Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-53/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.849 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 05.05.2020-ci il tarixdə saat 10:03-də Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibində şəffaf rəngli 01 ədəd sellofan bükümündən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 0.849 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində, 05.05.2020-ci il tarixində o məhəllədə tanışları ilə çay içərkən polis əməkdaşları gələrək ona barəsində şikayət olduğunu bildirərək polis bölməsinə dəvət etdiklərini, polis bölməsinə getdikdən sonra isə adını və soyadını bilmədiyi polis əməkdaşlarının ona sözlə təzyiq edərək müəyyən sənədlərə imza etdirdiklərini və narkotik maddədən istifadə etsə də üzərində narkotik vasitə olmadığı halda üzərində narkotik vasitə olmasına dair ifadə verdiyini, əvvəllər də məhkumluğunun olduğunu və məhkumluğunun üzərindən götürülmədiyini, qardaşı ilə daim mübahisə və davaları olduğunu və qardaşının ondan teztez polis bölməsinə şikayətçi olduğunu, özünün QİÇS xəstəliyindən əziyyət çəkdiyini bildirərək ona bəraət verilməsini Məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs məhkəmə baxışında elan edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, ağrıları olduğundan və əsəblərini sakitləşdirmək məqsədi ilə arabir vaxtlarda narkotik vasitə olan heroin qəbul edir. 03.05.2020-ci il tarixdə şəxsi işi ilə bağlı Abşeron rayonu Xırdalan şəhərinə getmiş, “VAZİN” dairəsi deyilən yerin yaxınlığında dayanıb avtobus gözlədiyi vaxt üzdən görərsə tanıyacağı, əvvəllər görmədiyi, adını bilmədiyi şəxsin təxminən saat 14 radələrində ona yaxınlaşıb söhbətləşməyə başlamışdır. Söhbət əsnasında həmin şəxsin ona özündə narkotik vasitə olan heroin olduğunu, istərsə sata biləcəyini deyib, cibindən siqaretin üz sellofanı materialına bükülmüş büküm çıxarıb göstərərək 30 qarşılığında ona verəcəyini bildirmişdir. O, razılaşıb 30 manat pul verib həmin narkotik vasitəni almışdır. Belə olub yol marşurutu vasitəsi ilə Sumqayıt şəhərinə getmişdir. 2 gün müddətində həmin şəxsdən aldığı narkotik vasitə şalvarının sağ yan balaca cibində qalmışdır. 05.05.2020-ci il tarixdə səhər satlarında evdən çıxmışdır. Saat 10:03-də Kotec qəsəbəsi ərazisində olan zaman ona polis əməkdaşları yaxınlaşıb onu saxlamışdırlar. Həmin vaxt 2 gün öncə aldığı narkotik vasitə olan heroin əynindəki şalvarın sağ yan balaca cibində olmuşdur. Əynində polis forması olan, özünü təqdim edərkən Səbuhi Dadaşov olduğunu öyrəndiyi şəxs ona narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlanılmasında, daşınmasında şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçiriləcəyini demişdir. O, etiraz etməyərək razılaşdıqdan sonra hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuşdur. Bildirişlə tanış olduqdan sonra vidoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində daşınması, saxlanılması qadağan olunmuş hər hansı bir əşya olub-olmaması, əgər varsa təqdim etməyi təklif etmişdirlər. O, öncə digər ciblərində olan 2 ədəd alışqanı, 1 ədəd ətiri, 1 ədəd Prima markalı siqareti və 1 ədəd üzərində ərəb hərfləri yazısı olan dua vərəqəsini təqdim etmişdir. Daha sonra əynimdə olan göy rəngli cins şalvarımın sağ yan balaca cibində saxladığı şəffaf rəngli sellofan bükmünü sağ əli ilə çıxarıb polis əməkdaşlarına vermişdir. Təhiqatçı ondan həmin bükümün içərəsində nə olduğunu soruşanda içərəsində heroin olduğunu bildirmişdir. Bundan sonra bükümü açmışlar. Bükümün içərəsində heroin kütləsini gördükdən sonra ona verilən suallara müvafiq olaraq bildirmişdir ki, həmin heroin kütləsini özü istifadə etmək məqsədilə Xırdalan şəhərində tanımadığı şəxsdən almışdır. Polis əməkdaşları sənədləşmə işləri görülməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişdirlər. Razılaşdıqdan sonra 4-cü PB-nə getmişdirlər. Orada narkotik vasitə olan heroini bükümündə istifadə edilən materialla birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 1 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə qablaşdırlaraq möhürlənmişdir. Bu barədə müvafiq protkollar tərtib edilərək ucadan məzmunu oxunmuşdur. Protokollar o, eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 05.05.2020-ci il tarixdə ona Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlaması, daşınması və istifadə edilməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da həmin qrupun tərkibinə daxil edilmişdir. 05 may 2020-ci il tarixdə saat 10:03-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisinə getdikdən sonra, Sumqayıt şəhər Pİ-nin KTQ-nun inspektor-kriminalisti, polis kapitanı X4 tərəfindən rəqəmsal tipli “Panasonik” modelli videokamera işə salınmış və fərdi yaşayış evlərinin arasındakı yolda aparılan çəkiliş zamanı videoçəkilişin aparıldığı yer tərəfə Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin hərəkətdə olduğu müəyyən edilmişdir. Bu zaman Sumqayıt şəhər Pİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2, polis serjantı Şahid3 və o yaxınlaşaraq həmin şəxsi saxlamışlar. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur.Bundan sonra təhqiqatçı polis kapitanı Səbuhi Dadaşov şəxsə yaxınlaşmış və özünü təqdim edib, onun şəxsiyyəti ilə maraqlanarkən, onun Təqsirləndirilən şəxs olduğu, ünvan 2 ünvanında yaşadığını öyrəndikdən sonra, onun narkotik vasitələrin qanunsuz əldə edilərək saxlanılması və daşınmasında şübhəli olduğunu bildirmişlər. Rövşənə şübhəli şəxs qismində tutduğu elan edilmiş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərkən Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. Daha sonra videoçəkiliş davam etdirilərək Rövşənə üstündə saxlanılması, daşınması, gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs, əynindəki şalvarın cibinə əlini salaraq cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bükümün içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 2 gün əvvəl Abşeron rayonu Xırdalan şəhərində olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 30 manata aldığını bildirmişdir. Sellofan bükümdəki kütlə sübut əhəmiyyəti kəsb etdiyi nəzərə alınaraq Səbuhi Dadaşov tərəfindən götürülmüşdür. Sənədləşmənin Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də aparılacağı Təqsirləndirilən şəxs izah edilmiş və bununla bağlı etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş dayandırılmışdır. Bundan sonra Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişlər. Səbuhi Dadaşovun xidməti otağında Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə olan heroina bənzər kütlə bükümündə istifadə edilən sellofan ilə birgə elektron tərəziyə qoyularaq çəkilmiş və büküm zərfdə qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmə baxışındakı ifadəsi səsləndirildikdən sonra Şahid1 bildirdi ki, təqsirləndirilən şəxs məhkəmə baxışında düzgün ifadə verməmiş, məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə vermiş, sonuncu yaşadığı məhəllədən tutulmamış, ona qarşı heç kim hədə qorxu gəlməmiş, tutularkən könüllü olaraq əməlini etiraf etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, 05.05.2020-ci il tarixdə ona Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlaması, daşınması və istifadə edilməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da həmin qrupun tərkibinə daxil edilmişdir. 05 may 2020-ci il tarixdə saat 10:03-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisinə getdikdən sonra, Sumqayıt şəhər Pİ-nin KTQ-nun inspektorkriminalisti, polis kapitanı X4 tərəfindən rəqəmsal tipli “Panasonik” modelli videokamera işə salınmış və fərdi yaşayış evlərinin arasındakı yolda aparılan çəkiliş zamanı videoçəkilişin aparıldığı yer tərəfə Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin hərəkətdə olduğu müəyyən edilmişdir. Bu zaman Sumqayıt şəhər Pİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1, polis serjantı Şahid3 və o yaxınlaşaraq həmin şəxsi saxlamışlar. Bundan sonra təhqiqatçı polis kapitanı Səbuhi Dadaşov şəxsə yaxınlaşmış və özünü təqdim edib, onun şəxsiyyəti ilə maraqlanarkən, onun Təqsirləndirilən şəxs olduğu, ünvan 2 ünvanında yaşadığını öyrəndikdən sonra, onun narkotik vasitələrin qanunsuz əldə edilərək saxlanılması və daşınmasında şübhəli olduğunu bildirmişlər. Rövşənə şübhəli şəxs qismində tutduğu elan edilmiş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərkən Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. Daha sonra videoçəkiliş davam etdirilərək Rövşənə üstündə saxlanılması, daşınması, gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs, əynindəki şalvarın cibinə əlini salaraq cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bükümün içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 2 gün əvvəl Abşeron rayonu Xırdalan şəhərində olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 30 manata aldığını bildirmişdir. Sellofan bükümdəki kütlə sübut əhəmiyyəti kəsb etdiyi nəzərə alınaraq Səbuhi Dadaşov tərəfindən götürülmüşdür. Sənədləşmənin Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də aparılacağı Təqsirləndirilən şəxs izah edilmiş və bununla bağlı etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş dayandırılmışdır. Bundan sonra Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişlər. Səbuhi Dadaşovun xidməti otağında Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə olan heroina bənzər kütlə bükümündə istifadə edilən sellofan ilə birgə elektron tərəziyə qoyularaq çəkilmiş və büküm zərfdə qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmə baxışındakı ifadəsi səsləndirildikdən sonra Şahid2 bildirdi ki, təqsirləndirilən şəxs məhkəmə baxışında düzgün ifadə verməmiş, məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə vermiş, sonuncu yaşadığı məhəllədən tutulmamış, ona qarşı heç kim hədə qorxu gəlməmiş, tutularkən könüllü olaraq əməlini etiraf etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 da Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla bir məhəllədə yaşamış, münasibətləri daim yaxşı olmuş və aralarında hər hansı bir dava-dalaş mübahisə olmamışdır. Dəqiq tarixini xatırlamır, Təqsirləndirilən şəxs məhəllədə olarkən tanımadığı bir polis nəfəri ona yaxınlaşaraq barəsində şikayət olduğunu bildirərək sonuncunu polis bölməsnə dəvət etmişdir. O, Təqsirləndirilən şəxs dəqiq olaraq hansı səbəbdən polis bölməsinə dəvət edildiyini bilməmiş, həmin vaxt sonuncu ilə bağlı hansı sənədləşmələrin aparılmasından xəbərsiz olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi səsləndirildikdən sonra şahid Nasir Quliyev bildirdi ki, həmin ifadədə göstərilən xüsusatlardan xəbərsizdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05.05.2020-cu il tarixli 6/655 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.849 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarından görünür ki, ekspertiza tərəfindən tədqiq olunmuş 0.849 qram narkotik vasitə olan heroindən 0,05 qramı tədqiqata sərf olunmuş və 0.799 qram maddə qalığı qalmışdır. Tədqiqatdan sonra qalıq qalmış 0.799 qram heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 26.08.2020-cu il tarixli 2345 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 13.08.2013-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və Xəzər rayon məhkəməsinin 01.08.2014-cü il tarixli qərarı ilə şərti vaxtından əvvəl cəzadan azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 24.04.2018-cı il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və Surxanı rayon məhkəməsinin 06.05.2019-cu il tarixli qərarı ilə o 18 gün şərti vaxtından əvvəl cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin rəisi tərəfindən verilmiş 05.05.2020-ci il tarixli 195123-20 saylı əmrdən görünür ki, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə CAŞ-ın əməliyyat müvəkkili Şahid1. kiçik əməliyyat müvəkkilləri Şahid2, Şahid3, təhqiqatçı Dadaşov Səbuhi və KTB-nin kriminalisti Elnur Qocayevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 05.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs olaraq tutulmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsinə dair 05.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən 02 (iki) ədəd göy rəngli alışqan, içərisində ətir olan və müəyyən qismi istifadə olunmuş 01 ədəd şüşə qab,01 qutu prima markalı siqaret və şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofan büküm çıxarılmışdır. Həmin sellofan bükümdə açıq qəhvəyi rəngdə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu və onu iki gün əvvəl Xırdalan şəhərində olan zaman tanımadığı şəxsdən aldığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, ********** saylı cinayət şi 05.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsinin əlamətləri ilə başlanmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkməsinin hakimi Almaz Süleymanovanın 13.05.2020-cu il tarixli 5(060)-135/2020 nömrəli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbrilərinin aparılması barədə qərar qanunauyğundur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06.05.2020-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs növündə qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər məhkəməsinə müraciət edilsə də həmin vəsatət təmin edilmiş və həmin tarixdə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış 05.05.2020-ci il tarixli izahatından görünür ki, o əməlini etiraf edərək, üzərində olan narkotik vasitəni 02 (iki) gün əvvəl Xırdalan şəhərində olan zaman üzdən tanımadığı şəxsdən 30 (otuz) manata aldığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində 05.05.2020-ci il tarixli və təqsirləndirilən şəxsin dindirilməsinə dair 06.05.2020-ci il tarixli protokollarıdan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, şəxsi axtarış zamanı üzərində aşkar olunmuş narkotik vasitə olan heroini 03.05.2020-ci il tarixində saat 14 radələrində Xırdalan şəhərində olarkən üzdən tanıdığı, təxminən 170-175 sm boyunda olan, sarışın olan şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını, həmin narkotik maddənin ona məxsus olduğunu, Sumqayıt şəhəri, Kotec qəsəbəsində tutulduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 06.05.2020-ci il tarixli qərarından görünür ki, barəsində həs qətimkan tədbirinin seçilməsinə dair Sumqayıt şəhər prokurorunun təqdimatına baxarkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yerinin olmasını və xəstə olmasını bildirərək barəsində verilmiş təqdimatın təmin edilməməsini Məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan CD diskə baxış keçirilməsi haqqında 13.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən 02 (iki) ədəd göy rəngli alışqan, içərisində ətir olan və müəyyən qismi istifadə olunmuş 01 ədəd şüşə qab,01 qutu prima markalı siqaret və şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofan büküm çıxarıldı. Həmin sellofan bükümdə açıq qəhvəyi rəngdə heroinə bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddəni iki gün əvvəl Xırdalan şəhərində olan zaman tanımadığı şəxsdən aldığını bildirdi. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 02.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 12.02.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışına gəlmədiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və barəsində axtarış elan edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsindən Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25.02.2021-ci il tarixində polis əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi izahatı alınarkən, təqsirləndirilən şəxs kimi istintaqda ifadə verərkən və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sumqayıt şəhər Məhkəməsində təqdimata baxılarkən təqsirini səmimi olaraq etiraf edərək üzərində narkotik vasitə olan heroin olmasını və həmin narkotik vasitəni Xırdalan şəhərində tanımadığı şəxsdən aldığını etirf etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonski Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiə hüququ pozulmamış, müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı ilə dindirilmişdir. Ona görə də onun ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə verilmiş ifadələri işin faktiki hallarına tam uyğun olduğundan həmin ifadələr sübut kimi qiymətləndirilməlidir. İş üzrə təqsirləndirilən şəxs özü ifadəsində qardaşının ondan tez-tez polisə şikayətçi olduğunu bildirmişdir ki, şahid Quliyev Nasir də ifadəsində tarixini xatırlamadığı günlərin birində Rövşənin şikayətlə bağlı polis bölməsinə dəvət olunduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı verdiyi ifadəsi özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilməli və sübut kimi qiymətləndirilməməlidir. Həmçinin, şahid X2 məhkəmədə verdiyi ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən Təqsirləndirilən şəxs təqsirsizliyinin müəyyən edilməsi ilə bağlı sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun şahidlərin ifadələri, ekspertiza rəyəri, şəxsi axtarışın keçirilməsinə dair protokol, CD dskə baxış keçirilməsin dair protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Beləliklə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadəsi iş üzrə şahidlərin ifadələri, şübhəli şəxsin tulumasına və üzərində axtarışın keçirilməsinə dair protokollar, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Surxanı rayon məhkəməsinin 06.05.2019-cu il tarixli qərarı ilə o 18 gün şərti vaxtından əvvəl cəzadan azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman üzərində ödənilməmiş məhkumluq olmuşdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün, azadlıqdan məhrumetmənin 01 gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza müəyyən edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınıb, bir ədəd bükümdə təhqiqatdan sonra xalis çəkisi 0,799 qram narkotik vasitə – heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.09.2020-ci il tarixli (iş № 1(060)-442/2020) qərarını icra edərək, 21.09.2020-ci il tarixli 307/2020 saylı orderə əsasən vəkil Müdafiəçi2 qızı onun vəkili təyin etmişdir. Müdafiəçi2 qızı məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün, azadlıqdan məhrumetmənin 01 gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 01 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd sellofan bükümdə təhqiqatdan sonra xalis çəkisi 0,799 qram narkotik vasitə – heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat və 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC -nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-53/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-53/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver