Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-529/2023 17.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı xx.xx.2023-cü il tarixdə sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 2006-cı il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 3 azyaşlı övladları var. Ailə qurduqdan sonra münasibətləri yaxşı olmuşdur. Lakin, Esmiranın bəzi qadağalarına görə hərdən aralarında narazılıq olmuş, lakin, heç vaxt polisə müraciət etməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, işdən gələn zaman Esmiraya zəng edərək bu barədə bildirmişdir. Esmira isə anasının iftar süfrəsi verdiyini, evdə hazır yemək olduğunu bildirib anasının evinə getdiyini demişdir. Təxminən saat 19:30 radələrində evə çatan zaman qonşuluqda yaşayan bibisi qızı Qönçə yolda onu görüb maşını saxlatmış, ona həyat yoldaşı Esmiranın məktəbdə “ondan və həyat yoldaşında” nə istəməsini soruşduğunu bildirmişdir. Qönçə onlarla heç bir işinin olmadığını və yoldaşına özünü yığışdırmağı söyləməsini demişdir. Daha sonra Qönçədən ayrılıb evə gəlmişdir. X3 nə dediyini soruşmuş, yoldaşı Qönçəyə dalınca danışmamasını, onlardan əl çəkməsini, anasının, qaynatasının qarşısını kəsməməsini dediyini bildirmişdir. Esmiranın bu davranışlarından əsəbləşmiş və əli ilə Esmiranın boynundan tutub başını yerə əymiş, əli ilə Esmiranın sifətinə, başına vurub ona bu hərəkətlərə son qoymasını bildirmişdir. Sonra Esmiranın uşaqları da götürüb evdən çıxdığını və barəsində polisə şikayət etdiyini bilmişdir. Bildirir ki, aralarında baş verən mübahisə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol vağzalı ərazisində yaşadıqları evdə baş vermişdir. Mübahisəyə səbəb Esmiranın onunla kobud danışması, bibisi qızı Qönçə və digər qohumları ilə əlaqəni kəsməsi ilə bağlı dediyi sözlər olmuşdur. Hadisə zamanı 2011-ci il təvəllüdlü oğlu Asim Nəsrullayev və 2016-cı il təvəllüdlü qızı Esra Nəsrullayeva evdə olub. Kənar heç kim aralarında baş verənlərin şahidi olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 2006-cı il tarixdə ailə həyatı qurmuş, birgə nikahımızdan 3 azyaşlı övladı vardır. Ailə qurduqdan sonra əvvəllər münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün tez-tez aralarında narazıçılıq olmuş, lakin heç vaxt Məzahir barəsində polisə şikayət etməmişdir. Sonuncü dəfə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Məzahir ona zəng edərək işdən gəldiyini bildirmişdir. O, Məzahirə anasının iftar süfrəsi verdiyini, evdə hazır yemək olduğunu, ora getdiyini demişdir. Saat 19:30 radələrində o, anasıgilə gedən zaman Məzahirin maşınla evə gəldiyini, qonşuluqda yaşayan bibisi qızı Qönçə ilə yolda söhbət etdiyini görmüşdür. Məzahir onu görüb bibisi qızından ayrılıb evə tərəf gəlmişdir. Evə gələndən sonra Məzahir bibisi qızı Qönçəyə nə dediyini oan bildirmişdir. O, Məzahirə Qönçəyə ondan əl çəkməsini, anasının, qaynatasının qarşısını kəsməməsini dediyini bildirmişdir. Məzahir isə ona inanmamış, yalan danışdığını bildirib üzərinə gələrək övladları 2011-ci il təvəllüdlü Asim Nəsrullanın və 2016-cı il təvəllüdlü Esra Nəsrullayevanın yanında ünvanına nalayiq sözlər deyərək onu təhqir etmiş, əlləri və təpiyi ilə sifətinə, başına, boynuna, qollarına, ayaqlarına, belimə vuraraq onu döymüş, daha sonra uşaqlar ilə onu evdən çıxartmışdır. Bu səbəbdən o, 102 xidmətinə zəng edərək həyat yoldaşı və bibisi qızından şikayətçi olduğunu bildirmişdir. Qeyd edir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs bibisi qızı Qönçə Qasımovanın sözü ilə onunla dalaşıb, onu döymüşdür. Hadisə yaşadıqları evdə, 2011-ci il təvəllüdlü oğlu Asim Nəsrullayev və 2016-cı il təvəllüdlü qızı Esra Nəsrullayevanın yanında baş vermişdir. Hadisə zamanı heç kim aralarında baş verənlərin şahidi olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2023-cü il tarixli, 530 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Üst dodağın sol hissəsinin selikli qişanın yarası, sol gicgah nahiyyənin dərialtı hematoması. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 19.04.23-cü il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə-üst dodağın sol hissəsinin selikli qişanın yarası sağlamlığa zərərvurmayan, digər xəsarət yəni-sol gicgah nahiyyənin dərialtı hematoması isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v. 17-19). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə Xaçmaz RPŞ tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli material Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin tələbnamədə həmin işin yekun nəticəsi ilə bağlı heç bir məlumat qeyd olunmamışdır. İş materiallarına əlavə edilən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1-1520/2023 saylı sorğuya cavab məktubundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin arxiv sənədləri araşdırılmış, 2012-ci ildən hazırkı vaxtadək məhkəmədə Təqsirləndirilən şəxs barəsində cinayət işinə baxılmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 32). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 31). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyatov X2 Məzahir Ənvər oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-529/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-529/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver