Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-53/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, "xxxx" MMC-də malların reklamı üzrə nümayəndə işləyən, ünvan 1 ünvanda qeydiyyatda olub ünvan 2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının əvvəllərində rəfiqəsi Zərərçəkmiş şəxs razılığı və məlumatı olmadan sonuncunun yaşadığı Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi nömrəsiz fərdi evdə onun istifadəsində olan mobil telefonuna daxil olaraq şəxsi və ailə həyatının sirrini təşkil edən pornoqrafik xarakterli video görüntüləri və foto şəkilləri qanunsuz əldə edərək 2021-ci ilin dekabr ayının sonunda özünə məxsus “İphone-12 pro max»” markalı +99***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “İnstagram» sosial şəbəkə vasitəsilə Zərərçəkmiş şəxs özünə, sonuncunun sevgilisi X11, ümumi tanışları Şahid1 və Şahid2 mobil telefonuna göndərməklə, Şahid3 isə şəxsən nümayiş etdirməklə qəsdən yaymışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, «SRM Trade Company» mallarının reklamı üzrə nümayəndəsi işləyir, 2012-ci ildə X2 ailə qurmuş, həmin nikahdan xx.xx.2012-ci ildə Ömər adlı oğlu olmuş, ailə münasibətləri pisləşdiyindən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Andrey Allahveriyevlə arasında bağlanmış nikah ləğv edilmiş, bundan sonra o, ailə qurmamış, uşağını təkbaşına böyüdür. İstifadəsində ***-***- **-** nömrəli mobil telefon olmuş və telefonun «WhatsApp» və «İnstagram» sosial şəbəkələrindən istifadə etmişdir. İşlədiyi şirkət Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif marketlərə, o cümlədən «Araz» marketlər şəbəkəsinə satış üçün müxtəlif ərzaq məhsulları paylamış, həmin ərəfələrdə Zərərçəkmiş şəxs da «Rastişka» firmasında reklam agenti işləməklə «Araz» marketlərinə ərzaq məhsulları vermiş, bu səbəbdən 2021-ci ilin təxminən aprel-may ayında onunla tanış olub, münasibətləri yaxşı olmuş, 2021-ci ilin yay ayında hətta Rəvanə ilə Türkiyə Respublikasına istirahətə getmiş, bir-birilərinin sevgililərini tanımışlar. 2021-ci ilin noyabr ayının ilk günlərində sosial şəbəkədə türk əsilli Türkiyə və İngiltərə Krallığının vətəndaşı olan 42-43 yaşlı X14 ilə tanış olmuş, Salman Aksoy noyabr ayının ortalarında Azərbaycana gəlmiş, onunla Sumqayıt şəhərində görüşüb yaşadığı evə dəvət etmiş və Salman bir həftə onunla həmin ünvanda yaşamış, bu müddətdə ona qiyməti təxminən 3000 (üç min) manat olan «İphone-12 pro max» markalı mobil telefon almış, lakin bir neçə gündən sonra Salman ondan ayrılmış, bunun səbəbini Rəvanədə görüb şübhələrini aydınlaşdırmaq üçün Salmanın istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsini Rəvanəyə verib Salmana zəng etməsini xahiş etmişdir. Bunu etməkdə məqsədi Salmanın Rəvanə ilə hər hansı münasibəti olub-olmadığını, hansı məzmunda söhbət edəcəyini bilmək olmuşdur. Zərərçəkmiş şəxs Salman Aksoya zəng etsə də sonuncu onu tanımayıb telefonu söndürmüş, lakin bu söhbətdən bir neçə gün sonra Zərərçəkmiş şəxs ona Salmana zəng edib özü onunla tanış olduğunu və Salmanla görüşdüyünü etiraf etmişdir. Rəvanə və Salmanın xəyanət etməsi ona pis təsir etmiş, Rəvanə ilə münasibətlərini kəsmişdir. Salman Aksoya qədər 2020-ci ildə o, Sumqayıt şəhər sakini Şahid3 ilə tanış olmuş, 2021-ci ilin iyul ayında Rəvanəni Mehmanla tanış etdikdən sonra Rəvanə Mehmanla tez-tez telefon əlaqəsi saxlamış, 2022-ci ildə yaşamaq üçün Türkiyə Respublikasına getməzdən əvvəl təşkil etdiyi qonaqlığa Mehmanı da dəvət etmişdir. Şahid1 Zərərçəkmiş şəxs sevgilisi olmuş, Rəvanə onu sevgilisi Natiqlə tanış etmiş, bu səbəbdən o da Natiqlə tez-tez telefon əlaqəsi saxlamışdır. Şahid2 isə "xxxx" MMC-də supervayzer işləmiş, Elnuru təxminən 2014-cü ildən tanımış, Rəvanə isə Elnurun yanında təxminən 5-6 il işləyib işdən çıxmış və Elnurla əlaqələrini kəsmişdir. Zərərçəkmiş şəxs çılpaq, pornoqrafik və ya bu kimi foto şəkillərinin olmasını görməmiş, eşitməmiş, Rəvanə ona bu məzmunlu görüntü göstərməmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində Salman hələ Azərbaycana gəlməzdən əvvəl tarixini xatırlamadığı gündə, növbəti dəfə Rəvanəgildə, onun yaşadığı Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivi, nömrəsiz fərdi evdə qonaq olarkən Rəvanə çörək almağa gedib bir qədər gec qayıtdıqda evdə tək olduğu üçün vaxtı ötürmək məqsədilə həmin vaxt otaqda Rəvanənin yadından çıxarıb qoyduğu istifadəsində olan mobil telefonu götürüb həmin telefonun «qalereya» şöbəsinə daxil olaraq Rəvanənin foto şəkillərinə baxarkən bu vaxt orada Zərərçəkmiş şəxs pornoqrafik video görüntülərini və foto şəkillərini görmüş, həmin video görüntülərin nə vaxtsa ona lazım ola biləcəyini düşünüb həmin video görüntüləri öz mobil telefonuna ötürüb Rəvanənin telefonunu söndürüb yerinə qoymuş, Rəvənə evə qayıtdıqda sonuncuya onun telefonuna daxil olduğunu, video görüntülərə baxdığını, onları öz mobil telefonuna ötürdüyünü deməyib gizlətmiş, Rəvanə isə ondan şübhələnməmişdir. Rəvanə onun sevgilisi Salman Aksoyu əlindən alıb xəyanət etməkdən əlavə Salmana və onu tanıyan kişi tanışlarına barəsində artıq-əskik sözlər deyib onu alçaltdığını eşitdikdə pis olmuş, ona qarşı etdiyi hərəkətlərə görə Rəvanəni cəzalandırmaq, Salmana və Rəvanənin tanışlarına Rəvanənin keçirdiyi həyat tərzi barədə məlumat verib bunu əyani sübut etmək üçün 2021ci ilin dekabr ayının sonlarında istifadəsində olan «İphone-12 pro max» markalı ***-***-**-** nömrəli mobil telefonda qeydiyyatdan keçən «İnstagram» səhifəsindən telefonunda olan Rəvanəyə məxsus pornoqrafik xarakterli video görüntüləri və foto şəkilləri Rəvanənin özünə, sevgilisi Salman Aksoya, ümumi tanışları olan Şahid1, Şahid2 göndərmiş, Şahid3 isə mobil telefonunda şəxsən əyani göstərmişdir. Bununla Rəvanəyə demək istəmişdir ki, özü əxlaqsız olduğu halda onun haqqında danışmasın. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs onun bu hərəkətlərindən Sumqayıt şəhər Pİ-nə şikayət etmiş və barəsində araşdırma aparılmış, araşdırma zamanı törətdiyi əməli etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, əməlindən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2013-cü ildə X7 ilə ailə qurmuş, həmin nikahdan 2014-cü ildə Dəniz adlı qızı olmuş, 2018-ci ildə ərindən boşanmış, 2021-ci ildə «Rastişka» firmasında reklam agenti işləyərkən "xxxx" MMC-də malların reklamı üzrə nümayəndə işləyən, onun kimi «Araz» marketlərinə müxtəlif ərzaq məhsulları paylayan Təqsirləndirilən şəxs ilə həmin ilin təxminən aprel-may ayında tanış olmuş, aralarında münasibət yaranıb dostluq etmişlər, 2021-ci ilin yay ayında Vüsalə ilə Türkiyə Respublikasında istirahətdə olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs sosial şəbəkədə türk əsilli Türk və İngiltərə Krallığının vətəndaşı olan X14 ilə tanış olmuş, Salman bir neçə gündən sonra Azərbaycana gəldikdə Vüsalə Salmanla görüşüb onu yaşadığı ünvana gətirərək onunla bir neçə gün həmin mənzildə yaşamış, bu müddətdə Salman Vüsaləyə «İhone-12 pro max» markalı mobil telefon almış, lakin onlar bir neçə gündən sonra ayrılmışlar. Təqsirləndirilən şəxs Salman Aksoyun ayrılmasını onunla əlaqələndirib ondan şübhələnməyə başlamış, Salman Aksoyun onunla görüşüb-görüşmədiyini, zəng edərsə Salmanın onunla hansı məzmunda danışacağını bilmək üçün Salmanın mobil telefon nömrəsini verib onun yanında Salman Aksoya zəng etməyini xahiş etmiş, o Salmana zəng etdikdə sonuncu onu tanımayıb telefonu söndürmüşdür. Salmanın telefon nömrəsi onun mobil telefonunda qaldığından səhəri özü Salmana zəng edib sonuncu ilə tanış olaraq onunla görüşməyə başlamış və Vüsaləyə Salmanla olan münasibətini etiraf etmiş, bunu eşidən Təqsirləndirilən şəxs narazılığını bildirib onunla münasibətlərini kəsmişdir. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra sonuncu onu Sumqayıt şəhərində yaşayan «A+CO» MMC-də satış təmsilçisi işləyən sevgilisi Şahid3 ilə tanış etmiş, bundan sonra o, Mehmanla zəngləşib danışmışlar, 2021-ci ilin yay ayında o da Vüsaləni sevgilisi Şahid1 ilə tanış etmiş, Natiq onu nahara və ya şama dəvət etdikdə Vüsaləni də özü ilə aparmış, nəticədə Vüsalə ilə Natiq arasında tanışlıq yaranmışdır. Vüsalə təxminən 6-7 il "xxxx" MMC-də Şahid2 yanında satış təmsilçisi işləyib işdən çıxmış və münasibətlərini kəsmişdir. O isə Elnuru ondan xeyli əvvəl tanımış və münasibətlərini davam etdirmişdir. Vüsalə X3 qarşı münasibətinin ciddi olduğunu görüb 2021-ci ilin dekabr ayının sonunda icazəsi və razılığı olmadan, gizli əldə etdiyi, şəxsi və ailə həyatının sirri olan, heç kimə göstərmədiyi ona aid pornoqrafik video görüntüləri və foto şəkilləri istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundakı «İnstagram» səhifəsindən ona, sevgilisi Salman Aksoya, ümumi tanışları olan Şahid1, Elur Əliyevə və Şahid3 göndərməklə onları yayıb şərəf və ləyaqətini alçaldaraq onu rüsvay etmişdir. Bundan sonra yenə ondan əl çəkməmişdir. 2022-ci ilin əvvəllərində Salman Aksoyla yaşamaq üçün Türkiyə Respublikasına getdiyindən həmin ərəfədə Sumqayıt şəhərində yaşayan rəfiqəsi Şahid4 Vüsalənin həmin hərəkətlərindən Sumqayıt ŞPİ-nə onun adından müraciət etməsini xahiş etmiş, Şahid4 Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə bu barədə məlumat vermiş, araşdırma aparılmış, 2022-ci ilin fevral ayının ortalarında Türkiyə Respublikasından Azərbaycana gələrək xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs bu əməllərindən Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-Zəng mərkəzi sisteminə və Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nə ərizə ilə müraciət edib onun pornoqrafik video görüntülərini və foto şəkillərini müxtəlif kişi cinsli şəxslərə çatdıraraq yaymaqla onu rüsvay etdiyini bildirib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Mobil telefonunda olan özünə məxsus intim xarakterli pornoqrafik video görüntüləri şəxsi və ailə həyatının sirri hesab edir, onları istər Təqsirləndirilən şəxs, istərsə də hər hansı başqa şəxsə göstərməmiş, Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olan dövrdə ona inanıb etibar edərək telefonu çantasında, evdə isə stolun üzərində saxlamış, telefonunu harada gəldi qoymuş, Vüsalə olsun ki, həmin vaxtlarda hansısa maraq üzündən mobil telefonuna daxil olub foto qalereya bölməsini gizlin açaraq orada olan həmin video görüntüləri və foto şəkilləri götürüb icazəsi və razılığı olmadan öz mobil telefonuna ötürməklə onu özündə saxlamış, bu barədə ona məlumat verməmiş, Vüsalənin bu hərəkətlərindən isə onun xəbəri olmamış, Salman Aksoyun söhbəti ortaya çıxdıqdan Vüsalə ondan qisas almaq üçün özündə olan həmin video görüntüləri və foto şəkilləri sosial şəbəkədə tanışlarına göndərməklə qəsdən yaymışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəyən ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, "xxxx" MMC-də supervayzer işləyir, istifadəsində ***-***-**-** nömrəli mobil telefon işlədir, təxminən 6-7 il əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuş, onu işlədiyi "xxxx" MMC-yə işə qəbul etmək istəsə də sonuncu əmək müqaviləsinin bağlanması üçün lazım olan sənədləri təqdim etmədiyindən onu işə qəbul edə bilməmişdir, münasibətlərini davam etdirmişdir, Təqsirləndirilən şəxs isə başqa firmaya mal verən şəxs kimi tanımışdır, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə tanış olarkən onların hansı həyat tərzi keçirdiyini bilməmiş, onlarla hər hansı yaxın münasibəti olmamışdır. 2021-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkədə ona Zərərçəkmiş şəxs aid intim münasibətləri əks etdirən 03 ədəd video görüntü və 02 ədəd şəkil göndərmişdir. Həmin görüntülərə baxdıqdan sonra «İnstagram» sosial şəbəkədə Vüsaləyə «bu nədir, bunları mənə niyə göndərmisən?» deyib sual edərək əməlinə irad tutmuş, Təqsirləndirilən şəxs isə demişdir ki, “bax gör Rəvanədi, istəyirsənsə paylaş, Rəvanə sevgilimi əlimdən alıb”. Bu söhbətdən sonra Təqsirləndirilən şəxs öz «İnstagram» səhifəsində blok etmiş, bir neçə gündən sonra Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə dəvət edilmiş, PB-də Təqsirləndirilən şəxs onun mobil telefonuna Zərərçəkmiş şəxs aid 03 (üç) ədəd pornoqrafik xarakterli video görüntü, 02 (iki) ədəd foto şəkil göndərdiyini təstiq etmişdir. Məhkəmə iclasında Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ildən onunla bir yerdə işlədiyi üçün tanıyır, bu səbəbdən yaxın münasibətləri olmuş, ***-***-**-** saylı mobil telefondan istifadə etmişdir. 2021-ci ilin təxminən iyun ayında Təqsirləndirilən şəxs vasitəsi ilə onun rəfiqəsi Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş, Rəvanə ilə tanış olarkən onun hansı həyat tərzi keçirdiyini bilməmiş, həmin tanışlıqdan sonra aralarında münasibət yaranmış, arada biridigərinə zəng etmiş və bu 2021-ci ilin dekabr ayının əvvəllərinədək davam etmişdir. Tarixini xatırlamadığı gündə növbəti dəfə Təqsirləndirilən şəxs ilə görüşərkən sonuncu ona öz telefonunda olan Zərərçəkmiş şəxs intim xarakterli video görüntlərini və fotoşəkillərini göstərmiş və demişdir ki, «Rəvanə özünü çox təmiz qadın kimi qələmə verir, amma əslində onun həyat tərzi bundan ibarətdir». Həmin video görüntülərə baxıb Rəvanənin intim görüntülərini gördükdən sonra Vüsaləyə bu hərəkətlərindən əl çəkməyi məsləhət bilmişdir. Foto şəkilləri və video görüntüləri gördükdən sonra Rəvanənin istifadəsində olan mobil telefonuna zəng edib Vüsalənin onun barəsində mobil telefonda olan çılpaq şəkillərini və intim video görüntülərini gördüyünü bildirib demişdir ki, «başqa vaxt özünü namuslu və təmiz qadın kimi təqdim edirsən, səndən bunları gözləməzdim». Zərərçəkmiş şəxs demişdir ki, Vüsalənin bu hərəkətlərindən məlumatı var, Vüsalə həmin video görüntüləri onun tanıdığı bir neçə kişi tanışlarına göndərib onu həmin şəxslərin yanında rüsvay etdiyi üçün, Vüsalənin bu hərəkətlərinə görə Vüsalədən hüquq mühafizə orqanlarına şikayət edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2020-ci ilin təxminən iyun ayında Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi, fərdi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxt özünün istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs onu sosial şəbəkənin «İnstagram» səhifəsində profil şəklini görüb ona SMS göndərib demişdir ki, “məni tanıdız? mən Sizinlə Sumqayıtda rastlaşmışam” və beləliklə onu daha yaxından tanıyıb onunla ara-sıra görüşməyə başlamış, Zərərçəkmiş şəxs hansı həyat tərzi keçirdiyini bilməmiş, bu arada Rəvanə onu ünvan 4 ünvanda yaşayan rəfiqəsi Təqsirləndirilən şəxs ilə tanış etmişdir. O, Rəvanəni nahar və ya şam yeməyinə dəvət etdikdə Rəvanə Vüsaləni də özü ilə gətirmiş, beləliklə Vüsaləni onun üzündən tanıyıb aralarında ünsiyyət yaranmış, ara-sıra Rəvanə və Vüsalə ona SMS-lər yazıb «WhatsApp» proqramında görüntülü danışmışlar. 2021-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkədə ona Zərərçəkmiş şəxs aid intim xarakterli video görüntülər və foto şəkillər göndərmişdir. O bunları görüb «İnstagram»da Təqsirləndirilən şəxs yazaraq demişdir ki, «bu nədir, mənə göndərmisən?». Vüsalə isə demişdir ki, “bax həzz al”. Bu söhbətdən sonra Vüsaləni «İnstagram» sosial şəbəkəsində blok etmişdir. Bu görüntülərdən bir neçə gün sonra o, Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə dəvət edilmiş, işi ilə əlaqədar polis bölməsinə gedə bilməmiş, bundan sonra Rəvanə ona zəng edib Vüsalənin onun intim şəkillərini və video görüntülərini ondan başqa digər kişi tanışlarına göndərdiyini, Vüsalənin bu hərəkətlərindən polis bölməsinə şikayət etdiyini bildirmiş, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edildikdə gedərək Vüsalənin ona Rəvanəyə aid intim video görüntülər göndərdiyini göstərib təstiq etmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs məxsus intim münasibətləri əks etdirən 03 ədəd video görüntü və 01 ədəd foto şəkil göndərmiş, həmin video görüntüləri və foto şəkilləri o başqa şəxsə göndərməyib özündə saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən iyun-iyul aylarında tanış olmuşlar, onun Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuş, sonuncular həmin ilin yay ayında birlikdə Türkiyə Respublikasına istirahətə getmişlər. Təqsirləndirilən şəxs sevgilisi Salman Aksoy 2021-ci ilin noyabr ayının ortalarında Azərbaycana gəlmiş, Vüsalə ilə bir yerdə qalmış, Vüsaləyə «İphone-12» markalı mobil telefon almış və bir neçə gündən sonra Vüsalədən ayrılmışdır. Vüsalə Rəvənədən şübhələnmiş, Rəvanə ilə görüşüb-görüşmədiyini öyrənmək üçün Salmanın mobil telefon nömrəsini Rəvanəyə vermiş, Rəvanə də Vüsalənin yanında Salmana zəng etmiş, sonuncu onu tanımayıb telefonu söndürmüşdür. Bundan bir neçə gün sonra X6 tanış olduğunu və onların danışıb görüşdüklərini etiraf etmiş, bununla əlaqədar Vüsalə ilə aralarında narazılıq yaranmışdır. Rəvanə bundan başqa Vüsalənin Sumqayıt şəhərində yaşayan Mehman adlı sevgilisini təşkil etdiyi qonaqlığa dəvət edib onunla şəkil çəkdirərək Vüsalənin mobil telefonuna göndərməsi ona pis təsir etmişdir. Rəvanənin Salmanı onun əlindən alıb onunla birlikdə yaşamasından, sevgilisi Mehman ilə şəkil çəkdirib həmin şəkili ona göndərməsindən qəzəblənib Rəvanədən qisas almaq, onu rüsvay etmək üçün 2021-ci ilin dekabr ayının sonlarında Rəvanəyə aid haradansa gizlin əldə etdiyi intim video görüntüləri və foto şəkilləri istifadəsində olan mobil telefonun «İnstagram» səhifəsindən Rəvanənin istifadəsində olan mobil telefona, sevgilisi Salmana, ümumi tanışları olan Natiqə, Elnura və Mehmana göndərmişdir. Bu video görüntülər yayıldıqdan sonra Rəvanə ona zəng edib Türkiyə Respublikasında olduğunu, Vüsalənin onun intim video görüntülərini və foto şəkillərini bir neçə kişi tanışlarının mobil telefonuna göndərib yaymaqla onu rüsvay etdiyini deyib adından Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etməsini xahiş etmiş, o həmin məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmiş, 2022-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs Türkiyədən Azərbaycana gəlib özü Təqsirləndirilən şəxs göstərilən əməllərindən DİN-in 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 5-ci PB-nə müraciət etdiyindən verdiyi ərizənin araşdırma nəticəsi ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aid intim video görüntüləri və foto şəkilləri müxtəlif şəxslərə göndərməkdə məqsədi Zərərçəkmiş şəxs yaxınları arasında alçaltmaq, hörmətdən salmaq və rüsvay etmək olmuşdur. İş matriallarında olan “Götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi 25 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Əsgər qızının pornoqrafik videolarının olduğu CD disk götürülmüşdür. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı həmin diskdə Zərərçəkmiş şəxs aid olan pornoqrafik xarakterli videoların olması görünür. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-sənətşünaslıq ekspertizasının 11/244 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd CD diskdə olan“VİD-2022603-WA 0003”, “VİD-2022603-WA 004”, “VİD-2022603-WA 0005” adlı fayllardakı videogörüntülər pornoqrafik xarakterlidir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 azyaşlı uşağı (xx.xx.2012-ci il təvəllüdlü X8) vardır. İş materiallarında olan "xxxx" MMC-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsinə düşən işə qarşı məsuliyyətli bir işçi olmuş, iş yoldaşları arasında böyük hörmət qazanmış, müdiriyyətin bütün tapşırıqlarını qısa müddət ərzində dəqiq yerinə yetirmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16141/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış və nikahın baölanması haqqında akt qeydləri kitabında 1067 nömrəli rəsmi nikah qeydiyyatı pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X4 anası Təqsirləndirilən şəxs himayəsinə verilməsi, X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh AllahverdiyevAndrey Stepanoviçdən hər ay 137 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Təqsirləndirilən şəxs verilməsi, alimentin tutulmasının əvvəlinin 20 oktyabr 2017-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 156.1-ci maddəsi ilə elan olunan ittiham qüvvəsində qalmışdır. X15, Şahid1, Şahid3, Şahid2 və Vəli adlı şəxsin əməlində şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazıların yayılması, habelə satılması və ya başqasına verilməsinin qanunsuz toplanması cinayətinin tərkibi olmadığı üçün barələrində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. 01 ədəd CD diskə köçürülmüş Zərərçəkmiş şəxs pornoqrafik xaraketrli videogörüntüsü sübut növü kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 156.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 90 (doxsan) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs pornoqrafik xarakterli videogörünütlərini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 90 (doxsan) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs pornoqrafik xarakterli videogörünütlərini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-53/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-53/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver