Məhkəmə qərarları › İş №1(060)-53/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-53/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-53/2024 15.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Unveristetinin 3-cu kurs tələbəsi, məhkumluğu olmayan, subay, “GESKO” şirkətində növbə rəisi vəzifəsində işləyən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, məhəllə 593, ev 74, məzil 15-də qeydiyyatda olmaqla yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Qasımov Mirqaдib Zaman oğlunun etibarından sui-istifadə etməklə, ona veteran olduğu üçün torpaq sahəsi və mənzil alacağına yalandan vəd verərək aldadıb, bu məqsədlə 22 oktyabr 2022ci il tarixdə Bakı şəhərində, 20 Yanvar metro stansiyasının yaxınlığında 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, C.Hacıbəyli küçəsində Nəsimi bazarının yaxınlığında 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti, OBA 16 ünvanından eManat terminalı vasitəsi ilə 18278 nömrəli qəbzlə 300 (üç yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 18472 nömrəli qəbzlə 342 (üç yüz qırx iki) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 19795 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 20819 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 20901 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21022 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21600 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21599 saylı qəbzlə 1000 (min) manat, xx.xx.2022ci il tarixdə həmin ünvandan 2217 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 24081 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27444 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27445 nömrəli qəbzlə 500 (beş yüz) manat, 13. l2.2022-ci il tarixdə həmin ünvandan 27635 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27636 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 30565 nömrəli qəbzlə 350 (üç yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən eManat terminalı vasitəsi ilə 24061 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 24062 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, Zeytunluq OBA Sumqayıt ünvanında yerləşən 00690 nömrəli MilliÖn ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 1000 (min) manat, xx.xx.2023-ci il tarixdə həmin ünvandan 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti, OBA 16 ünvanından eManat terminalı vasitəsi ilə 37657 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2023-ci il tarixdə həmin ünvandan 37661 nömrəli qəbzlə 300 (üç yüz) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 37659 nömrəli qəbzlə 200 (iki yüz) manat, xx.xx.2023-ci il tarixdə Sumqayıt şəhəri 26-cı məhəllə Zeytunluq OBA Sumqayıt ünvanında yerləşən 00690 nömrəli MilliÖn ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti, OBA 16 ünvanından eManat terminalı vasitəsi ilə 46257 nömrəli qəbzlə 550 (beş yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 46629 nömrəli qəbzlə 650 (altı yüz əlli) manat pulu istifadəsində olan son 21697689 olan bank kartına köçürtdürüb, ümumilikdə 21692 (iyirmi bir min altı yüz doxsan iki) manat pulu alaraq ələ keçirib Zərərçəkmiş şəxs vahid niyyətlə həmin məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayından tanıyır, belə ki, həmin şəxs 44 günlük Vətən Müharibəsi dövründə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində onun tağım komandiri olmuşdur. Son bir il ərzində “Topaz” mərc oyunlarına qurşanmış və həmin oyunlarda xeyli məbləğdə pul vəsaiti uduzmuşdur. Həmin mərc oyunlarını oynaması səbəbindən xeyli pul borcu yaranmış, hansı ki, həmin borcları valideynləri öz imkanları hesabına bağlamışlar. Buna baxmayaraq həmin mərc oyunlarından ayrıla bilməmiş, yenidən borcları yaranmış, həmin borcları isə yalnız “Topaz” mərc oyunu vasitəsi ilə udub qazanmağı ümid etmişdir. Belə ki, 2022-ci ilin oktyabır ayında 800 manat borcu yarandığından lakin, mərc etməyə pulu olmadığından Zərərçəkmiş şəxs aldadıb ondan mərc etmək üçün pul almaq qərarına gəlmişdir. Belə ki, Vətən Müharibəsi iştirakçılarına və qazilərə dövlət tərəfindən ev veriləcəyini eşidib, bundan sonra Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq ondan ev növbəsinə durmaq istəyib-istəmədiyini soruşmuş, Mirqalib növbəyə durmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə, dövlət tərəfindən ona və Mirqalib kimi digər şəxslərə ev və ya torpaq verilməyəcəyindən məlumatlı olmuşdur. Lakin, 800 manat borcu ödəmək məqsədi ilə Mirqalibə yalandan onu Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində torpaq növbəsinə yazdıra biləcəyini və bunun müqabilində 1000 manat pul verməli olduğunu dedikdə Mirqalib ona inanaraq xx.xx.2022-ci il tarixdə, saat təxminən 16-17 radələrində onunla Bakı şəhərində, 20 Yanvar metrosunun yaxınlığında görüşərək ondan 1000 manat pul almış və ona yalandan iki gün ərzində Mirqalibi torpaq növbəsinə yazdıracağını bildirmişdir. Mirqalibdən aldığı 1000 manatı elə həmin gün ‘Topaz” mərc oyunlarına qoyub uduzduğunu və yenə pul lazım olduğundan, Mirqalibə zəng vuraraq artıq onu bir otaqlı ev növbəsinə də, yazdıra biləcəyini bildirib bunun üçün ilkin olaraq əlavə 1000 manat da pul lazım olduğunu demişdir. Mirqalib yenə inanaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, C.Hacıbəyli küçəsində, yəni “Nəsimi” bazarının yaxınlığında görüşərək daha 1000 manat pulu ona vermiş, həmin pulu da Mirqalibdən aldıqdan sonra onun ev siyahısına salınacağını və 2-3 ay ərzində mənzilinin ona veriləcəyini deməklə, həmin pulu da, “Topaz” mərc oyunlarına qoyub uduzduğunu göstərmişdir. Bundan sonrakı vaxtlarda artıq Zərərçəkmiş şəxs ona inandığını gördüyündən, etibarından istifadə edərək onu ev növbəsinə yazdıracağı və əlavə sənədləşmə işlərinin aparılması adı ilə 2023-cü ilin mart ayının əvvəllərinə qədər olan müddətdə özünə məxsus olan Unibank ödəniş kartının şəklini Mirqalibə göndərməklə ayrı-ayrı vaxtlarda ondan əvvəlcə aldığı 2000 manat puldan əlavə olaraq cəmi 19692 manat da pul alaraq həmin pulları da “Topaz” mərc oyunlarına qoyub uduzduğunu bildirmişdir. Eyni zamanda Mirqalibin anası Cənnət xanım da Mirqalibə ev düzəltmək məsələsini bildiyindən tez-tez əlaqə saxlayaraq işin gedişatını soruşurmuş, ona da müxtəlif bəhanələr gətirərək tezliklə ev məsələsinin həll olunacağım bildirmişdir. 2023-cü ilin mart ayının sonlarında artıq Mirqalib və onun anası aldadıldıqlarını bilib, verdikləri pulları geri tələb etməyə başladığından, aldığı 21692 manat puldan 5000 manatını geri qaytarmışdır. Hazırda Mirqalib adlı şəxsə 16.692 manat məbləğində pul qaytarmalıdır. Mirqalibi əvvəlcə torpaq sahəsi, sonra ev növbəsinə yazdıracağı bəhanəsi ilə aldaraq ondan ümumilikdə 21.692 manat pul almışdır. O, Vətən müharibəsi iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə heç bir ödəniş etməmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında 2022-ci ilin mart ayına kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi xidmət göstərmiş, 44 günlük vətən müharibəsi dövründə xidmət etdiyi hərbi hissədə əsgər kimi xidmət etmiş Təqsirləndirilən şəxs ilə tanış olmuş və müharibə bitdikdən sonrada onunla əlaqələrini davam etdirmişdir. 2022-ci ilin oktyabr ayında onunla telefon danışığı zamanı Nurlan Sumqayıt şəhərində yaşayan müharibə iştirakçılarına torpaq sahəsi veriləcəyini və 1000 manat müqabilində həmin siyahıya onu qeyd etdirə biləcəyini bildirdiyindən, sonuncuya inaraq Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında Nurlanla görüşərək ona 1000 manat məbləğində pulu nağd şəkildə vermişdir. Bu zaman Nurlana pul verməsi barədə ondan yazılı qəbz aldığını (iltizam) bildirmişdir. Bundan sonra Nurlan yenə zəng vuraraq “artıq səni bir otaqlı ev növbəsinə də, yazdıra bilərəm bunun üçün ilkin olaraq əlavə 1000 manat da pul lazım olacag” dedikdə yenə Nurlana inandığından xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, C.Hacıbəyli küçəsində, yəni “Nəsimi” bazarının yaxınlığında Nurlanla görüşərək daha 1000 manat pulu ona vermiş, Nurlan həmin pulu da aldıqdan sonra ev siyahısına salınacağı və 2-3 ay ərzində mənzilin veriləcəyini ona bildirmişdir. Bundan sonrakı dövrlərdə həmin şəxs müxtəlif vaxtlarda ona ev almağına köməklik edəcəyini bildirərək hissə-hissə olmaqla bankomatlar vasitəsi ilə 19692 manat göndərməklə ümumilikdə 21692 manat pul aldığını və həmin pulları Nurlanın göndərdiyi Unibank ödəniş kartına göndərdiyini göstərmişdir. Sonraki müddətlərdə Nurlan ev alınmasına nail olacağını bildirsə də, vədinə əməl etməmişdir. Tez-tez zəng edib işin gedişatını soruşmuş, Nurlanın anası Fərqanə və qardaşı ilə əlaqə saxladıqdan sonra Nurlan tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini bilmişdir. Bundan sonra Nurlana və onun ailə üzvlərinə dövlət orqanlarına şikayət edəcəyini dedikdə xx.xx.2023-cü il tarixdə 5000 (beş min) manat pul geri qaytarılmışdır. Dəfələrlə alınan pulları Nurlan geri istəsə də, verdiyi pullar geri qaytarılmamış, bu səbəbdən sonuncu barəsində polisə şikayət etmişdir. O, Vətən müharibəsi iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan yalnız 5000 manatı ibtidai istintaq müddətində ödəmiş, məhkəmə istintaqı zamanı ona heç bir ödəniş edilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur onunla bir ünvanda yaşayır. Mirqalib 2020-ci ilin iyul ayında 2022-ci ilin mart ayına kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmət göstərmiş və 44 günlük vətən müharibəsi dövründə Mirqalib xidmət etdiyi hərbi hissədə əsgər kimi xidmət etmiş Nurlanla tanış olmuşdur. Müharibə bitdikdən sonra Mirqalibin Nurlanla əlaqəsi qalmış, 2022-ci ilin oktyabr ayında telefon danışığı zamanı Nurlan Mirqalibə Sumqayıt şəhərində müharibə iştirakçılarına torpaq sahəsi veriləcəyini və 1000 manat müqabilində oğlunun adını həmin siyahıya saldıra biləcəyini dediyindən oğlu Mirqalib Nurlanın təklifi ilə razılaşmış və Bakı şəhəri, 20 yanvar metrostansiyasmın yaxınlığında Nurlana 1000 manat nağd şəkildə pul vermiş, bundan sonra Nurlan yenə Mirqalibə zəng vuraraq artıq onun bir otaqlı ev növbəsinə də, yazdıra biləcəyini bildirib bunun üçün ilkin olaraq əlavə 1000 manat da pul lazım olduğunu dediyindən Mirqalib yenə Nurlana inanmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, C.Hacıbəyli küçəsində, yəni “Nəsimi” bazarının yaxınlığında Nurlanla görüşərək daha 1000 manat pulu ona vermişdir. Nurlan həmin pulu da Mirqalibdən aldıqdan sonra Mirqalibin ev siyahısına salınacağını və 2-3 ay ərzində mənzilin ona veriləcəyini demiş, bundan sonrakı dövrlərdə həmin şəxs Mirqabilə müxtəlif vaxtlarda ev almağına köməklik edəcəyini bildirərək, Mirqalibdən ümumilikdə hissə-hissə olmaqla 21692 manat pul almışdır. Mirqalib həmin pulları Nurlanın bank kartına göndərmişdir. Bundan sonrakı dövrlərdə Nurlan Mirqalib üçün ev alınmasına nail olacağını bildirsə də, vədinə əməl etməmişdir. Nurlanın Mirqalibə ev düzəltmək məsələni bildiyindən tez-tez Nurlanla və onun anası ilə əlaqə saxlayıb işin gedişatını soruşurduqda, Nurlanın anası “Nurlan sizi aldadır və pulları ələ keçirib dediyindən” sonra Nurlanın Mirqalibi aldatdığını və pulunu ələ keçirdiyini bilmişlər. Bundan sonra Mirqalib həmin şəxslərə dövlət orqanlarına şikayət edəcəyini bildirmiş və bunan sonra xx.xx.2023-cü il tarixdə Nurlan Mirqalibə 5000 manat pulu geri qaytarmışdır. Mirqalib dəfələrlə pulun qaytarılmasını tələb etsə də, Nurlan bu günədək aldığı pulları geri qaytarmamış və vədinə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsnın müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır.( i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 24 iyul 2023-cü il tarixdə, saat 19:45 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); “şəxsin şübhəli şəxs qismində iştirakına xitam verilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində iştirakına xitam verilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir.(i.v. 36) 05 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 77-79) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 85-87); “qətimkan tədbirinin seçilməsi barədə” 05 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 88-90); 23 avqust 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 28 ədəd qəbz və bir vərəqdə əlyazma sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (i.v. 52-60) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyi (i.v.74); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 72). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs da Vətən müharibəsi iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 28 ədəd qəbz və bir vərəqdə əlyazma sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi tanınmışdır. (i.v. 92-97); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə qanunun qeyd olunan normalarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Və bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Beləliklə məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, cəzasını yüngülləşdirən halları-xüsusən Vətən Müharibəsi iştirakçısı olmasını, əməlini ağırlaşdıran halların olmamasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin zərərçəkmiş şəxsin mövqeyini, sonuncunun da Vətən Müharibəsi iştirakçısı olmasını, hazırkı iş üzrə hər ikisinin şəxsiyyətini (Vətən Müharibəsi iştirakçıları olmalarını) nəzərə alır, lakin Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Göründüyü kimi hər iki şəxs 44 günlük Vətən müharibəsində iştirak etmiş, vətən uğrunda etdikləri yüksək xidmətə görə Ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif edilmişlər. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, zərəçəkmiş və təqsirləndirilən şəxsin şəxsiyyətlərinin birini digərinə münasibətdə yüksək və ya mənfi qiymətləndirməməli və CM-nin 6.1-ci maddəsində göstərilən “Qanun qarşısında bərabərlik prinsipindən çıxış edərək” ədalətli cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi vacib sayır ki, indiki vəziyyətdə Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmasının məhkəmə tərəfindən nəzərə alınaraq ona Azalıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza növünün təyin edilməsi nəticədə zərəçəkmiş şəxs Vətən Müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs pozulmuş hüquqlarının bərpa edilməmiş qalmasına səbəb olacaqdır. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut-28 (iyirmi səkkiz) ədəd ödəniş qəbzi və bir vərəqdə əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut, 28 (iyirmi səkkiz) ədəd ödəniş qəbzi və bir vərəqdə əlyazma cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar