Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-531/2025 01.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, Qubadlı rayon, Qubadlı şəhərində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə xx.xx.2025-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,379 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 18.07 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsi ilə Hüseyn Cavid küçəsinin kəsişməsində saxlanılaraq üzərinə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi təmiz çəkisi 0,379 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlindən peşmandır. Qubadlı rayon, Qubadlı şəhərində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsində nömrəsiz fərdi evdə yaşayır. Bir neçə ildir ki, psixotrop maddədən, narkotik vasitədən fasilələrlə çəkməklə istifadə edir. Psixotrop maddəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsi ilə Hüseyn Cavid küçəsinin kəsişməsində küçədə tək piyada hərəkət edən zaman saxlanılmış, bundan sonra o, bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə patı deyilən psixotrop maddə metamfetamin olmuş, Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 15 manata alıb üstündə saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli 20\277 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 3090 saylı rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, xx.xx.2025-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol, DVD diskə baxış keçirilməsi barədə protokol ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18.07 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsi ilə Hüseyn Cavid küçəsinin kəsişməsində küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, ona yaxınlaşmışlar, polis əməkdaşları olduqlarını bildirib həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” deyilən psixotrop maddə metamfetamindir. Həmin bir bükümdə olan kütləni bir saat əvvəl Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,48 qram olması müəyyən olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs və üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş kütlə ilə bir yerdə müvafiq sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. İdarənin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş ilə hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış kütlə videoçəkiliş altında təhqiqatçıya təqdim edilmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlamadakı kütlənin onun üzərindən aşkar edildiyini, həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığı, müsbət halda təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz heç bir şey yoxdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən iş üçün əhəmiyyətli olan heç bir şey aşkar edilməmişdir. Sonra isə videoçəkiliş dayandırılmışdır. Bu barədə protokol tərtib edilmiş, imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsiylə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsilə qeyri-mümkünlüyünü nəzərə alaraq barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 9-10-cu vərəqəsində olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18.07 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsi ilə Hüseyn Cavid küçəsinin kəsişməsində küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, ona yaxınlaşmışlar, polis əməkdaşları olduqlarını bildirib həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” deyilən psixotrop maddə metamfetamindir. Həmin bir bükümdə olan kütləni bir saat əvvəl Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,48 qram olması müəyyən olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs və üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş kütlə ilə bir yerdə sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18.07-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-84-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-31-ci vərəqəsində olan şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə protokoldan görünür ki, idarənin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş ilə hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış kütlə videoçəkiliş altında təhqiqatçıya təqdim edilmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlamadakı kütlənin onun üzərindən aşkar edildiyini, həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığı, müsbət halda təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz heç bir şey yoxdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən iş üçün əhəmiyyətli olan heç bir şey aşkar edilməmişdir. Sonra isə videoçəkiliş dayandırılmışdır. Bu barədə protokol tərtib edilmiş, imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon aşkar olunaraq götürülmüş, iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq protokola əlavə olunmuşdur. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/277 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 124” möhür əksi, “ 1 ədəd kütlə aşkar olundu; Təqsirləndirilən şəxs /imza/;
1. Şahid1 /imza 1 /imza/ Qablaşdırdı NMB ə/m Şahid2 /imza/” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,379 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi -0,379 qram, tədqiqata sərf edildi-0,05 qr. qalıq - 0,329 qram qalıq qalmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 53-54-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18.07 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsi ilə Hüseyn Cavid küçəsinin kəsişməsində küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, ona yaxınlaşmışlar, polis əməkdaşları olduqlarını bildirib həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” deyilən psixotrop maddə metamfetamindir. Həmin bir bükümdə olan kütləni bir saat əvvəl Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,48 qram olması müəyyən olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs və üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş kütlə ilə bir yerdə müvafiq sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. İdarənin inzibati otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş ilə hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış kütlə videoçəkiliş altında təhqiqatçıya təqdim edilmiş. Sorğu zamanı təqdim olunan möhürlənmiş bağlamadakı kütlənin onun üzərindən aşkar edildiyini, həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığı, müsbət halda təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz heç bir şey yoxdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən iş üçün əhəmiyyətli olan heç bir şey aşkar edilməmişdir. Sonra isə videoçəkiliş dayandırılmışdır. Bu barədə protokol tərtib edilmiş, imzalanmışdır. Cinayət işinin 68-69-cu vərəqəsində olan “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2025-ci il tarixli 577 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin 85-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,379 qram olmuş metamfetamin maddi sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra 0,329 qram qalıq çəkisi cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 116-121-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli 20\277 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 3090 saylı rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, xx.xx.2025-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,379 qram olmuş metamfetamin maddi sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra 0,329 qram qalıq çəkisi cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə 02 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli qərarla maddi sübut hesaba edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3090 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 94-95-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 69.3-cü maddələri ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 68.1- 1, 66.5, 69.3-cü maddələri ilə 01 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 99-107-ci vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 1 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 68.1- 1, 66.5, 69.3-cü maddələri ilə 01 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsetmənin əvvəlindən, yəni 05 may 2025-ci il tarixdən hesablanmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1312 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,329 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,329 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Fərid Nəsimiyev