Məhkəmə qərarları › İş №1(060)-530/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-530/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-530/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, o, 08 mart 2022ci il tarixdə saat 01 radələrində yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi ünvanda tanışı Zərərçəkmiş şəxs ona qeyri-rəsmi münasibətdə olduğu Şahid ilə əvvələr münasibətdə olmasını dedikdən sonra Zərərçəkmiş şəxsla aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs masanın üzərində olan təsərrüfat-məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəxt bıçağı ilə Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ budun orta 1\3-nin ön-iç səthində deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 1991-ci ildə Sumqayıt şəhərində doğulmuş və hal hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi ünvanda yaşayır. Subaydır. Fəhləliklə məşğul olaraq özünü dolandırır. Əvvələr bir neçə dəfə məhkum olmuşdur. Şahid ilə 7 ilə yaxındır ki, qeyri-rəsmi münasibətdə yaşayır. O, ara-sıra yaşadığı evə gəlib onunla birgə qalır. Zərərçəkmiş şəxs isə 2 ildir ki tanıyır. Onunla yaxın münasibəti olmuşdur. xx.xx.2022-ci il tarixdə evdə təmir işləri apardığına görə tanışı Zərərçəkmiş şəxs zəng edib ondan kömək etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs da onun sözünü yerə salmayıb yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi ünvandakı evinə gəlmiş, onunla bir qədər evdə təmir işləri apamış, bu zaman Fəridənin də ara-sıra onlara çay gətirib verdiyini demişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində evdə oturub çay içən zaman Zərərçəkmiş şəxs Şahid ilə əvvələr qeyri-rəsmi münasibətdə olduğunu söyləmiş, onun bu sözünə məhəl qoymasa da, Şahinin yenə Fəridə ilə münasibətlərini danışmağa başladığından əsəbləşərək Şahinlə sözlə mübahisə etmiş, bu zaman stolun üzərində olan yaşıl tutacağı olan mətbəx bıçağını götürüb onun sağ bud nahiyyəsinə 1 dəfə bıçaqla vurmuşdur. Şahinin ayağından qan axdığını görüb, etdiyi əmələ görə peşman olmuş və əlindəki bıçağı yerə tullamış, Fəridə ilə ona ilkin tibbi yardım göstərmişlər. Onun ayağından qanın axmasını görüb təcili onu tibbi yardıma aparmış, Zərərçəkmiş şəxs bıçaqla vurmağını etiraf etmişdir. Hadisə yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki evdə baş vermiş, hadisə zamanı evdə olanları Fəridə görmüş, hadisə vaxtı Zərərçəkmiş şəxs onu vurmamış, hadisədə istifadə etdiyi mətbəxt bıçağını istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, özünü təqsirli bildiyini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1992-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş və hal hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi fərdi ünvanda ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 3 ilə yaxındır ki, tanıyır. Onunla aralarında heç bir ədavət olmamışdır. Ara-sıra Ceyhunla görüşürmüşlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Ceyhunu onu Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi ünvandakı evinə təmir işlərinə köməklik etmək üçün dəvət etmişdir. Ceyhunun yaşadığı evə gedən zaman evdə Ceyhun və onun qeyri-rəsmi yaşadığı Fəridə adlı qadının olmasını görmüş, bir müddət Ceyhunla birgə evdə təmir işləri apardıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Ceyhunla aralarında Ceyhunun qeyri-rəsmi yaşadığı Fəridə ilə əvvələr münasibətinin olması barədə mübahisə düşmüş, həmin mübahisə zamanı Ceyhuna bir necə il əvvəl Fəridə ilə qeyri- rəsmi münasibətdə olduğunu demiş, həmin vaxtı Ceyhun onun sözlərindən əsəbləşmişdir. Ceyhunu sakitləşdirmək istəsə də, o qəfildən stolun üzərində olan mətbəxt bıçağını götürüb üstünə gəlib bıçaqla 1 dəfə onun sağ bud nahiyyəsinə xəsarət yetirmişdir. Bud nahiyyəsindən qan axdığından Ceyhun və Fəridə ona ilkin tibbi yardım göstərmiş və daha sonra onu təcilli tibii yardımla birlikdə xəstəxanaya gətirmişlər. Hadisə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Ceyhuna məxsus fərdi evin içərsində baş vermiş, 5-6 dəqiqə davam etmiş, hadisə zamanı evdə yalnız Fəridə olmuş, Ceyhun onu mətbəxt bıçağı ilə vurmuş, həmin bıçağın tutacağı yaşıl rəngli plastmas olmuş, o Ceyhuna toxunmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 11 mart 2022-ci il tarixli, 332 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: Sağ budun orta l\3-nin ön-iç səthində deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə), hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3 və 67.1-ci maddələrinə əsasən 02 il 10 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin məhkəmənin xx.xx.2021-ci il taroxli qərarı ilə ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 05 ay 18 günü 08 ay 24 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 7(002)-120/2022 saylı 2101.2022-ci il tarixli amnistiya tətbiq olunması barədə qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməyən hissəsi 06 ay azaldılmış və o, cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, 12 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə’“ qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli (iş № 1(060)-530/2022) qərarını icra edərək, 07 iyun 2022-ci il tarixli 862/2022 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar