sumqayıt ND-da F11x2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 63,00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-528/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1107 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Hökmün icrası Sumqayıt şəhəri Polis İdarəsi və Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Sumqayıt ND-da F11x2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza nəticəsində qalıq qalmış 0,198 qram çəkidə psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 63,00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-528/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-528/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver