Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-531/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, hazırki cinayəti törədərkən məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y Y/M, ev 8, mənzil 13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Siyəzən Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dəmir yol xətlərinə münasibətdə oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamış, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, 14 fevral 2021-ci il tarixindən 17 fevral 2021-ci il tarixinədək özgənin əmlakını vahid qəsdlə əhatə olunmaqla hissə-hissə gizli yolla talamaqla Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev dəmir yolu stansiyasının ərazisindən dəmir yol xətlərinə aid, qara metaldan olan 144 ədəd R-65 tipli calaq boltqayka dəstini, hər biri 0.86 manat dəyərində olmaqla, ümumilikdə 123 manat 84 qəpik dəyərində oğurladığı detalları 18 fevral 2021-ci il tarixdə saat 10 radələrində yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə satmaq istəyərkən Baş Sumqayıt st. XPB-nin əməkdaşları tərəfindən ifşa olunduğu zaman oğurladığı detalları həmin yerdə qoyaraq qaçmış, bununla da o, dəmir yol xətlərinə münasibətdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan əlavə Abdulov Rəşad Tofiq oğlu istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 19 fevral 2021-ci il tarixdə saat 17:30-da Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu həmin xətt polis bölməsində üzərinə saat 20:00-dan saat 20:30-dək müddət ərzində şəxsi-axtarış keçirilərkən, əynindəki cins şalvarın sol ön cibindəki ağ rəngli kağız bükümün içərisindən 0,778 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs Abdulov Rəşad Tofiq oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 14 fevral 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev stansiyası ərazisi ilə yol ilə gedərkən dəmir yolu xətlərinin üzərindən keçərkən, həmin yerdən dəmir yolu xətləri üzərindən və xətlərin yanlarından detalları oğurlayaraq yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də, o, əvvəlcə ətrafa baxmış, yaxınlıqda hər hansı bir şəxsin olmamasını görmüş, sonra gizli olaraq həmin yerdən, dəmir yolu xətlərinə məxsus detalları toplayaraq xətlərin kənarına yığmağa başlamışdır. Həmin gün o, yığdığı detalları aparmamış və 17 fevral 2021-ci il tarixinədək axşam saatlarında dəmir yolu xətləri ərazisindən, xətlərin üzərindən və yanlarından detalları yığaraq dəmir yolu xətlərinin yanına yığmışdır. 18 fevral 2021-ci il tarixdə səhər saatlarında bütün yığdığı detalları o, özü ilə həmin yerə gətirdiyi dörd ədəd un kisələrinə yığmış, H.Z.Tağıyev qəsəbəsində avtomobil yolunun kənarında duran və taksi fəaliyyəti göstərən 3110 markalı Volqa avtomobilinin sürücüsünə yaxınlaşmış, dəmir yolu xətlərinin yaxınlığında olan dörd kisədə olan yükünü yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə aparmasını xahiş etmişdir. Buna görə taksi sürücüsü ondan beş manat pul istəmiş, o da sürücü ilə razılaşaraq avtomobil ilə kisələr yığılmış yerə gedərək hər dörd kisəni avtomobilin yük hissəsinə qoymuş, H.Z.Tağıyev qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə həmin avtomobili sürdürmüşdür. Orada metal qəbul edən şəxs onun təhvil vermək istədiyi kisələrin içərisinə baxmış və ona bir qədər gözləməsini deyərək ondan aralanmışdır. Bir neçə dəqiqə sonra onun olduğu yerə polis əməkdaşları gəlmiş, bu vaxt o, ifşa olundğunu və polis tərəfindən tutulacağını başa düşmüş, kisələri həmin yerdə qoyaraq qaçıb getmişdir. Sabahısı gün, 19 fevral 2021-ci il tarixdə səhər saatlarında o, H.Z.Tağıyev qəsəbəsi ərazisi ilə yol ilə gedərkən yerdən bir ədəd ağ rəngli kağızda olan bükülü tapmış, həmin bükülünün içərisinə baxdıqda narkotik vasitə olmasını görmüş, əvvəl narkotik vasitələrdən istifadə etdiyi üçün həmin narkotik vasitə olan bükülünü şəxsi istifadəsi üçün götürüb şalvarının cibinə qoymuşdur. Həmin günü saat 17 radələrində o, yaşadığı evdən çıxıb dəmir yolu ərazisindən keçərək şəhər istiqamətində getmək istəyəndə ona iki nəfər polis əməkdaşı yaxınlaşmış, özlərini təqdim etmiş, ona dəmir yolu xətləri ərazisində baş vermiş oğurluq hadisəsi barədə və narkotik vasitələrdən istifadə etməyi, həmçinin narkotik vasitəni üzərində saxlamaqla daşımağı ilə bağlı daxil olmuş əməliyyat məlumatlarının olmasını və buna görə də onu Sumqayıt st. XPB-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə bölməyə getmiş, polis bölməsində o, Elməddin adlı təhqiqatçının otağına dəvət olunmuşdur. Orada ona təhqiqatçı hüquq və vəzifələrini bildirərək ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermiş, üzərinə şəxsi-axtarış keçiriləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı hüquq vəzifələrinin müdafiəsi üçün vəkillərin siyahısı ilə onu tanış etmiş, o da siyahıda olan vəkillərdən biri ilə təmin olunmağını xahiş etmişdir. Sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən X8 dəvət etmiş, onu xidməti otağında vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutaraq bu barədə protokol tərtib etmiş, həmin protokolu o, vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı vəkilinə onun üzərinə şəxsi-axtarış keçirilməsində iştirak etməyi təklif etmiş, vəkilinin razılığı ilə təhqiqatçı, onu bölməyə dəvət edən iki nəfər polis əməkdaşının yanında bölməyə barəsində daxil olmuş əməliyyat məlumatı barədə təkrarən məlumatlandıraraq ona hüquq və vəzifələrini izah etmiş, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi-axtarış keçiriləcəyini bildirmiş, buna etirazının olub-olmamasını soruşmuş, oda etiraz etmədiyini bildirdikdən sonra təhqiqatçı Elməddin videoçəkilişi aparmaq üçün otağa bir nəfər polis əməkdaşını dəvət etmişdir. Videoçəkiliş başladıqda ona hüquq və vəzifələri barədə bildirirş verərərk ciblərində olan əşyaları çıxardıb qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt o, əynində olan cins şalvarın ön sol cibində saxladığı 01 ədəd ağ kağız bükümdə olan heroini çıxardaraq masanın üzərinə qoymuş, bükülüdə olan kütlənin narkotik vasitə olmasını bildirmişdir. Sonra təhqiqatçı ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini, narkotik vasitəni hansısa şəxsin ona satıb-satmadığını və ya özünün narkotik vasitəni satmaq niyyətinin olub-olmamasını soruşmuşdur. O, da üzərində olan narkotik vasitəni 19 fevral 2021-ci il tarixdə səhər saatlarında st. H.Z.Tağıyevdə yerləşən dəmir yolu xətləri ərazisindən tapdığını, narkotik vasitələrdən uzun müddətdir ki, istifadə etdiyini, narkotik vasitəni üzərində şəxsi istifadəsi üçün gəzdirdiyini demişdir. Həmin vaxt təhqiqatçı ondan 18 fevral 2021-ci il tarixdə st. H.Z.Tağıyev dəmir yolu xətlərindən dəmir yolu xətlərinə məxsus detalları oğurlayıb-oğurlamadığımı soruşmuş, o da həmin ərazidən dəmir yolu xətlərinə məxsus detalları oğurladığını bildirmişdir. Bundan sonra təhqiqatçı narkotik vasitə olan bükümü masanın üzərindən götürərək zərfə qoymuş, həmin zərfi ekspertizaya təqdim etmək üçün möhürləmiş, o da üzərinə şəxsi-axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə imzalamışdır. Abdulov Rəşad Tofiq oğlu törətdiyi cinayət əməllərindən səmimi peşman olmaqla, sonradan həbs olunduğuna görə cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı ödəyə bilmədiyini göstərərək, məhkəmədən qeyd olunan halların nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X9 ifadəsində göstərdi ki, Azərbaycan Dəmir Yolları QSC-nin 14 nömrəli H.Z.X12 Texniki istehsalat şöbəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Dəmir Yolları QSC-nin 14 nömrəli Xaçmaz Yol sahəsinin verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərərçəkmiş şəxsın nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq cinayəti nəticəsində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 14 saylı yol sahəsinə vurulmuş maddi ziyanın məbləği 123 manat 84 qəpik müəyyən edilmişdir. Vurulan ziyan ödənilmədiyindən Azərbaycan Dəmir Yolları QSC-nin 14 nömrəli Xaçmaz Yol sahəsinin nümayəndəsi kimi vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb edir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət edir. 18 fevral 2021-ci il tarixdə işdə olarkən polis nəfəri, polis serjantı Şahid3 ona H.Z.Tağıyev qəsəbəsində yerləşən metal qəbulu məntəqələrində işləyən Samir adlı şəxsin zəng edərək həmin məntəqəyə bir nəfər şəxsin Volqa markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dəmir yolu xətlərinə aid detalları gətirərək təhvil vermək istəyini ona deməsini bildirmişdir. Buna görə də o, dərhal rəhbərliyə bu barədə məlumat vermiş, polis serjantı Şahid3la birlikdə həmin yerə getmiş, orada Volqa markalı avtomobilinin yanında duran iki nəfər şəxsdən biri onların gəldiyini görmüş və həmin yerdən qaçaraq getmişdir. Buna görə də o, polis serjantı Əli ilə birlikdə həmin yerə yaxınlaşmış, metal qəbulu məntəqəsində işləyən Samir adlı şəxsdən detalları gətirən şəxs barədə soruşmuş, Samir qaçan şəxsin Volqa markalı avtomobil ilə dörd ədəd kisədə dəmir yolu xətlərinə aid detallar gətirib təhvil vermək istəyini demişdir. Həmin vaxt avtomobilin sürücüsü avtomobilin yanında durmuşdur. Bundan sonra o, Volqa markalı avtomobilin sürücüsünə yaxınlaşmış, metal qəbul məntəqəsinə nə gətirdiyini soruşmuş, taksi sürücüsü metal qəbulu məntəqəsinə Rəşad adlı şəxslə təhvil vermək üçün dörd kisədə dəmir detallar olan yük gətirdiyini, Rəşadın ona buna görə beş manat pul verəcəyini demişdir. Bundan sonra olduqları yerə gələn təhqiqatçı Elməddin Həsənov polis serjantı Şahid3la birlikdə həmin yerə mütəxəssis və hal-şahidlərini dəvət edərək Volqa markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməyə başlamış, həmin vaxt o, Rəşadın yerini müəyyən etmək üçün olduğu yerdən kənarlaşmışdır. Bundan bir gün sonra, yəni 19 fevral 2021-ci il tarixdə Rəşadın üzərində narkotik vasitə saxlamaqla daşıması barədə yenidən H.Z.Tağıyev stansiyası ərazisinə gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də o, dərhal rəhbərliyə bu barədə məlumat vermiş, həmin əraziyə Baş Sumqayıt st. XPB-nin PPXM-nin polis nəfəri, polis serjantı Şahid2 ilə gedərək orada Rəşad adlı şəxsi müşahidə etmiş, dərhal onu saxlayıb ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermiş, onu Baş Sumqayıt st. XPB-nə dəvət etmişdir. Buna Rəşad etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə saxlanılan Rəşad özünü təqdim edərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra Rəşadı təhqiqatçı, polis kapitanı Elməddin Həsənovun xidməti otağına dəvət etmiş, həmin vaxt o, bölməyə dəvət edilmiş Rəşadın barəsində rəhbərliyə məruzə etmiş, bundan sonra təhqiqatçı Elməddin Həsənov bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillər siyasını təqdim etmiş, vəkil seçməsini təklif etmiş, Rəşad siyahıda olan vəkillərdən biri ilə onun təmin edilməsini xahiş etmişdir. Buna görə də təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən həmin günü növbətçi vəkil olan X8 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olandan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Yusif Talıbov tərəfindən imzalanmış, həmin vaxt təhqiqatçı Elməddin vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi-axtarışda iştirak etməsini demiş və vəkil buna etiraz etmədən razılıq vermişdir. Sonra təhqiqatçı xidməti otağında onun və PPX-nin, polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə Rəşada videoçəkilişlə onun üzərinə şəxsi-axtarış keçiriləcəyini demiş, buna onun etirazının olubolmamasını soruşmuşdur. Rəşad cavab olaraq onun üzərinə videoçəkilişlə şəxsi-axtarış keçirilməsinə etirazı olmamasını demiş, bundan sonra təhqiqatçı Elməddin Həsənov xidməti otağına polis baş serjantı Elsəvən Abdullayevi videoçəkiliş aparması üçün dəvət etmiş, videoçəkilişlə Rəşada bölməyə dəvət olunma səbəbini demiş, ona hüquq və vəzifələrini birdə başa salmış, bununla bağlı ona bildiriş vermişdir. X5 müraciət edərək üstündə olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Rəşad əynində olan cins şalvarının ön sol cibindən bir ədəd ağ kağızda olan bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olmasını demişdir. Rəşad təqdim etdiyi bir ədəd ağ kağız bükümündə olan narkotik vasitəni polis tərəfindən saxlanılan günü, yəni 19 fevral 2021-ci il tarixdə səhər saatlarında H.Z.Tağıyev stansiyası ərazisində olduğu vaxt yerdən tapdığını və həmin narkotik vasitəni cibində şəxsi-istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı Rəşadın üzərindən başqa heç bir qanunsuz əşya aşkar etməmişdir. Həmin vaxt təhqiqatçı Elməddin Həsənov saxlanılan Rəşaddan onun üzərində saxlayaraq daşıdığı və təqdim etdiyi narkotik vasitəni kimdənsə alıb-almadığını və narkotik vasitə olan bükümü satmaq niyyətinin olubolmadığını soruşmuş, Rəşad narkotik vasitəni H.Z.Tağıyev stansiyası ərazisində olarkən yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı Rəşaddan 18 fevral 2021-ci il tarixdə H.Z.Tağıyev stansiyası ərazisində dəmir yolu xətlərinə aid olan detalları oğurlayıb-oğurlamadığını soruşmuş, Rəşad dəmir yolu xətlərinin üzərindən bir neçə gün ərzində gizli yığdığı detalları 18 fevral 2021-ci il tarixdə apararaq metal qəbul məntəqəsinə təhvil vermək istədiyini demişdir. Şəxsi-axtarış zamanı vəkil X13 Rəşaddan onun təqdim etdiyi narkotik vasitənin ona məxsus olubolmamasını və polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor tədbiq edilibedilmədiyini soruşmuş, Rəşad narkotik vasitənin ona məxsus olmasını və ona polis əməkdaşları tərəfindən zor tədbiq edilmədiyini bildirmişdir. Həmin vaxt təhqiqatçı Rəşadın təqdim etdiyi bir ədəd ağ kağızdakı narkotik vasitə olan bükümü qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün zərfə qoyaraq möhürləmişdir. Daha sonra şəxsi-axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-də PPXM-nın polis nəfəri, polis baş serjantı vəzifəsində xidmət edir. 19 fevral 2021-ci il tarixdə Rəşad adlı şəxsin üzərində narkotik vasitə saxlamaqla daşıması və H.Z.Tağıyev stansiyası ərazisindən oğurluq etməsi, H.Z.Tağıyev stansiyası ərazinə həmin şəxsin gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirinə o da cəlb olunmuşdur. Bu səbəbdən də o, Baş Sumqayıt st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Məhəmməd oğlu ilə həmin yerə gedərək orada Rəşad adlı şəxsi müşahidə etmiş, onu orada saxlayaraq barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermiş, onu Baş Sumqayıt st. XPB-nə dəvət etmiş, buna Rəşad etiraz etmədən onlarla birlikdə bölməyə gəlmiş, bölmədə saxlanılan Rəşad özünü təqdim edərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sakini Təqsirləndirilən şəxs olmasını demişdir. Sonra Rəşad təhqiqatçı, polis kapitanı Elməddin Həsənovun xidməti otağına dəvət edilmiş, həmin vaxt polis kapitanı Şahid1 bölməyə dəvət edilmiş Rəşadın barəsində rəhbərliyə məruzə etmiş, bundan sonra təhqiqatçı X10 Abdulov barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillər siyasını təqdim etmiş, ona vəkil seçməsini təklif etmiş, Rəşad siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Buna görə də təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən həmin günü növbətçi vəkil olan X8 dəvət edərək Təqsirləndirilən şəxsı vəkili ilə tanış etdikdən sonra Rəşad təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Yusif Talıbov tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Elməddin vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi-axtarışda iştirak etməsini təklif etmiş, vəkil buna etiraz etmədən razılıq vermiş, sonra təhqiqatçı xidməti otağında onun və polis kapitanı Asif İsmayılovun iştirakı ilə Rəşada videoçəkilişlə onun üzərinə şəxsi-axtarış keçiriləcəyini deyərək buna onun etirazının olub-olmamasını soruşmuş, Rəşad cavab etirazı olmadığını bildirmiş, bundan sonra təhqiqatçı Elməddin Həsənov xidməti otağına polis baş serjantı Elsəvən Abdullayevi videoçəkiliş aparması üçün dəvət etmiş, videoçəkilişlə Rəşada bölməyə dəvət olunma səbəbini deyərək ona hüquq və vəzifələrini birdə başa salmış, bununla bağlı ona bildiriş vermişdir. X5 müraciət edərək üstündə olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Rəşad əynində olan cins şalvarının ön sol cibindən bir ədəd ağ kağızda olan bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olmasını demişdir. Rəşad təqdim etdiyi bir ədəd ağ kağız bükümündə olan narkotik vasitəni polis tərəfindən saxlanılan günü, yəni 19 fevral 2021-ci il tarixdə səhər saatlarında H.Z.Tağıyev stansiyası ərazisində olarkən yerdən tapdığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün cibində saxladığını bildirmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı Rəşadın üzərindən qanunsuz başqa heç bir şey aşkar etməmişdir. Həmin vaxt təhqiqatçı X2 üzərində saxlayaraq daşıdığı və təqdim etdiyi narkotik vasitəni kimdənsə alıb-almadığını və narkotik vasitə olan bükümü satmaq niyyətinin olub-olmadığını soruşmuş, Rəşad narkotik vasitəni H.Z.Tağıyev stansiyası ərazisində olarkən yerdən tapdığını və şəxsi-istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı Rəşaddan 18 fevral 2021-ci il tarixdə H.Z.Tağıyev stansiyası ərazisində dəmir yolu xətlərinə aid olan detalları oğurlayıboğurlamadığını soruşmuş, Rəşad dəmir yolu xətlərinin üzərindən bir neçə gün ərzində gizli yığdığı detalları 18 fevral 2021-ci il tarixdə apararaq metal qəbul məntəqəsinə təhvil vermək istədiyini demişdir. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs vəkili X4 təqdim etdiyi narkotik vasitənin ona məxsus olub-olmamasını və polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor tədbiq edilib-edilmədiyini soruşanda Rəşad narkotik vasitənin ona məxsus olmasını və ona polis əməkdaşları tərəfindən zor tədbiq edilməməsini bildirmişdir. Həmin vaxt təhqiqatçı Rəşadın təqdim etdiyi bir ədəd ağ kazğızdakı narkotik vasitə olan bükümü qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün zərfə qoyub möhürləmiş, daha sonra şəxsi-axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, hazırda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Aqil adlı şəxsə məxsus metal qəbulu məntəqəsində yük qəbul edir. 18 fevral 2021-ci il tarixdə səhər saatlarında məntəqəyə qaz 3110 markalı, **-CO-*** nömrəli avtomobil gəlmişdir. Həmin avtomobildən düşən sərnişin, sonradan özünü Rəşad kimi təqdim edən şəxs avtomobilin yük hissəsində dörd kisədə dəmir yolu xətlərinə aid olan detalları ona göstərərək təhvil vermək istədiyini ona demişdir. O, həmin şəxsin kisələrdə olan detalları oğurlamasından şübhələnib Baş Sumqayıt stansiya XPB-nin əməkdaşı, polis serjantı Əlinin mobil telefon nömrəsinə zəng edib məlumat vermişdir. Bir neçə dəqiqə sonra işlədiyi məntəqəyə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşlarını görən Rəşad dərhal qaçaraq uzağlaşmışdır. Sonradan qaz 3110 markalı avtomobilin sürücüsü, özünü Məhəmməd kimi təqdim edən şəxs bildirmişdir ki, avtomobildə olan detallarla doldurulmuş dörd ədəd kisəni Rəşad adlı şəxs H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisindən gətirmişdir. O, həmin şəxsi tanımadığını bildirmişdir. Bundan sonra dəmir yolu stansiyasının işçisi, mütəxəssisin iştirakı ilə qaz 3110 markalı avtomobilin yük hissəsində olan dörd ədəd kisədəki detallar yerə boşaldıldıqdan sonra detallara baxış keçirilmiş və məlum olmuşdur ki, kisələrdə 144 ədəd dəmir yolu xətlərinə aid olan bolt-qayka hissələridir. Bundan sonra həmin detallar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və sonra tərtib edilmiş baxış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2021-ci il tarixli 6/752 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." yazısı olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,778 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi 0,778 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,728 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 mart 2021-ci il tarixli 634 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azəbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 1395 №li 15.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserdə 2015-ci ilin iyul ayından narkomaniya diaqnozi ilə qeydiyyatdadır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşunaslıq ekspertizasının 18.03.2021-ci il tarixli 9/1253 saylı rəyində görünür ki, "xxxx" QSC İnfrastruktur Departamenti 14 nömrəli Yol sahəsi tərəfindən tərtib edilmiş 03.03.2021-ci il tarixli 33 nömrəli məktuba əsasən nümunəsi təqdim edilmiş, istifadədə olunmuş, təkrar istifadəyə yararlı, qara metaldan olan 144 ədəd R-65 tipli calaq bolt-qayka dəstinin 2021-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxinən 123,84 manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri onun özünün, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 17.04.2021-ci il tarixli arayışdan (tələbnamədən) və Siyəzən Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin 1(059)-16/2021 nömrəli, 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan 19.02.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və 20.02.2021-ci il tarixli tutmadan azad etmə və təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 20 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə almaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə də Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın əvvəli 23.09.2021-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli və hazırki hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Xaçmaz st. XPŞ-də saxlanılan iş üzrə maddi sübut, 144 ədəd R-65 tipli calaq boltqayka dəsti hökm qanuni qüvvəyə mindikdən sonra ADY QSC-nin İnfrastruktur Departamentinin 14 №-li H.Z.Tağıyev yol sahəsinə qaytarılmalıdır. Xaçmaz st. XPŞ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,728 qram qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə izah olunmalıdır ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizası ilə əlaqədar 114 manat və məhkəmə əmtəəşunaslıq ekspertizası ilə əlaqədar 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli (iş № 1(060)-531/2021) qərarını icra edərək, 28 iyul 2021-ci il tarixli 889/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ğluna təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 1(059)- 16/2021 nömrəli, 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs 02 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə saxlanıldığı 01 (bir) gün və Siyəzən Rayon Məhkəməsinin 1(059)-16/2021 nömrəli, 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 06.04.2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək olan müddət ərzində sonuncu tərəfindən çəkilmiş hissəsi, yəni 05 ay 17 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 12 gün azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Cəzanın əvvəli 23.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin və onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Xaçmaz st. XPŞ-də saxlanılan iş üzrə maddi sübut, 144 ədəd R-65 tipli calaq boltqayka dəsti hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 14 №-li H.Z.Tağıyev yol sahəsinə qaytarılsın. Xaçmaz st. XPŞ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,728 qram qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizası ilə əlaqədar 114 manat və məhkəmə əmtəəşunaslıq ekspertizası ilə əlaqədar 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-531/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-531/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver