Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-531/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-113/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 13:15 dəqiqədə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən «Araz supermarketə müştəri qismində daxil olaraq oradan 01 ədədinin qiyməti 35 (otuz beş) manat olan, ümumi dəyəri 140 (yüz qırx) manat təşkil edən 04 ədəd Nemiroff orginal 1 litr həcmli alkoqollu içkini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 140 (bir yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18:30 dəqiqədə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən «Araz supermarketə müştəri qismində daxil olaraq oradan 01 ədədinin qiyməti 35 (otuz beş) manat olan, ümumi dəyəri 105 (yüz beş) manat təşkil edən 03 ədəd Nemiroff orginal 1 litr həcmli alkoqollu içkini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 105 (bir yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18:00 dəqiqədə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxsə müştəri qismində daxil olaraq oradan 01 ədədinin qiyməti 75 (yetmiş beş) manat olan, ümumi dəyəri 150 (yüz əlli) manat təşkil edən 02 ədəd X5 0,75 litr həcmli alkoqollu içkini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs «Araz supermarkets ММС-yə ümumilikdə 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19:00 dəqiqədə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən «Araz supermarketə müştəri qismində daxil olaraq oradan 01 ədədinin qiyməti 60 manat təşkil edən, ümumi qiyməti 180 (yüz səksən) manat təşkil edən 03 ədəd X6 1 litr həcmli alkoqollu içkini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 180 (yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19:30 dəqiqədə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən «Araz supermarketə müştəri qismində daxil olaraq oradan 01 ədəd 120 manat dəyərində olan Grey Goose 1 litr həcmli alkoqollu içkini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19:15 dəqiqədə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən «Araz supermarketə müştəri qismində daxil olaraq oradan 01 ədəd 85 (səksən beş) manat dəyərində olan Beluga Transatlantik 0,75 litr həcmli alkoqollu içkini və 01 ədəd 105 manat dəyərində olan Belvedere 1 litr həcmli alkoqollu içkini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 190 (yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmiş, 2020-ci ildə müharibədə iştirak etdikdən sonra aldığı travmalara görə baş ağrılarından əziyət çəkmiş, buna görə narkotik vasitədən istifadə etmiş və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, Sumqayıt şəhəri, 49-cü məhəllə ərazisində yerləşən "xxxx" marketdə nəzarətin zəif olduğunu görmüş, buna görə də həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayında altı dəfə həmin maketdən «Nemiroff» markalı və digər markalarını xatırlamadığı araqları oğurlamışdır. O, oğurladığı araqları satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib edib baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirib 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və polis bölməsinə gəlib etdiyi oğurluqları səmimi olaraq etiraf etmişdir. O, oğurladığı araqları Elxan adlı şəxsə satmış və sonuncuya araqların oğurluq olduğunu deməmişdir. O, marketdən oğurluq edərkən heç kim onun oğurluq etdiyini görməmişdir. O, başqa heç bir yerdə oğurluq etməmişdir. İttihamda qeyd edilənlər tam yadında qalmasa da bu barədə istintaqda ifadə vermiş və həmin ifadəsini təsdiq edir. O, oğurluğu tək etmiş və zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödəmişdir. Daha sonra zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, video görüntülər, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində Nümayəndə ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də aparıcı hüquqşünas vəzifəsində işləyir. Şahid1 Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxsin müdir vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-nin filiallarında baş vermiş oğurluq və digər hadisələr barədə filial müdirləri rəhbərliyə məlumat verirlər. Şahid1 da MMC-nin rəhbərliyinə məlumat verərək xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində naməlum şəxs marketdən 07 ədəd 1 litrlik Nemiroff original markalı, 02 ədəd 0,75 litrlik Beluqa markalı, 03 ədəd 1 litrlik X6 markalı, 01 ədəd 0,70 litrlik Beluqa Transatlantik markalı, 01 ədəd 1 litrlik Grey Goosse markalı və 01 ədəd 1 litrlik Belverde markalı araqların oğurlandığını billdirmişdir. Eyni zamanda Şahid1 bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Qeyd edilən oğurluq faktı ilə bağlı Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi başlanmış və istintaqla Zərərçəkmiş şəxsdən oğurluq etmiş şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. O, cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Baş vermiş oğurluq nəticəsində Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 869,69 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Zərərçəkmiş şəxslər şəbəkəsinə daxil olan və Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxsdə baş satıcı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə o, 120 manat olan 01 ədəd Grey Goosse markalı arağın vitrində olmadığını aşkar etmiş və bu barədə marketin müdiri Şahid1 məlumat vermişdir. Həmin araq bahalı olduğu üçün onlar kassaya baxmışlar və belə bir arağın satılmadığını aşkar etmişlər. Bundan sonra onlar müşahidə kameralarına baxan zaman xx.xx.2024- cü il tarixdə saat 13:15 dəqiqədən xx.xx.2024-cü il tarixdə saat 19:15-dək olan müddət ərzində bir nəfər naməlum şəxsin müştəri qsmində marketə daxil olub spirtli içkilər satılan bölmədəki vitrinə yaxınlaşaraq müxtəlif markalı araqları əynindəki gödəkçənin iç tərəfində gizlətməklə oğurluq edib marketi tərk etdiyini müşahidə etmişlər. Bundan sonra araşdırma apararaq həmin şəxsin marketdən oğurladıqları araqların sayını və qiymətini müəyyən etmişlər. Daha sonra Şahid1 baş vermiş oğurluq faktı ilə əlaqədar Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmiş və oğulanmış məhsulların qiymətlərini, adlarını, eyni zamanda oğurluq hadisəsini özündə əks etdirən marketin müşahidə kameralarından götürülmüş videogörüntülər olan 06 ədəd DVD diski təqdim etmişdir. Sonradan marketdən oğurluq etmiş şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyun ayından Zərərçəkmiş şəxslər şəbəkəsinə daxil olan və Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən “Araz supermarket"də müdir vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə marketdə baş satıcı vəzifəsində çalışan Şahid2 ona yaxınlaşaraq dəyəri 120 manat olan 01 ədəd Grey Goosse markalı arağın vitrində olmadığını bildirmişdir. O, həmin ərazidə belə bahalı arağın satılmadığını bildirib kassaya baxmış və belə bir arağın satılmadığını aşkar etmişdir. Bundan sonra onlar müşahidə kameralarına baxan zaman xx.xx.2024-cü il tarixdə saat 13:15 dəqiqədən xx.xx.2024-cü il tarixdə saat 19:15-dək olan müddət ərzində bir nəfər naməlum şəxsin müştəri qismində marketə daxil olub spirtli içkilər satılan bölmədəki vitrinə yaxınlaşaraq müxtəlif markalı araqları əynindəki gödəkçənin iç tərəfində gizlətməklə oğurluq edib marketi tərk etdiyi müəyyən olunmuşdur. Bundan sonra onlar həmin şəxsin marketdən oğurladıqları araqların sayını və qiymətini müəyyən etmişlər. Daha sonra o, baş vermiş oğurluq faktı ilə əlaqədar Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmiş və oğurlanmış məhsulların qiymətlərini, adlarını, eyni zamanda oğurluq hadisəsini özündə əks etdirən marketin müşahidə kameralarından götürülmüş videogörüntülər olan 06 ədəd DVD diski təqdim etmişdir. Sonradan marketdən oğurluq etmiş şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğu və onun barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi müəyyən olunmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:15 dəqiqədə Təqsirləndirilən şəxs marketdən 01 ədədinin qiyməti 35,59 manat olan, ümumi qiyməti 142,36 manat təşkil edən 04 ədəd 1 litr həcmli "Nemiroff' markalı araq, xx.xx.2024-cü il tarixdə saat 18:30 dəqiqədə 01 ədədinin qiyməti 35,59 manat olan, ümumi qiyməti 106,77 manat təşkil edən 04 ədəd 1 litr həcmli "Nemiroff' markalı araq, xx.xx.2024-cü il tarixdə saat 18:00 dəqiqədə 01 ədədinin qiyməti 75,99 manat olan, ümumi qiyməti 151,98 manat təşkil edən 02 ədəd 0,75 litr həcmli "Beluqa" markalı araq, xx.xx.2024-cü il tarixdə saat 19:00 dəqiqədə 01 ədədinin qiyməti 60 manat olan, ümumi qiyməti 120 manat təşkil edən 02 ədəd 1 litr həcmli "Absolut" markalı araq, xx.xx.2024-cü il tarixdə saat 19:30 dəqiqədə 01 ədəd 120 manat dəyərində olan 1 litr həcmli "Grey Goose" markalı araq və xx.xx.2024-cü il tarixdə saat 19:15 dəqiqədə 01 ədəd 86,99 manat dəyərində olan 0,7 litr həcmli "Beluqa" markalı araq və 01 ədəd 106 manat dəyərində olan, 1 litr həcmli "Belverde" markalı araq oğurlamışdır. O, oğurluq hadisəsindən sonra marketdə olan malların hesabatını apardıqda qeyd etdiyi araqların çatışmadığını aşkar etmiş, buna görə də həmin mallar qeyd edilən tarixdə oğurlanmışdır. Cinayət işinin 1-ci cild 80-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 117-119-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 167-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2436 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, qərarda və "xxxx" market MMC tərəfindən tərtib edilmiş siyahıda göstərilən alkoqollu içkilərin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə 860 manat müəyyən edilir. Ayrı-ayrılıqda aşağıdakı kimi: - 8 ədəd Nemiroff original 1 litr həcmli alkoqollu içkinin bir vahidinin qiyməti 35 manat, ümumi dəyəri 280 manat; - 2 ədəd X7 0,75 litr həcmli alkoqollu içkinin bir vahidinin qiyməti 75 manat, ümumi dəyəri 150 manat; - 2 ədəd X6 1 litr həcmli alkoqollu içkinin bir vahidinin qiyməti 60 manat, ümumi dəyəri 120 manat; - 1 ədəd Beluga Transatlantik 0,70 litr həcmli alkoqollu içkinin bir vahidinin qiyməti 85 manat, ümumi dəyəri 85 manat; - 1 ədəd Grey Goose 1 litr həcmli alkoqollu içkinin bir vahidinin qiyməti 120 manat, ümumi dəyəri 120 manat; - 1 ədəd Belvedere 1 litr həcmli alkoqollu içkinin bir vahidinin qiyməti 105 manat, ümumi dəyəri 105 manat; Cinayət işinin 1-ci cild 166-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 28-ci vərəqəsində olan 1-ci diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntünün 7-ci saniyyədə vitrinlər olan sahəyə bir nəfər orta boylu, qara paltarlı, əynində gödəkçə olan, saqqallı bir nəfər kişi cinsindən olan şəxs daxil olur. Həmin şəxs içkilər yığılmış vitrinə yaxınlaşaraq oradan 04 ədəd şüşə qabda olan içkiləri götürüb gödəkçəsinin qabaq tərəfində gizlətdikdən sonra gödəkçənin qabaq hissəsini bağlayır və həmin yeri tərk edir. Bundan sonra videogörüntü bitir. Cinayət işinin 1-ci cild 35-ci vərəqəsində olan 2-ci diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntünün ilk saniyyəsində vitrinlər olan sahəyə bir nəfər orta boylu, dəri gödəkçəli, saqqallı bir nəfər kişi cinsindən olan şəxs daxil olur. Həmin şəxs içkilər yığılmış vitrinə yaxınlaşaraq vitrinə baxır. 16-cı saniyyədə şəxs görüntüdən itir. 32-ci saniyyədə şəxs vitrinlərə yaxınlaşır. Həmin şəxsin yanında aşağı əyilmiş vəziyyətdə bir qadın var. Şəxs vitrindən 03 ədəd şüşə qabda olan içkiləri götürüb gödəkçəsinin qabaq tərəfində gizlətdikdən sonra gödəkçənin qabaq hissəsini bağlayır və həmin yeri tərk edir. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan 3-cü diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntünün 7-ci saniyyəsində vitrinlər olan sahəyə bir nəfər orta boylu, dəri gödəkçəli, saqqallı bir nəfər kişi cinsindən olan şəxs daxil olur. Həmin şəxs içkilər yığılmış vitrinə yaxınlaşaraq vitrinə baxır. 16-cı saniyyədə şəxs vitrindən 01 ədəd şüşə qabda olan içkini götürüb irəliyə doğru hərəkət edir. Sonra ekran dörd hissəyə bölünür. Bir neçə saniyyə sonra əlində şüşə içki qabı olan şəxsin digər əlində olan alətlə şüşə qabın ağzındakı başlıq hissəni qoparmağa çalışdığı görünür. Şəxs qabın baş hissəsindəki başlığı qopardıqdan sonra gödəkçsinin qabaq tərəfində gizlədir və əks istiqamətə hərəkət edir. Sonra o, yenidən içkilər olan vitrinə yaxınlaşır. O, yenidən vitrindən 01 ədəd şüşə qabda olan içkini götürüb digər tərəfə keçir. O, şüşənin baş tərəfində olan başhğı qoparmaq üçün vitrinlərin arasına keçir. Şəxs şüşə qabın başlıq hissəsini qopardıqdan sonra həmin şüşə qabı gödəkçəsinin qabaq tərəfində gizlətdikdən sonra gödəkçənin qabaq hissəsini bağlayır və həmin yeri tərk edir. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan 4-cü diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntünün ilk saniyyəsində vitrinlər olan sahəyə bir nəfər orta boylu, dəri gödəkçəli, saqqallı bir nəfər kişi cinsindən olan şəxs daxil olur. Həmin şəxs içkilər yığılmış vitrinə yaxınlaşaraq vitrinə baxır. Şəxs vitrindən 03 ədəd şüşə qabı gödəkçəsinin qabaq tərəfində gizlətdikdən sonra gödəkçənin qabaq hissəsini bağlayır və həmin yeri tərk edir. Cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan 5-ci diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntünün ilk saniyyələrində vitrinlər olan hissə görünür. Bir nəfər qadın vitrinlərin yanı ilə hərəkət edir. 24-cü saniyyədə bir nəfər orta boylu, qara paltarlı, saqqallı bir nəfər kişi cinsindən olan şəxs əlində 01 ədəd şüşə qabda olan içki ilə vitrinlərin arasına keçir və şüşə qabın başlıq hissəsini qoparmağa çalışır. Şəxs şüşə qabın başlıq hissəsini qopardıqdan sonra həmin şüşəni əynindəki gödəkçənin qabaq tərəfində gizlətdikdən sonra gödəkçənin qabaq hissəsini bağlayır və həmin yeri tərk edir. Cinayət işinin 1-ci cild 56-cı vərəqəsində olan 6-cı diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntünün ilk saniyyələrində vitrinlər olan hissə görünür. 35-ci saniyyədə bir nəfər orta boylu, qara paltarlı, saqqallı bir nəfər kişi cinsindən olan şəxs vitrindən 01 ədəd şüşə içki qabını götürüb başlıq hissəsini qoparmağa çalışır. O, şüşənin başlıq hissəsini qopardıqdan sonra gödəkçəsinin qabaq hissəsində gizlədir və yenidən digər vitrinə yaxınlaşır. Şəxs vitrindən başqa bir içki şüşəsi götürüb dirə vitrinlər olan hissəyə keçib həmin şüşənin də başlığını qoparmaq istəyir. Şəxs içki şüşəsinin başlıq hissəsini qopardıqdan sonra həmin şüşəni əynindəki gödəkçənin qabaq tərəfində gizlətdikdən sonra gödəkçənin qabaq hissəsini bağlayır və həmin yeri tərk edir. Cinayət işinin 1-ci cild 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqslirli bilinərək 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cəriməni tam şəkildə ödəmişdir. Cinayət işinin 1-ci cild 144-151-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-113/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış Zərərçəkmiş şəxs MMC-nin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMCyə vurulmuş zərər tam ödənilmişdir. Onunla barışmışlar, şikayət və tələbləri yoxdur. Şəxsə cəza təyin edilmə məsələsini məhkəmənin mülahizəsinə buraxırlar və prosesin onların iştirakı olmadan keçirilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X4 tərəfindən verilmiş 85333 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Vətən Müharibəsi X2 Sumqayıt rayon şöbəsində üzv kimi qeydiyyatdadır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyi, video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun təkrarən özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2-cü maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.2-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, həmçinin “Vətən müharibəsi” iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, həmçinin “Vətən müharibəsi” iştirakçısı olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsinin sanksiyasında nəzərdə tutulmu. azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-113/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. İndiki halda hazırki cinayət işi üzrə cinayət əməlləri Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-113/2024 saylı hökmü qəbul edildikdən sonra törədilsə də, həmin vaxt hökm qanuni qüvvəsini almamışdır. Belə ki, hazırki iş üzrə cinayət əməlləri xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan vaxt ərzində törədilmiş, həmin vaxt isə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəsini almamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə deyil, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 22 fevral tarixli Qərarında qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Həmin Qərarda eyni zamanda qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(060)-113/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdən hazrıki tarixədək, yəni 01 oktyabr 2024-cü il tarixdək həbsdə saxlanıldığı 07 (yeddi) ay 09 (doqquz) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-113/2024 saylı cinayət işi üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 07 (yeddi) ay 11 (on bir) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(060)-113/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdən hazrıki tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 09 (doqquz) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-113/2024 saylı cinayət işi üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 07 (yeddi) ay 11 (on bir) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-531/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-531/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver