Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-529/2024 26.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X7, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Zöhrə qızı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 21, mənzil 32-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 22:40-da BC koteqoriyalı, AE seriyalı, 045121 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Sumqayıt şəhəri istiqamətindən 60 km/saat sürətlə hərəkət edib, hərəkətini H.Z.Tağıyev qəsəbəsi istiqamətində davam etdirərkən həmin ərazidə yerləşən Kompressor zavodunun yaxınlığında «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pazaraq, yəni idarə etdiyi avtomobili hərəkət sürəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum surətdən artıq sürətlə idarə edərək və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pazaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə idarə etdiyi “X15” markalı avtomobilin qabaq hissəsinin qarşıdan əks istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi ** SY *** dövlət qeydiyyat nişanlı “X13 Minik” minik markalı avtomobilin sol qabaq hissəsi ilə toqquşmasına səbəb olub ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs3 qarının küt travması, sol İİİ-V qabırğaların yerdəyişməyən, sağ Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs2 QKBT Baş beyin silkələnməsi, sol göz yuvasının bayır divarının sınığı, hər iki paraorbital (gözətrafı) nahiyənin dərialtı hematomaları, travmatik konyuktivit, qarnın küt travması, böyrəklərin əzilməsi, burun və üzün yumşaq toxumalarının əziyi kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, idarə etdiyi avtomobilin digər sərnişini Zərərçəkmiş şəxs1 başın küt travması, kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş beyinə qansızına və beynin hissəvi evakuasiyası, sağ göz almasının evakuasiyası, sağ təpə alın gicgah nahiyəsinin geniş ölçülü əzilmiş cırılmış yarası, alın nahiyəsinin, sol qaşüstii nahiyənin, sol baldırın, sol aşıq baldır oynağı nahiyəsinin sıyrıqları kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər fonunda başın küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş beyinə qansızma və beynin hissəvi evakuasiyasından ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, “Opel Astra” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı avtomobili etibarnamə əsasında təxminən altı-yeddi ay əvvəl idarə etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində olarkən və yaşadığı evə geri qayıtmalı olmuş, bu səbəbdən boş qayıtmaması və özü ilə müştəri götürmək qərarına gəlmiş, bu səbəbdən Sumqayıt şəhəri ərazisində yerləşən Karvan Ticarət Mərkəzinin yaxınlığında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə getdiyini bildirdikdən sonra avtomobilinə üç nəfər qadın və bir nəfər kişi cinsindən olan əvvəllər tanımadığı sərnişinlər əyləşmiş, bundan sonra H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Qeyd edir ki, iki qadın və bir kişi sərnişin arxa oturacaqda, bir qadın isə qabaq sağ oturacaqda əyləşmişdir. Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Səməd Vurğun küçəsi ərazisində yerləşən Kompressor zavodunun yaxınlığına çatarkən qəflətən ondan irəlidə hərəkət edən dövlət qeydiyyat nişanını xatırlamadığı, ehtimalına görə “Opel” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin sürətini azaltmış, qəza işıqlarını yandırmışdır. O, hərəkətinə davam etmək üçün ilk əvvəl qarşı hərəkət zolağına baxmış, yolda digər avtomobilin olmadığına əmin olduqdan sonra sola dönmə işıq cihazlarını yandırıb qarşı hərəkət zolağına daxil olmuşdur. Bu zaman təxminən 15-17 metr məsafədən yola başqa bir avtomobilin hərəkət istiqamətinin sağ tərəfindən daxil olduğunu gördükdə, baş verəcək yol nəqliyyat hadisəsindən yayınmaq üçün idarə etdiyi avtomobili hərəkət istiqamətinin sol tərəfinə yönləndirmiş və əyləci sıxaraq idarə etdiyi avtomobili dayandırmaq istəmişdir. Buna baxmayaraq hərəkət istiqamətinin sol tərəfində idarə etdiyi avtomobil sonradan anket məlumatlarını öyrəndiyi Şahid3 idarə etdiyi ** SY *** dövlət qeydiyyat nişanlı “Grand Cherokee” markalı avtomobillə toqquşmuşdur. Hadisədən sonra huşunu itirmiş, özünə gələndə artıq xəstəxanada olduğunu və ona tibbi yardım göstərildiyini görmüşdür. Hadisədən əvvəl spirtli içki və ya digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmiş, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi olmuş, hadisə vaxtı idarə etdiyi avtomaşında yük olmamış, bədəninin müxtəlif nahiyələrindən bədən xəsarətləri almışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 50 km/saat olmuş, qarşı hərəkət zolağına daxil olub ötmə əməliyyatı həyata keçirərkən sürəti bir qədər artırmış, həmin vaxt sürət 60 km/saat olmuşdur. İdarə etdiyi avtomobillə toqquşmuş avtomobili təxminən 15-17 metr məsafədən idarə etdiyi avtomobilin qarşısına çıxarkən görmüş, hadisənin qarşısını almaq üçün ancaq eyni anda idarə etdiyi avtomobilin istiqamətini hərəkət istiqamətinin sol tərəfindəki yol kənarına doğru istiqamətləndirməklə və əyləcdən istifadə edərək baş verəcək hadisədən yayınmağa cəhd göstərmişdir. İdarə etdiyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə hər hansı texniki nasazlıq olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslər və Zərərçəkmiş şəxs1 hüquqi varisi ilə barışıq əldə etmiş, həmin şəxlərin ona qarşı şikayət və tələbi yoxdur. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs1 qardaşıdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində mərhum qardaşı və xalası Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan Ticarət” mərkəzinin yaxınlığında sonradan anket məlumatlarını öyrəndiyi taksi fəaliyyəti göstərən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ** GC *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə sərnişin qismində əyləşərək yaşadıqları ünvan 1 ünvanına gələrkən, həmin gün saat 22 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Kompressor zavodunun yaxınlığında sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ** GC *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə digər sürücü Şahid3 idarə etdiyi “Grand Cherokee” markalı avtomobillə toqquşmuş, nəticədə xalası Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almış, qardaşı Ramin aldığı bədən xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdir. Bundan sonra mərhumun meyitini xəstəxananın morqundan qəbul edib Sumqayıt şəhəri ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ona tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Ramina Nəzərova məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmiş, ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəyiş ziyanın tam şəkildə ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadğını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Naxçıvan MR-da yaşayır. hadisədən bir qədər əvvəl Sumqayıt şəhərində yaşayan qohumları ilə görüşmək üçün Sumqayıt şəhərinə gəlmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə mərhum bacısı oğlu Zərərçəkmiş şəxs1la Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzinin yaxınlığında yerləşən dayanacaqdan bacısı oğlu və ailə üzvlərinin yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmək üçün taksi fəaliyyəti göstərən sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı avtomobilə əyləşmiş, həmin vaxt avtomobilin arxa sol oturacağında, mərhum Ramin isə arxa sağ oturacaqda əyləşmişlər. Avtomobildə onlardan başqa iki nəfər tanımadığı qadın sərnişin də olmuşdur. Avtomobilə əyləşdikdən sonra sürücü H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətə başlamış, bir qədər getdikdən sonra qəflətən həmin avtomobil digər avtomobillə toqquşmuşdur. Hadisənin hansı şəraitdə baş verməsini görə bilməmiş, yalnız oraya gəlmiş kənar şəxslərin köməkliyi ilə avtomobildən çıxarılaraq ona tibbi yardım göstrilməsi üçün xəstəxanaya aparılmışdır. Xəstəxanada olarkən bacısı oğlu Raminin vəfat etdiyini öyrənmişdir. Hadisədən bir neçə gün sonra Sumqayıt şəhər TTY Xəstəxanasında stasianar şəraitdə həkim nəzarətində müalicəsini davam etdirmiş, ona ambulator şəraitdə mülaicə təyin olunaraq evə buraxılmışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim ediyi ərizəsində təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Davam edən məhkəmə iclaslarında Zərərçəkmiş şəxs2 notarial qaydada ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyiş ziyanın tam şəkildə ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəyiş ziyanın tam şəkildə ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri ərazisində yerləşən “Al Market” mağazalar şəbəkəsindən birində satıcı işləyir. xx.xx.2024-cü il tarixdə işdən çıxdıqdan sonra Sumqayıt şəhəri Karvan Ticarət Mərkəzinin yaxınlığındakı dayanacaqdan yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmək üçün anket məlumatlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi ** GC *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Avtomobildə ondan başqa tanımadığı üç nəfər, iki qadın və bir kişi sərnişin də olmuşdur. Avtomobilə əyləşdikdən sonra H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Bir qədər yol getdikdən əyləşdikləri avtomobilin sürücüsü H.Z.Tağıyev qəsəbi ərazisində Kompressor zavodunun yaxınlığında ötmə əməliyyatı etmək istəyərkən anket məlumatlarını sonradan öyrəndiyi Şahid3 idarə etdiyi avtomobillə toqquşmuşdur. Bundan sonra kənar şəxslərin köməkliyi ilə avtomobildən çıxarılaraq ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmış, sonradan sərnişinlərdən birinin vəfat etdiyini öyrənmişdir. Hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almış, dörd qabırğası sınmış, eyni zamanda hadisə zamanı kəllə beyin travması aldığından görmə qabiliyyəti zəifləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci il buraxılışlı, “Grand Cherokee” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında təxminən bir ay əvvəl idarə etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kompressor zavodunun yaxınlığında yerləşən avtoyuma məntəqəsində avtomobilini yuduzdurmuş, bundan sonra avtomobilə əşləşmiş və geriyə hərəkət etdirərək avtoyuma məntəqəsindən çıxmışdır. Bundan sonra Sumqayıt şəhəri istiqamətinə hərəkət etmək üçün yolun boşalmasını gözləmiş, şəhər istiqamətindən H.Z.Tağıyev qəsəbəsi istiqamətinə hərəkət edən dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobil sürətini azaldaraq ona yol vermiş, bundan sonra avtomobilini hərəkətə gətirib yolun hərəkət hissəsinə daxil olmuşdur. Həmin vaxt H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan avtomobil sürətini azaldararaq onun yola daxil olmasına şərait yaradan avtomobilin sol hissəsindən ötmə əməliyyatı edərək onun hərəkətdə olduğu zolağa daxil olaraq hərəkətini davam etdirmiş, bunu təxminən 4-5 metr məsafədən gördükdə hərəkət istiqamətini sağ tərəfə, yəni yol kənarına doğru istiqamətləndirməklə baş verəcək hadisədən yayınmağa cəhd göstərmişdir. Buna baxmayaraq həmin avtomobilin ön hissəsi idarə etdiyi avtomobilin sol qabaq hissəsinə çırpılmış, bundan bir qədər sonra özünə gəldikdə avtomobildən yerə enmiş, daha sonra digər avtomobilə yaxınlaşıb həmin avtomobilin qabaq sağ qapısını açdıqda avtomobilin içərisində sürücü ilə birlikdə beş nəfər şəxsin olduğunu, həmin şəxslərin xəsarət aldıqlarını görmüşdür. Oraya yığılmış şəxslər xəsarət almış şəxlərə tibbi yardım göstərilməsi üçün onları avtomobildən endirib digər avtomobillərlə xəstəxanaya yola salmışlar. Bundan sonra özünü yaxşı hiss etmədiyi üçün ailə üzvülərinin ona tibbi yardım göstərmələri üçün əvvəlcə yaşadığı evə getmiş, ancaq özünü pis hiss etdiyindən Sumqayıt şəhər TTY stansiyasına getmiş, orda ona tibbi yardım göstərildikdən sonra yaşadığı ərazi üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə, sonra isə polis idarəsinə gəlmişdir. Hadisədən əvvəl spirtli içki və ya digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmiş, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, hadisə vaxtı sol qol və baş nahiyyəsindən sıyrıq xəsarətləri almışdır. Hadisədən əvvəl sürəti təxminən 20-30 km/saat olmuş, hadisənin qarşısını almaq üçün ancaq avtomobilini hərəkət istiqamətinin sağ tərəfindəki yol kənarına doğru istiqamətləndirməklə hadisədən yayınmağa cəhd etmişdir. İdarə etdiyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, hər hansı texniki nasazlıq olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə yəni Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-i inspektoru vəzifəsində 2018-ci ildən xidmət aparır. 17 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsi və ətraf ərazilərdə idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən məsul növbətçi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Kompressor zavodunun yaxınlığında avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi, hadisə nəticəsində bədən xəsarətləri almış şəxslərin olması barədə məlumat verdiyindən, dərhal həmin əraziyə yaxınlaşmışdır. Bundan sonra həmin gün anket məlumatlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi ** GC *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobillə H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Kompressor zavodunun yaxınlığında qarşısında hərəkətdə olan avtomobili ötüb keçmək istəyərkən Şahid3 idarə etdiyi “Grand Cherokee” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşduğunu, nəticədə hər iki avtomobilin sürücüsünün, o cümlədən “Opel Astra” markalı avtomobilin sərnişinlərinin müxtəlif dərəcəli xəsarətləri aldığı, həmçinin “Opel Astra” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyü ona məlum olmuşdur. O, orda olan şəxslərin köməkliyi ilə hadisə nəticəsində bədən xəsarətləri almış şəxslərə tibbi yardım göstərilməsi üçün onları xəstəxanaya yola salmış, daha sonra hadisə yerinə əməliyyat qrupunun digər üzvüləri gəlmişdir. Bundan sonra hadisə yerinə baxış keçirilmiş, toqquşmuş avtomobillər çəkici vasitəsilə hadisə yerindən götürülərək cərimə duracağına yerləşdirilmişdir. Hadisə baş vermiş ərazidə avtomobillərin icazə verilən hərkət sürət həddi 50 km/saat olmuşdur. Məhkəmə iclasında tədqiq edilərək elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri,ərazisində yerləşən Karvan Ticarət Mərkəzinin yaxınlığındakı dayanacaqdan yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmək üçün anket məlumatlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi ** GC *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin arxa orta oturacağında əyləşmişdir. Avtomobildə ondan başqa üç nəfər, iki qadın və bir kişi sərnişində olmuş, həmin sərnişinlərdən ancaq Zərərçəkmiş şəxs3 tanımış, digərlərini tanımamışdır. Aynurə ön sağ oturacaqda, digər qadın arxa sol oturacaqda, kişi sərnişin arxa sağ oturacaqda əyləşmişdir. Bundan sonra avtomobil hərəkətə başlamış, bir qədər yol getdikdən sonra Kompressor zavodunun yaxınlığında qarşısındaki avtomobili ötüb keçkmək üçün, qarşı hərəkət zolağına daxil olmuşdur. Həmin vaxt sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü idarə etdiyi avtomobili çox sürətli idarə etmiş, onun yanında əyləşmiş Aynurə ona irad bildirərək sürəti azaltmasını tələb etmişdir. Sürücü ötmə əməliyyatı edərkən yolun sağ kənarından yola daxil olan avtomobillə toqquşmuş, hadisədən sonra huşunu itirmiş, özünə gəldikdə oraya toplanmış kənar şəxslərin ona köməklik göstərərək avtomobildən çıxardıqlarını görmüşdür. Bundan sonra orda olan şəxslərdən birindən ailə üzvülərinə zəng etməsini xahiş etmiş, atası hadisə yerinə gələrək onu xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən avtomobildəki kişi sərnişinin vəfat etdiyini öyrənmişdir. Hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən bədən xəsarətləri almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); 29 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 240-242) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.250- 252); “qətimkan tədbirinin seçilməsi barədə” 29 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 260-263); Cinayət işinin istintaqı zamanı 29 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi materiallarından Şahid3 aid hissədə CM-nin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. (i.v. 282-284) “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə, Kompressor zavodunun yaxınlığı, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət etdikdə yolun sol kənarıdır. Hadisə baş verən yerdə yol örtüyünün eni 8 metrdir, yol 2 hərəkət zolağından ibarətdir. Hadisə baş vermiş yerdə yol örtüyü asfaltbetondur. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.06-20) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 258 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:40-da müayinə olunmuş, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 22) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı, AE 045121 nömrəli sürücülük vəsiqəsinə malikdir, vəsiqəsi xx.xx.2029-cu ilədək qüvvədədir.(i.v.26) DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus AE 045121 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur.(i.v. 198) Cinayət işi materiallarına əlavə edilmiş, Məhkəmə istintaqı zamanı tədqiq edilən hadisə yerini əks etdirən üzərində “BİNGO” və sair markalanma yazısı qeyd edilmiş, yaddaşında isə 02 (iki) ədəd, birincisi “VİD-20240126-WA0034” adlı, 43713 kb həcmində və 07 dəqiqə 17 saniyyə davam edən, ikincisi “VİD-20240126- WA0035” adlı, 37012 kb həcmində və 06 dəqiqə davam edən video görüntülər olan diskə baxış keçirilərkən birinci video görüntüdə ekranın yuxarı sağ küncündə xx.xx.2024 22:34:30 rəqəmələrinin, aşağı sol küncündə CAM05 yazısının yazıldığı, həmin yazı və rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, video görüntünün sabit, yerində dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısını və ətraf əraziləri əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın qaranlıq olduğu, avtoyuma məntəqəsinin qarşısında iki ədəd biri “VAZ” markalı, digəri “X13 Minik” markalı avtomobillərin park edildiyinin, bir nəfər şəxsin avtoyuma məntəqəsinin qarşısında park edilmiş “X13 Minik” markalı avtomobili yuduğunun göründüyü, bu cür video görüntünün bir qədər davam etdikdən sonra, ekranda göstərilən vaxtla saat 22:35:45-də həmin avtomobilin sürücü oturacağından bir nəfər şəxsin düşərək avtomobildən uzaqlaşdığı, ekranda göstərilən vaxtla saat 22:39:31-də isə geri qayıdaraq yenidən avtomobilə əyləşdiyi, bundan sonra avtomobili hərəkətə gətirərək ilk əvvəl avtomobili geri hərəkət etdirdiyi, daha sonra isə Sumqayıt şəhəri istiqamətində hərəkət etmək üçün idarə etdiyi avtomobili həmin istiqamətə yönləndirdiyi, ekranda göstərilən vaxtla saat 22:40:33-də yolun boşalmasını gözləmədən yolun hərəkət hissəsinə daxil olaraq Sumqayıt şəhəri istiqamətində hərəkətə başladığı, bu zaman Sumqayıt şəhəri istiqamətindən H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan avtomobilin “X13 Minik” markalı avtomobilin yola daxil olmasına şərait yaratması üçün sürətini azaldığı, həmin vaxt həmin avtomobillə eyni istiqamətdə hərəkətdə olan avtomobilin ötmə əməliyyatı həyata keçirərək qarşısındakı avtomobi ötüb keçmək üçün yolun əks zolağına daxil olduğu, bundan sonra ekranda göstərilən vaxtla saat 22:40:38-də həmin avtomobillə yolun hərəkət hissəsinə daxil olaraq Sumqayıt şəhəri istiqamətində hərəkətə başlamış “X13 Minik” markalı avtomobilin hərəkət istiqamətinin sağ kənarındakı yol kənarında toqquşduqları, daha sonra oraya kənar şəxslərin toplaşdığının göründüyü müəyyən edilmişdir. İkinci video görüntüyə baxış keçirilərkən ekranın yuxarı sağ küncündə xx.xx.2024 22:29:18 rəqmələrinin, aşağı sol küncündə CAM04 yazısının yazıldığı, həmin yazı və rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, video görüntünün sabit, yerində dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən avtoyuma məntəqəsinin içərisini əks etdirdiyi, video görüntünün çəkildiyi vaxt havanın qaranlıq olduğu, avtoyuma məntəqəsinin içərisində “Mercedes” markalı avtomobilin park edildiyinin göründüyü, ekranda göstərilən vaxtla saat 22:29:31-də “X13 Minik” markalı avtomobilin gələrək avtoyuma məntəqəsinin girişində dayandığı, bundan sonra avtoyuma məntəqəsinin içərisində olan iki nəfər şəxsdən bimin avtoyuma məntəqəsinin girişində park edilmiş “X13 Minik” markalı avtomobili yumağa başladığının, digərinin isə içəridəki avtomobili təmizlədiyinin göründüyü, bu cür video görüntünün bir qədər davam etdikdənsonra, ekranda göstərilən vaxtla saat 22:29:5 5-də həmin avtomobilin sürücü oturacağından bir nəfər şəxsin düşərək avtomobildən uzaqlaşdığı müəyyən edilmişdir. AR SN MTE və PAB-nin məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 188 nömrəli rəyindən görünür ki, Şahid3 məhkəmə tibbi müayinəsinə və qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Şahid3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol baldırın diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi-qançırı, sol əlin qançırı, sol saidin təpə nahiyəsinin, sol dizin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən tötənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti müayinədən 17-19 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v. 95-97) AR SN MTE və PAB-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cti il tarixli 09 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, 1985-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə tibbi ekspertrizasına, laborator müayinənin cavabına əsasən, ölüm haqqında qərardakı məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Mərhum Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması, kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş-beyinə qansızma və beynin hissəvi evakuasiyası, sağ göz almasının evakuasiyası, sağ təpə-alın-gicgah nahiyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası, alın nahiyəsinin, sol qaşüstü nahiyənin, sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş beyinə qansızma və beynin hissəvi evakuasiyası olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2024-cü il, saat 09:00-da) 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində spirt və narkotik maddə aşkar edilməmişdir. (AKT-267/K). (i.v. 121-129) AR SN MTE və PAB-nin məhkəmə tibbi ekspertizasının xx.xx.2024- cü il tarixli 223 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 184 saylı xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qarnın küt travması, sol İİİ-V qabırğaların yerdəyişməyən, sağ Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 151-154) AR SN MTE və PAB-nin məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 546 nömrəli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 185 saylı xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT. Baş beyin silkələnməsi, sol göz yuvasının bayır divarının sınığı, hər iki paraorbital (gözətrafı) nahiyənin dərialtı hematomaları, travmatik konyuktivit, qarnın küt travması, böyrəklərin əzilməsi, burun və üzün yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNPİ-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 166-169) AR SN MTE və PAB-nin məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 679 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid2 məhkəmə tibbi ekspertizasına əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Şahid2 bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: döş qəfəsinin və sol aşıq baldır nahiyəsinin əziyi. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdır, Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v. 182-184) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/590 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən;
1. “Grand Cherokee” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. “Opel Astra” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Opel Astra” markalı avtomobili sürət həddi 3.24 “Maksimun sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 6t km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 170-174) xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cərimə duracağında saxlanılan “X15” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı və “X13” Minik markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilərə baxış keçirilmişdir. Baxış keçirilən avtomobillərdən ** SY *** dövlət qeydiyyat nişanlı “X13” minik markalı avtomobilin boz rəngli olduğu, üzü avtomobilə tərəf dayandıqda avtomobilin sol ön qanad, bufer, qabaq kapotun sol hissəsinin, sol qabaq təkərin, hər iki qabaq xarici işıq cihazlarının, sol güzgünün sınıb deformasiyaya uğradığı və ya zədələndiyi müəyyən edildi. Avtomobilin içərisinə baxış keçirildikdə isə avtomobilin içərisində hər hansı ciddi zədələnmə izlərinin olmadığı, ancaq avtomomobilin sürücü oturacağı tərəfdəki sükanda, ondan aşağıda qaz və tormoz pedallarının üstü hissəsində və sürücü oturacağının yanındakı oturacağın önündəki podpresdəki qoruyucu hava şarlarının açıldığı müəyyən edildi. “X15” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilərkən avtomobilin metal rəngli olduğu, üzü avtomobilə tərəf dayandıqda avtomobilin sol və sağ qabaq qanad hissəsinin, kapot hissəsinin, qabaq bufer hissəsinin, qabaq hər iki təkərin, qabaq sağ qapının, ön alınlıq şüşəsinin, arxa alınlıq şüşəsinin, sağ və sol güzgülərin, qabaq sağ sol xarici işıq cihazlarının əzilərək deformasiyaya uğradığı və ya zədələndiyi müəyyən edilddi. Avtomobilin içərisinə baxış keçirdikdə isə avtomobilin oturacaqlarının və digər hissələrin əzildiyi, deformasiyaya uğradığı, avtomobilin sürücü oturacağının yanındakı ıracağın önündəki podpresdəki qoruyucu hava şarının açıldığı müəyyən edildi. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.189-197) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 131, 143-150); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 187). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2016cı il təvəllüdlü X6 adlı övladı vardır. (i.v. 188) “sübutların qiymətləndirilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, hadisə yerinin sxemi, Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3861 saylı rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi sübut kimi qiymətləndirilmiş, hadisənin baş vermə mexanizmini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır (i.v. 265-280); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.”
İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə görə Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. AR CM-də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə anlayış verilmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində ehtiyatsılıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olması, himayəsində bir azyaşlı övladının olmasını, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə, habelə digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ərərçəkmiş şəxsin hüquqi varisinə və digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını CM-nin 59.1.1, 59.1.4, 59.1.11, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) CM-nin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin avtomaşını “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla idarə etməsi nəticəsində 1 nəfər şəxs ölmüş, 2 nəfər şəxs az ağır dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə Tural .Rəhmanov tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermiş, yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdır. Statistik məlumatlara əsəsən 2023-cü il ərzində 1636 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2229 nəfər, həlak olanlar 862 nəfər, yaralananlar 1367 nəfər olmuş, 2024-cü ilin yanvar-mart aylarında isə 325 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 446 nəfər, həlak olanlar 159 nəfər, yaralananlar 287 nəfər olmuşdur. Statiskaya görə 2024cü ilin müvafiq rübündə baş vermiş yol nəqliyyat hadisələrinin sayında cüzi azalma baş versə də, magistral avtomobil yollarında baş verən yol qəzalarının sayı artmış ki, bu da ölkə əhalisi arasında böyük rezonans yaratmaqda davam edir. Məhz bu səbəbdən Azərbaycan Respublikası Prezidenti yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini nəzərdə tutan 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamda da yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsinin və cinayət məsuliyyətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməklə, onlarla barışıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olmasını, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. BU səbəbdən ona təqsirli bilindiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. CM-nin 45.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-onların cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut- Cinayət işi materiallarında olan, yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Hakim Ramiz Quliyev